Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1595/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), X1 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6442/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1286Ş nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6442/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin edilmiş və iddiaçıya məhkəmə bildirişi göndərilərək, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif edilmişdir. İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1595/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6442/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-6442/2021 saylı qərarından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət tərəfimdən üzürlü səbəblərdən buraxılmışdır. Belə ki, məhkəmə qərarının xx.xx.2022-ci il tarixdə əldə etdiyimi zənn edərək, şikayət verilmə müddətinin axımının başlanğıcını həmin tarixdən hesablayaraq apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir.Başqa sözlə prosessual müddətin keçməsi anlaşılmamazlıq səbəbindən baş vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və buraxılmış prosessual müddətin bərpasına dair ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6442/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı iddiaçı tərəfindən məhkəmə qəbzinə imza etməklə xx.xx.2022-ci il tarixdə alınsa da, iddiaçı tərəfindən imzalanmış apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci ildə apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət 03 gün buraxılmaqla verilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixli qərardad ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Hazırda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 6442/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarından apellyasiya şikayətinin buraxılmış prosessual müddət ilə bağlı mümkünlük məsələsinə baxılaraq, şikayət mümkün sayılmadığından və qeyd edilən qərardad qanuni qüvvəyə mindiyindən, iddiaçının sonradan təqdim etdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 78-ci maddəsinin tələbinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Qeyd olunan Məcəllənin 87.4-cü maddəsinə görə apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6442/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1595/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1595/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver