Məhkəmə qərarları › İş №2-1(103)-1597/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1597/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1597/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin X7 üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X1rşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-790/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızıtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ona xx.xx.2007-ci il tarixdən bu günə kimi Qanunun 23.2 və 23.3-cü maddələrinə görə ildə bir dəfə olmaqla 4 aylıq maaş həcmində pulunun birdəfəlik onun kart hesabına keçirilməsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin geri götürülmüş sayılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 790/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və onun iddiaçının hüquqi varisi kimi əvəz edilməklə iddia tələbinin mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardad əsassız və qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Onun mərhum atası xx.xx.2020-ci il tarixdə vəfat etmiş, işə baxılması isə xx xxxx 2020-ci il tarixə saat 11:15-ə təyin edilmişdir. Atasının vəfatından sonra vərəsəlik işi açılmış və onun hüquqi varisi tanınması üçün Bakı şəhəri 36 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə əsasən həmin notariat ofisində vərəsəlik işi açılmaqla, o və anası X3 barədə onlara 181 saylı xx.xx.2020-ci il tarixli arayış verilmişdir. Həmin arayışa əsasən o, atasının işini davam etdirmək üçün onun hüquqi varisi kimi xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə Baki İnzibati Məhkəməsinə xəbərnaməli ərizə göndərmiş və həmin ərizə məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə sözügedən qərardad qəbul edilmiş, xx.xx.2020-ci il tarixli məktubu ilə bir ay iki gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə ona göndərilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin X7 üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunsa da, iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin X7 üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasımda iştirak etməməsinə, həmçinin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməməsinə istinad edərək, iddia tələbinin geri götürülmüş sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini geri götürülmüş saymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan (i.v. 207-208) xx.xx.2020-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, məhkəmə iclası xx xxxxx 2020-ci il tarixə təxirə salınmış və həmin məhkəmə iclasında iştirak etmiş mərhum İddiaçı bu barədə qəbzə (i.v. 209) imza etməklə xəbərdar edilmişdir. Lakin işdə olan (i.v. 210) məhkəmə iclas katibi Rəna Babayeva tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən işlərə baxılması müvəqqəti təxirə salınmış, iş üzrə məhkəmə iclası keçirilməmişdir. Bundan sonra növbəti məhkəmə iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2020 saylı xx.xx.2020-ci il tarixli bildirişi iddiaçının ünvanına göndərilsə də, bildirişin onun tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinə və iştirak etməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməməsinə istinad edərək, eyni zamanda Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsini rəhbər tutaraq iddiaçının iddia tələbinin geri götürülmüş sayılması barədə xx.xx.2020-ci il tarixli qərardad qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Hazırki işdən müəyyən olunur ki, İddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə xx.xx.2020-ci il tarixdə məlumatlı olmuş, lakin xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun ünvanına növbəti xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə məhkəmə bildirişinin çatdırılması iş üzrə təsdiqini tapmır. Sonradan iddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızı xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə atasını əvəz edən varis kimi iddiaçı qismində iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. Belə ki, Az-İİ 040817 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 36 saylı notariat ofisinin 181 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı miras qalmış əmlaka dair xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış, arvadı-X3, oğlu-X6 və qızı- Aydəmirova Gövhər Zabit qızı vərəsə kimi tanınmışdır. Bu barədə xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə də verilmişdir. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1597/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızının apellyasiya şikayəti mümkün sayılmışdır. Beləliklə, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçının keçirilən məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılıb, lakin məhkəmə iclaslarında ardıcıl olaraq iştirak etməməsi müşahidə olunmur, sonuncu xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclası barədə bildirişin iddiaçının ünvanına çatıb-çatmaması barədə məhkəmədə məlumat olmadan iddiaçının həmin məhkəmə iclasında iştirak etməməsinin (xx.xx.2020-ci il tarixdə vəfat etmişdi) səbəbləri araşdırılmadan bu hal onun məhkəmə icraatından yayınması kimi qiymətləndirilə və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması nəticəsinə gəlməzdən öncə iddiaçıya qarşı xəbərdarlıq məqsədilə mütləq tələb irəli sürməmişdir. Belə ki, məhkəmə iddiaçının məhkəmə icraatından yayındığını müəyyən etdiyi halda iddiaçıdan iddia ilə bağlı məhkəmə icraatına cəlb olunması, iddiaya münasibət bildirməsi barədə konkret olaraq tələb irəli sürməklə, onun bu davranışın hüquqazidd olduğu, gözlənilən hərəkətin edilmədiyi halda iddianın geri götürülmüş sayılacağı və bununla bağlı iş üzrə icraat xitam veriləcəyi barədə iddiaçını xəbərdar etməli olduğu halda bunu etməmiş, nəticədə prosessual hüquq pozuntusuna yol verməklə yekun nəticəyə gəlmişdir. Hazırki işdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı istinad etdiyi hallar, iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməməsi, həmçinin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməməsi iddia tələbinin geri götürülmüş sayılması kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə yenidən baxılan zaman iddiaçının hüquq varisinin iştirakı ilə onun verilmiş iddia tələbinə münasibəti aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçıya yardım edilməsi işin materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisi Aydəmirova Gövhər Zabit qızıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar