Məhkəmə qərarları › İş №2-1(103)-1597/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1597/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1597/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13581/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 290 saylı arayışdan müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında pasport qeydiyyatında olmaqla yanaşı, ünvan 2 ünvanında Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatdadır.

2. НЗ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “Azkəndtikinti” trestinin 2 saylı TTİ-də (iş stajı: 09 ay, 24 gün) xx.xx.1983-cü il tarixdə üçüncü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. “Azkəndtikinti” trestinin 48 saylı STQ-də – (iş stajı: 06 ay, 17 gün) xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli betonçu kimi işə qəbul edilmişdir; xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. “Ərazitəchizatelektriksantexquraşdırma” Tİ-də (iş stajı: 04 ay, 08 gün) xx.xx.1985-ci il tarixdə tobol sahəsinə 3-cü dərəcəli çilingər-santexnik kimi işə qəbul edilmişdir; xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. “Surqutenerjiquraşdırmajizolyasiya” Tİ-də (iş stajı: 07 ay, 28 gün) xx.xx.1985-ci il tarixdə tobol sahəsinə 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul edilmişdir; xx.xx.1986-cı il tarixdə dördüncü dərəcəli izolyaçiyaçı adına layiq görülmüşdür; xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. 4 saylı “Aqrarsənayetikini” trestinin 48 saylı SMD-də (iş stajı: 02 il, 04 ay, 01 gün) xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli montajçı işinə qəbul edilmişdir; xx.xx.1988-ci il tarixdə şdən azad edilmişdir; xx.xx.1988-ci il tarixdə yığma sexinə 2-ci dərəcəli mexnaiki-yığma işlər üzrə çilingər işinə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixdə termo-sink sahəsinə sinkləndirici şagirdi keçirilmişdir; xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. Ağdam rayonu “K.Marks adına kolxoz”da (iş stajı: 02 il, 01 ay, 04 gün) xx.xx.1990-cı il Ağdam rayonu, “K.Marks adına kolxoz”a sıravi kolxozçu təyin olunub. xx.xx.1991-ci il Ağdam rayonu, “K.Marks adına kolxoz”dan başqa yerə işə girdiyi üçün öz ərizəsinə əsasən kolxozdan azad edlmişdir. xx.xx.1991-ci il Ağdam rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsində bərbər sexinə bərbər şagirdi qəbul edilmişdir. xx.xx.1991-ci ildə sənəti tam mənimsəyə bildiyi üçün ustalığa keçirilmişdir. xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi – Tədqiqat və Layihə Qaz İnstitutunda (iş stajı: 11 il, 08 ay, 29 gün) xx.xx.1998-ci il tarixdə Nəqliyyat Xidmət sahəsinə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir; xx.xx.1998-ci il tarixdə 4-cü dərəcəli radiator təmizləyicisi keçirilmişdir; xx.xx.2000-ci il tarixdə 7-ci dərəcəli radiator təmizləyicisi müəyyən edilmişdir; xx.xx.2001-ci il tarixdə 5-ci dərəcəli akkumlyatorçu müəyyən edilmişdir; xx.xx.2006-cı il tarixdə 7-ci dərəcəli akkumlyatorçu müəyyən edilmişdir; xx.xx.2009-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə (iş stajı: 04 il, 09 ay) xx.xx.2009-cu il tarixdə 2 saylı Nəqliyyat və xüsusi texnika sexinə 5-ci dərəcəli misgər peşəsinə təyin edilmişdir.

4. "xxxx" İB-nin ƏH-xx/xx-1464/4 saylı xx.xx.2014-cü il tarixli struktur dəyişikliyi haqqında məktubuna əsasən 2 saylı Nəqliyyat və xüsusi texnika sexi sahə adlandırılıb.

5. xx.xx.2014-cü il tarixdə başqa işə götürünlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində (pensiya hüququ yaranan tarixdək iş stajı: 07 il, 04 ay, 26 gün)

7. xx.xx.2014-cü il tarixdə 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 5-ci dərəcli misgər peşəsinə qəbul edilmişdir.

8. "xxxx"ın xx.xx.2020-ci il tarixli, № SOCAR**********30560046X06126 saylı arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixli 08-kş saylı əmrlə "xxxx" SCnin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun Nəqliyyat xidməti sahəsinə 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul olunmuşdur. Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun xx.xx.1998-ci il tarixli,16-kş saylı əmrilə 4-cü dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2000-ci il tarixli, 01-kş saylı əmrilə 7-ci dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2001-ci il tarixli,12-kş saylı əmrilə 5-ci dərəcəli akkumlyatorçu peşəsinə, xx.xx.2006-cı il tarixli, 02a-k saylı əmrilə 7-ci dərəcəli akkumlyatorçu peşəsinə keçirilmişdir. "xxxx" İstehsalat Birliyinin Layihə Konstruktor Bürosunun xx.xx.2009-cu il tarixli, 299-k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən, (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. "xxxx" X2 və Xüsusi Texnika İdarəsinin xx.xx.2009-cu il tarixli,110-k saylı əmri ilə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2009 -cu il tarixdən bir il müddətinə 1 ay sınaq müddəti ilə Birliyin 2 saylı Nəqliyyat və xüsusi texnika sexinə 5-ci dərəcəli misgər peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixli, 846-k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidentinin 31 may 1996-cı il tarixli Sərəncamına əsasən qapalı tipli "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli 100 saylı əmrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq ARDNŞ-nin tabeliyinə verilmiş və "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. "xxxx" QSCnin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz institutu ARDNŞ-in xx.xx.2009-cu il tarixli, -100 №-li əmrinə əsasən ARDNŞ "xxxx" İstehsalat Birliyi Layihə- Konstruktor Bürosu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04-000066 saylı əmrinin icrası olaraq "xxxx" İB-nin 474-ü saylı 20.06. 2014- cü il tarixli əmri ilə xx.xx.2014-cü il tarixdən Nəqliyyat və Xüsusi Texnika İdarəsi ləğv edilmiş və arxiv sənədləri Birliyə təhvil verilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli, № ŞQ-12/56 saylı araryışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ARDNŞ "xxxx" X2 və xüsusi texnika İdarəsində misgər peşəsində işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ /14 1000/01/SM04- 000066 saylı əmrinə əsasən xx.xx.2014-ci il tarxində ARDNŞ Azəriqaz X2 və xüsusi texnika İdarəsinin hüquqi bazasında yaradılmış 2 saylı Texnoloji Nəqliyyat Departamentində 135-k nömrəli, xx.xx.2014-cü il tarixli əmriylə 5-ci dərəcəli misgər peşəsinə işə qəbul olunmuşdur. Hal hazırda M.Bəhramov həmin peşə üzrə çalışır. 2014-cü ilin sentyabr ayında 2 saylı Texnoloji Nəqliyyat Departamentində X11 Normalarının İşlənməsi İdarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və M.Bəhramovun iş yerində əmək prosesinin ağırlığını- qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, miskər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs/sm2 )-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. M.Bəhramovun misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir.

10. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, № 14-2-18-2/2-301/2024 saylı araryışında qeyd olunmuşdur ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən (Əmr-135-k,xx.xx.2014) hal hazıradək 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində 5-ci dərəcəli misgər peşəsində işləyir.

11. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********3 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın Ümumi peşələr bölməsində (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 20 mart 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda və “SOCAR”-ın Nəqliyyat idarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin sizə dair 25 noyabr 2022- ci il tarixli ŞQ- 12/56 nömrəli arayışında xx.xx.2009-cu il tarixindən bugünədək misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan qurğuşun üzrə lehimləyicilər vəzifəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğularına əsasən:

12. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, № 14-2-18-2/2-325/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində 135-k nömrəli əmrlə xx.xx.2014-cü il tarixdən 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində 5-ci dərəcəli misgər peşəsində işləyir. 2014cü ilin sentyabr ayında departamentdə X11 Normaların işlənməsi İdarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və İddiaçı iş yerinin əmək prosesinin ağırlığı-qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, misgər peşəsi, SN Kollegiyasının 46 saylı qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8 % əlavə ödəniş verilmişdir. Bununla yanaşı peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi 2,5 Mpa (25 kqs/sm2 )-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində misgər peşəsi təsbit olunmamışdır.

13. "xxxx"ın xx.xx.2024-cü il tarixli, № 14-2-2/2-5957/2024 saylı cavab məktubunda göstərilmişdir ki, X6 xx.xx.1998-ci il tarixli 08-kş saylı əmrlə "xxxx" SC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun Nəqliyyat xidməti sahəsinə 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul olunmuşdur. Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun xx.xx.1998-ci il tarixli, 16-kş saylı əmrilə 4-cü dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2000-ci il tarixli, 01-kş saylı əmrilə 7- ci dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2001-ci il tarixli,12-kş saylı əmrilə 5-ci dərəcəli akkumlyatorçu peşəsinə, xx.xx.2006-cı il tarixli, 02a-k saylı əmrilə 7-ci dərəcəli akkumlyatorçu peşəsinə keçirilmişdir. “Azəriqaz" İstehsalat Birliyinin Layihə Konstruktor Bürosunun xx.xx.2009cu il tarixli, 299- k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən, (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. "xxxx" X2 və Xüsusi Texnika İdarəsinin 02.11,2009-cu il tarixli,110-k saylı əmri ilə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2009 -cu il tarixdən bir il müddətinə 1 ay sınaq müddəti ilə Birliyin 2 saylı Nəqliyyat və xüsusi texnika sexinə 5-ci dərəcəli misgər peşəsinə işə qəbul edilmiş, 21,07.2014-cü il tarixli, 846-k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. X1 akkumulyatorçu peşəsində işlədiyi illər üzrə iş stajı 8 il 6 ay 28 gün təşkil edir. Həmin peşə iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş Siyahının 35- ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidentinin 31 may 1996-cı il tarixli Sərəncamına əsasən qapalı tipli "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli 100 saylı əmrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq ARDNŞ-nin tabeliyinə verilmiş və "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. "xxxx" QSC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz institutu ARDNŞ-in xx.xx.2009-cu il tarixli, 100 №-li əmrinə əsasən ARDNŞ "xxxx" İstehsalat Birliyi Layihə- Konstruktor Bürosu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04-000066 saylı əmrinin icrası olaraq "xxxx" İB-nin 474-ü saylı xx.xx.2014-cü il tarixli əmri ilə xx.xx.2014-cü il tarixdən Nəqliyyat və Xüsusi Texnika İdarəsi ləğv edilmiş və arxiv sənədləri Birliyə təhvil verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 26 dekabr 2021-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasına və SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli arayışına görə ümumi iş stajı 43 ildən və güzəştli iş stajı isə pensiya yaşına çatdığı ilə qədər 20 ildən artıqdır. Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunda xx.xx.2001- ci ildən xx.xx.2009-cu ilə kimi akkumlyatorçu peşəsində və xx.xx.2009-cu ildən hazırki vaxtadək isə misgər peşəsində işləyir. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli SQ-12/56 nömrəli arayışında göstərilir ki, 2014-cü ilin sentyabr ayında 2 saylı Texnoloji Nəqliyyat Departamentində X11 Normalarının İşlənməsi idarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və onun iş yerində əmək prosesinin ağırlığını-qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, misgər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs\sm2)-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. Onun misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin” Siyahısının 1.2.29.1 ci bəndinə əsasən qurğuşun və onun qeyri üzvü birləşmələri ilə işləyən işçilərin əmək şəraiti zərərli iş kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən o, cavabdehə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etsə də, müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir.

16. Cavabdehin yazılı etirazı onunla əsaslandırılmışdır ki, imtina qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 20 mart 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”ın Nəqiyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin iddiaçıya dair 25 noyabr 2022-ci ii tarixli ŞQ-12/56 nömrəli arayışında xx.xx.2009-cu il tarixdən bugünədək misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan qurğuşun üzrə lehimləyicilər vəzifəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə,.əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmıək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: ümumi iş stajının 25 il olması; güzəştli iş stajının 12 il 06 ay olması. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə göndərilən icmal məktuba əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir (AR Ali Məhkəməsinin xx.xx.2024-cü ii tarixli 42-1(102)- 668/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13581/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla onun ümumi iş stajı (pensiya hüququ yaranan – xx.xx.2021-ci il tarixədək) 30 il 08 ay 17 gün təşkil edir.

19. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı 25 ildən çox (30 il 08 ay 17 gün + 2 il 05 gün hərbi xidmət dövrü = 32 il, 08 ay, 22 gün) təşkil edir.

20. Belə ki, iş materillarından müəyyən olunur ki, iddiaçı misgər və Akkkumulyatorçu vəzifəsində işlədiyinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması iddiasındadır.

21. Məhkəmə ilk öncə iddiaçının “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”sinin güzəştli əmək hüququ yaradan sahə olub-olmaması münasibətində onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli, № ŞQ-12/56 saylı araryışında istinadən nəzərə alınmalıdır ki, misgər peşəsi qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, miskər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs/sm2 )-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir.

22. Eyni zamanda həmin arayışda qeyd olunmuşdur ki, misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir.

23. Burdan da müəyyən etmək mümkündür ki, iddiaçının “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”si iddiaçının güzəştli iş stajı kimi qiymətləndirilməlidir.

24. Eyni zamanda iddiaçının Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi –Tədqiqat və Layihə Qaz İnstitutunda xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək akkumlyatorçu peşəsində işlədiyi müddət də sonuncunun güzəştli iş stajı kimi daxil edilməlidir.

25. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən müəyyən edilmişdir ki, akkumulyatorçu peşəsi iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş Siyahının 35- ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

26. Cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti və "xxxx" tərəfindən iş yerindən əldə etdiyi izahlı arayışının həqiqətə uyğun olmadığının sübuta yetirilmədildiyi hazırki iş üzrə müəyyən olunmur. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

27. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13581/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı daha əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmuş (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi ilə eyniyyət təşkil etmir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-cü il tarixdə, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd edir ki, iddiaçının “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”sinin güzəştli əmək hüququ yaradan sahə olub-olmaması münasibətində onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli, № ŞQ-12/56 saylı araryışında istinadən nəzərə alınmalıdır ki, misgər peşəsi qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, miskər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs/sm2 )-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. Eyni zamanda həmin arayışda qeyd olunmuşdur ki, misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir. İşin halları ilə əlaqədar İddiaçı münasibətdə müvafiq müəssisə tərəfindən verilmiş arayış tərəflərindən mübahisələndirilmişdir: “SOCAR”-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 25 noyabr 2022-ci il tarixli ŞQ-12/56 nömrəli arayışı. Birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyinə əks arqument olaraq bildirirlər ki, Mərkəzi Filiala təqdim edilən 20 mart 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin iddiaçıya dair 25 noyabr 2022-ci il tarixli ŞQ-12/56 nömrəli arayışında xx.xx.2009-cu il tarixdən bugünədək misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə nəzərdə tutulan qurğuşun üzrə lehimləyicilər vəzifəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə iddia ərizəsinə uyğun yazılı etiraz daxil olmuşdur.

d) Proses iştirakçılarının izahatları

30. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

31. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

33. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD №li Qanunu: Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

35. Ümumi peşələr Qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) ... Akkkumulyatorçular

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

40. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

41. Belə ki, tətbiq edilən Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə (13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiyada) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.

42. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir.

43. İşin faktiki hallarından da göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2021cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.

44. İddiaçının ümumi iş stajına nisbətdə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir.

45. İddiaçının hərbi xidmət müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin hərbi xidmət müddətinin icrası zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti hərbi xidmət müddəti pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır.

46. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

47. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir.

48. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hərbi müddəti xx.xx.1981xx.xx.1983-cü il tarixləri arasındakı dövr olmaqla ümumilikdə 02 il, 05 gün təşkil edir ki, həmin müddət onun ümumi sosial sığorta stajına əlavə edilməlidir.

49. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı münasibətdə qeyd edir ki, 01 yanvar 2006cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

51. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla onun ümumi iş stajı (pensiya hüququ yaranan – xx.xx.2021-ci il tarixədək) 30 il 08 ay 17 gün təşkil edir.

52. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı 25 ildən çox (30 il 08 ay 17 gün + 2 il 05 gün hərbi xidmət dövrü = 32 il, 08 ay, 22 gün) təşkil edir.

53. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

54. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

55. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

56. İş materillarından müəyyən olunur ki, iddiaçı misgər və Akkkumulyatorçu vəzifəsində işlədiyinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını iddia edir.

57. Məhkəmə ilk öncə iddiaçının “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”sinin güzəştli əmək hüququ yaradan sahə olub-olmaması münasibətində onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli, № ŞQ-12/56 saylı araryışında istinadən nəzərə alınmalıdır ki, misgər peşəsi qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, miskər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs/sm2 )-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir.

58. Eyni zamanda həmin arayışda qeyd olunmuşdur ki, misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir.

59. Burdan da müəyyən etmək mümkündür ki, iddiaçının “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”si iddiaçının güzəştli iş stajı kimi qiymətləndirilməlidir.

60. Eyni zamanda iddiaçının Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi –Tədqiqat və Layihə Qaz İnstitutunda xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək akkumlyatorçu peşəsində işlədiyi müddət də sonuncunun güzəştli iş stajı kimi daxil edilməlidir.

61. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən müəyyən edilmişdir ki, akkumulyatorçu peşəsi iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş Siyahının 35- ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

62. Cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti və "xxxx" tərəfindən iş yerindən əldə etdiyi izahlı arayışının həqiqətə uyğun olmadığının sübuta yetirilmədildiyi hazırki iş üzrə müəyyən olunmur. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.

63. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdə Cəmiyyəti Azərbaycan Elmi –Tədqiqat və Layihə Qaz İnstitutunda akkumlyatorçu peşəsi üzrə iş stajı 08 il, 07 ay (xx.xx.2001-xx.xx.2009) “"xxxx" X8 və xüsusi texnika İdarəsi”ndə misgər peşəsi üzrə iş stajı 04 il, 09 ay (xx.xx.2009-xx.xx.2014) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində misgər peşəsi iş stajı 07 il, 04 ay, 26 gün (xx.xx.2014- xx.xx.2021 təşkil edir ki, həmin dövrlər iddiaçının güzəştli iş stajı kimi qiymətləndirilməlidir.

64. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının pensiya hüququ yaranan xx.xx.2021-ci il tarixədək iddiaçının güzəştli iş stajı 20 il, 08 ay, 26 gün olmaqla, ümumi iş stajı 25 ildən çox yəni, 32 il, 08 ay, 22 gün təşkil edir.

65. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda nəzərdə tutulmamışdır.

66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi Peşələr bölməsində (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir.

67. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə yuxarıda istinad olunanlardan əlavə bir daha diqqətə çəkir ki, iddiaçının işlədiyi misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nm təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir. İddiaçı Azərbaycan Elmitədqiqat və layihə Qaz İnstitunda xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilə kimi akkumlyatorçu peşəsində və xx.xx.2009-cu ildən bu günə kimi isə misgər peşəsində işləyir.

68. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Tenoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli SQ-12/56 nömrəli arayışında göstərilir ki, 2014-cü ilin sentyabr ayında 2 saylı Texnoloji Nəqliyyat Departamentində X11 Normalarının İşlənməsi idarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və İddiaçı iş yerində əmək prosesinin ağırlığınıqurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, misgər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir.Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs\sm2)- dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir.

69. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin” Siyahısının 1.2.29.1-ci bəndinə əsasən qurğuşun və onun qeyri üzvü birləşmələri ilə işləyən işçilərin əmək şəraiti zərərli iş kimi qiymətləndirilmişdir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

71. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13581/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13581/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar