Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1593/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2022 saylı xx.xx.2022-ci il tarixıi qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" mənzil-tikinti kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 3 nömrəli “Obyektin tikintisinə icazə”nin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş xx/xx-3662 saylı cavab məktubuna əlavə edilmiş 02 vərəqli sənəddən məlum olmuşdur ki, cavabdeh tərəfindən "xxxx" MTK-ya xx.xx.2020-ci il tarixdə 3 nömrəli “Obyektin tikintisinə icazə” sənədi verilmişdir. Qeyd olunan sənəd onun hüquqlarını pozur və icazə sənədi verilərkən, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı madəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-410/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx/xx-3662 №li xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, sonuncunun xx.xx.2020-ci il tarixli 314 №li soğusuna İdarənin xx.xx.2020-ci il tarixli xx/xx-1282 nömrəli məktubu ilə cavab verilmişdir. Məktuba 2 vərəqdən ibarət xx.xx.2020-ci il tarixli 3 nömrəli “Obyektin tikintisinə icazə” əlavə olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya verilmiş xx.xx.2020-ci il tarixli 3 nömrəli “Obyektin tikintisinə icazə”nin ləğv edilməsinin xahiş edir. Qeyd olunan iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın l-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Hesab edirlər ki, məhkəmənin iddia müddətinin keçməsinə görə iddianın mümkün sayılmaması barədə qənaəti tamamilə qanunsuz və əsassızdır. Belə ki, göründüyü kimi məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Əgər belə bir araşdırma aparılsaydı müəyyən edilməli idi ki, iddinın mümkünsüzlüyü qənaətini formalaşdırarkən istinad edilən xx.xx.2020-ci il tarixli xx/xx-1282 nömrəli məktub ümumiyyətlə nə sorğu vermiş vəkilə, nə də Tddlaçinın özünə təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli xx/xx-1282 nömrəli məktuba yalnız iddiaçının vəkilinin cavabdeh quruma ünväntanmış xx.xx.2020-ci il tarixdə 372 nömrəli təkrar vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli xx/xx-3662 saylı cavab məktubunun məzmununda istinad edilmişdir ki, guya xx.xx.2020 tarixli məktubla sizə daha əvvəl cavab verilmişdir. Halbu ki, cavab məktubunda qeyd edilən həmin məlumat həqiqəti əks etdirmir. Əgər həqiqətən də sözügedən. xx.xx.2020 tarixli məktub ünvanlandığı tərəfə çatdırılmışdırsa bu barədə müvafiq təsdiqedici sübut məhkəməyə təqdim etməli idi. Lakin iş materialında belə bir sübut yoxdur. Bu barədə iddia ərizəsinin 1-ci həhifəsinin sonuncu abzastında və 2-ci səhifəsinin 1-ci abzastında iddiaçı məhkəməyə açıq məlumat verərək bildirmişdir ki, “Bundan sonra, hüquqlarımın müdafiə edilməsi üçün özümə vəkil tutmaq məcburiyyətində qaldım. Vəkilim tikintinin aparılması üçün əsas olmuş sənədlərin alınması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət etsə də, sorğuya uzun müddət cavab verilmədiyindən, sorğu edilən qurumla bununla bağlı maraqlandıqda guya xx.xx.2020-ci il tarixdə sorğuya imtina cavabı verilmiş və məktub poçtla göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sorğunun cavablandırılmasını əsassız hesab edən vəkilim, hamin imtina cavabını gözləmədən, yenidən xx.xx.2020-ci il tarixdə 372 nömrəli təkrar əsaslandırılmış sorğu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə "xxxx" MTK-ya tikintiyə icazənin verilib- verilməməsi barədə məlumatın, tikintiyə icazə sənədi verildikdə isə həmin icazə sənədinin və icazə verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin verilməsini xahiş etmişdir. Həmin sorğuya xx.xx.2020-ci il tarixdə aldığımız və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş xx/xx-3662 saylı cavab məktubuna əlavə edilmiş 02 vərəqli sənəddən məlum olmuşdur ki, cavabdeh tərəfindən "xxxx" MTK-ya xx.xx.2020-ci il tarixdə 3 nömrəli "Obyektin tikintisinə icazə" sənədi verilmişdir." Göründüyü hazırki işin materiallarında cavabdehin xx.xx.2020-ci il tarixli xx/xx- 1282 nömrəli məktubunun iddiaçıya və ya onun vəkilinə təqdim edilməsini təsdiq edən heç bir sübut olmadığı halda məhkəmə qanunsuz və əsassız olaraq qeyd edilən məktubun tarixinə istinad etməklə iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Halbuki, iddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 3 nömrəli "Obyektin tikintisinə icazə" sənədlərini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş xx/xx-3662 saylı cavab məktubu vasitəsi ilə almış və qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmədən xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.Verilən suallara cavab olaraq cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərəfə ünvanladığı xx.xx.2020 tarixli məktub və ona qoşma sənədlərin çatdırılması barədə müvafiq təsdiqedici sübut təqdim edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisələndirdiyi aktın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48- ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020 tarixli məktub ünvanlandığı tərəfə çatdırılmasına barədə müvafiq təsdiqedici sübut iş materialında yoxdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi verilən suallara cavab olaraq cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərəfə ünvanladığı xx.xx.2020 tarixli məktub və ona qoşma sənədlərin çatdırılması barədə müvafiq təsdiqedici sübut təqdim edə bilməyəcəyini qeyd etmişdir. Lakin iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 3 nömrəli "Obyektin tikintisinə icazə" sənədlərini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş xx/xx-3662 saylı cavab məktubu vasitəsi ilə alınması və qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmədən xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməsi iş materialları ilə sübut olunmasına baxmayaraq məhkəmə tərəfindən buna hər hansı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətin üzrsüz səbəbdən buraxılmasına əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2022 saylı xx.xx.2022-ci saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1593/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1593/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver