Məhkəmə qərarları › İş №2-1(103)-1592/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1592/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1592/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-539/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1988-ci il tarixli əmək kitabçasından görünür ki, “Baksənticarətnəqliyyat” İANB 2701 №-li avtokolonda 169/ş.h saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən avtomexanik təyin olunmuşdur. xx.xx.1988-ci il tarixdə 13/ş-h saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən arosənayenin “elektromexanikləşdirmə” trestinə köçürülməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1988-ci il tarixdə 5-k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Baksənayeticarətsənaye” İAHB-nin 2701 №-li avtokolonundan köçürülməsi qaydası ilə normativaraşdırma stansiyasına böyük mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.1988ci il tarixdə 91-k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən Sumqayıt SATB-nın rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında köçürüldüyünə görə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə 192şh saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən Sumqayıt İANB-də m.o İTŞ-nin rəisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1989-cu il tarixdə 04 ş/h saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Sumqayıt İANB-nin əsasında “Yüksərnişin” İANB-nin yaradılmasına görə İTŞ-nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1991-ci il tarixdə 103 saylı xx.xx.1991ci il tarixli əmrə əsasən Xırdalan ŞANM-nə köçürüldüyü üçün işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixdə şh 1/142 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Xırdalan ŞANMyə müdir təyin edilmişdir. xx.xx.1989-cu il tarixdə 283 saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Yük-Sərnişin LNİB-də “X3” günü münasibəti ilə təşəkkür elan olunmuşdur. xx.xx.1990-cı il tarixdə 219 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən “X3” günü münasibəti ilə təşəkkür elan olunmuşdur. xx.xx.1993-cü il tarixdə 88 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən Azərbaycan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdə 01 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən ştat cədvəlinə əsasən "xxxx" Kiçik Müəssisəsinə direktor vəzifəsinə təyin olunmuşdur. xx.xx.1998-ci il tarixdə Azərbaycan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1998-ci il tarixdə 03 saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən ştat cədvəlinə əsasən "xxxx" Firmasına direktor müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə 07 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən Azərbaycan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı ünvanlanmış **********2 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçasının, diplomunun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 14 il 8 ay 29 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" firmasında olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. "xxxx" kiçik müəssisəsinin və "xxxx" firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək haqqı alıbalmadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (xx.xx.2017-ci il tarixindən dondurulmuş VÖEN hesabının aktivləşəcəyi tarixədək) 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün Azərbaycan Beynəlxalq Bankın Sabunçu filialına müraciət etmək tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-3702/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar İddiaçı cavabdeh DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işlə əlaqədar "xxxx" kiçik müəssisəsinin və "xxxx" firmasının özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib- edilməməsi, hüquqi varisinin mövcud olubolmaması, ümumiyyətlə həmin müəssisə barədə məlumatların, özəlləşdirilməsi həyata keçirilmişdirsə özəlləşdirmə materialının (emissiya prospekti və s.) təsdiqedici sənədlərlə birlikdə təqdim edilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" kiçik müəssisəsi və "Kəmərli” firması barədə hər-hansı məlumat yoxdur.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/2-11-2626/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin arxivində "xxxx" kiçik müəssisəsi və "xxxx" firmasına aid sənədlər aşkar edilməmişdir.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-4/2-590/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Kiçik müəssisəsinin və "xxxx" firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-635/01-3/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində "xxxx" kiçik müəssisəsi adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 1-i xx.xx.1996 - xx.xx.1999-cu il tarixlərində qeydiyyatda olmuş, 3-ü xx.xx.1996 - 01,08.1996-cı il tarixləri ərzində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamış, 2-si isə müvafiq olaraq 19 iyun və 14 iyul 1996-cı il tarixlərindən qeydiyyatdadırlar. "xxxx" firması 22 may 1997-ci il tarixində Azərbaycan Respublikasının statistik vahidləri dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statislika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********183000 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, reyestrdə "xxxx" kiçik müəssisəsi və "xxxx" firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Odur ki, müraciətin cavablandırılması məqsədilə müvafiq vergi orqanına göndərilməsi üçün sözügedən hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş edilmişdir.

8. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 74357 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-xx.xx.1998-ci il tarixlərində və "xxxx" Firmasının xx.xx.1998-xx.xx.2006-cı il tarixlərində fəaliyyəti ilə bağlı məlumatın araşdırılması Abşeron rayon Dövlət Arxivinin səlahiyyəti xaricindədir. Sözügedən müəssisələrin arxiv sənədləri Abşeron rayon XDS İK-nın qərarları arasında araşdırıla bilər, lakin Abşeron rayon XDS İK-nın 1991-ci ilədək olan müvafiq sənədləri arxiyə təhvil verilmişdir.

9. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-2873/01-3/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsinə və "xxxx" firmasına (direktor: M.M.Quliyev) dair məlumat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2023-cü il 31 mart tarixli, 3-34/2-635/01-3/2023 nömrəli məktubu ilə verilmişdir. Müvafiq məktubda "Mübariz” kiçik müəssisəsi kimi adı çəkilən statistik vahidlərdən hər hansı birinin direktorunun İddiaçı, direktor müavininin isə V.B.Barhudarov olması ilə bağlı Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində hər hansı məlumat mövcud deyildir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********126800 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, reyestrdə "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxsi aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Odur ki, müraciətin cavablandırılması məqsədilə müvafiq vergi orqanına göndərilməsi üçün sözügedən hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş edilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********42200 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993cü il tarixdə, 2484 nömrə ilə və "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 18963 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxslər adından VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə Əli- Bayramlıda doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər (02 il 13 gün) Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (04 il 10 ay 06 gün) “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə Azərbaycan Politexnik İnstututunda təhsil almışdır. Əmək kitabçasının surətindən göründüyü kimi, İddiaçı müxtəlif müəssisələrdə işləmişdir ki, onun işlədiyi dövr aşağıdakı illəri əhatə edir: xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək mexanik; (02 il 03 ay 29 gün) xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək mühəndis; (10 gün) -xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək rəis; (02 il 11 ay 10 gün) -xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək müdir; (01 il 09 ay 16 gün) - xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "Mübariz” kiçik müəssisəsininn direktoru; (05 il 26 gün) xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" firmasının direktor müavini vəzifəsində. (xx.xx.2006-cı il tarixə 07 il 03 ay 05 gün) Ümumilikdə xx.xx.2006-cı il tarixədək iş stajı 27 il 01 ay 25 gün təşkil edir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona 65 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli, **********2 №-li məktubla müraciətdə qeyd edilənlərin icrasından imtina etmiş və imtina üçün üç əsas gətirmişdir: xx.xx.2006-cı il tarixədək iş stajının 25 ildən az olması; xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Mübariz" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi müddət ilə bağlı müəssisələrə dair sənədlərin (əmək haqqı cədvəllərinin) olmaması; xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Hesab edirəm ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil.

14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia ərizəsinə etirazın onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 14 il 8 ay 29 gün sosial sığorta stajına malik olduğundan, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyətinin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsinin və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi aşkar edilmiş və həmin dövrlər ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1993-cü ildə "xxxx" kiçik müəssisəsində işə qəbul olması barədə qeyd olsa da, işəqəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (avqust ayında) 1 №-li əmrlə qeydə alınması onun mötəbərliyini şübhə altına alır. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdə işəqəbul əmri təqvim ilinin sonlarında (sentyabr ayında) 3 №-li əmrlə qeyd olunmuş, bundan başqa onun xx.xx.2009-cu il tarixdə işdən azad olması barədə qeydin latın qrafikalı əlifba ilə və Azerbaycan dilində yazılmasına baxmayaraq 1 fevral 1999-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuş, və əmr tarixi və nömrəsi qeyd olunmamışdır. İddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosisal sığorta haqqı qeydə alınmamışdır. "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair" təlimatın 61-ci bəndinə əsasən, sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur. Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır. (Təlimat-maddə 66) “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı" haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əməkhaqqı -müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya ayhg məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb oiunan pensiya kapitalına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçı X5 iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır, həmin dövrdə qeyd edilən müəssisələr mövcud olmuş, fəaliyyət göstərmişlər. Odur ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və cavabdeh tərəfindən qeyd edilən digər dəlillər, o cümlədən mərkəzləşdirilmiş X1 Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının qeydə alınmaması xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə (12 il 4 ay) də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

18. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-cü il tarixdə, 2484 nömrə ilə və "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 18963 nömrə ilə dövlət qeydiyyatından keçmələri hələ iddiaçının orada işləməsini təsdiq edilməsi demək deyildir. Əlavə olaraq yuxarıda qeyd edilən hallardan da görünür ki. əmək kitabçasında olan qeydlərin mötəbərliyi sübhə altındadır. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsinin və xx.xx.1998-ci il tarixdən xx.xx.2006cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi aşkar edilmiş və həmin dövrlər ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1993-cü ildə "xxxx" kiçik müəssisəsinində işə qəbul olması barədə qeyd olsa da, işəqəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (avqust ayında) 1 Ng-li əmrlə qeydə alınması onun mötəbərliyini sübhə altına alır. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdə isəqəbul əmri təqvim ilinin sonlarında (sentyabr ayında) 3 Nq-İİ əmrlə qeyd olunmuş, bundan başqa onun xx.xx.2009-cu il tarixdə işdən azad olması barədə qeydin latın qrafikalı əlifba Mə və Azərbaycan dilində yazılmasına baxmayaraq 1 fevral 1999-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən isdən azad olunmuş, və əmr tarixi və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq, iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.2009- cu il tarixədək "xxxx" firmasında işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosisal sığorta haqqı qeydə alınmamışdır. İnzibati orqan hazırki vəziyyətdə iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliyini sübhə altına almaqda haqlı olmuşdur. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli. 2- 1(102)-269/2024 nömrəli qərarında məhkəmənin mövqeyi aşağıdakı kimi olmuşdur: - Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. - İddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisinin 2003-ci ildə təşkilati hüquqi formasının dəyişməsi, müəssisinin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. Həm də bu səbəbdəndir ki, məhkəmə sorğusuna cavabında Əmlak Məsələləri Dövlət Xidməti müraciətdə qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə müəssisənin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Vergi orqanının cavabı isə, məhkəmə sorğusunda qeyd olunan 1999- 2010-cu illərə deyil, 2014-cü və ondan sonrakı illərə aid olmuşdur. Beləliklə, müəssisənin iş üçün zəruri olan 1999-2005-ci illər üzrə faktiki fəaliyyəti, buradan, həm də iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakı barədə suallar açıq qalmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamışdır, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi İnzibati prosessual qanunverciliyin tələblərini pozaraq sadəcə formal əsaslarla kifayətlənmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Həmçinin məhkəmə Ali Məhkəmənin sonuncu qərarında qeyd olunan halları nəzərə almayaraq işi tam, hərtərəfli və obyektiv araşdırmamaqla qərəzli və əsassız qərar qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:

67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

30. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün göstərilən iki şərtdən biri mövcud olmalıdır:

1. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;

2. Azı 25 il sığorta stajı olduqda;

41. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halıdır.

42. İddiaçının xx.xx.1988-ci il tarixli əmək kitabçasında qeyd edilmiş xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1993-cü il tarixlərdə olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla cavabdeh qurum tərəfindən ona (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 14 il 8 ay (faktiki olaraq 7 ay) 29 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır.

43. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək (5 il 26 gün) "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (xx.xx.2006-ci il tarixədək 07 il 03 ay 04 gün) "xxxx" firmasında işlədiyi əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. İmtinanın əsası kimi iddiaçının əmək kitabçasının qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsinin və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilməməsi, həmin dövrlər ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirməyin mümkün olmaması, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1993-cü ildə "xxxx" kiçik müəssisəsində işə qəbul olması barədə qeyd olsa da, işə qəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (avqust ayında) 1 №-li əmrlə qeydə alınmasının onun mötəbərliyini şübhə altına alması, iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdə işə qəbul əmri təqvim ilinin sonlarında (sentyabr ayında) 3 №-li əmrlə qeyd olunması, onun xx.xx.2009-cu il tarixdə işdən azad olması barədə qeydin latın qrafikalı əlifba ilə və Azərbaycan dilində yazılmasına baxmayaraq 1 fevral 1999-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunması, əmr tarixi və nömrəsinin qeyd olunmaması, əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması qeyd olunmuşdur. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir.

44. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********42200 saylı xx.xx.2024cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-cü il tarixdə 2484 nömrə ilə və "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 18963 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur.

45. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır, həmin dövrdə qeyd edilən müəssisələr mövcud olmuş, fəaliyyət göstərmişlər. Odur ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və cavabdeh tərəfindən qeyd edilən digər dəlillər, o cümlədən mərkəzləşdirilmiş X1 Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının qeydə alınmaması xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə (12 il 4 ay) də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

46. Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

47. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

48. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

49. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.

50. Bu əsasla iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında əmək faliyyəti onun iş stajına daxil edilməlidir. Belə ki, iddiaçının qeyd olunan dövrlərdə "xxxx" kiçik müəssisəsi və "xxxx" firmasında əmək fəaliyyəti göstərməsi barədə müvafiq qeyd əmək kitabçasında öz əksini tapmışdır.

51. Həmçinin, kollegiya apellyasiya şikayətinin əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının doldurulma qaydasına riayət olunmamasının iş stajına daxil edilməsini istisna edən müddəa qanunvericilikdə təsbit edilməmişdir.

52. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, əmr və s.) nəzərə alınır.

53. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir.

54. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

55. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

56. Belə olan halda da, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1993-xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2006-ci illər üzrə nəzərə alınmayan 12 il 04 ay ümumi iş stajına daxil edildikdə və cavabdeh tərəfindən mübahisələndirilməyən 14 il 07 ay 29 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçıya qanunla tələb olunan 25 ildən artıq ümumi sosial sığorta stajı yığmağa kifayət edir (12 il 04 ay + 14 il 08 ay 29 gün = 26 il 11 ay 29 gün).

57. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

58. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar