Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1595/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5969 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya gücləndirilmiş elektron imza (ASAN İmza) Sertifikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin həcmin azaldaraq, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5969 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş və məhkəmə tərəfindən ərizənin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9083/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9083/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil Mirqadir oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil Mirqadir oğlunun apellyasiya şikayətini imzalaması səlahiyyəti dəqiqləşdirilərkən vəkili Vəkil Mirqadir oğlunun İddiaçı adından başqa etibarnaməsi olmadığ müəyyən olunmuşdur. Həmçinin, iş materiallarının 26-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Etibarnamənin Vəkil Mirqadir oğluna İddiaçı tərəfindən deyil, X5 tərəfindən verildiyi məsələsi araşdırılarkən vəkili Vəkil Mirqadir oğlu İddiaçı ilə X5 eyni şəxslər olduğunu bildirmiş və bunu təsdiq edəcək sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınsa da bu müddət ərzində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.İddiaçının vəkili isə ərizə göndərərək başqa məhkəmə iclası ilə bağlı işə baxılmasını xaniş etmişdir. Məhkəmə Kollegiyası xx.xx.2023-cü il tarixdən ötən müddətdə İddiaçı ilə X5 eyni şəxslər olduğuna dair hər hansı sübutlar təqdim etmədiyindən, o cümlədən belə sənədləri işə baxılmasının təxirə salınmasına dair ərizəyə əlavə etmədiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti iddiaçının vəkili və nümayəndəsi Vəkil Mirqadir oğlu tərəfindən imzalansa da, apellyasiya şikayətini imzalaması səlahiyyəti dəqiqləşdirilərkən Vəkil Mirqadir oğlunun İddiaçı adından apellyasiya şikayətini imzalama səlahiyyəti verilmiş etibarnaməsi olmadığ müəyyən olunmuşdur. Bundan başqa iş materiallarının 53-cü vərəqindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubunda Əfqanıstan İslam Respublikasının vətəndaşı, xx.xx.1968-ci il təvəllüdlü X7 (BMTQAK-ın himayə sənədinin № ***-*******3) sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alındığı göstərilmişdir.Həmin məktuba əlavə olunmuş himayə sənədinin surətindən görünür ki, himayə sənədi X7 barəsindədir. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, hazırkı inzibati iş üzrə iddiaçı və apellyasiya şikayəti verən şəxs isə İddiaçıdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 86.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyəti yoxlanılır. Məhkəmə Kollegiyası hazırkı inzibati iş üzrə iddiaçı və apellyasiya şikayəti verən şəxs Rassul X3, apellyasiya şikayətini imzalaması səlahiyyəti dəqiqləşdirilərkən Vəkil Mirqadir oğlunun İddiaçı adından apellyasiya şikayətini imzalama səlahiyyəti verilmiş etibarnaməsi olmadığ müəyyən olunmasını, iş materiallarının 26-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Etibarnamənin Vəkil Mirqadir oğluna İddiaçı tərəfindən deyil, X5 tərəfindən verildiyi məsələsi araşdırılarkən vəkili Vəkil Mirqadir oğlu İddiaçı ilə X5 eyni şəxslər olduğunu bildirsə də və bunu təsdiq edəcək sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş olunduğundan məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınsa da xx.xx.2023-cü il tarixdən ötən müddətdə İddiaçı ilə X5 eyni şəxslər olduğuna dair hər hansı sübutlar təqdim etmədiyini, o cümlədən vəkilin belə sənədləri işə baxılmasının təxirə salınmasına dair ərizəyə əlavə etmədiyini nəzərə alaraq məhkəmə Kollegiyası qənatə gəlir ki, apelyasiya mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə Kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkün sayılması barədə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş verilmiş şikayət üzrə apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1595/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1595/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver