Məhkəmə qərarları › İş №2-1(103)-1596/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1596/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1596/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, iddiaçının, cavabdehin nümayəndəsi X6 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2844/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi və iddiaçıya müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1987-ci ildə İmişli rayonunun Şahverdi kəndində anadan olmuşdur. Valideynləri tərəfindən atıldığına görə onu Gürcüstan Respublikasının Marneuli rayon sakini X4 və onun həyat yoldaşı X7 tərəfindən övladlığa götürmüşdür. Bunu İ-TM Seriyalı 274601 saylı “Övladlığa götürmə haqqında” şəhadətnamə təsdiq edir. Azərbaycan Respublikasında anadan olsa da Gürcüstan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyündən o, Gürcüstan Respublikasının vətəndaşıdır. Ancaq 2000-ci ildən Bakı şəhərində yaşayır. 2004-cü ildə Gürcüstan Respublikasının vətəndaşı ilə nikaha girmiş və həmin nikahdan 2 övladı vardır. 5 il bundan əvvəl nikahlarına xitam verilmişdir. xx xxxx 2019cu ildə Azərbaycan Respublikasının vətəndaşı olan X8 adlı şəxslə nikaha girmişdir. X17 “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ Seriyalı 340416 saylı “Nikah haqqında şəhadətnamə” təsdiq edir. Faktiki olaraq ər-arvad münasibətindədirlər və ünvan 1 ünvanında yaşayırlar. Həyat yoldaşı 2-ci qrup əlildir. Ona iddiaçı xidmət göstərir. Uşaqları Bakı şəhəri, 67 saylı tam orta məktəbdə təhsil alırlar. Azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı dağınıq skleroz xəstəsidir. Lakin iddiaçı onu bir ailə kimi qəbul etmişdir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə yalan məlumatdan və saxta sənədlərdən istifadə etməmişdir. Qohumluq münasibətinə əsaslanaraq ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi xahişi ilə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli “AR-nın ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” ******* saylı qərarla xx xxxxxx 2019-cu il tarixli müraciəti təmin edilməmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında" xx.xx.2020-ci il tarixli ******* saylı qərarının ləğv edilməsi və iddiaçıya Azərbaycan Respublikaındada müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2844/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin «Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair qərarı ilə Azərbaycan Respublikasının vətəndaşı olan X8 adlı şəxslə nikaha daxil olduğu, faktiki olaraq onunla ər-arvad münasibətində olduğu, ünvan 1 ünvanında yaşadıqları üçün razılaşmır və Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş ləğv edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından və iddiaçının birinci instansiya məhkəməsibə verdiyi izahatından görünür ki, iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatlarda ziddiyətlər olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, - İ-TИ 274601 saylı xx xxxxxx 1988-ci il tarixli övladlığa götürmə haqqında şəhadənamədən görünür ki, xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan respublikasının Marneuli (Aşağı Sarğal) rayonunda anadan olmuş İddiaçı X4 və onun həyat yoldaşı X7 tərəfindən övladlığa götürülmüş, bu barədə övladlığa götürülmə haqqında akt qeydləri kitabında xx xxxxxx 1988-cı il tarixdə 274601 sayla qeyd edilmişdir. AZ-T 045545 saylı xx xxxxxx 1987-ci il tarixli doğum haqqında şəhadənamədən görünür ki, İddiaçı xx xxxxxx 1987-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli (Aşağı Sarğal) rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1987-cı il tarixdə 746 sayla qeyd edilmişdir. Ata adı qrafasında X4, ana adı qrafasında X2 adı yazılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya ünvanladığı R/B4146 saylı xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı müraciəti araşdırılaraq Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən imtina olunmuş, imtinaya səbəb olan hal aradan qalxdıqdan sonra yenidən müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında Qərardan görünür ki, İddiaçı qohumluq münasibəti əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmiş, təqdim olunmuş sənədlərə əsasən şəxsin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə alınması məqsədilə nikah bağladığı və Azərbaycan Respublikası ərazisində xx xxxx 2020-ci il tarixədək olduğu yer üzrə qeydiyyata alındığı müəyyən edilmişdir. Buna görə də Gürcüstan vətəndaşı İddiaçı xx xxxxxx 2019-cu il tarixli müraciətinin təmin edilməməsi, qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətinə inzibati və ya məhkəmə qaydasında şikayət vermə hüququ izah edilmişdir. İmişli regional ASAN xidmət mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ № 540416 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında xx xxxx 2019-cu il tarixdə nikah bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi xx xxxx 2019-cu il tarixli izahatından müəyyən olnur ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə Azərbaycan vətəndaşı X8 ilə nikaha daxil olmuşdur. X1 rayonunun Şahverdilər kəndində atası və anası ilə yaşayır. İddiaçı isə Sabunçu rayonunda anası və iki övladı ilə birlikdə yaşayır. O Azərbaycan vətəndaşı X8 ilə ailə olaraq birgə yaşamırlar. Azərbaycanda işləyib, yaşamaq üçün məqsədli şəkildə nikaha daxil olmuşdur. Heçvaxt onunla ər-arvad münasibətində olmamışdır. Hansı şirkətə işləmək üçün müraciət edirsə vəsiqə tələb edildiyi üçün, o da nikaha daxil olmaq yolu ilə Azərbaycan Respublikasında yaşamaq üçün icazə almaq istəmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Babayeva X3 vətəndaşıdır, Azərbaycan Respublikasında yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası vətəndaşı X8 ilə nikaha daxil olduqdan 6 gün sonra cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müvafiq araşdırma aparılaraq iddiaçının ölkə ərazisində yaşamasını qanuniləşdirmək üçün məqsədli şəkildə X9 ilə nikaha daxil olduğu müəyyənləşdirilmiş və bu əsasla iddiaçının müraciətinin təmin edilməsindən haqlı olaraq imtina edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0 və 45.0.1-ci maddələrinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 46.1, 46.1.10 və 46.1.11-ci maddələrinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surətini (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) təqdim etməlidirlər. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası ərazisində yaşamağa görə icazə almaq üçün nikaha daxil olduğunu, özünün izahatında da etiraf etdiyi kimi qeyd edilən nikahın məqsədli şəkildə bağlandığını, əslində isə X10 ilə heç bir ər-arvad münasibətində olmadığını, onunla birgə təsərrüfat aparmadığını, ayrı-ayrı üvanlarda yaşadıqlarını nəzərə almayaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi və ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını tələb edir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olduğunu əsas gətirməklə Azərbaycan Respublikası ərazisində yaşamaq üçün ona icazənin verilməli olduğunu tələb etsə də, iş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana vermiş olduğu izahatındakı məqamlar ziddiyət təşkil edir və faktlar üst-üstə düşmür. İddiaçı tərəfindən göstərilənlər ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinin əsası kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən xx.xx.2020-ci il tarixli ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş və ləğv olunması üçün hər hansı əsas yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlili isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2844/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2844/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar