Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1591/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X4, X1, X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7194/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə (hazırda X7 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 2020-ci il üzrə gəlirlər vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 noyabr 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi onun (bundan sonra - iddiaçı) qeydiyyatda olduğu cavabdeh vergi orqanı 2020-ci il üzrə analoji qaydada kameral vergi yoxlaması keçirmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 noyabr 2022-ci il tarixli qərar qəbul edərək, iddiaçıya 54032,23 manat məbləğində gəlir vergisi hesablamışdır. Qeyd edilən qərardan inzibati qaydada şikayət vermiş və 14 fevral 2023-cü il tarixli **********979600 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarla inzibati şikayət təmin edilməmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********987700 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh vergi orqanı tərəfindən hesablamaya əsas kimi uyğunsuzluq məktubunda aşağıdakılar göstərilmişdir: “Qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırılması nəticəsində vergi ödəyicisinin əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir”. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən kobud prosessual və maddi hüquq normaların pozulmasına yol vermiş, iş üzrə bütün faktiki halları araşdırmamış, iddiaçı üçün əlverişli olan bütün halları aydınlaşdırmamış və nəticə etibarı ilə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı barəsində aparılan kameral vergi yoxlaması və onun nəticəsində qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qərar 1 yanvar 2023-cü il tarixdən əvvəlki dövrə aid edildiyindən həmin kameral vergi yoxlamasının keçirilməsi üçün müddət kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 30 iş günü tətbiq edilməlidir. Cavabdeh vergi orqanı isə vergi ödəyicisini 2022-ci ilin iyul-avqust aylarında xaricdən daxil olmuş məlumat əsasında gəlirlərin əldə edilməsi ilə bağlı dəvət etmiş və xaricdən əldə olunan gəlirlərin araşdırılmasını aparmış, lakin buna baxmayaraq, kameral vergi yoxlamasını məlumat daxil olduğu tarixdən 30 iş günü müddəti başa çatdıqdan sonra keçirərək müvafiq qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktubundan da görünür ki, iddiaçı xarici ölkədə şirkətlərin səhmlərinin satışı ilə məşğul olmuşdur. “Azərbaycan Respublikası Hökuməti və X9 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü bəndində təsbit edilmişdir ki, Razılığa gələn Dövlətin rezidentinin aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Göründüyü kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqında Sazişin müddəalarına görə də, əgər vergi ödəyicisi şirkətin səhmlərin və digər korporativ hüquqların özgəninkiləşdirilməsindən məşğul olmuşdursa, bu halda da həmin xarici dövlətdə vergiyə cəlb edilməlidir. İddiaçıdan 2020-ci il ərzində səhmlərin satışından məşğul olduğu zamanı ümumilikdə 29130,49 dolar (49521,83 AZN) məbləğində vergi və digər ödənişər tutulmuşdur. Qeyd edilən halı iddiaçının müraciəti əsasında hesabı olduğu bankdan əldə etdiyi məktub təsdiq edir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən qeyd olunan halları nəzərə almamışdır. Cavabdeh vergi orqanı 2020-ci il əzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi qənaətinə gələrək, həmin gəliri 14%-ə vurmaqla 54032,23 manat vergilər hesablamışdır. Vergi orqanı araşdırma apararkən vergi ödəyicisi tərəfindən xarici dövlətdə ödənilən vergilər, digər ödənişlər və bankın daxili komissiya xərclərini belə nəzərə almamışdır. Belə ki, iddiaçı 2020-ci il ərzində 29130,49 dollar (49521,83 AZN) məbləğində vergi və digər ödənişlər və 77484,28 dollar (131723,28 AZN) məbləğində bankın komissiya xərclərini ödəmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, aparılan araşdırılma zamanı, qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nəticəsində vergi ödəyicisinin əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********037700 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə 54032,23 manat (664705,44 - 278760,92)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********987700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli inzibati şikayət verilmiş və vergi orqanının 14 fevral 2023-cü il tarixli **********979600 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Daxil olan məlumatlar əsasında fərdi sahibkarın Azərbaycan Respublikasından kənarda gəlir əldə etdiyi müəyyən edilmiş və fərdi sahibkarla Dövlət Vergi Xidmətinin inzibati binasında görüşlər keçirilmiş və müvafiq izahatlar və təsdiqedici sənədlər əldə edilmişdir. Fərdi sahibkar tərəfindən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nəticəsində onun əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Fərdi sahibkar xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (“Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” (DTA-02)) ilə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etməsinə baxmayaraq, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən sənədlər müraciətə əlavə edilməmişdir. Qeyd olunan sənəd müvafiq dövlət qurumları tərəfindən təqdim olunur. Vergi orqanına ünvanlanmış müraciətdə DTA-02 forması fərdi sahibkar tərəfindən müraciətə əldə edilmiş və müvafiq bank tərəfindən təqdim edilmiş məktubda dövlət rüsumu və yığımlarının fərdi sahibkar tərəfindən ödənilməsi əks olunmasına baxmayaraq, adıçəkilən məktubda vergilərin ödənilməsinə dair heç bir qeyd nəzərdə tutulmamışdır. Eyni zamanda, xarici dövlətdə müvafiq vergilərin ödənilməsinə dair sənədlər həmin dövlətlərin buna səlahiyyəti olan müvafiq dövlət qurumları tərəfindən təqdim edilməsinə baxmayaraq, fərdi sahibkar tərəfindən ərizə (DTA-02) ilə müraciət edən zaman qeyd olunan müvafiq sənədlər vergi orqanına təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7194/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən elə kobud prosessual pozuntuya yol vermişdir ki, həmin pozuntu hazırda mübahisələndirilən qərarın ləğvi üçün birbaşa əsasdır. Belə ki, VM-nin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 1 yanvar 2023-cü il tarixədək qüvvədə olan Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliyə görə xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Görünüdyü kimi, vergi qanunvericiliyi hər bir vergi növləri üzrə kameral vergi yoxlamasının keçirilmə müddətlərini dəqiq müəyyən etmiş və 1 yanvar 2023-ci il tarixədək qüvvədə olan redaksiyaya görə xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilməsini təsbit etmiş, bu müddətlər başa çatdıqdan sonra isə yoxlamanın keçirilməsini qadağan etmişdir. İddiaçı barəsində aparılan kameral vergi yoxlaması və onun nəticəsində qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli qərar 1 yanvar 2023-cü il tarixdən əvvəlki dövrə aid edildiyindən həmin kameral vergi yoxlamasının keçirilməsi üçün müddət kimi 30 iş günü tətbiq edilməlidir. Beləliklə, cavabdeh vergi orqanı qeyd edilən müddəti keçirdiyi üçün xarici ölkədən daxil olan məlumatı təqdim etməkdən ilk öncə boyun qaçırmış, məhkəmənin ilk rəsmi sorğusu əsasında həmin məlumatı təsdiq edən sənədləri təqdim etməmiş, daha sonra iddiaçının kəskin israrı ilə və təqdim etdiyi vəsatət əsasında məhkəmə yenidən həmin məlumatı və ölkəyə hansı tarixdə daxil olmasını təsdiq edən sənədləri cavabdeh vergi orqanından tələb etmiş və yalnız bundan sonra cavabdeh vergi orqanı həmin xarici ölkədən gələn məlumatı sonuncu məhkəmə baxışında məhkəməyə təqdim etmişdir. Həmin məktuba baxılsa görmək olur ki, Dövlət Vergi Xidməti cavabdeh vergi orqanı tərəfindən qanunla nəzərdə tutulmuş 30 iş günlük prosessual müddəti keçirdiyini etiraf etsə də, məktubda müəyyən əsası olmayan bəhanələr gətirməklə müddətin keçirməsini əsaslandırmağa çalışmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin məktubunda göstərilmişdir ki, iddiaçının gəlir əldə etməsi barədə məlumat xarici ölkə İsveçrə Konfederasiyasının səlahiyyətli orqanlarından 23 sentyabr 2021-ci il tarixində ölkəyə daxil olmuş, iddiaçıya bu barədə 8 iyul 2022-ci il tarixində məlumat verərək araşdırılması üçün dəvət göndərilmiş, 21 iyul 2022-ci il tarixində iddiaçı ilə görüş keçirilmiş, 28 iyul 2022-ci il tarixində isə iddiaçı bank hesabından çıxarışları təqdim etmiş, 28 oktyabr 2022-ci il tarixində uyğunsuzluq məktubu göndərilmiş və 16 noyabr 2022-ci il tarixində isə hazırda mübahisələndirilən qərarla vergilər hesablanmışdır. Göründüyü kimi, qanunla xarici ölkədən məlumat daxil olduğu gündən 30 iş günü müddət ərzində kameral vergi yoxlamasının keçirilməsi nəzərdə tutulsa da, 23 sentyabr 2021-ci il tarixində məlumat daxil olmuş, lakin cavabdeh vergi orqanı təxminən 9 ay sonra 8 iyul 2022-ci il tarixində iddiaçını dəvət etmiş, daha sonra 28 iyul 2022-ci il tarixində görüş keçirmiş və bank çıxarışları əldə etdikdən sonra 16 noyabr 2022-ci il tarixində müvafiq qərarla vergilər hesablamışdır. Sual yaranır ki, xarici ölkədən məlumat 23 sentyabr 2021-ci il tarixində daxil olsa da, 9 aydan çox müddət keçsə də, cavabdeh vergi orqanı niyə həmin məlumatın araşdırılması və vergilərin hesablanması ilə bağlı heç bir tədbirlər görməmişdir? Bundan başqa, DVX məktubunda iddia etdiyi kimi güya sənədlər əldə etdikdən sonra kameral vergi yoxlaması keçirildiyi halda nə üçün 28 iyul 2022-ci il tarixində bank çıxarışları iddiaçıdan əldə etdiyi gündən 4 aya yaxın müddət keçdikdən sonra 16 noyabr 2022-ci il tarixində vergilər hesablanmışdır? Göründüyü kimi, DVX öz tabeliyində olan cavabdeh vergi orqanının qanunla nəzərdə tutulmuş prosessual müddətin pozulması ilə bağlı hərəkətlərinə haqq qazandırsa və bəhanələr gətirməklə əsaslandırmağa çalışsa da, yenə də həmin müddətin pozulduğu açıq-aşkar görsənir. Qeyd edilən müddətin pozulması isə birbaşa hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsasdır. Çünki, VM-nin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra kameral vergi yoxlaması keçirilə bilməməsi imperativ qaydada müəyyən edilmişdir. Həmçinin, qeyd edirlər ki, VM-nin 37.2-ci maddəsində 30 iş günü müddətin pozulması birbaşa inzibati aktın ləğv edilməsi üçün əsas olması bir çox vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə qərarlarında öz əksini tapmışdır. Həmin qərarlardan biri olan Ali Məhkəmənin 10 aprel 2019-cu il tarixli 2-1(102)-959/2019 nömrəli qərarını məhkəmənin diqqətinə çatdırırlar. Sözügedən qərardan görünür ki, Ali Məhkəmə iddiaçının kassasiya şikayətini təmin edərək, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edir, iş üzrə yeni qərar qəbul edir və iddiaçının iddia tələbini tam təmin edir. Belə qənaətə gələrək öz hüquqi mövqeyini isə Ali Məhkəmə qərarın əsaslandırıcı hissəsində belə formada bəyan etmişdir: “Vergi Məcəlləsinin 37.2-ci maddəsinin kameral vergi yoxlamalarının keçirildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Cavabdeh isə 24 fevral 2015-ci il tarixli, **********784200 nömrəli qərar qəbul edərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozmaqla kameral yoxlamalar aparmışdır. Belə ki, vergi orqanı 30 günlük müddətə riayət etməmiş, iddiaçı dəqiqləşmiş bəyannaməni 2014-cü ilin oktyabr ayında vermiş, cavabdeh isə 2015-ci ilin fevral ayında kameral yoxlama ilə mübahisələndirilən qərarı qəbul etmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə qiymət vermədən qərar qəbul etmişdir.” Məhkəmənin 2-ci dəlilinə dair münasibətdə qeyd edirlər ki, məhkəmə hesab etmişdir ki, iddiaçı DTA-02 ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edərkən xarici ölkədə vergilərin ödənilməsi ilə bağlı sənədləri vergi orqanına təqdim etməmişdir. Bununla bağlı bildirirlər ki, iddiaçı mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati qaydada Dövlət Vergi Xidmətinə müraciət etmiş və inzibati qaydada şikayətə baxılan zamanı DVX-nin inzibati şikayətə baxan əməkdaşı həmin müddət ərzində iddiaçıda olan sənədlərlə DTA-02 formasının alınması ilə bağlı ayrı qaydada müraciət edilməsini tövsiyyə etmiş, həmin müraciət qəbul edildiyi təqdirdə inzibati şikayətə ehtiyac qalmayacağını və şikayəti təmin edəcəyini bildirmişdir. İddiaçı da məhz bu səbəbdən DTA-02 formasının alınması ilə bağlı müraciət etmiş və müraciətə bütün ödəniş sənədləri və digər sənədlər əlavə etmişdir. Belə ki, iddiaçıdan 2020-ci il ərzində səhmlərin satışından məşğul olduğu zamanı ümumilikdə 29 130,49 dollar (49 521,83 AZN) məbləğində vergi və digər ödənişlər tutulmuşdur. Qeyd edilən halı iddiaçının müraciəti əsasından hesabı olduğu bankdan əldə etdiyi məktub təsdiq edir. Eyni zamanda, iddiaçının bank hesabı olduğu bankdan hesaba dair bütün bank çıxarışları əldə edilmiş və müraciətə əlavə edilmişdir. X13 Xidməti DTA-02 formasının verilməsindən imtina etmiş, buna səbəb kimi xarici ölkədə dövlət qurumlarından vergilərin ödənilməsini əks etdirən sənədin mövcud olmadığını və bankın məktubunda isə tutulan vəsaitlərin dövlət rüsum və yığımların olduğunu göstərmişlər. Halbuki, qanunvericilikdə vergilərin ödənilməsinə dair müvafiq sənədlərin məhz həmin xarici ölkədəki dövlət qurumlarından əldə edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı İsveçrə Konfederasiyasında olan bankda hesab açaraq həmin hesaba pul qoymuş və hesab üzrə əməliyyatları mobil proqramlar vasitəsi ilə həyata keçirmiş, özü Azərbaycan Respublikasının rezidenti olaraq daimi orada yaşamamış, bütün əməliyyatları, yəni səhm alış və satışlarını elektron mobil proqram vasitələri ilə aparmışdır. Başqa sözlə desək, iddiaçıdan əməliyyatların aparılması zamanı bütün vergi, komissiya və digər ödənişlər xarici ölkədə olan və iddiaçının hesab açdığı bank tərəfindən tutulmuşdur. İddiaçı birbaşa xarici ölkədə olan dövlət orqanları ilə hər hansı münasibətləri olmamışdır. Məhz bu səbəbdən də iddiaçı 2020-ci ildə apardığı əməliyyatlar barədə banka müraciət etmiş və bankın təqdim etdiyi məktubda 29 130,49 dollar (49 521,83 AZN) məbləğində ödənişlərin tutulduğu göstərilmişdir. Lakin inzibati şikayətə baxan DVX-nin baş idarəsi qeyd edilən haları nəzərə almamış və imtina məktubunu əsas götürməklə qəbul edilmiş 14 fevral 2023-cü il tarixli **********979600 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarla iddiaçının inzibati şikayətini təmin etməmiş, nəticə etibarı ilə hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********987700 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. İş üzrə sənədlərdən məlumdur ki, cavabdeh vergi orqanı 2020-ci il ərzində vergi ödəyicisinin səhm satışından ümumi gəliri 664705,44 manat və xərcləri 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəliri 385944,52 manat təşkil edildiyi qənaətinə gələrək həmin gəliri 14% vurmaqla 54 032,23 manat vergilər hesablamışdır. Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Bununla bağlı qeyd olunur ki, vergi orqanı araşdırma apararkən vergi ödəyicisi tərəfindən xarici dövlətdə ödənilən vergilər, digər ödənişlər və bankın daxili komissiya xərclərini belə nəzərə almamışdır. Belə ki, iddiaçı 2020-ci il ərzində 29 130,49 dollar (49 521,83 AZN) məbləğində vergi və digər ödənişlər, 77 484,28 dollar (131 723,28 AZN) məbləğində bankın komissiya xərclərini ödəmişdir. İddiaçı tərəfindən təqdim edilən bank sənədlərindən də görünür ki, hər bir əməliyyat üzrə iddiaçı tərəfindən komissiya xərcləri tutulmuş, cavabdeh vergi orqanı qeyd edilən sənədləri belə nəzərə almamışdır. Eyni zamanda, qeyd edirlər ki, inzibati şikayətə baxan DVX-nin baş idarəsi vergi orqanın üzərinə düşən vəzifəni iddiaçının üzərinə atmışdır. Bu hal da cavabdeh vergi orqanın vergi qanunvericiliyi ilə onun üzərinə qoyulmuş vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsindən boyun qaçırmaq məqsədini güdür. Halbuki, Vergi Məcəlləsinin 53.3-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunan normaların məzmunundan görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının üzərinə düşür. Vergi orqanı isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən kameral vergi yoxlaması keçirərək müvafiq qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Dövlət Vergi Xidmətinin məhkəməyə təqdim etdiyi məktuba əlavə edilən bank sənədlərindən də görünür ki, iddiaçıdan əməliyyatlar zamanı vergilər tutulmuşdur. Beləliklə, cavabdeh vergi orqanı və yuxarı inzibati orqan iddiaçıya bank tərəfindən təqdim edilən məktubda ingiliscə “government fee and duties” sözləri qeyd edildiyi üçün bunu yalnız dövlət rüsum və ödənişlər kimi qəbul etmişlər, həmin vəsaitlərin güya vergilərə aid olmadığını əsas gətirmişlər. Lakin özlərinin məhkəməyə təqdim etdiyi sənədlərdə isə “tax” yəni tərcümədə “vergilər” sözləri qeyd edilsə də, həmin hallar belə nə cavabdeh inzibati orqan, nə də ki, məhkəmə tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, cavabdeh vergi orqanı iddiaçının 2020-ci il ərzində səhm satışından ümumi gəlirinin 664705,44 manat və xərclərinin 278760,92 manat olduğunun necə müəyyən etdiyini və hansı qaydada hesabladığını, xərclər hissəsində xərc sənədi kimi hansı xərclərin nəzərə aldığını, iddiaçıdan xarici ölkədəki bank tərəfindən tutulan 29 130,49 dollar (49 521,83 AZN) məbləğində vergi və digər ödənişlər, 77 484,28 dollar (131 723,28 AZN) məbləğində bankın komissiya xərclərinin nəzərə alıb-almadığını açıqlaya və əsaslandıra bilməmiş, məhkəmə isə qeyd edilən hallara məhəl qoymadan və gəlir və xərclərin hansı qaydada hesablandığını müəyyən etmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərdən aydın olur ki, cavabdeh vergi orqanı kameral vergi yoxlamasını keçirərkən iş üzrə əhəmiyyətli olan bütün halları araşdırmamış, yoxlamanı düzgün, obyektiv, tam və hərtərəfli aparılması üçün zəruri olan bütün sənədləri əldə etməmiş və nəticə etibarı ilə düzgün olmayan qərara gəlmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində konkret olaraq təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bundan başqa, qeyd edilməlidir ki, VM-nin 2.5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Hökuməti və X9 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü bəndində təsbit edilmişdir ki, Razılığa gələn Dövlətin rezidentinin, aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Göründüyü kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin müddəalarına görə də, əgər vergi ödəyicisi şirkətin səhmlərin və digər korporativ hüquqların özgəninkiləşdirilməsi ilə məşğul olmuşdursa, bu halda da həmin xarici dövlətdə vergiyə cəlb edilə bilər. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə etiraz və etiraza əlavə təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahatlar verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilən etirazın və etiraza əlavənin məzmununa uyğun izahatlar verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - X8 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi (VÖEN: **********) İddiaçı ünvanlanmış “Kameral vergi yoxlaması (vergi növü: Gəlir vergisi; vergi dövrü: xx.xx.2020xx.xx.2020-ci illər üzrə) üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubda İddiaçı bildirilmişdir ki, qarşılıqlı mübadilə çərçivəsində daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırılması nəticəsində onun əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində onun səhm satışından ümumi gəlirinin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir. Vergi ödəyicisinə kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıda göstərilmiş zəruri olan sənədlərin (məlumatlar) təqdim olunması təklif edilmiş və təqdim olunmadığı halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması izah olunmuşdur: - Müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri; - Xarici dövlətlərdə əldə edilmiş gəlirlər həmin ölkədə vergiyə cəlb edilibdirsə, bununla bağlı müvafiq sənədlər; - Ətraflı izahat məktubu; - Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi sənədlər. -X8 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********987700 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı kameral qaydada 2020-ci il gəlir vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və sığorta haqqı kimi 54.032,23 manat vergi hesablanmışdır. -Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra mətndə Dövlət Vergi Xidməti) “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********979600 №-li xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********, AZ 1025, Bakı şəhəri, Xətai rayonu, 4-cü Qaraşəhər küçəsi, ev 9, mənzil 20) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin araşdırılması nəticəsində fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, X8 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********987700 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -İddiaçı məxsus şəxsi hesab vərəqəsinin surətindən müəyyən olunur ki, sonuncunun xx.xx.2023-cü il tarixə cəmi ödənilməli borc məbləği 73753,99 manat təşkil edir (hesablanmışdır 54032,23 manat, çap tarixinə faiz borcu 19721,76 manat, əhatə etdiyi dövrün son taixinə saldo - 73753,99 manat, çap tarixinə saldo -73753,99 manat). - X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********390800 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı 2020-ci il üzrə hesablanmış vergi məbləği ilə bağlı hesablama cədvəllərində olan məlumatlardan müəyyən olunur ki, İddiaçı ümumi cəmi gəlir məbləğinin – 391003,20 ABŞ dolları, ümumi cəmi zərərin - 163977,01 ABŞ dolları təşkil etdiyi nəzərə alınmaqla, 227026,19 ABŞ dolları (385944,52 manat) vergiyə cəlb edilən gəlir məbləğinə 14% - 54032,23 manat məbləğində gəlir vergisi hesablanmışdır. - Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********677200 №-li məktubda göstərilmişdir ki, İsveçrə Konfederasiyasının səlahiyyətli orqanlarından 23 sentyabr 2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin 2020-ci hesabat ili ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirdikləri maliyyə əməliyyatları barədə elektron məlumatların təhlili nəticəsində vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) İsveçrə Konfederasiyasında bank hesabının açdığı və həmin bank hesabı üzrə 2841,5 ABŞ dolları məbləğində divident və 8892530,94 ABŞ dolları məbləğində maliyyə aktivlərinin təqdim edilməsindən gəlir əldə etdiyi müəyyən olunmuşdur. Lakin daxil olmuş məlumat yalnız ümumi gəlirləri (xərclər nəzərə alınmadan) əks etdirdiyi və təsdiqedici sənədlər olmadığı üçün, vergi ödəyicisinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə İddiaçı 8 iyul 2022-ci il tarixli **********3636300 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin nümayəndələri ilə görüşə dəvət edilmişdir. İddiaçı ilə 21 iyul 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin inzibati binasında görüş keçirilmiş, xarici ölkələrdə əldə edilmiş gəlirlər və həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər barədə məlumat və sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Nəticədə, İddiaçı İsveçrə Konfederasiyasında açdığı bank hesabından çıxarış şəxsən vergi ödəyicisi tərəfindən 28 iyul 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin inzibati binasında videoçəkiliş ilə keçirilmiş görüş zamanı təqdim edilməsi təmin edilmişdir. Belə ki, vergi orqanlarının apardığı araşdırma İsveçrə Konfederasiyasının səlahiyyəli orqanlarından 23 sentyabr 2021-ci il tarixində təqdim etdiyi elektron məlumat əsasında deyil, İddiaçı şəxsən təqdim etdiyi sənədlər əsasında həyata keçirilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında aparılmış araşdırmanın nəticəsində İddiaçı 2020-ci il üzrə divident və səhm satışından ümumi gəlirin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat, Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2-ci maddəsinin müddəalarına əsasən gəlir vergisinin məbləğinin 54032,23 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyada). 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Hazrkı işin araşdırılan hallarından müəyyən olunur ki, qarşılıqlı mübadilə çərçivəsində vergi orqanına daxil olmuş məlumata əsasən xaricdə gəlirlərin əldə edilməsini təsdiq edən sənədlərin ilkin araşdırması nəticəsində İddiaçı əldə etdiyi gəlirlərin maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) ibarət olduğu müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində onun səhm satışından ümumi gəlirinin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat təşkil edildiyi və əldə edilmiş gəlirin bəyannamə təqdim edilməklə həmin bəyannamənin müvafiq sətirlərində əks etdirilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi ödəyicisinə kameral vergi yoxlamasının başa çatdırılması üçün xx.xx.2022-ci il tarixli məktub bildiriş göndərilərək, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələrini, xarici dövlətlərdə əldə edilmiş gəlirlər həmin ölkədə vergiyə cəlb edilmişdirsə, bununla bağlı müvafiq sənədləri, ətraflı izahat məktublarını, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi sənədlərin təqdim olunması təklif edilmişdir. X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********987700 nömrəli “Vergilərin hesablanması barədə” qərarın surətindən müəyyən olunur ki, İddiaçı təqdim etdiyi sənədlər əsasında aparılmış araşdırmanın nəticəsində onun 2020-ci il üzrə divident və səhm satışından ümumi gəlirin 664705,44 manat və xərclərinin 278760,92 manat olmaqla vergiyə cəlb olunan gəlirinin 385944,52 manat, Vergi Məcəlləsinin 99.3-cü maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xaricdə əldə etdiyi gəlirlər qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərə aid olduğundan, Məcəllənin 101.2-ci maddəsinin müddəalarına əsasən gəlir vergisinin məbləğinin (14%) 54032,23 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların əsaslı olub-olmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Cavabdehin mübahisəli qərarı 1) inzibati orqan (Bakı şəhəri X8 üzrə Baş İdarəsi) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan (vergi ödəyicisi olan iddiaçıya əlavə vergi hesablanması) qərar formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2. inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Göründüyü kimi qanunvericlik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir və vergi orqanı tərəfindən kameral vergi yoxlaması vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normaların təhlilindən göründüyü kimi vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar və s.) istifadə etməklə hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Beləliklə müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əməl olunmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar maddihüquqi baxımdan da əsaslıdır. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən iddiaçı - fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs”dən ibarət olduğu və uçot-baza məlumatlarına əsasən vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 97.1.Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir.
101. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: 1-ci cədvəl Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər. Azərbaycan Respublikasının 10 aprel 2007-ci il tarixli 384-İİİQ №li Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti və X9 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, razılığa gələn Dövlətin rezidentinin, aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər. Həmin maddənin 5-ci hissəsində göstərilmişdir ki, 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində qeyd olunanlar istisna edilməklə, istənilən əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər yalnız əmlakı özgəninkiləşdirən şəxsin rezident olduğu Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Azərbaycan Respublikasi Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq olunmuş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) Qaydaları: Bənd 1. Ümumi müddəalar. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi qaydalarını müəyyənləşdirir. Bənd 4. Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi. 4.1. Razılığa gələn digər dövlətdə ödənilmiş vergilərin həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 127-ci maddəsinin, həm də beynəlxalq müqavilənin müddəalarına müvafiq qaydada Azərbaycan Respublikasında hesablanan vergidən çıxılması üçün rezident tərəfindən özünün uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (bundan sonra – DTA-02 forması) (Əlavə №3) təqdim edilməlidir. 4.2. DTA-02 formasına xarici dövlətdə əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8.9-8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. 4.2-1. Xaricdə ödənilmiş vergilərin nəzərə alınması Vergi Məcəlləsinin, həm də beynəlxalq müqavilənin müddəalarına uyğun hesab edildiyi halda, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №4) üzrə razılıq məktubu tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra elektron formada imzalanaraq, müraciət edən şəxsə göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. 4.2-2. Bu Qaydaların 4.2-1-ci bəndində qeyd edilən razılıq məktubu rezident fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi, rezident hüquqi şəxslər tərəfindən isə mənfəət vergisinin bəyannaməsi ilə birlikdə xaricdə ödənilmiş verginin nəzərə alınması üçün müvafiq vergi orqanına təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA- 02) ilə xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etməsinə baxmayaraq, xarici dövlətdə vergilərin ödənilməsini sübut edən mötəbər sənədlər müraciətə əlavə edilməmişdir. Qeyd olunan sənəd müvafiq dövlət qurumları tərəfindən təqdim olunur. Vergi orqanına ünvanlanmış müraciətdə DTA-02 forması fərdi sahibkar tərəfindən müraciətə əldə edilmiş və müvafiq bank tərəfindən təqdim edilmiş məktubda dövlət rüsumu və yığımlarının fərdi sahibkar tərəfindən ödənilməsi əks olunmasına baxmayaraq, adıçəkilən məktubda vergilərin ödənilməsinə dair heç bir qeyd nəzərdə tutulmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətin dəlili kimi cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq prosessual müddətə əməl etməməklə qərar qəbul edildiyini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi cavabdeh tərəfindən aparılmış hesablama xaricdən əldə olunmuş məlumata əsasən deyil, vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərindən göründüyü kimi həmin maddədə qeyd olunan prosessual müddət vergi ödəyicisi tərəfindən bəyannamə təqdim olunduğu halda həmin bəyannamənin yoxlanılması üçün tələb olunan prosessual müddətdir. Hazırkı halda isə iddiaçı tərəfindən 2020-ci il üzrə “Gəlir vergi bəyannaməsi” təqdim edilməmiş və analoji qaydada vergi hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə olmadığından bu zaman Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş prosessual müddətlər tətbiq edilməlidir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən - Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilən cavabdeh vergi orqanın prosessual müddəti ötürməsi barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlili olan- cavabdeh tərəfindən DTA-02 formasının verilməsindən imtina edilərək, buna səbəb kimi xarici ölkədə dövlət qurumlarından vergilərin ödənilməsini əks etdirən sənədin mövcud olmaması və bankın məktubunda isə tutulan vəsaitlərin dövlət rüsum və yığımların olmasını göstərməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 2834 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi məqsədilə “Maliyyə hesabatları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya” qoşulmaq barədə Bəyanat 1 iyun 2017-ci il tarixdə imzalanmış və həmin ilin 1 iyul tarixindən tətbiq edilməsinə başlanılmışdır. Çoxtərəfli Razılaşma çərçivəsində vergitutma məqsədləri üçün müxtəlif dövlətlərin rezidentləri olan hüquqi və fiziki şəxslərin həmin dövlətlərin hesabat verən maliyyə institutlarındakı hesabat verilməli hesabların qalığı və həmin hesablar üzrə gəlirləri barədə məlumatların toplanması və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsi həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 149.1.4-cü maddəsinə əsasən xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasından kənarda gəlir əldə etdiyini, “Azərbaycan Respublikası Hökuməti və X9 arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 13-cü maddəsinin 4-cü bəndinə əsasən razılığa gələn dövlətin rezidentinin, aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısıyla ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər dövlətdə vergiyə cəlb edilməli olduğunu bildirmişdir. Bu barədə qeyd edilməlidir ki, Konvensiyanın 13-cü maddəsinin 4-cü hissəsinə istinadən Razılığa gələn dövlətin rezidentinin, aktivləri əsasən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısıyla ibarət olan şirkətin səhmdar kapitalının səhmlərinin və ya digər korporativ hüquqlarının özgəninkiləşdirilməsindən əldə etdiyi gəlirlər həmin digər dövlətdə vergiyə cəlb edilə bilər. Belə ki, iş materiallarında olan sənədlərdən iddiaçının maliyyə aktivlərinin təqdim edilməsindən (səhm satışından) gəlir əldə etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən səhmləri ticarət edilmiş şirkətlərin açıq internet məlumatlarından əldə edilən maliyyə hesabatlarına əsasən, aktivlərinin əsasən 50%-dən çoxunun digər dövlətdə yerləşən daşınmaz əmlakdan bilavasitə və ya dolayısı ilə ibarət olan şirkətlər olmadığı müəyyən edildiyindən iddiaçının Konvensiyanın 13-cü maddəsinin 4-cü hissəsinə istinadı əsassızdır. Belə olan halda həmin Konvensiyanın 13-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulduğu kimi, maddənin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində qeyd olunanlar istisna edilməklə, istənilən əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər, yalnız əmlakı özgəninkiləşdirən şəxsin rezident olduğu Razılığa gələn Dövlətdə vergiyə cəlb edilməlidir. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Hazırki halda iddiaçı vergi orqanının hesablamalarının səhv olduğunu sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7194/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev