Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1595/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxslər X9 və X7 vəkili Vəkil2 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X9 və qeyriləri) “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 nömrəli "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin bağlanılmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında" xx.xx.2013-cü il tarixli 414 nömrəli, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında" xx.xx.2013-cü il tarixli 433 nömrəli, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2014-cü il tarixli 76 nömrəli və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında" xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə X9, X18 və X11, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə üçüncü şəxs X9 və digərləri arasında olan mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanda yerləşən ölçüsü 51.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X7 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli ilk çıxarışda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00557 ha olmuş və həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Bundan sonra, eyni şəxsin adına yenidən verilmiş ******* nömrəli. xx.xx.2014-cü il tarixli çıxarışdan müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0,1083 ha ölçüdə qeyd edilmiş və cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair eyni ölçülərlə X5 adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə araşdırmalarının gedişində məhkəmə sorğusuna cavab olaraq DƏDRX tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə X12 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsi təqdim edilmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə Xidmətin nümayəndəsi tərəfindən məhkəməyə torpaq sahəsinə dair “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 414 nömrəli Sərəncam, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 433 nömrəli Sərəncam, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 76 nömrəli Sərəncam və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 132 nömrəli Sərəncam məhkəməyə təqdim edilmişdir. Həmin tarixə qədər qeyd edilən Sərəncamlar barədə iddiaçının məlumatı olmamışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən tikilmiş və onun istifadəsində olmuşdur. Lakin Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşdiyi nəzərə alınmamış, iddiaçı inzibati icraata dəvət edilməmiş və onun hüquqları və mənafeyinə zidd olaraq Sərəncamlar verilmişdir. X12 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli, 4958 №-li “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanılmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 414 nömrəli Sərəncam, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 433 nömrəli Sərəncam, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 76 nömrəli Sərəncam və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 132 nömrəli Sərəncam ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-740/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin bağlanılmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli 414 nömrəli, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2013-cü il tarixli 433 nömrəli, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli 76 nömrəli və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarda yazılmışdır ki, “xx.xx.2013-cü il tarixdə tərtib edilmiş ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, bina E.Qəhrəmanovun adına özəlləşdirilərkən ilk əvvəl onun texniki pasportu tərtib edilmiş və texniki pasportda binanın yerləşdiyi ərazinin ümumi sahəsi 1083 kv.metr göstərilmişdir. Daha sonra isə E.Qəhrəmanov 13D saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini də özəlləşdirmiş, bu zaman özəlləşdirilən torpaq sahəsinin ölçücü ilkin texniki pasporta, yəni qanunvericiliyə uyğun olmuşdur. Çünki qanunvericilikdən də göründüyü kimi, özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi həmin obyektin özəlləşdirilməsi zamanı onun texniki pasportunda göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqdır. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün 0.00557 kv.metr göstərilməsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin ölçü yalnız binanın yerləşdiyi tikintialtı sahəsinin göstəricisi olmuş, bu da xx.xx.2013-cü il tarixli texniki pasporta uyğun olmuşdur. Belə ki, həmin texniki pasportdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.metrdir, bunun 55,7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.metr hissəsində daş hasar, 468.8 kv.metr hissəsində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.metr hissəsini isə açıq torpaq sahəsi təşkil edir.” Məhkəmə, öz mövqeyini yalnız xx.xx.2013-cü il tarixli texniki pasporta əsaslanmaqla formalaşdırmış, iş üzrə mübahisəli torpaq sahəsinin ilkin sənədlərini tələb etməmiş, torpaq sahəsinin əvvəlki balans saxlayıcısını, statusunu müəyyən etməmiş, hazırda və əvvəllər qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə maddi hüquq normaları kimi Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə istinad etsə də, torpaqla bağlı ilkin sənədləri tələb etmədən, ilkin sənədlərdə torpaq sahəsinin, sonradan verilmiş sənədlərdə olan ölçülərdən fərqli olduğuna diqqət yetirmədən, üzərində iddiaçıya məxsus tikililər olan torpaq sahəsinin sonradan, əlavə olaraq üçüncü şəxsə əvvəl icarəyə verilməsini, sonradan isə üçüncü şəxsə satılmasını qanuni hesab etmişdir. Əgər bu torpaq sahəsinin üçüncü şəxsə məxsus 51,2 kv.m qeyriyaşayış sahəsinə aidiyyəti olmuşsa və texniki pasportda göstərilmişsə, belə halda, həmin torpaq sahəsi nə səbəbə sonuncuya icarəyə verilmişdir. Məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Məhkəmə iddianın əsaslarından birini, yəni Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğlu tərəfindən tikilməsi, Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmamasını diqqətdən kənarda qoymuşdur. Məhkəmə qərarında, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmadığı qeyd edilmiş, bununla da məhkəmə mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin məhz iddiaçı tərəfindən inşa edidiyini açıq etiraf etmişdir. Digər tərəfdən, məhkəmə iş materiallarında olan digər sənədləri, xx.xx.1999-cu il tarixli icarə müqaviləsini, Azon zavodu tərəfindən verilmiş sənədləri ümumiyyətlə tədqiq etməmişdir. Halbuki iş üzrə məhz Azon zavodunun sənədlərindən istifadə edən üçüncü şəxs E.Qəhrəmanov özü də mübahisəli torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın əmisi, hazırkı iddiaçıya məxsus olmasını etiraf etmişdir. Azon zavodunun iş üzrə üçüncü şəxs kimi cəlb edilməsinin zəruriliyi apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə də təsdiq olunmuşdur. Üçüncü şəxslər X9 və X7 vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı hazırki inzibati iş üzrə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Mübahisəli əmlakın üzərində İddiaçı bir neçə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbləri təmin edilməmişdir. Belə ki, İddiaçı cavabdehlər X9 və X10 qarşı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi ilə əsassız varlanmaya görə pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə muraciət etmiş, Məhkəmənin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qeyd edilən məhkəmənin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, İddiaçı cavabdehlər X9, X12 və X8 qarşı, 3-cü şəxs DƏDRX-nin 1 saylı ünvan 2 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik və istifadə) hüquqlarının müdafiəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qeyd edilən məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, «…Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. «Azon» zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunda iddianın əsaslığına heç bir təsir ola bilməz. Çünki qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da «Azon» zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsinin hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.» Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X9, X12, X11) cavabdehin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölcülərinin artırılmasına dair hərəktələrinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X7 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın, üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə həmin iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 senytabr 2023-cü il tarixli qərar ləğv edilmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «X4 və Koordinasiya Mərkəzi» publik hüquqi şəxsinə qarşı, 3-cü şəxslər X12 və X9, aparılmış registrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmiş və digər inzibati işlər üzrə yuxarı instansiya məhkəməsi öz mövqeyini bildirmişdir. Beləliklə, iddiaçının öz apellyasiya şikayətində göstərdiyi əsas və dəlillər əsassızdır və bu hal yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə tam təsdiq olunur. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X9 və X7 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan dövlət əmlakının registrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak ümumi sahəsi 51.2 kv.metr, tikintialtı sahəsi 56 kv.metr olan 1 mərtəbəli qeyri-yaşayış sahəsindən, tikinti altı sahəsi 11 kv.metr olan hasar və sahəsi 469 kv.metr olan yaşıllıq sahəsindən ibarət olmaqla, 1996-cı il tarixdə istismara verilmişdir, əmlakın yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 0,1083 ha təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 414 nömrəli Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamından görünür ki, ümumi sahəsi 51,2 kv.metr olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış binasına dair fiziki şəxs X7 adına icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 5990 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.metr sahəsi olan 1 mərtəbəli qeyriyaşayış binasını 1 il müddətinə icarəçi X7 icarəsinə vermişdir. Həmin qeyri-yaşayış binasına dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, qeyriyaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.metrdir ki, bunun 55,7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.metr hissəsində daş hasar, 468.8 kv.metr hissəsində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.metr hissəsini isə açıq torpaq sahəsi təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 433 nömrəli icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncamından görünür ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış binasının Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış qiyməti təsdiq edilmiş, sərəncamın 1-ci bəndində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının 100% dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi və icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 5201 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi onunla bağlanmış xx.xx.2013-cü il tarixli, 5990 saylı icarə müqaviləsi əsasında icarəyə verdiyi ümumi sahəsi 51.2 kv.metr olan qeyri-yaşayış binasını X2. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 51.2 kv.metr qeyri-yaşayış binasına dair X7 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Çıxarışda qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.00557 kv.metr göstərilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 76 nömrəli torpaq sahələrinin icarəyə verilməsi haqqında sərəncamından görünür ki, ünvan 4 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.metr dövlət torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq X10 icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən xx.xx.2014-cü il tarixdə X12 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 3006 saylı müqavilə bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 132 saylı torpaq sahəsinin özəlləşdirilməsi haqqında sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, ünvan 5 ünvanında yerləşən 1083.0 kv.metr torpaq sahəsinin həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi və həmin sərəncamın 1 və 2 nömrəli əlavələrdə göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 4958 saylı Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin adına qeydiyyata alınmış ünvan 6 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083,0 m2 torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”:
2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin icarəyə verilməsinə yol verilir.
3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər.
4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir.
8. Təqdim edilmiş (bu Qaydaların 5-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanılır.
9. Bağlanmış icarə müqaviləsi müvafiq qaydada Azərbaycan Respublikasında dövlət əmlakının Registrlərində qeydiyyata alınandan və müqavilə üzərində bu barədə qeyd aparılandan sonra o hüquqi qüvvəyə minmiş hesab olunur və tərəflər üçün hüquq və vəzifə yaradır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. İşdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanındakı qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi E.Qəhrəmanov tərəfindən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Nadir Qəhrəmanova bağışlanmış, sonuncu isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı Elton Mustafayevə satmışdır. Beləliklə, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.m olan qeyri-yaşayış binası və onun yerləşdiyi 1083,0 kv.m torpaq sahəsi əvvəl icarə, daha sonra isə alqı-satqı müqaviləsi əsasında Emil Qəhrəmanovun adına özəlləşdirilmişdir. İddiaçı hazırda mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin Emil Qəhrəmanovun adına özəlləşdirilməsinə əsas olan cavabdehin həmin sərəncamlarını mübahisələndirir. İddiaçı E.Qəhrəmanovun adına özəlləşdirilən torpaq sahəsinin ölçüsünün ilk çıxarışda 0,00557 ha, sonradan verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışda isə artırılaraq 0,1083 ha olmasına istinad edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2013-cü il tarixdə tərtib edilmiş ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, bina E.Qəhrəmanovun adına özəlləşdirilərkən ilk əvvəl onun texniki pasportu tərtib edilmiş və texniki pasportda binanın yerləşdiyi ərazinin ümumi sahəsi 1083 kv.metr göstərilmişdir. Daha sonra isə E.Qəhrəmanov 13D saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini də özəlləşdirmiş, bu zaman özəlləşdirilən torpaq sahəsinin ölçücü ilkin texniki pasporta, yəni qanunvericiliyə uyğun olmuşdur. Çünki yuxarıda qeyd edilən qanunvericilikdən də göründüyü kimi, özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi həmin obyektin özəlləşdirilməsi zamanı onun texniki pasportunda göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqdır. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün 0.00557 kv.metr göstərilməsi ilə bağlı isə qeyd edilməlidir ki, həmin ölçü yalnız binanın yerləşdiyi tikintialtı sahəsinin göstəricisi olmuş, bu da xx.xx.2013-cü il tarixli texniki pasporta uyğun olmuşdur. Belə ki, həmin texniki pasportdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.metrdir, bunun 55,7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.metr hissəsində daş hasar, 468.8 kv.metr hissəsində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.metr hissəsini isə açıq torpaq sahəsi təşkil edir. Beləliklə, mübahisəli qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi özəlləşdirilərkən torpaq sahəsinin ölçüsü ilə bağlı hər hansı normanın pozulmasına yol verilməmişdir. Bundan başqa, iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğlu tərəfindən tikilməsi, Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmamasını qeyd edir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamından görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan vət. İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyriyaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün vət. İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2941/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər X6 və X8 qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “...İkincisi, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunda iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2941/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamədə yerli icra hakimiyyətinin əmlakın hər hansı şəxsə məxsus olması barədə faktı təsdiq etmək kimi bir səlahiyyəti nəzərdə tutulmamışdır. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olmuş, bununla da İcra Hakimiyyəti həmin əmlaka münasibətdə hər hansı bir səlahiyyətə malik olmamışdır. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyəti də olmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən sərəncamlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-740/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.