Məhkəmə qərarları › İş №2-1(103)-1598/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1598/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1598/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 3 nəfər ailə üzvü ilə birlikdə (X2, X5, X4) mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xəstəliyinə görə ehtiyata buraxılmış baş gizir olan iddiaçı mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 15 dekabr 2021-ci il tarixli cavab məktubunda onun arvadı X1 adına Ağstafa rayonu, Qırılı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ümumi payda 0,12 ha torpaq sahəsinin mövcud olduğu bildirilmiş və bu səbəbdən imtina verilmişdir. Halbuki, iddiaçı 10 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətdə olmuş və xəstəliyə görə ehtiyata buraxılmış, himayəsində 3 nəfər var. İki azyaşlı övladı və həyat yoldaşı ilə birgə kirayədə yaşayırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 4 (dörd) nəfər ailə tərkibi (özü, arvadı və iki oğlu) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır:” “İddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin Rayon İcra Hakimiyyəti tərəfindən müsbət həll olunması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olumuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli arayışa əsasən müəyyən olunmuşdur ki, iddiaçının həyat yoldaşı X10'İlin qızının adma Ağstafa rayonu, Qırıli kəndində yerləşən 0,12 ha torpaq sahailnə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 571A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bu səbəbdən də, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021 -ci il tarixli 04/09-11-11/Q-132-068 saylı məktubla imtina olunmuşdur. Lakin həmin imtinanı aldıqdan sonra notariat qaydada təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi özgəninkiləşdirilmişdir. Məhkəmənin qərarında Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsaslanaraq gəldiyi nəticə əsassızdır. Çünki nikaha daxil olanadək ər və ya arvada məxsus olan əmlakın, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti olsa da, ailənin ümumi əmlak vəziyyətini göstərir. Bu səbəbdən də ər və ya arvadla bağlı hər hansı qərar qəbul olunarkən dəgər tərəfin əmlak vəziyyətinin nəzərə alınmamsı düzgün hesab edilmir. Cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci və 53-cü maddələrinin müddəalarınpa istinadən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclaslarında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, qanuna görə xəstəliyinə görə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə durmaq və kirayə haqqı almaq hüququna malik olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə onun ailə üzvləri nəzərə alınmaqla mənzil növbəsinə götürülməsini və mənzil verilənədək kirayə pulunun verilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını tələb etmiş və birinci instansiya məhkəməsi tərəftindən onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məkəməsi tərəfindən işə baxılarkən verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan, baş gizir İddiaçı: - xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək AR SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək AR SQ-da gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2018-ci il tarixdən SHXÇDX-nin Binəqədi rayon idarəsində qeydiyyatdadır. Silahlı Qüvvələr Komandirinin xx.xx.2018-ci il tarixli 338 ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. DSX-nin N saylı hərbi hissə komandirinin N (nizami hissə üzrə) nömrəli xx.xx.2018- ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Qanunvericiliyin qeyd olunan imperativ müddalarından göründüyü kimi, xəstəliyə görə ehtiyata buraxılmış gizirlər yerli icra hakimiyyəti başçıları mənzillə mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək pulsuz torpaqla və ya mən təmin edilirlər.Onlar seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İşin faktiki halarından görünür ki, gizir statsunda olan iddiaçının qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq xəstəliyinə görə ehtiyata buraxıldığı işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh iddiaçının həyat yoldaşı X1 adına Ağstafa rayonu, Qırıli kəndində yerləşən 0,12 ha torpaq sahailnə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 571A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildini qeyd edirək mübahisələndirir ki, İcra Hakimiyyəti tərəfindən iddiaçıya imtina cavabı verildikdən sonra, torpaq sahəsi notariat qaydasında təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Odur ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qəbul edilə bilməz. Çünki, həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən, həyat yoldaşının adına olan birgə mülkiyyətdə oan torpaq sahəsinin özgəninkiləşdirildiyi tarixdən 5 il keçdikdən sonra yalnız, mənzil növbəsinə götürülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya imtina cavabı verməsi əsassızdır. Birincisi, ona görə ki, iddiaçının hərbiçi olaraq ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması Mənzil Məcəlləsi ilə deyil, xüsusi qanunvericiliklə, o cümlədən, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun və Navzirlər Kabinetinin qeyd olunan qərarı ilə tənzimlənir. Birinci instansiya məhkəməsi tərəfindən də məhz həmin qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmış və toplanmış sübutlara - Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tprixli 3965 No-li məktubuna, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 sentybr 2021-ci və 14 senyabr 2021-ci il tarixli, Xocahəsən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, Biləcəri Bələdiyyəsinin arayışlarına, DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdiarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarına və s. əsasən şəxsin onun adına istər mənzil, istərsə də torpaq sahəsi aşkar edilməmişdir və bu işin mübahisələndirilməyən halıdır. İkincisi işə əlavə olunmuş, Daşınmaz Əmlakın Dövlət Kkadastrı və Reyestri (PHŞ) 1 saylı Bakı Ərazi İdiarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən elektron arayışa əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının həyat yoldaşı X1 adına qeydə alınan həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil verilənədək kirayə haqqı ödənilməsi barədə sərəncam verilməsindən imtina olunmasının əsassız oduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarında da görünür ki, məhkəmə hərtərəfli araşdırma apararaq işin hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət vermiş və əsaslı olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar