Məhkəmə qərarları › İş №2-1(103)-1592/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1592/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1592/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiаçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə - "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “qərarın və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında 02 oktyabr 2019-cu il tarixli **********704100 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********147449 nömrəli Qərarına əsasən "xxxx" MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli **********130826 №li akt tərtib edilmişdir. Yoxlama ilə əlavə dəyər vergisinin 48607,71 manat məbləğində azaldılması aşkar edildiyi üçün səyyar vergi yoxlaması aktı və yoxlama materialları vergi orqanı tərəfindən əsaslı və etibarlı hesab edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********81911 nömrəli qərar qəbul edilmiş və ümumilikdə 24 303,86 mannat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanına təqdim edilmiş vergi bəyannamələri və ilkin mühasibat sənədlərinə əsasən əlavə dəyər vergisinin düzgünlüyünün yoxlanılması zamanı Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozularaq, alınmış mallara görə verilmiş vergi hesab-fakturaları üzrə əməliyyatların dəyərinin nağd şəkildə ödənildiyi aşkar edilmiş və nəticədə yoxlama olmaqla, ümumilikdə 48 607,71 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğində nisbətən azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faiz miqdarında, 2015-ci ilin dekabr ayı üzrə 22 899,45 manat, 2017-ci ilin iyun ayı üzrə 1 404,41 manat olmaqla, ümumilikdə 24 303,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra vergi ödəyicisi səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli şikayətlərlə Vergilər Nazirliyinə müraciət etmişdir. Həmin şikayətlərə Vergilər Nazirliyinin sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsi tərəfindən baxılmış və inzibati icraatın nəticəsinə dair “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 2 oktyabr 2019-cu il tarixli **********704100 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən səyyar vergi yoxlamasının nəticələri yoxlama ilə 2015ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45 798.9 manat ƏDV-nin yayındırılması ilə əlaqədar vergi ödəyicisinə tətbiq edilmiş 22 899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş və yoxlamanın nəticələri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisinin eyni məzmunlu təkrar şikayəti Apellyasiya Şurasının icraatına qəbul edilərək xx.xx.2019-cu il tarixli iclasının gündəliyinə daxil edilmiş və şuranın iclasında aparılan müzakirlər zamanı işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla şikayətin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli qərarı “2015-ci il üzrə 45798,90 manat ƏDV-nin hesablanması”na dair hissədə ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza və ona əlavəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Vergilər Nazirliyi ilə əvəz olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili 05 avqust 2020-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmədən əsl olmayan cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Vergilər Nazirliyi ilə əvəz olunmasına dair cavabdehin təqdim etdiyi vəsatətə etiraz etmədiyini və vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05 avqust 2020-ci il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş vəsatət təmin edilmiş, hazırkı iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. 08 sentyabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini göstərərək, "xxxx" MMC-nin barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 02 oktyabr 2019-cu il tarixli **********704100 №li qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 ƏDV-nin yayındırılması” hissəsində ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən “Elektron Məhkəmə” sistemi ilə məhkəməyə təqdim olunmuş ərizədə cavabdeh qismində Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini göstərərək, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191195 №li qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsində ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia təmin edilməməlidir: Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********126878 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir, (yoxlanılan dövr: xx.xx.2015-cı il tarixdən xx.xx.2017-ci il). Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmiş, Səyyar vergi yoxlamasının nəticəsinə əsasən xx.xx.2019-cu il tarixli **********181911 nömrəli “Vergi ödəyicisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2015-cı il üzrə 45.798,90 manat və 2017-ci il üzrə 2.808,81 manat olmaqla, ümumilikdə 48.607,71 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş və 24.303,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********19195 nömrəli “Vergi ödəyicisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərar çıxarılaraq maliyyə sanksiyasının alınması müddəti bitdiyinə görə 22.899,45 manat azaldılaraq, 1.404,41 manat maliyyə sanksiyası saxlanılmışdır. Səyyar vergi yoxlamasının gedişatında aşağıdakılar müəyyən edilmişdir. Yoxlama müəssisənin bank əməliyyatları barədə hesabları yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara və Vergilər Nazirliyinin baza məlumatlarına əsasən aparmışdır. Yoxlama ilə əhatə edilən dövr üzrə vergi ödəyicisi tərəfindən lift və eskalatorlara xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, obyektdən anbar kimi istifadə edilmişdir. Departamentin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2017-ci il tarixli **********127465 saylı Tələbnaməsinə əsasən xx.xx.2015-xx.xx.2017-ci il vergi dövrü üzrə yoxlamanın predmetinə aid olan ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, elektron vergi hesab fakturaları, qaimə fakturaları, dövriyyə cədvəlləri, baş kitablar, bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, müəssisənin obyekti və təsərrüfat subyektləri barədə sənədlər, debitor və kreditorlarla hesablaşmaların hərəkətini özündə əks etdirən mühasibat sənədləri, müəssisənin fəaliyyəti barədə xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicəsinin fəaliyyəti ilə bağlı elektron fayllar tələb edilmişdir. Departamentin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018ci il tarixli **********166756 saylı Qərarına əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üzrə ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər, müqavilələr, qaimə, idxal-ixrac əməliyyatlarına aid sənədlər və ödəniş sənədləri, habelə Səyyar vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər və elektron məlumat daşıyıcıları tələb olunmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmiş, Səyyar vergi yoxlamasının nəticəsinə əsasən xx.xx.2019-cu il tarixli **********181911 nömrəli “Vergi ödəyicisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2015-cı il üzrə 45.798,90 manat və 2017-ci il üzrə 2.808,81 manat olmaqla, ümumilikdə 48.607,71 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş və 24.303,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV-nin hesablanması ilə bağlı xx.xx.2015-ci il tarixli HJ seriyalı 196501 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 326478 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487549 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487550 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487549 nömrəli vergi hesab fakturası üzrə ödənilmiş əlavə dəyər vergisi həm vergi hesab fakturaların alındığı dövrlərdə, həm də 2015-ci ilin dekabır ayının əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmişdir. Ödənilmiş əlavə dəyər vergisi 2 dəfə əvəzləşməyə təqdim edildiyi üçün 2015-ci ilin əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmiş 45.798.90 manat məbləğində əvəzləşmə ləğv edilmişdir. Yoxlama ilə vergi orqanına təqdim edilmiş vergi bəyənnamələri ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən büdcəyə çatası ƏDV-nin 48.607,71 manat az hesablanması aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 48.607,71 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 24.303,85 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akta əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181911 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2689/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)- 377/2021 saylı qərarı ilə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 21(112)-2689/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)-951/2021 saylı qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(103)-377/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayət qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)- 1981/2021 saylı qərardadı ilə, iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-218/2022 saylı qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1981/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)- 1503/2022 saylı qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, …Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında iddiaçıya yardım edərək, iddianın predmetinin şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt olduğunu izah etməli, iddiaya cavab verməli inzibati orqan düzgün müəyyən edilməli, bundan sonra iddianın mümkünlük şərtləri araşdırılmalı, iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İPM-in 13 və 48-ci maddələrinə əsasən və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixli məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, daha əvvəl verilmiş iddia ərizələrinin dəqiqləşdirilməsi barədə ərizələrin nəzərə alınmamasını və iddia tələbinin “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli qərarının “2015-ci il üzrə 45798,90 manat ƏDV-nin hesablanmasına dair” hissədə ləğv edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019cu il tarixli qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli qərarının “2015-ci il üzrə 45798,90 manat ƏDVnin hesablanmasına dair” hissədə ləğv edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsi qərara alınmışdır. Cavabdeh etiraza əlavə verərək bildirmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********126878 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. (yoxlanılan dövr: xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il). Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmiş, Səyyar vergi yoxlamasının nəticəsinə əsasən xx.xx.2019-cu il tarixli **********181911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əasən 2015-ci il üzrə 45798,90 manat və 2017-ci il üzrə 2808,81 manat olmaqla, ümumilikdə 48607,71 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş və 24303,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sonra Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********19195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərar çıxarılaraq maliyyə sanksiyasının alınması müddəti bitdiyinə görə 22899,45 manat azaldılaraq, 1404,41 manat maliyyə sanksiyası saxlanılmışdır. Səyyar vergi yoxlamasının gedişatında aşağıdakılar müəyyən edilmişdir. Yoxlama müəssisəsinin bank əməliyyatları barədə hesabları yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara və Vergilər Nazirliyinin baza məlumatlarına əsasən aparmışdır. Yoxlama ilə əhatə edilən dövr üzrə vergi ödəyicisi tərəfindən lift və eskalatorlara xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, obyektdən anbar kimi istifadə edilmişdir. Departamentin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2017-ci il tarixli **********127465 saylı Tələbnaməsinə əsasən xx.xx.2015-xx.xx.2017-ci il vergi dövrü üzrə yoxlamanın predmetinə aid olan ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, elektron vergi hesab fakturaları, qaimə fakturaları, dövriyyə cədvəlləri, baş kitablar, bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, müəssisənin obyekti və təsərrüfat subyektləri barədə sənədlər, debitor və kreditorlarla hesablaşmaların hərəkətini özündə əks etdirən mühasibat sənədləri, müəssisənin fəaliyyəti barədə xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar tələb edilmişdir. Departamentin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018ci il tarixli **********166756 saylı Qərarına əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üzrə ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər, müqavilələr, qaimə, idxal-ixrac əməliyyatlarına aid sənədlər və ödəniş sənədləri, habelə Səyyar vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər və elektron məlumat daşıyıcıları tələb olunmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmiş, Səyyar vergi yoxlamasının nəticəsinə əsasən xx.xx.2019-cu il tarixli **********181911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2015-ci il üzrə 45798,90 manat və 2017-ci il üzrə 2808,81 manat olmaqla, ümumilikdə 48607,71 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş və 24303,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV-nin hesablanması ilə bağlı bildirilir ki, xx.xx.2015ci il tarixli HJ seriyalı 196501 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 326478 nömrəli, xx.xx.2015ci il tarixli HJ seriyalı 487549 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487550 nömrəli, xx.xx.2015ci il tarixli HJ seriyalı 487549 nömrəli vergi hesab fakturası üzrə ödənilmiş əlavə dəyər vergisi həm vergi hesab fakturaların alındığı dövrlərdə, həm də 2015-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmişdir. Ödənilmiş əlavə dəyər vergisi 2 dəfə əvəzləşməyə təqdim edildiyi üçün 2015-ci ilin əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmiş 45798.90 manat məbləğində əvəzləşmə ləğv edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC hüquqi şəxs kimi xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir; Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********147449 nömrəli Qərarına əsasən "xxxx" MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmişdir; xx.xx.2019-cu il tarixli, **********130826 №-li səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən xx.xx.2017ci il tarixli **********126878 saylı qərara əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (20152017-ci illər üzrə aksiz vergisi, 2015-2016-ci illər üzrə əmlak vergisi, 2016-2017-ci illər üzrə torpaq vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-2016-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2015-cı il-sentyabr 2017- ci illər üzrə mədən vergisi, sentyabr 2015-sentyabr 2017-ci illər üzrə əlavə dəyər vergisi, 2015-2016-ci illər üzrə mənfəət vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Qeyd olunan akta görə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanılarkən büdcəyə çatası ƏDV-nin 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat az hesablanması aşkar edilmiş və yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDVnin hesabatda göstərilən məbləğinin, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 48.607,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur; Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********181911 №li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin rəhbəri İsmayıl Mailova rəsmi qaydada təqdim olunmuşdur; Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02 oktyabr 2019-cu il tarixli **********704100 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-nin rəhbəri X2 cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə Vergilər Nazirliyinə verdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********181911 №li qərar 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********191195 №li qərarı ilə "xxxx" MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2019cu il tarixli **********182000 saylı qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02 oktyabr 2019-cu il tarixli **********704100 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş üzrə mübahisə predmeti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli qərarının “2015-ci il üzrə 45798,90 manat ƏDV-nin hesablanması”na dair hissəsi təşkil edir. İş materiallarından görünür ki, həmin dövr üzrə maliyyə sanksiyasının alınması müddəti bitdiyinə görə 22899,45 manat azaldılmış, lakin əsas vergi öhdəliyi saxlanılmışdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-951/2021 saylı qərarında göstərilmişdir ki, ... iddiaçının məsuliyyətə cəlbetmə müddətinin ötürülüb-ötürülülmədiyini Vergi Məcəlləsinin 56.1-ci maddəsinn və maddənin şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun tələbləri baxımından araşdırılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.; 53.2-ci maddəsinə əsasən, heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 54.0-cı maddəsinə əsasən, şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. (xx.xx.2020-ci il tarixədək olan redaksiya) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən bir neçə növ hüquqi məsuliyyətə səbəb olur. Hüquqi məsuliyyətin növləri hüquq münasibətlərinin xarakterindən asılıdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 53.2-ci maddəsində nəzərdə tutulduğu kimi heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 51 və 52-ci maddələrinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi vergi orqanları tərəfindən və ya verilmiş iddia üzrə MülkiProsessual Məcəlləyə müvafiq olaraq məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, 2015-ci il üzrə 45798,90 manat ƏDV-nin hesablanması ilə bağlı cavabdeh vergi orqanı xx.xx.2019-cu il tarixdə qərar qəbul etməklə, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbini (vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə vergi öhdəlikləri yarana bilməz) pozmuşdur. Cavabdehin qeyd olunan müddəanin yalnız maliyyə sanksiyasına tətbiq edilməli olması ilə bağlı mövqeyi əsassızdır. Birincisi, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin 3 illik müddət tələbi məsuliyyətə cəlbetmə ilə yanaşı, vergi öhdəlikləri ilə də bağlıdır. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarı da həmin müddətin vergi öhdəliklərinə şamil edilməsini istisna etməmişdir. X8 və Cinayət Məcəllələrində vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etməklə bağlı müxtəlif müddətlərin nəzərdə tutulması ilə əlaqədar qəbul edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli qərarı “2015-ci il üzrə 45798,90 manat ƏDV-nin hesablanması”na dair hissədə ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8873/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8873/2022 saylı 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar