Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1594/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1594/2023 (Açar sözlər: “Qərarın ləğvi”) Bakı şəhəri 18 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçının nümayəndələri X2 və X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqi şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnamənin (VÖEN) surətindən, kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı kiçik sahibkarlıqla (ixtisaslaşdırılmamış topdan satış) məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyata alınmışdır.
2. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərilmiş, 21.529.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
3. İddiaçı tərəfindən 2017-ci il üzrə tarixli mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsindən görünür ki, 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı, 46.055,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
4. Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda məktubda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadıgı nəzərinə çatdırılmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2729 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları hesablanması barədə” 28 iyul 2020-ci il tarixli **********355600 saylı qərarı ilə iddiaçı MMC-yə əlavə olaraq hesablanmış 21.529,50 manat məbləğində mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur.
7. İddiaçının təqdim etdiyi məhkəmə aktlarından görünür ki, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 12 oktyabr 2016-cı il tarixli, **********812700 saylı qərarı ilə kameral yoxlama nəticəsində 708607,82 manat əlavə vergi məbləği hesablanmışdır.İddiaçı həmin qərarın ləğv edilməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər.Məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 iyul 2018-ci il tarixli 9782 saylı rəyində göstərilmişdir ki, MMC-yə hesablanmış 708607,82 manat məbləğində əlavə dəyər vergisinin düzgünlüyü müəyyən olunmur.Həmin əsasdan da iddia ərizələri təmin edilmiş və qeyd edilən qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsində iş icraatda olarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə də Sumqayıt Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayətindən imtina qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir.
8. Həmçinin, iddiaçının təqdim etdiyi məhkəmə aktlarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin vergi borciuna görə əmlaklarını siyahıya alaraq siyahıya alınmış əmlakların açıq hərracda satılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, e2-2(085)-449/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin əsaslandırması belə olmuşdur ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddialarının təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı inzibati orqan vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri də eyni əsaslara istinad edilərək dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 04 mart 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qurumun əvvəlki adı "xxxx" MMC olmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Lakin 28 iyul 2020-ci il tarixli cavabdehin vergilərin hesablanması barədə **********355600 №-li qərarına əsasən MMC-yə əlavə mənfəət vergi məbləği hesablanmışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır.
11. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddia təmin edilməməlidir. Vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmişdir, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********6D8200 nömrəli məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluq aradan qaldırılmaqla müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. Beləliklə kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi üzrə 24525,69 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********355600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarı qanuni və əsaslı olmuşdur.
14. Belə ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011,00 manat artıq, yəni 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların mətfləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı üçün göstərilmiş gəlir məbləğlərində 727.011,00 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixli 9/2729 nömrəli ekspert rəyindən göründüyü kimi mübahisələndirilən qərar ilə bağlı ekspertiza tədqiqatının keçirilməsi üçün cavabdeh tərəfindən təqdim edilmiş suallar və vergilərin hesablanması üçün əsas olan sənədlər (sübutlar) ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən səbəbdən də ekspert rəyi işin faktiki hallarını tam əhatə etmir. Ekspert məhkəmə tərəfindən qoyulmuş suallar üzrə də ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Ekspert rəydə qeyd etmişdir ki, müəssisəyə əlavə olaraq hesablanmış 2017-ci il üzrə 21.529,50 manat məbləğində mənfəət vergisinin səbəbi, vergi ödəyicisi tərəfindən ƏDV və mənfəət vergisi bəyannamələrinin göstəricilərinin fərqli olması göstərilmişdir. Bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin bu zaman da ekspertin hər-hansı mühasibat sənədinə istinadən etməsi təqdiqatdan müəyyən olunmur. Bütüb bunlar isə ekspert rəyinin əsassız oduguna dəlalət edir.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1.ci,16.1.3-cü, 23.1.-ci, 23.1.5.-ci, 37.1.-ci, 37.3-cü, 37.4-cü, 62.1.-ci, 94.0.1.-ci, 94.0.2-ci və 130.1.-ci İPM-in 14.1-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, vergi orqanının istinad etdiyi mənbə yəni bəyannamələrdə göstərilənlərə əsasən kənarlaşmanın yarandığı qənaətinə gəlməsi və buna əsasən də sözügedən qərarı qəbul etməsi əsassızdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2729 nömrəli ekspert rəyində də göstərilmişdir ki, bəyannamələr vergilərin hesablanması üçün ilkin mühasibat sənədləri deyil, yalnız məlumat xarakterli hesabatlardır. Lakin məhkəmə ekspertin rəyi ilə razılaşmayaraq iddianı təmin etməmişdir.Ekspertin rəyi ilə razılaşmamasını isə kifayət qədər əsaslandırmamışdır.Tərəflərindən vergi orqanına təqdim etdikləri mənfəət vergi bəyannaməsindən də aydın olur ki, 2017-ci il üzrə şirkətin əldə etdiyi gəlirlərdən vergi qanunvericiliyinə əsasən xərcləri çıxmaqla 21.529,50 AZN mənfəət vergisi öhdəliyi yaranır. Lakin buna baxmayaraq vergi orqanı əlavə olaraq 24.525,69 AZN ödəmilməsini tələb edir. Bu hesablama təqdim etdikləri bəyannamə ilə üst-üstə düşmür. Həmin hesablama 2017-ci ilin fərqli aylarında iddiaçıya hesablanan əlavə kameral vergisindən irəli gəlir. Qeyd etmək istəyirlər ki, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 12 oktyabr 2016-cı il tarixli, **********812700 saylı qərarı ilə kameral yoxlama nəticəsində 708607,82 manat əlavə vergi məbləği hesablanmışdı. Həmin qərarın ləğv edilməsi üçün Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər.Məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 iyul 2018-ci il tarixli 9782 saylı rəyində göstərilmişdir ki, MMC-yə hesablanmış 708607,82 manat məbləğində əlavə dəyər vergisinin düzgünlüyü müəyyən olunmur.Həmin əsasdan da iddia ərizələri təmin edilmiş və qeyd edilən qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsində iş icraatda olarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə də Sumqayıt Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayətindən imtina qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin vergi borciuna görə əmlaklarını siyahıya alaraq siyahıya alınmış əmlakların açıq hərracda satılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, e2-2(085)-449/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin əsaslandırması belə olmuşdur ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddialarının təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı inzibati orqan vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri də eyni əsaslara istinad edilərək dəyişdirilmədən saxlanılmışdır. Hazırki işdə də MMC-yə hesablanmış mənfəət vergisinin əsaslılığı sübuta yetirilmir və yuxarıda qeyd etdikləri kimi MMC-yə dair qəbul edilmiş məhkəmə aktlarından da bəllidir ki, MMC-nin vergidən yayınma halı və yaxud vergi borcu yaranmamışdır. Lakin buna baxmayaraq hesablanan əlavə vergi qüvvədən düşməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. MMC-nin fəaliyyətində hər hansı vergidən yayınma və ya kənarlaşma halı olmamışdır ki, bu səbəbdən də vergi orqanının qərarını əsassız sayırlar.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə iddia ərizəsinə yazılı etiraza uyğun məzmunda yazılı etiraz daxil olmuşdur.
c) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının mümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər. Həmçinin, iddiaçının nümayəndələri xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyahını təqdim etmişdirlər.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarına görə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləğinin nəyin əsasında və necə hesablanması barədə Kollegiyanın sualına cavabdehin nümayəndəsi cavabında bildirilmişdir ki, iddiaçının 2017-ci il üzrə idxal əməliyyatları zamanı idxal olunmuş malların dəyərinin düzgün bəyan edilməməsi aşkarlanaraq ödənilməli mənfəət vergisi hesablanmışdır.
Tətbiq edilən hüquq
21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:
15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:
23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1 mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 14.1-ci Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı prosessual qaydaya uyğun məhkəməyə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddia və apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir.
28. Belə ki, işin faktiki hallarına görə Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin (kassa metodu ilə) 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 1025017,08 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0,00 manat, cəmi 1025037,08 manat məbləğində gəlir göstərilmiş, 21.529.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
29. İddiaçı tərəfindən 2017-ci il üzrə tarixli mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsindən görünür ki, 1752028,08 manat dövriyyə məbləğləri göstərilmiş, bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0,00 manat artdığı, 46.055,19 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır.
31. Məhkəmə Kollegiyası qeyd edir ki, bu hesablama iddiaçının təqdim etdikləri bəyannamə ilə üst-üstə düşmür. Həmin hesablama 2017-ci ilin fərqli aylarında iddiaçıya hesablanan əlavə kameral vergisindən irəli gəlir.
32. Belə ki, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 12 oktyabr 2016-cı il tarixli, **********812700 saylı qərarı ilə kameral yoxlama nəticəsində 708607,82 manat əlavə vergi məbləği hesablanmışdı. Həmin qərarın ləğv edilməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər.Məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 iyul 2018-ci il tarixli 9782 saylı rəyində göstərilmişdir ki, MMC-yə hesablanmış 708607,82 manat məbləğində əlavə dəyər vergisinin düzgünlüyü müəyyən olunmur.Həmin əsasdan da iddia ərizələri təmin edilmiş və qeyd edilən qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsində iş icraatda olarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə də Sumqayıt Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayətindən imtina qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir.
33. Bundan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin vergi borciuna görə əmlaklarını siyahıya alaraq siyahıya alınmış əmlakların açıq hərracda satılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, e2-2(085)-449/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin əsaslandırması belə olmuşdur ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddialarının təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı inzibati orqan vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri də eyni əsaslara istinad edilərək dəyişdirilmədən saxlanılmışdır.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki işdə də MMC-yə hesablanmış mənfəət vergisinin əsaslılığı sübuta yetirilmir və yuxarıda qeyd edildiyi kimi MMC-yə dair qəbul edilmiş məhkəmə aktlarından da bəllidir ki, MMC-nin vergidən yayınma halı və yaxud vergi borcu yaranmamışdır.
35. İddiaçının “Şəxsi hesab Vərəqəsi”ndən görünür ki, xx.xx.2017-ci il tarixə 40.908, 66 manat ƏDV hesablanmış və həmin tarixdə 40.908, 66 manat ƏDV borc üzrə azalma olmuşdur .
36. Həmçinin, xx.xx.2017-ci il tarixə 98.868,66 manat ƏDV hesablanmış və həmin tarixdə 98.868,66 manat ƏDV borc üzrə azalma olmuşdur.
37. Məhkəmə Kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarına görə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləğinin nəyin əsasında və necə hesablanması barədə Kollegiyanın sualına cavabdehin nümayəndəsi cavabında bildirilmişdir ki, iddiaçının 2017-ci il üzrə idxal əməliyyatları zamanı idxal olunmuş malların dəyərinin düzgün bəyan edilməməsi aşkarlanaraq ödənilməli mənfəət vergisi hesablanmışdır.
38. Bunun qarşılığında iddiaçının nümayəndələri xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyahını təqdim etmişdirlər.
39. Beləliklə, xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair digər fərqli siyahı məhkəməyə təqdim edilməmiş və iş materiallarında müəyyən edilməmişdir.
40. Həmçinin, cavabdehin nümayəndəsi xx.xx.2017-xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük orqanından İddiaçı MMC-nin idxal etdiyi mallara dair MMC-nin idxal əməliyyatları haqqında siyahıda malların göstərilən idxal qiymətlərindən fərqli qiymətin mövcud olması barədə hər hansı sübut təqdim edə bilməmişdir.
41. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 2017-ci il üzrə 24.525,69 manat əlavə vergi məbləği hesablanmasının faktiki və hüquqi əsaslarının mövcudluğu təsdiqini tapmamışdır.
42. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin fəaliyyətində hər hansı vergidən yayınma və ya kənarlaşma halı olmamışdır ki, bu səbəbdən də vergi orqanının qərarı əsassız sayılır.
43. Maddə 14.1-ci Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
44. Göstərilənlərdən əlavə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2729 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları hesablanması barədə” 28 iyul 2020-ci il tarixli **********355600 saylı qərarı ilə iddiaçı MMC-yə əlavə olaraq hesablanmış 21.529,50 manat məbləğində mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur.
45. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək qeyd edir ki, mənfəət vergisinin düzgünlüyü təsdiq olunmur.
46. Belə ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.( İPM-in 58-ci maddəsi).
47. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
48. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 iyul 2020-ci il tarixli, **********355600 saylı qərarı ləğv edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.