Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1594/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və planölçünün verilməsi barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadları ilə, X6 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2021 saylı, xx.xx.2021-ci iltarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq olunmasında səhvə yol vermişdir. Həmçinin prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə işin faktiki hallaı nəzərə alınmadan , düzgün araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətinə uyun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiyasının qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli H-590 saylı arxiv çıxarışından görünür ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli **********14 saylı məktubundan görünür ki, ünvan 1 (0.06 ha torpaq sahəsi) xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı X1 xx.xx.2016-cı il tarixli ********** nömrəli müraciəti daxil olmuşdur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyindən müraciətin əsasını təşkil edən hüquqmüəyyənedici sənədlər vətəndaşa qaytarılmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli **********0093 nömrəli Torpaq sahəsinin kadastr planından görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1101 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün X5 verilmiş ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. İşdə olan 585136 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0502 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23 iyul 2020-ci il tarixli, **********52 nömrəli imtina məktubundan görünür ki, iddiaçının çıxarışın və plan-ölçünün verilməsi barədə müraciətinə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevra 1995-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmiş, ərazinin 93,0 kv.metr hissəsi **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşür, tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olmuş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş bölgü sxemindən görünür ki, X10, İddiaçı və X6 onlara məxsus torpaq sahələrinin bölgüsünü razılaşaraq bölgü sxemi tərtib edilməklə təsdiq etmişlər. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X3 ərizəsindən görünür ki, X6 ona məxsus torpaq sahəsi ilə bağlı heç bir qonşu ilə mübahisəsi, eləcə də, heç bir qonşuya qarşı iddia və tələbi yoxdur. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X1 ərizəsindən görünür ki, X2 məxsus 600 kv.metr torpaq sahəsi ilə yaxınlıqda yerləşən İddiaçı məxsus 600 kv.metr torpaq sahəsinin arasında digər şəxsə məxsus olan 600 kv.metr torpaq sahəsi yerləşir. X1 İddiaçı mıxsus torpaq sahəsinə dair iddia və tələbi yoxdur, aralarında mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlərin Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi, ərazinin 93,0 kv.metr hissəsinin **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşməsi, tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olması əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin tələblərinə əsasən o, gözlənilən mülkiyyət hüququna malikdir. Məhkəmə kollgiyası cavabdehin sərəncamın Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Belə ki, həmin sənədlərin saxlanılması və ya onun aidiyyəti qurumlara təhvil verilməsi qanunvericilklə iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh etirazında ərazinin 93,0 kv.metr hissəsinin **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşməsi və tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olması barədə dəlillər irəli sürsə də, bu dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı toplanmış sübutlarla göstərilən dəlillər təkzib olunur. Belə ki, qeyd edilən dəlillər üzrə adları çəkilən şəxslər X6 və X4 iddiaçı ilə heç bir mübahisələrinin, o cümlədən iddia və tələblərinin olmadıqlarını bildirmişlər. Bundan əlavə, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1594/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1594/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver