Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1592/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “İQ-50/4 nömrəli xx.xx.2020-cu il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilərək ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “İQ-50/4 nömrəli xx.xx.2020-cu il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilərək ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-4069/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarındaniddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı nümayəndəsi Vəkil oglu cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-50/4 saylı xx.xx.2020-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləgv edilməsi, onun xx.xx.2019-cu il tarixli “qaçqın statusu verilməsi haqqında" vəsatətinin təmin edilərək ona və ailə üzvlərinə (həyat yoldaşı Ghafari Roqa, oglu Rezaei İfran və qızı Rezaei Baran) qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Vəkil oglu iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İQ-50/4 nömrəli xx.xx.2020-cu il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildə Azərbaycana gəlmiş, xx.xx.2019-cu il tarixdə ailəsi ilə birlikdə sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alaraq onunla və həyat yoldaşı ilə müsahibə aparmışdır. O, həyat yoldaşı X2 Sar-e-Pol vilayətində, baldızı Sakinanın deputatlığa namizədliyini irəli sürdüyü üçün onun təbliqat kompaniyasında iştirak etdiyi, hətta bir dəfə taliblər tərəfindən atəşə tutulduğunu, eləcə də, müxtəlif təhsil müəssisələrində müəllim işlədiyinə görə taliblər tərəfindən təhdid edilərək həyatı üçün təhlükə yarandığından ailə üzvləri və arvadının yaxın qohumları ilə birlikdə qaçqın statusu almaq niyyəti ilə Azərbaycana gəlmiş və Əfqanıstana geri qayıtmaq istəmir. Dövlət Miqrasiya Xidməti xx.xx.2020-ci il tarixdə İQ-50/4 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd etmişdir. Dövlət Miqrasiya Xidməti qərarını onunla əsaslandırmışdı ki, onun sığınacaq üçün əsasları mövcud deyildir. Belə ki, cavabdeh orqanın qərarı ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4069/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh orqanın qərarında səhvə yol verilmişdir. Belə ki, cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmiş və iş üzrə mühüm faktların mötəbərliliyi qiymətləndirilməmişdir. İş üzrə mühüm fakt onun etnik/dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilməsi riskidir. Cavabdeh onun əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ona münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. İş üzrə mühüm fakt onun həyat yoldaşının müəlliməliklə, eləcə də həyat yoldaşı və baldızının ictimai və siyasi fəaliyyətlə məşğul olduqları üçün taliblər tərəfindən təqib edilməsidir. İş üzrə mühüm faktlara dair onun təqdim etdiyi sübut onun və həyat yoldaşının müsahibə zamanı verdiyi izahatlarıdır. Müsahibədən görünür ki, o, işin mühüm faktları, yəni onun və ailəsinin təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vermiş və həmin izahatlar onun işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Onun izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Onun və ailə üzvlərinin etnik mənsubiyyəti. Həyat yoldaşının müəlliməliklə, həyat yoldaşı və baldızının siyasi və ictimai fəaliyyətlə məşğul olduqlarına görə taliblər tərəfindən təqibə məruz qaldıqları üçün həyatlarına təhlükənin yaranması cavabdeh orqan tərəfindən müəyyən edilməmiş və təhlil edilməmişdir. O, qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həmçinin onun müsahibəsi zamanı tərcüməçinin iştirakı təmin edilməmiş və cavabdeh orqan tərəfindən ona lazımi hüquqi məsləhətlər verilməmişdir. Cavabdeh orqanın qərarı yazılı akt olmasına baxmayaraq qanuna uyğun əsaslandırılmamış, qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, iddiaçının, onun ailəsinin və baldızının Taliban tərəfindən zülmə məruz qaldığını, ona görə də onlara sığınacaq verilməli olduğunu, İddiaçı və arvadı Ghafari Roqayanın təzyiqə məruz qalması ilə bağlı birbaşa sübutlarının olmadığını, lakin Ghafari Roqayanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində müsahibəsi zamanı ona təzyiqlərin olunduğunu bildirdiyini, hətta seçki kompaniyasında iştirak edərkən taliban tərəfindən törədilmiş partlayışa məruz qaldığını bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasita Xidmətinin Qaçqın Statusunun verilməsi İdarəsinin MŞ-392-2019 saylı xx.xx.2020-ci il tarixli arayış-müvəqqəti şəhadətnaməsindən görünür ki, xx.xx.1985-ci ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı Rezaer Rasool onun ailə üzvlərinə qaçqın statusu almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş və adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən iddiaçının şəxsiyyətini təsdiq edən sənəddir. Vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. İddiaçının nə özü, nə də həyat yoldaşı şəxsən vətəndaşları olduqları ölkədə taliblər tərəfindən təhdidə məruz qalmamışlar. Dövlət Miqrasiya Xidmətinin İQ-50/4 saylı xx.xx.2020-ci il tarixli Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, iddaçının vəsatəti araşdırılması üçün cavabdeh orqan tərəfindən qeydiyyata alınmış, təqdim edilmiş sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və həyat yoldaşı ilə müsahibə keçirilmiş və nəticədə iddiaçıya və onun ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin faktiki haalarından görünür ki, xx.xx.1985-cı il təvəllüdlü milliyətcə həzarə Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2019-cu ildə sığınacaq vəsatəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı natamam orta təhsilli oldugunu, 2001-ci ildə ailəsi ilə İrana köçməli oldugunu, 2005-ci ildə ailəsinin könüllü olaraq Əfqanıstana qayıtdıgını, orada tikintilərdə işlədiyini, ölkəsində anası, qardaş-bacılarının yaşadıqlarını, oradan Azərbaycana qayınanası, baldızları, bacanağı, arvadı və 2 uşağı ilə qanuni yolla ƏİR-nın DİN Baş pasport idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx.xx.2020-ci il tarixədək qüvvədə olan P0805341 nömrəli pasportla gəldiyini, heç bir təşkilata üzv və ya tərəfdar olmadıgını, heç vaxt həbs olunmadıgını, xx xxxxxxx 2019-cu il tarixdə ölkəsindən çıxdıgını, sonra Azərbaycana viza almaq üçün 17 gün Özbəkistanda qaldığını, Azərbaycana təyyarə ilə işgüzar viza əsasında qanuni yolla gəldiyini, sonradan qaçqın statusu almaq üçün müraciət etdiyini, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, bina 252, mənzil 123-də müvvəqəti qeydiyyata alındıgını, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Mənim baldızım Səkinə Qaffari parlamentə namizədliyini irəli sürmüşdü. O, namizədliyini irəli sürdükdən sonra mənim üçün problemlər başladı. Sər-e-Polda olan taliblər istəmirdilər ki, kimsə hökumətlə əməkdaşlıq etsin. Mənim arvadım (o vaxtlar biz onunla nişanlı idik), öz bacısının təbliğatını aparmaq üçün müxtəlif məntəqələrə gedirdi, bir dəfə məntəqələrdən birinə gedərkən onlarla birlikdə gedən cavan oğlan divarda təbliğat üçün şüar yazmaq istəyərkən taliblər haradansa atəş açıblar, həmin oğlan qolundan yaralanıb. Bundan başqa mənim baldızımın təbliğatı zamanı divarlara şəkillər yapışdırılırdı, taliblər həmin şəkilləri cırıb atırdılar. Bundan başqa mənim arvadım universitetdə dərs deyirdi, onu da taliblər təhdid edirdilər, biz də bu səbəblərdən Əfqanıstanı tərk etmişik”, “Taliblər onu nə vaxtdan təhdid etməyə başlayıblar?” sualına “Mənim arvadımı şəxsən təhdid etməyiblər, amma bunu deyim ki, Əfqanıstanda ümumiyyətlə bütün universitet müəllimlərini təhdid edilirlər”, “Şəxsən sizi nə vaxtsa təhdid ediblərmi?” sualına “Xeyr, təhdid olunmamışam, amma şəhərdən kənara çıxmaq mümkün deyil, yollarda taliblərin postları var, həzarə olmağa, şiyə olmağa görə adamı tutsalar öldürərlər”,“Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi?” sualına “Yalnız arvadımı təhdid ediblər, bacısı deputatlığa namizəd olduğu üçün, həm də özü universitetdə dərs dediyi üçün”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Xeyr”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Taliblər tərəfindən həyatım üçün təhlükə var, onların əlinə düşsəm məni və ailə üzvlərimi öldürərlər”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına “Sizdən xahişim odur ki, məni və ailə üzvlərimi burada qaçqın kimi qəbul edəsiniz, bizə burada yaşamağa və işləməyə icazə verəsiniz” və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixdə İQ-50/4 saylı qərarı ilə İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə X1 Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X3rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, xx xxxx 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini dini etiqadına görə şiə həzarə olduğu üçün Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirmiş, lakin özünün dini mənsubiyyətinə görə, məhz həzarə olduguna görə hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nıntələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4069/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1592/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1592/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver