Məhkəmə qərarları › İş №2-1(103)-1596/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1596/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1596/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızınıın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1968-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan Bakı şəh., C.Hacıbəyli, ev 21/95) cavabdehlər Bakı şəhəri Cavabdeh2ə, Azərbaycan Respublikası Cavabdeh3nə (üçüncü şəxs "xxxx" Qrup MMC) qarşı “qanunsuz tikilinin qarşısının alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadından (iddianın mümkün sayılmaması barədə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 21.09.2020-ci il tarixdə cavabdehlər Bakı şəhəri Cavabdeh2ə, Azərbaycan Respublikası Cavabdeh3nə və "xxxx" Qrup MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, icazələri olmadan tikinti aparılan qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilməsini, qanunsuz tikilinin inşa edilməsində bilavasitə vəzifələrini icra etməyən məmurlarla əlaqədar tədbirlərin görülməsini və qərar qəbul edilənədək tikintinin dayandırılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, pandemiyadan istifadə edərək "xxxx" Qrup MMC-yə məxsus İstanbul və Ribak restoranlarının sahibi icarəsi olmadan yolu daraldaraq, dövlət əmlakı olan torpağı mənimsəyərək, gediş gəlişə maneçilik yaradır. Məhkəmə 22.09.2020-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPMin 13-cü maddəsinə əsasən yardım edərək bildirmişdir ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh qismində "xxxx" Qrup MMC qeyd etmişdir. "xxxx" Qrup MMC inzibati orqanların təsnifatında nəzərdə tutulmamışdır. "xxxx" Qrup MMC ilə arasında yaranmış münasibət publik xarakter daşımır. İnzibati məhkəmə araşdırması zamanı "xxxx" Qrup MMC üzərinə hər hansı öhdəliyin qoyulması mübahisə predmeti ola bilməz. Bunun üçün iddiaçıya 10 gün müddət verilmişdir. İddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə 24.09.2020-ci il tarixli iddia ərizəsi təqdim edilərək, cavabdeh qismində Cavabdeh2, Cavabdeh3 göstərilməklə cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-6617/2020 saylı qərardadları ilə İddiaçı cavabdehlər Cavabdeh2ə və Cavabdeh3nə qarşı, cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə ərizə icraata qəbul edilmiş, "xxxx" Qrup MMC isə üçüncü şəxs qismində işə cəlb edilmişdir. 02.10.2020-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılana qədər tikintini dayandırmağı xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı ilə İddiaçı müvəqqəti xarakterli müdafiəyə dair ərizəsi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdehlər Cavabdeh2ə və Cavabdeh3nə qarşı "xxxx" Qrup MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin qarşısının alınması”na dair iddiası mümkün sayılmamışdır. 29.04.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxsin nümayəndələri məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri Cavabdeh2ə, Cavabdeh3nə yönəlməklə qanunsuz tikilinin qarşısının alınmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi mücərrəd, qeyri-müəyyən xarakter daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh2 Başçısının müavininin 20.10.2020-ci il tarixli, 1/760 nömrəli məktubuna (İ.Mahmudova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, iddia tələbi natamam tərtib edildiyindən, iddiaçının qanunla qorunan hansı hüquqlarının pozulmasından bəhs edilmədiyindən və iddia tələbi üzrə hər hansı bir mötəbər sübutun RİH-ə təqdim edilməməsi və müraciətin olmaması səbəbindən iddia tələbinə qarşı hər hansı münasibət bildirə bilmirlər. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən qeyd edilmişdir ki, qurumun adı- "xxxx" MMC, dövlət qeydiyyat № (VÖEN) **********, qanuni təmsilçi (əvvəlki)-Candanadam Akın, qanuni təmsilçi (hazırkı)-Çiçek İbrahim, çıxarışın verildiyi tarix və № 07.04.2015, **********818400. X2 İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında göstərilmişdir ki, ********** №li VÖEN "xxxx" MMC-nin adınadır (VÖEN "xxxx" MMC ilə eynidir), hüquqi ünvanı-AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26, qanuni təmsilçi-X1, dövlət qeydiyyatına alındığı tarix-01.12.2005, reyestrdən son dəfə verilmiş çıxarışın tarixi-27.09.2019-cu il. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilərək, iddia ərizəsində cavabdeh qismində "xxxx" Qrup MMC-nin qeyd edildiyi, "xxxx" Qrup MMC-nin inzibati orqanların təsnifatında nəzərdə tutulmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin qeyri-müəyyənliyi ilə bağlı hər hansı məlumat verilməmiş və yardım edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə İddiaçı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Həmçinin, iş üzrə araşdırma zamanı dövlət torpağının qanunsuz zəbt olunması halı müəyyən olunmamışdır.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini qeyri-mümkün saysa da, işin mahiyyətinə hüquqi qiymət vermişdir. Həmçinin Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə kollegiyası izah edir ki, prosessual həmiştirakçılıq (iddiaların birləşdirilməsi) bir icraatda iddia və ya cavabdeh tərəfdən bir neçə şəxs iştirak etdiyi halda mövcud olur. Eyni tərəfdə çıxış edən bir neçə şəxs bir-birinə münasibətdə prosessual həmiştirakçılar adlanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2,3,9,10.1 və 10.2-ci bəndləri ilə məhkəmələrə tövsiyyə etmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar (10.2) Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının bir neçə tələbi iki cavabdehə qarşı irəli sürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi dəqiqləşdirilməklə, onun hazırkı iş üzrə mövcud olmuş tələbləri hər biri cavabdehə münasibətdə ayrı-ayrılıqda yoxlanılmalı və onlar arasında asılılığın olubolmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2ə, Azərbaycan Respublikası Cavabdeh3nə qarşı (üçüncü şəxs "xxxx" Qrup MMC) cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar