Məhkəmə qərarları › İş №2-1(103)-1595/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1595/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1595/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 21450,50 manat ƏDV məbləği hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 120097/2024 №-li və 8918.39 manat ƏDV məbləği hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-105066/2024 №-li Qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “RELSDONAM 2005" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə “STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2023 tarixli 17/23 saylı müqaviləyə əsasən alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilə üzrə “STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və Seriya:EBDK №: 083147 xx.xx.2023 tarixli elektron qaiməyə əsasən aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. xx.xx.2024 tarixli 3-21-2-3/2- 105066/2024 Qərarla bu əməliyyat zamanı əvəzləşdirməklə Dövlət büdcəsinə ödədilmiş ƏDV məbləğinin ləğv edildiyi barədə cavabdehin “Dekabr 2023 Elektron kameral hesablama barədə Qərarı” göndərilmişdir. Həmin qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdən **********487800 saylı qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilib ki, "xxxx" MMC ilə alqısatqı əməliyyatı edən zaman (2023-cü ilin iyul ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2023 - cü il iyul ayı bəyannaməsində əvəzləşdirilmiş e-qaimə həmin vaxtlarda qəbul olunmuş və iddiaçıya heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən EBDK №: 083147 xx.xx.2023 tarixli elektron qaimə üzrə əvəzləşdirilmiş 3709.82 manat ƏDV məbləği ləğv olunaraq məbləğin şirkətdən tutulması üçün hesablarına sərəncam qoyulmuşdur. Analoji olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə İddiaçı (**********) xx.xx.2023 tarixli 23/23 saylı müqavilə əsasında Seriya: EBDQ №: 237345 xx.xx.2023 tarixli elektron qaimə və Seriya:EBDU №: 223545 xx.xx.2023 tarixli elektron qaimə ilə aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. İddiaçıya xx.xx.2024 tarixli 3-21-2-3/2-105066/2024 və xx.xx.2024 tarixində 3-21-2-3/2-120097/2024 №-li Qərarla bu əməliyyatlar zamanı əvəzləşdirməklə Dövlət büdcəsinə ödədəyimiz ƏDV məbləğinin ləğv edildiyi barədə cavabdehin “Dekabr 2023 və İyul 2024 Elektron kameral hesablama barədə Qərarı” göndərilmişdir. Həmin qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024 tarixli **********373800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilmişdir ki, iddiaçı "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2023-cü ilin oktyabr və dekabr ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2023 - cü il müvafiq ayları üzrə bəyannamələrin əvəzləşdirilmiş e-qaimələr həmin vaxtlarda qəbul olunmuş və iddiaçıya heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən EBDQ №: 237345 xx.xx.2023 tarixli və EBDU №: 223545 xx.xx.2023 tarixli elektron qaimələr üzrə əvəzləşdirilmiş 8106.38 manat ƏDVməbləği ləğv olunaraq məbləğin şirkətdən tutulması üçün hesablarına sərəncam qoyulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə İddiaçı ( **********) xx.xx.2024 tarixli 36/454 saylı müqaviləyə əsasən alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilə üzrə STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və xx.xx.2024 tarixli EBDY seriyalı 733193 nömrəli; xx.xx.2024 tarixli EBDY seriyalı 355518 nömrəli ; xx.xx.2024 tarixli EBDY seriyalı 068722 nömrəli elektron qaimələrinə əsasən aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. İddiaçıya xx.xx.2024 tarixində cavabdeh tərəfindən “əldə edilmiş riskli elektronqaimə fakturalar barədə məlumat” göndərilmişdir. Həmin məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdən **********651400 saylı qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilmişdir ki, biz "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2024-cü ilin fevral ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2024 - cü il fevral ayı bəyannaməsində əvəzləşdirdiyimiz e-qaimə həmin vaxtlarda qəbul olunmuş və bizə heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən xx.xx.2024 tarixli EBDY seriyalı 733193 nömrəli; xx.xx.2024 tarixli EBDY seriyalı 355518 nömrəli ; xx.xx.2024 tarixli EBDY seriyalı 068722 nömrəli elektron qaimələri üzrə əvəzləşdirilmiş 11395.38 manat ƏDV məbləği xx.xx.2024 tarixli 3- 21-2-3/2-120097/2024 №-li Qərarla ləğv olunaraq məbləğin şirkətdən tutulması üçün hesablarına sərəncam qoyulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə İddiaçı (**********) xx.xx.2024 tarixli NT-01/24 saylı müqaviləyə əsasən alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilə üzrə STİNGER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş və xx.xx.2024 tarixli EBDX seriyalı 773427 nömrəli elektron qaiməyə əsasən aldığı malların dəyərini qanunvericiliyə müvafiq olaraq tam şəkildə ödəmişdir. İddiaçıya xx.xx.2024 tarixində cavabdeh tərəfindən “əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” göndərilmişdir. Həmin məktubda “AZMET CO" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdən **********028500 saylı qərarla riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Bu məktuba cavab olaraq vergi orqanına bildirilmişdir ki, iddiaçı "xxxx" MMC ilə alqı-satqı əməliyyatı edən zaman (2024-cü ilin yanvar ayında) şirkət riskli vergi ödəyicisi olmayıb, sənədləşmə düzgün, şəffaf və qanunauyğun şəkildə baş vermişdir. 2024-cü il yanvar ayı bəyannaməsində əvəzləşdirdikləri e-qaimə həmin vaxtlarda qəbul olunmuş və onlara heç bir uyğunsuzluq məktubu göndərilməmişdir. Cavab məktubuna və əlavə olunmuş sənədlərə baxmayaraq Vergi xidməti tərəfindən xx.xx.2024 tarixli EBDX seriyalı 773427 nömrəli elektron qaimə üzrə əvəzləşdirilmiş 7157.29 manat ƏDV məbləği xx.xx.2024 tarixli 3-21-2-3/2-120097/2024 №-li Qərarla hesablama etmişdir. Azərbaycan Respublikası qanunvericiliyi təqsir olmadan məsuliyyəti istisna edir. Qarşılaşdıqları hal isə bilavasitə başqa bir hüquqi şəxsin məsuliyyəti ucbatından İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin e-qaimənin əvəzləşdirilməsindən imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Təsərrüfat mallarının pərakəndə satışın”dan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “Tərəfinizdən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDK seriyalı 083147 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 3709,82 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 3709,82 manat kənarlaşma yaranmışdır”, “Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 223545 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2897,83 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2897,83 manat kənarlaşma yaranmışdır” və “Tərəfinizdən ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 237345 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 5208,55 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 5208,55 manat kənarlaşma yaranmışdır” məzmunlu uygunsuzluqlar yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********761900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 11816,37 manat vergi məbləği (əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********362200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü-ci il tarixdə 2023-cü ilin dekabr ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində hesablanmış vergi məbləği azaldıldılmış, eyni zamanda bəyannamə üzərində “Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 223545 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2897,83 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2897,83 manat kənarlaşma yaranmışdır” məzmunlu uygunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********057500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 8918,39 manat vergi məbləği ((07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDK seriyalı 083147 və (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDQ seriyalı 237345 nömrəli əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmələr ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********205500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin iyul ayı üçün göstəricisiz təqdim edilmiş cari ƏDV bəyannaməsində “Tərəfinizdən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDX seriyalı 773427 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7157,29 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 7157,29 manat kənarlaşma yaranmışdır” məzmunlu uygunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********827500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********650800 nömrəli “Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məlumat” Xəbərdarlıq və bununla əlaqədar xx.xx.2024- cü il tarixli **********005500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 21450,50 manat vergi məbləği ((12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDU seriyalı 223545, (02.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDY seriyalı 733193, (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDY seriyalı 068722, (02.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDY seriyalı 355518 və (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDX seriyalı 773427 nömrəli əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmələr ləğv edilmişdir) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********654400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-105066/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-120097/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-13734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki; İddiaçı MMC (bundan sonra – iddiaçı) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün “Təsərrüfat mallarının pərakəndə satışın”dan ibarət olan hüquqi şəxsdir. İddiaçı 17 iyul 2023-cü il tarixdə "xxxx" MMC ilə, xx.xx.2023-cü il tarixdə "xxxx" TR MMC ilə, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə, 29 yanvar 2024- cü il tarixdə "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq elektron qaimə əsasında mal almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********651400 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2024-cü il tarixli EBDY seriyalı 355518 nömrəli, xx.xx.2024-cü il tarixli EBDY seriyalı 733193 nömrəli); "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDK seriyalı 083147 nömrəli); "xxxx" MMC xx.xx.2024 tarixli **********373800 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2023 tarixli EBDQ seriyalı 237345 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 223545 nömrəli) və "xxxx" MMC xx.xx.2024 tarixli **********028500 nömrəli Qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə elektron qaimə-faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməməsi ilə bağlı iddiaçıya xəbərdarlıqlar etmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 105066/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi barədə" qərarı əsasında iddiaçıya 2023-cü ilin dekabr ayı üçün 8918,39 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 120097/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2024-cü ilin iyul ayı üçün 21450,50 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Sadalanan qanunvericilik normalarından göründüyü kimi riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur Həmçinin cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının "xxxx" MMC ilə, "xxxx" TR MMC ilə, "xxxx" MMC ilə və "xxxx" MMC iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyatlar hüquqi şəxslərə verilmiş riskli statusdan əvvəl baş vermişdir və bu əməliyyatlar riskli statusun verilməsində əsas kimi çıxış etməmişdir. Eyni zamanda Alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz” Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş, xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunmaqla, birinci instansiya məhkəməsinin qərarı hüquqi və faktiki əsaslara söykənir və apellyasiya şikayətinin dəlilləri onu ləğv etmək üçün kifayət qədər əsas yaratmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar