Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1598/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs - X6) “sərəncamın və torpaq sahəsinə dair xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2025 saylı, 09 yanvar 2025-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı verilməsi üçün əsas olan Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsində nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2025 saylı, 09 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim B.Cəlalov) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs - X6) “sərəncamın və torpaq sahəsinə dair xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarddının ləğv edilməsi xahiş edilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, üçüncü şəxsə, yəni X4 verilən sərəncam və onun əsasında verilən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı). Əzizbəyov rayon XDS İK-nin 15 nömrəli, xx.xx.1990-cı il tarixli qərarında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsinin həqiqətən də, X1 adma verilməsi və qərarda adında edilmiş düzəliş Əzizbəyov rayon XDS İK tərəfindən təsdiqlənir. Həmin qərarı və qərarda qeyd olunmuş düzəlişi təsdiq edən şəxsin qərarın sonunda ad soyad vəzifəsi qeyd edilməklə imzası ilə təsdiq olunmuşdur. Baxmayaraq ki, həmin torpaq sahəsinin kadastr planı barədə məlumatlarının başqa şəxsə verildiyi bildirilir, Bakı şəhəri Xəzər RİH tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli, M-205-091 nömrəli məktubunda X3 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli torpaq sahəsinin təsdiq olunmuş cizgisi və xəritədən çıxarışı ilə bir daha sübut olunur ki, qeyd olunan torpaq sahəsi və onun kadastr planı müvafiq olaraq mərhum X3 verilmişdir. Maraqlıdır bu hal məhkəmə tərəfindən neçə araşdırılmışdır ? Bundan başqa qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı Filialına verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, 3-cü şəxsin adma “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilməsi əsas olan keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı Dövlət Arxivin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunan arayışda bildirilmişdir ki, 134 saylı sərancam Dövlət Arxivin Bakı Filialında xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il və xx.xx.1992-ci il tarixli olmaqla mövcuddur, lakin həmin sərəncamlarda X8ma torpaq sahəsinin ayrılması barədə heç bir məlumat yoxdur. Dövlət Arxivində sənədlərin saxlanılması vətəndaşın borcu və ya vəzifəsidirmi ? Bundan əlavə, Bakı şəhəri Cavabdeh tərəfindən X5 adma verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİİİB-mn Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çaxarışı barədə sənədin heç bir hüquqi əsası yoxdur. Necə ola bilər ki, illər boyu bizə Dövlət tərəfindən ayrılmış və bu günə kimi istifadəmizdə olan torpaq sahəsinə dair mövcud olan sənədlər arxivdə aşkarlanmasın ? Bundan əlavə qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adma qeydiyyata alman “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) və Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamın heç bir hüquqi əsası yoxdur. X2 adına olan Əzizbəyov RİHnin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİFİ) RİHB-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemin və xəritədən çıxarışın ləğv edilməsi ilə bağlı Bakı Şəhəri Cavabdehnə rəsmi müraciət edilmişdir. Həmin sənədlərin ləğv olunmasına dair müraciət edən şəxs, vətəndaş hansı sənəd, səlahiyyət əsasında Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışının ləğv edilməsini tələb edir ? Sorğu əsasında cavabdeh orqan yəni İH-ti tərəfindən xx.xx.2024- cii il tarixli cavab məktubu ilə bildirmişdir ki, Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin yerləşmə sxemi Rayon İcra Hakimiyyətində mövcud olmadığından hər hansı məlumatın təqdim edilməsi mümkün olmamasını qeyd etmişdir. Maraqlıdır İH-ti tərəfindən verilmiş sənədlər qüvvədədir. Hətta ləğv olunma tələbi ilə iddiaçı müraciət etmişdir. Lakin, İH-də sənəd mövcud olmadığını qeyd edir. Bu necə ola bilər ? Faktiki olaraq görünür ki, cavabdeh orqanın öz arxivində və qeydiyyat kitablarında Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamını və onun əsasında verilmiş torpaq sahəsinin yerləşmə sxemi qeydiyyatdan keçməyib. Qeydiyyatdan keçməyibsə bu günə kimi necə istifadələrindədir? Bundan başqa məhkəmə tərəfindən qeyd edilmişdir ki, bu fakt bir daha sübut edir ki, 3-cü şəxsin adma olan sərəncamın hüquqi əsası yoxdur. 3cü şəxs tərəfindən təqdim edilən Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı kiril əlifbası ilə yazılmasına baxmayaraq, sərəncamın üzərində qeyd olunan möhür latın əlifbası ilə olan möhürdür. Sərəncam kiril əlifbası ilə 1992-ci il tarixində tərtib edilmişdirsə onun üzərində vurulan möhürdə kiril əlifbasında vurulmalı idi, lakin üzərinə latın əlifbası ilə olan möhürün vurulduğu görünür. Qeyd olunan fakt onu göstərir ki, Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı saxtadır. 3-cü şəxs X6 özündə olan sərəncam əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavab məktubu verərək bildirmişdir ki, Əzizbəyov (indiki Xəzər RİFİ) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamın arxiv arayışı təqdim edilməlidir və faktiki olaraq sərəncam saxta olduğuna görə 3-cü şəxs sərəncamın arxiv arayışını təqdim edə bilməmişdir. Kiril əlifbası ilə olan qeydlərə dair bildirmək istərdi ki, həmin vaxtlar belə hallar baş verirdi. Maraqlısı odur ki, iddiaçılar hansı hüquqla hansı sənədlə, sənədlərlə iddia irəli sürmüşlər. Onlarda olan sənədlərin saxta yolla əldə olunmasına dair şübhələr olduğu hallar nədənsə məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, üçüncü şəxsin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2025 saylı, 09 yanvar 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarında göründüyü kimi mübahisələndirilən qərardadla üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamış, hər hansı hüquqlarından məhrum olmamış, birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi ümumiyyətlə mümkünsüz hesab edilmişdir, göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar üçüncü şəxsin qanunla qorunan maraqlarına toxunmur, habelə üçüncü şəxsin tələbinin təmin olunmama halı mövcud deyildir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2014/2025 saylı, 09 yanvar 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1598/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1598/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver