Məhkəmə qərarları › İş №2-1(103)-1592/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1592/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1592/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinə qarşı “təhqiqat aktının işəgötürənə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X14 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (qardaşı) X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinə qarşı “işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı hazırkı tələblə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət etmiş və iddiaçıya ünvanlanan 14 yanvar 2022-ci il tarixli, **********1 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətlərinizdə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin 3 saylı Neft qazçıxarma sahəsində iş vaxtı səhhətinizin pozulması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması və köməklik göstərilməsini xahiş etmişsiniz və araşdırma zamanı əlavə məlumatların əldə edilməsi üçün aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildiyindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci bəndinə əsasən müraciətlərə baxılması 30 (otuz) üş günü müddətinə uzadılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 28 yanvar 2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı “Azneft” İB-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda xx.xx.2020-ci il tarixdə iş qrafikinə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyiniz, xx.xx.2020-ci il tarixdə saat 20-00 radələrində şam yeməyindən sonra telefonla danışmaq üçün yeməkxana evçiyinin dəhlizinə keçdiyiniz, bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşları Sizi huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördükləri qeyd edilmişdir. Eyni zamanda həmin məktubda xx.xx.2020-ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığınız, çagırılmış təcili və təxirəsalanmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunduğunuz, “ÜİX.kəskin koronar sindrom diaqnozu qoyulduğu, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. Səhhətinizin pozulması halının əmələ gəlmə səbəbi və istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə müraciət olunmuş, təqdim olunmuş xx.xx.2022-ci il tarixli 41/02/31 nömrəli məktubda “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatmamazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Əvvəllər keçirilən miokard infarktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğu qeyd edilmiş, həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir... Qeyd edilən səbəblərlə bağlı olaraq iddiaçının səhhətinin pozulması halının istehsalatda əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan V.Y.Axundov adına Elmi X11 İnstitutunun səlahiyyətləinə aid oluğundan İddiaçı təyin olunmuş diaqnozların peşəsi ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün aidiyəti üzrə həmin İnstituta müraciət edilməsi tövsiyyə olunur. V.Y.Axundov adına X26 X5 Hacəli Əbdüləli oğluna ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 59/2 nömrəli məktubunda, İddiaçı əvvəllər keçirilən “miokard infarktı” və onun fəsadlarından hesab edilən “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatışmazlığı.” diaqnozlarının yaranmasına səbəb ola biləcək hansı əmək şəraiti ilə, yəni əmək prosesində streslə, bədbəxt hadisə və fövqəladə vəziyyətlə bağlı olmasını təsdiq edən sənədlərin yoxluğu, digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən infarkt, insult əmək şəraiti ilə bağlı olduğu halda təhqiqinin aparılması, həmçinin göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda öz əksini tapmamasının bu xəstəliklərin peşə xəstəliyi kimi qiymətləndirilməsinə imkan vermədiyi qeyd olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı 21 iyun 2023-cü il tarixli, 317-5/2-Ə-22719/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X18 Xidməti) bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Bundan sonra İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinə qarşı iddia qaldıraraq xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməlliyatı keçirilməsinə səbəb olmuş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilməsi və iddiaçıya İZ formalı aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-11631/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdr. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azneft” İstehsalat Birliyinin struktur bölməsi olan “Abşeronneft” Neft Qazçıxarma” İdarəsi rəisinin xx.xx.1995-ci il tarixli, 107 saylı əmri ilə həmin idarənin 3 saylı sexinə neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2020-ci ildə bədbəxt hadisə baş verib xəstəxanaya düşənə kimi bu idarədə operator vəzifəsində işləmişdir. İş qraflkinə uyğun olaraq o, iş yoldaşları ilə birgə 1 (bir) həftə işə gedir, bir həftə işləyir və sonra evə qayıdıb bir həftə istirahət edəndən sonra yenidən işə gedirdi. xx.xx.2020-ci ildə yenə işə çıxma qraflkinə uyğun olaraq iş yoldaşları ilə birlikdə 7 (yeddi) günlük “Abşeronneft” NQÇİ-nin 1120 saylı dəniz özülünə işə getmiş, yeddi günlük iş növbəsinin başa çatmasına baxmayaraq “pandemiya” olduğunu bildirərək, dəyişmədilər və bu minvalla iddiaçı və iş yoldaşları xx.xx.2020-ci ilə kimi fasiləsiz iş yerində qalıb işləməyə məcbur olmuşlar. İddiaçı və iş yoldaşları tez-tez 3 saylı X16 rəisi Mirdaməd Yusifovla telefon vasitəsilə əlaqə saxlayıb dəyişilmələrini və evlərinə getmək üçün sahilə çıxarılmalarını dedikcə, o, hər dəfə deyirdi ki, hər şeydən məlumatlıdır, tezliklə növbəni dəyişib evə getmələrini təmin edəcəklər. Lakin növbə dəyişilmir və yenə işdə qalıb işləyirdilər. Onların uzun müddət 1120 saylı dəniz özülündə qalıb işləmələrindən “Abşeronneft” NQÇİ-nin rəisi Ramil Quliyevin də məlumatı var idi. xx.xx.2020-ci ildə hətta Ramil Quliyev onlarla görüntülü telefon əlaqəsinə çıxaraq iddiaçı və iş yoldaşları ilə danışmışdı. X22 danışan zaman ona istehsalat sahəsində işlərin normal olduğunu, bir ay işdə qalıb işlədiklərini, onların dəyişmədiklərini, fasiləsiz olaraq bir ay işləmələri ilə bağlı həm fiziki, həm də psixoloji cəhətdən möhkəm yorulduqlarını, artıq dözə bilmədiklərini, ciddi gərginlik və yorğunluq altında olduqlarını, bu bir ay müddətində hər birinin ailəsində də bir sıra problemlər yarandığını onun nəzərinə çatdırmış və tezliklə dəyişməyi və evlərinə getməyi təmin etməyini xahiş etmişlər. Eyni sözləri 3 saylı X16 rəisi Mirdaməd Yusifovla telefon vasitəsilə əlaqə saxlayıb danışan zaman ona da bildirmişlər. Hər dəfə tezliklə dəyişəcəkləri barədə söz versələr də, ancaq dəyişmirdilər. 1 (bir) ay 02 (iki) gün dayanmadan, fasiləsiz dəniz şəraitində işləmək onları həddindən artıq yormuşdu. xx.xx.2020-ci il saat 20 radələrində gərgin işdən sonra iddiaçı iş yoldaşları Qabil Kərimov və Fazil Əliyevlə şam yeməyinə gəlmiş, şam yeməyindən sonra da işlərini davam etdirməli idilər. İş yoldaşları Qabil Kərimov və Fazil Əliyevlə birlikdə şam yeməyini yeyəndən sonra iddiaçı istifadəsində olan mobil telefonla ailəsi ilə danışmaq üçün yemək yedikləri otaqdan çıxıb tambura, ratsiya olan otağa gəlmiş, ratsiya olan otağa gələndə mətbəx kimi istifadə edilən qonşu otağın qapısının açıq olduğunu görmürş və mətbəxtdə olan elektrik peçi yanırdı. Ona görə də əl telefonunu ratsiyanın yanına qoyub elektrik peçini söndürmək üçün mətbəxə keçərək, peçi söndürüb geri, ratsiya olan otağa qayıdan zaman ayağı qəflətən, gözləmədiyi halda mətbəxin qapısının kandarına ilişdi və özünü saxlaya bilməyib zərbə ilə, möhkəm şəkildə ratsiya olan otağın döşəməsinə yıxıldı və özündən getdi. İş yoldaşları Qabil Kərimov və Fazil Əliyev möhkəm tappıltı səsi eşidib tambura keçib baxarkən onu döşəmədə yıxılıb huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görmüşlər. Onlar xeyli yardım edəndən sonra iddiaçını özünə gətirmişlər. Özünə gələndən sonra bədənində kəskin ağrıların olmasını və güclə nəfəs aldığını hiss etdi. Demək olar ki, nəfəs ala bilmirdi. Yanında olan iş yoldaşları düşdüyü vəziyyət barədə dərhal “Abşeronneft” NQÇİ-i üzrə növbətçiyə, eyni zamanda 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifova, həm də “Abşeronneft” NQÇİ-nin rəhbərliyinə məlumat vermişdilər. Daha sonra ’’Azneft” İstehsalat Birliyinin rəhbərliyinə də düşdüyü vəziyyət barədə məlumat verilmişdi. Onların da hər şeydən xəbərləri var idi. Ancaq idarədən hava küləkli olduğuna görə onu sahilə çıxarıb həkimə çatdırmaq üçün ardınca gəmi göndərilməsinin mümkün olmadığını deyirdilər. İş yoldaşları X19ə zəng edib vəziyyəti barədə ona da məlumat vermişdilər. Artıq həmin vaxt onun səsi də tutulmuşdu, əvvəlki səslə danışa bilmirdi, danışanda boğulurdu. Yanında olan iş yoldaşları tez-tez 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifovla əlaqə saxlayır, vəziyyəti barədə ona məlumat verir və onu sahilə çıxarmaq üçün gəminin gəlibgəlməməsini ondan soruşurdular. Sonradan ona məlum olmuşdur ki, “Azneft” X10 Nəqliyyat şöbəsinin rəisi Qalib Cəlilov işə qarışandan sonra onu sahilə çıxarmaq üçün gəmi ayrılmışdır. xx.xx.2020-ci il saat 10 radələrində iddiaçını 1120 saylı dəniz özülündən “Dübəndi” Neft terminalı limanına çıxardılar və Pirallahı rayonunun 18 saylı X27 Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmin vaxt onu sahilə gətirən gəmini qarşılamağa “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanov,3 saylı NQÇS-nin rəis müavini Bəxtiyar Rzayev və həkim olan qardaşı qızı gəlmişdi. Həkimlər onu müayinə etdikdən sonra problemin ürəyi ilə bağlı olduğunu və təcili onu xəstəxanaya çatdırılmasını bildirmişlər. X27 briqadasının həkimləri tibbi sığorta ilə əlaqəyə girib vəziyyəti barədə onlara məlumat verəndən sonra onların göstərişi və tapşırığı ilə iddiaçını qarşılayan X27 briqadasının həkimləri “Bakı Sağlamlıq Mərkəzinə” gətirmişlər. Burada da həkimlər iddiaçını yenidən müayinə etmiş, problemin ürəyində olduğunu müəyyən edəndən sonra dərhal onu əməliyyat otağına qaldırmış və həmin gün açıq ürək əməliyyatı ilə üzərində cərrahi əməliyyat aparılmış və iddiaçı xx.xx.2020-ci ilə kimi stasionar şəraitdə “Bakı Sağlamlıq Mərkəzin”də müalicə olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi”ndən ona verilmiş epikrizdə son diaqnoz olaraq əsas xəstəlik kimi “aortanın döş hissəsinin cırılmış anevrizması, yanaşı xəstəliklər kimi “sol mədəcik çatışmamazlıgı”, “’aortanın koarktasiyası (preduktal), (posduktal), insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla”, “əvvəllər keçirilən miokard infarktı”qeyd edilmişdir. Daha sonra epikrizin “Anamnesis Vitae” hissəsində 1 aya yaxındır ki, şəkərli diabetdən əziyyət çəkir qeyd edilmişdir. Barəsində verilmiş epikrizlə yanaşı xəstəliklər kimi “insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla,“əvvəllər keçirilən miokard infarktı” barədə yazılanlar heç bir həqiqətə uyğun deyildir. Bu barədə yazılan fikirlər tamam yalnış və səhv fıkirlərdir. Bu fikirlər xüsusi sifariş əsasında epikrizdə yazılıb ki, ona İZ formalı aktın verilməsindən imtina edilsin .Ona görə ki, xx.xx.2020-ci ildə məlum hadisə baş verənə kimi onun ürəyindən heç vaxt şikayəti olmayıb, ürəyi onu heç vaxt incitməyib, ürəyi ilə bağlı hər hansı müalicələr almamış və dərmanlar qəbul etməmişdir. Miokard infraktı da keçirməmişdir. Eyni zamanda, xx.xx.2020ci ilə kimi və ondan sonra indiyə kimi şəkərli diabet xəstəliyindən də əziyyət çəkməmiş və hazırda da əziyyət çəkmir. İddiaçı açıq ürək əməliyyatı olunandan sonra indiyə kimi dəfələrlə “Bakı Sağlamlıq Mərkəzində” müayinələrdən keçmiş, müayinələr zamanı da onda şəkərli diabet xəstəliyi aşkar olunmayıb. İddiaçının şəkərli diabet xəstəliyindən hər hansı formada əziyyət çəkməməyi xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə “Bakı Sağlamlıq Mərkəzi”ndə veridiyi ümumi analizi barədə ona verilmiş xx.xx.2020-ci il tarixli tibbi sənəddən də görünür. Həmin bu sənəddə də qlukozanın xx.xx.2020-ci ildə və xx.xx.2020ci il tarixlərində neqativ olunması qeyd edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2022-ci ildə həm X6 laboratoriyasında, həm də “Bakı Sağlamlıq Mərkəsində” şəkərini yoxlatdırmışdır. Həmin vaxt da şəkəri tam norma daxilində (90 və 99,6 mg/dL olmuşdur. Norma isə 74-106 mg/dL arasıdır. xx.xx.2020-ci il tarixdə iddiaçının X19 telefonla zəng edərək “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanova və 3 saylı X16 rəisi Mirdaməd Yusifova açıq ürək əməliyyatı yolu ilə ürəyindən əməliyyat olunduğu barədə məlumat vermişdir. Ancaq əməliyyat olunduğu gündən indiyə kimi nə işlədiyi “Abşeronneft” Neft Qazçıxarma İdarəsindən, nə də 3 saylı NQÇS-nin rəhbərliyindən onun səhhəti və ailənin sosial durumu ilə maraqlanan və onlara hər hansı maddi yardım göstərilməmişdir. X19 idarənin baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini Sabit Aslanovdan və idarənin rəhbərliyindən ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar aktın nə vaxt verilməsini soruşanda, ona bildirmişlər ki, belə bir akt düşmür. İşlədiyi “Abşeronneft” Neft Qazçıxarma İdarəsi tam qanunsuz və əsassız olaraq bu günə kimi baş vermiş hadisəyə görə İZ formalı aktı verməkdən imtina edir. Əməliyyat olunduğu gündən etibarən bu günə kimi isə ona xəstəlik vərəqəsi verilməsi davam edir. Ancaq buna baxmayaraq artıq bir ildən çoxdur ki, işlədiyi idarəyə təqdim etdiyi xəstəlik vərəqələrinə görə ona ödəniş edilmir. Bu səbəbdən də 6 (altı) nəfərdən ibarət ailəsi çox çıxılmaz ağır maddi duruma düşmüşdür. Müalicələr aldığı tibb müəssisəsi tərəfindən TSEK-na tibbi rəy almaq üçün 5 (beş) dəfə 88 nömrəli forma göndərib. TSEK tərəfindən müalicənin davam etdirilməsi, sağalmağı və ya əlil olmağı barədə rəsmi heç bir tibbi rəy verilmədiyi üçün müalicə həkimi xəstəlik vərəqəni bağlaya bilmədiyini bildirir. TSEK-nin həkimləri işlədiyi idarə tərəfindən ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı akt təqdim edildikdən sonra əmək qabiliyyətinin itirilmə faizini təyin edə biləcəklərini deyir və verilən sorğulara rəsmi cavab vermirlər. İddiaçı ürəyinə görə uzun müddət müalicələr alıb müəyyən qədər özünə gələndən sonra və eyni zamanda batmış səsi açılandan sonra baş vermiş hadisə ilə bağlı ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı aktın verilməsi üçün xx.xx.2021-ci ildə X19lə birgə “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyevin qəbulunda oldu. Həmin vaxt qəbulda baş mühəndisin ƏM və TT üzrə müavini Sabit Aslanov idarə rəisi Ramil Quliyevə bildirdi ki, iddiaçını onlar sadəcə xəstə kimi qeydə alıblar. Daha sonra Sabit Aslanov idarə rəisinə yalandan bildirdi ki, işdə yıxılıb yuxarıda qeyd etdiyi vəziyyətə düşməyindən və açıq ürək əməliyyatı keçirməyindən guya xəbərləri olmayıb, onlara işdə olarkən yıxılmağı və açıq ürək əməliyyatı keçirməyi barədə heç kim məlumat verməyib. Söhbətlərdən iddiaçı belə başa düşdü ki, idarə rəisinin də baş verənlərdən xəbəri var, lakin ona İZ formalı aktın verilməməsi məqsədi ilə bağlı hadisə qəsdən gizlədilmiş və baş verən hadisə ilə bağlı işlədiyi idarədə və bununla bağlı ƏƏSMN yanında X18 Xidməti tərəfindən heç bir araşdırma aparılmamışdır. “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyev bildirmişdir ki, İZ formalı aktın verilməsi onların birbaşa səlahiyyətində deyildir. Belə bir aktı yalnız X18 Xidməti tərəfindən müvafiq təhqiqat aparılandan sonra təhqiqatın nəticələrinə əsasən verə bilərlər. Eyni zamanda bildirdi ki, bu barədə X18 Xidmətinə müraciət etmək hüququ vardır. Baş vermiş hadisə qəsdən gizlədilmiş və hadisə ilə bağlı heç bir araşdırma aparılmamışdır. Ancaq buna baxmayaraq iş yoldaşları Qabil Kərimov və Fazil Əliyev öz təşəbbüsü ilə xx.xx.2021ci ildə baş vermiş hadisə ilə bağlı idarə rəisi Ramin Quliyevin adına izahat yazaraq “Abşeronneft” NQÇİ-nə göndərmişdir. Aldığı xəsarətlə əlaqədar indiyə kimi “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-də istehsalatda baş vermiş hadisə ilə əlaqədar İZ aktı tərtib edilməmişdir. İddiaçı indiyə kimi dəfələrlə “Azneft” İB-nə, “Abşeronneft” NQÇİ-yə, Azərbaycan Respublikası ƏƏSMN yanında X18 Xidmətinə müraciətlər etmiş, qəbullarda olmuş və başına gələn hadisə barədə ətraflı məlumatlar vermiş və baş vermiş hadisə ilə bağlı ətraflı araşdırma aparıb ona İZ formalı aktın verilməsi barədə müraciət etmişdir. Lakin baş vermiş hadisəni ətraflı araşdırıb ona İZ formalı akt verməkdən tam qanunsuz və əsassız olaraq boyun qaçırırlar. İddiaçı “xəstənin səhhətində heç bir narahatlıq olmamış və əmək normal davam etdirmişdir ” fikirləri ilə razılaşmır .Belə ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının iş qrafiki belə idi ki, bir həftəliyə 1120 saylı dəniz özülünə işə gedir, bir həftə işləyəndən sonra və qayıdıb bir həftə istirahət edir və sonra yenidən bir həftəliyə işə çıxırdılar. Bu iddiaçının işinin ağırlığı, səhhətinə göstərdiyi mənfi təsir, işinin xarakteri və digər amillərdən irəli gəlirdi. Lakin xx.xx.2020-ci ildə bir həftəliyə işə çıxandan sonra xx.xx.2020-ci ilə kimi 1 ay 2 gün işəgötürənin təqsiri üzündən növbə dəyişdirilməyib, işdə qalıb fasiləsiz olaraq gecə-gündüz işməsinə məcbur edildiyi həm fiziki, həm də psixoloji cəhətdən möhkəm yorğunluq və gərginlik yaratmışdır. Lakin V.Y. Axundov adına X28 Profilaktika İnstitutunda bunlar nəzərə alınmamışdır. İddiaçı Əmək Məcəlləsinin 217-ci maddəsinə,“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.1., 1.2., 1.3.,1.4, 1.6, 1.7, 1.8, 1.9, 2.1-ci , 2.3, 2.5., 2.6, 2.4, 2.7, 3.1, 3.2, 3.4. 3.5, 3.7, 4.1, 3.12-ci və “İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında”Qanunun 2.0.10,16.1,16.4, 18.5-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Azneft” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda İddiaçı xx.xx.2020-ci il tarixdə iş qrafikinə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyini, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində şam yeməyindən sonra telefonla danışmaq üçün yeməkxana evciyinin dəhlizinə keçdiyini, bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşlarının onu huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördüklərini qeyd etmişdir. Eyni zamanda, həmin məktubda xx.xx.2020-ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığını, çağrılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunduğunu, ona “ÜİX, kəskin koronar sindrom” diaqnozu qoyulduğu, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. İddiaçı səhhətinin pozulması halının əmələ gəlmə səbəbi və istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə X18 Xidməti tərəfindən İddiaçı müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə müraciət olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 41/02/31 nömrəli məktubda “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatmamazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Əvvəllər keçirilən “miokard infarktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğu qeyd edilmiş, həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir. Qeyd olunan səbəblərlə bağlı olaraq İddiaçı səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. X18 Xidmətinin 28 yanvar 2022ci il tarixli **********7 nömrəli məktubunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan V.Y.Axundov adına Elmi X11 İnstitutunun səlahiyyətlərinə aid olduğundan İddiaçı təyin olunmuş diaqnozların peşə ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün aidiyyəti üzrə həmin İnstituta müraciət edilməsi tövsiyə olunmuşdur. V.Y.Axundov adına Elmi X11 İnstitutunun 18 aprel 2023-cü il tarixli, 59/2 nömrəli məktubunda İddiaçı əvvəllər keçirilən “miokard infarktı” və onun fəsadlarından hesab edilən “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatışmazlığı.” diaqnozlarının yaranmasına səbəb ola biləcək hansı əmək şəraiti ilə, yəni əmək prosesində streslə, bədbəxt hadisə və fövqəladə vəziyyətlə bağlı olmasını təsdiq edən sənədlərin yoxluğu, digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən infarkt, insult əmək şəraiti ilə bağlı olduğu halda təhqiqinin aparılması, həmçinin göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda öz əksini tapmamasının bu xəstəliklərin peşə xəstəliyi kimi qiymətləndirilməsinə imkan vermədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı xəstəliyi peşəsi ilə əlaqədar olmamış, iş vaxtı baş vermiş hadisə nəticəsində yaranmamış və nəticədə həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 3-cü şəxsin iddia tələbinə münasibəti: Üçüncü şəxs Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi iddiaya dair münasibətini onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020ci ildə saat 20.00 radələrində şam yeməyindən sonra telefonla danışmaq üçün yeməkxana evciyinin dəhlizinə keçmiş, dəhlizdən səs eşidən yoldaşları onu huşsuz, döşəmədə uzanıqlı vəziyyətdə görmüş, iddiaçı gəmi vasitəsilə sahilə çıxarılmış, çağırılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunmuş, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsə aparılmışdır. Həmin Mərkəz tərəfindən təqdim olunan sənədlərdə iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinə kimi “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatşmazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, əvvəllər keçirilən “miokard infarktı” diaqnozları ilə müalicə aldığı göstərilmişdir. Eyni zamanda “işçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin siyahısına dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyiin təyin edilməsi V.Y.Axundov adına X26 X9 Hüquqi Şəxsin səlahiyyətlərinə aiddir. X29 şəxsin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim olunan sənədlərlə iddiaçının halının pisləşməsinə səbəb kimi əvvəllər keçirilən “miokard infarktı”, “şəkərli diabet”in ağırlaşması kimi hallar göstərilə bilər. İddiçının səhhətinin pozulmasının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün deyil. Bundan başqa, yuxarıda göstərilən xəstəliyin işçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin siyahısında öz əksini tapmamışdır. Bu isə o deməkdir ki, onun xəstəliyinin xidməti işi ilə heç bir əlaqəsi yoxdur və göstərilən diaqnoz ümumi xarakterli xəstəliklərə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı təhqiq edilir. İddiaçının təqdim etdiyi sənədlər, onun səhhətinin xx.xx.2020-ci il tarixdə istehsalatda əmək şəraiti ilə əlaqədar pozulması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən edən tibbi rəy mövcud deyil. Bundan başqa, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, istehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır). Lakin, göründüyü kimi, iddiaçı tərəfindən baş verməsi iddia edilən hadisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000- ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi müəyyən edilməmişdir. Bu da öz növbəsində hadisənin hüquqi baxımdan baş verməsini istisna edir. İddiaçının təqdim etdiyi Ekspert Rəylərindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022 il tarixli 2(103)-6811/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cavab verilməsi üçün ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı üzərində açıq ürək əməliyyatının keçirilməsinə səbəb onda olan xəstəliklər yoxsa iddia ərizəsində qeyd edilən iş şəraiti olmuşdur? Ekspertizanın 736/KEŞ saylı xx.xx.2023 il tarixli Rəyi ilə müəyyən edilmişdir ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Bundan sonra məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert tərəfindən qoyulmuş suala tam cavab verilməmiş, buna görə də, xx.xx.2023 il tarixli 2(103)-431/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi və əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X13 Publik Hüquqi Şəxsə tapşırılmış, əlavə məhkəmə-tibbi ekspertizası qaydasında cavablandırılması məqsədi ilə ekspert(lər) qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı üzərində açıq ürək əməliyyatının keçirilməsi ilə onun iddia ərizəsində qeyd edilən iş şəraitində (yəni: dəniz özülündə 1 həftə ərzində işləməli olduğu halda 1 ay ərzində işləməsi) işləməsi arasında səbəbli əlaqə varmı?. Məhkəmə tibbi Ekspertizasının xx.xx.2023 il tarixli Rəyi ilə müəyyən edilmişdir ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik, dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Göründüyü kimi, Ekspertlər tərəfindən hər hansı əlavə araşdırma aparılmadan, İddiaçı müayinə olunmadan yalnız ilk ekspert rəyinin nəticə hissəsinə “dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi” ifadəsi yazmaqla Rəy tərtib edilmişdir. Buna görə də həmin Rəy mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Ya iş üzrə təkrar ekspertiza təyin edilib, ekspertlərə gəldikləri nəticəni əsaslandırmaları həvalə edilməli, ya da həmin ekspertlər məhkəmə iclasına dəvət edilib izahatları alınmalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından ekspert rəyi əsaslandırılmalı, rəydə ekspertin apardığı tədqiqatların müfəssəl təsviri öz əksini tapmalı və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməli idi. Lakin ekspertlər tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, gəlinən nəticə əsaslandırılmamış, müfəssəl tədqiqat aparılmamışdır. Buna görə də həmin Rəy sübut növü kimi nəzərə alınmamalıdır. “Google” axtarış sistemi vasitəsilə “aorta anevrizması” haqqında apardığı araşdırmanın nəticəsinə görə, bütün platformalarda həmin xəstəliyin insanın özünün xəbəri olmadan uzun müddət ərzində inkişaf etməsi nəticəsində aortanın partlaması kimi biruzə verməsi ilə nəticələndiyi göstərilmişdir. Həmin materiallar işə əlavə edilmişdir. Başqa sözlə, materiallarla da tanış olduqdan sonra aydın olur ki, həmin aorta damarının partlaması (cırılması) üçün hər hansı şəraitin yaranmasına ehtiyac yoxdur, damar uzun illər ərzində müxtəlif səbəblərdən (yaş, hipertenziya, irsi xəstliklər və s) genişlənir, nazikləşir və cırılır. Əgər xəstədə bu hal vaxtında aşkarlansa, ağırlaşmalara səbəb olmadan aradan qaldırıla bilər, əks halda xəstəyə açıq ürək əməliyyatı edilir. Göründüyü kimi, iddiaçının xəstəliyinin istehsalatla heç bir əlaqəsi yoxdur. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının ciddi və kobud şəkildə pozulması ilə çıxarıldığından tam qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmıə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-5-ci bəndlərinin, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarının 1.1- 1.4,1.6-1.9, 2.1-2.3, 2.5-2.7, 3.1-3.5, 3.7, 4.1-ci bəndlərinin tələblərini ciddi və kobud şəkildə pozmuşdur. Məhkəmə işə baxıb xx.xx.2023-cü il tarixli qərarı çıxaran zaman cavabdeh tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin 1- 5-ci bəndlərinin tələblərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7, 1.8, 2.1, 2.3 və 2.5-ci bəndlərinin ciddi və kobud şəkildə pozulmasına və onlara riayət olunmamasına, Qaydaların bu tələblərinin cavabdeh və 3-cü şəxs tərəfindən icra edilməməsinə heç bir əhəmiyyət və hüquqi qiymət verməmiş, bu faktların üstündən sükutla keçmişdir. Hansı ki, Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-3-cü bəndlərində və Qaydaların 1.7, 1.8, 2.1, 2.3 və 2.5-ci bəndlərində qeyd olunmuşdur ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana, yəni X18 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X18 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə) bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verməlidir. Bundan başqa xəstəxana, X27 və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X18 Xidmətinə məlumat verməlidir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra isə işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı çıxararkən eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2 və 1.3-cü bəndlərinin tələb və göstərişlərini də kobud şəkildə pozmuş və bu normaların göstərişlərini, yəni İddiaçı başına gələn bədbəxt hadisənin əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin ərazisində, iş vaxtı, 1(bir) həftə işləməli olduğu halda, cavabdehin vəzifəli şəxslərinin təqsiri üzündən 1 (bir) ay 2 gün qanunsuz olaraq işdə saxlanılıb onların tapşırığını yerinə yetirərkən baş verməsi faktını, eyni zamanda həmin hadisənin 3-cü şəxs və cavabdeh tərəfindən qəsdən və bilərəkdən məqsədəuyğun şəkildə gizlədilməsi və baş vermiş hadisə üzrə heç bir araşdırma aparılmaması faktını da nəzərə almamışdır. İşə baxan məhkəmə bu halların və faktların üstündən sükutla keçmiş və onlara heç bir hüquqi qiymət verməmişdir. Hansı ki, Qaydaların 1.2-ci bəndinə əsasən digər hallarla bərabər, işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin ərazisində, iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, əmək vəzifələrini yerinə yetirərkən zədələmələr, tibbi rəyə əsasən əmək şəraiti ilə əlaqəli infakt, insult zamanı mütləq tədqiq edilməlidir. Həmin Qaydaların 1.3-ci bəndində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin anlayışı verilərək göstərilmişdir ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İddiaçı aldığı xəsarətlər Qaydaların 1.2 və 1.3-cü bəndinin tam təsiri altına düşdüyü halda, işə baxan Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən qanunun bu tələbini də tam qanunsuz və əsassız olaraq nəzərə almamışdır. Cavabdeh və 3-cü şəxsin icra etmədiyi vəzifəni, yəni İddiaçılə bağlı baş vermiş bədbəxt hadisənin əmək şəraiti ilə əlaqəli olub-olmaması, istehsalatda baş vermiş bədbəxt hadisə sayılıb-sayılmaması faktının, bədbəxt hadisənin səbəblərinin müəyyən edilməsi üçün iddiaçı barəsində məhkəmə-tibbi ekspertizasının təyin olunması və müvafiq rəyin alınıb ona hüquqi qiymət verilməsi vəzifəsini Bakı Apellyasiya Məhkəməsi yerinə yetirib iş üzrə İddiaçı barəsində alınmış xx.xx.2023-cü il tarixli, 736/KEŞ saylı və xx.xx.2023-cü il tarixli, 143/KEŞ saylı rəyləri tam qanunsuz və əsassız olaraq qətiyyən nəzərə almamış və onlara heç bir hüquqi qiymət verməmişdir. Hansı ki, həmin rəylər iddiaçı ilə bağlı baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olması faktım tam təsdiq və sübut edir. “Qaydaları”n 2.5-ci bəndində göstərilmişdir ki, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün tərtib olunmasına nəzarət edir. Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-11631/2023 saylı xx.xx.2023-cü il tarixli qərar çıxarılan zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri ciddi və kobud şəkildə pozulmuşdur. Belə ki, İPM-nin 58.7-ci maddəsində qeyd olunmuşdur ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi (qardaşı) X7 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 "Elektron Məhkəmə" sistemi vasitəsilə ərizə verərək, oğlunun səhhətində qəfil yaranmış narahatlıqla bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək onun müalicəsi ilə bağlı İstanbul şəhərində olacağından təyin edilmiş məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin və üçüncü şəxs Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin 3-cü şəxs qismində işə cəlb olunması ləğv olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinə qarşı tələbi “işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinə baxılması ilə bağlı inzibati icraat çərçivəsində cavabdehə müvafiq tibbi müəssisələr tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar, həmçinin iddiaçının təqdim etdiyi sənədlər, onun sağlamlığının xx.xx.2020-ci il tarixdə istehsalatda əmək şəraiti ilə əlaqədar pozulması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının sağlamlığının pozulması halının istehsalatla əlaqəliliyini müəyyən edən tibbi rəy mövcud deyil. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir; 15.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın hüquqları, vəzifələri və fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir; 15.4-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz; 15.5-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir; 15.6-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarlarından və göstərişlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

212. 1- ci maddəsinə əsasən əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir; 212.2 -ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. 217.2-ci maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. 217.3-cü maddəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 217.4-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 217.5-ci maddəsinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; - müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; - müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; - keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə; - işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; - istehsal avadanlıqları və obyektlərində qəza zamanı; - növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; - işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; - əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; - əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.4.- cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X18 Xidməti həyata keçirir. 1.9-cu bəndinə əsasən bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. 2.1-ci bəndinə əsasən Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X18 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X18 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1995-ci ildə “Abşeron” NQÇİ 3 saylı sexə neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə tarixdə iş yerində döşəməyə yıxılmış, onu gəmi ilə “Dübəndi” Neft Terminalı limanına çıxarmış və Pirallahi rayonunun 18 saylı TTYS-nın həkimləri tərəfindən “UİX kəskin koronar sindrom“ diaqnoz qoyularaq tibbi yardım göstərilmişdir. “Bakı Sağlamlıq Mərkəzi”ndə “aortanın döş hissəsinin cırılmış anevrizması” diaqnozu qoyulmuş və həmin sağlamlıq mərkəzində açıq ürək əməliyyat keçirmişdir. Hazırda iddiaçının hüquqi marağı işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixdə iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqatın aparılması ilə bağlıdır. İşdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti iddiaçının müraciəti əsasında müvafiq araşdırma aparmış və nəticədə toplanmış sübutlar əsasında xx.xx.2020-ci il tarixli hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanımamışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı iş materiallarına iddiaçının ИТ-İ № ******* nömrəli əmək kitabçası, iddiaçının “Azneft” İB-nə və X18 Xidmətinə müraciətləri, “Azneft” İB-nin və X18 Xidmətinin iddiaçıya cavab məktubları, ambulator kartadan çıxarış, Akad.C.Abdullayev adına X1 xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli iddiaçıya aid müayinə nəticələri, Mərkəzi Klinika tərəfindən verilmiş Maqnit rezonans tomoqrafiya müayinəsinin protokolu, Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış, İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi “V.Y.Axundov adına X4 İnstitutu” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 59/2 nömrəli məktubun surəti, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi 736/KES nömrəli, xx.xx.2023-cü il tarixli və 143/KES nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyləri, Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı əlavə edilmişdir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X24 Şəxsin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xəstə İddiaçı xx.xx.2020-ci il tarixində “Bentall-De Bone əməliyyatı+Aorta koarktasiyası greft interpozisiyası” əməliyyatı icra edilmişdir. Bundan sonra xəstə xx.xx.2020-ci il tarixdə həkim-endokrinoloq Nərgiz Əliyevanın, xx.xx.2020-ci il tarixdə isə həkim-kardioloq Vüsalə Rəhimlinin qəbulunda olmuşdur. Həkim-endokrinoloqun müayinəsi nəticəsində xəstəyə “Energetik resursların artıq miqdarda daxil olması nəticəsində meydana çıxan piylənmə” diaqnozu qoyulmuş, həmçinin həkimin baxışı zamanı xəstədə ümumiyyətlə “Şəkərli diabet”-in olmaması müəyyən edilmişdir. Həkimkardioloqun müayinəsi nəticəsində isə “Ürək qapağının protezinin olması. Digər ürək və damar implantatların və transplantatların olması” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”n əsas tələbi odur ki, işçilərin səhhətinin pozulması, o cümlədən xəsarət almaları halı araşdırılarkən, birinci növbədə, onların əmək vəzifələrini yerinə yetirərkən, həmçinin, müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən təhqiq edilməlidir. Başqa sözlə, işçinin zədələnməsi və ya sağlamlığının pozulması onun əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmalıdır ki, həmin hadisə istehsalatda bədbəxt hadisə kimi və bunun nəticəsində işçinin aldığı xəsarət istehsalat zədəsi kimi qiymətləndirilə bilsin. İddiaçının bundan öncə mülki məhkəmə icraatı qaydasında qaldırdığı iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022 il tarixli 2(103)-6811/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 736/KEŞ saylı xx.xx.2023 il tarixli Rəyində qeyd olunmuşdu ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Ekspert tərəfindən qoyulmuş suala tam cavab verilmədiyi üçün həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixli 2(103)-431/2023 saylı qərardadla əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli Rəyində göstərilmişdi ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik, dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülki məhkəmə icraatı qaydasında qaldırdığı iddia ilə bağlı verilmiş ekspert rəyi hadisənin baş verməsində işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığı, yəni səbəbli əlaqənin mövcudluğu ilə bağlı birmənalı qənaətə gəlmək üçün əsas vermir. Belə olan halda iddiaçı tərəfindən baş vermiş hadisənin məhz istehsalatda baş vermiş bədbəxt hadisə olması faktı sübuta yetirilmir. Ona görə də cavabdeh tərəfindən baş vermiş hadisənin bədbəxt hadisə olaraq qiymətləndirilməməsi və onun qeydə alınmaması, təhqiqatın aparılmaması, nəticədə təhqiqat aktının tərtib olunmaması qanunsuz olmamış və iddiaçının hüquqlarını da pozmadığı üçün iddiaçının tələbinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11631/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11631/2023 saylı 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X21 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar