Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-16/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı iddia ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçılara məxsus əmlakların daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" Şirkəti arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli, 01/1 saylı kredit müqaviləsinə əsasən və 27 oktyabr 2009-cu il tarixli, 01/1 saylı ipoteka müqaviləsi və "xxxx" ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 01/3 saylı, 29 noyabr 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən və 30 noyabr 2010-cu il tarixli, 01/2 saylı və 01 saylı ipoteka müqavilələri üzrə borclu müəssisənin öhdəliklərinin təminatı olaraq onların mülkiyyətlərində olan əmlaklara dair ipoteka müqavilələri bağlanmış və həmin əmlakların üzərində yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Belə ki, "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 27 oktyabr 2009-cu il tarixli, 01/1 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borclu "xxxx" Şirkəti arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli, 01/1 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 74,65 kv.m, ümumi 53,85 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzil ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 30 noyabr 2010-cu il tarixli, 01/2 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borclu "xxxx" Şirkəti arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 otaqlı, ümumi sahəsi 145,3 kv.m; yardımçı sahəsi 47,3 kv; yaşayış sahəsi 98,0 kv.m olan mənzili ipoteka ilə yüklü edilmişdir. Həmçinin "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 30 noyabr 2010-cu il tarixli, 01 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borclu "xxxx" Şirkəti arasında bağlanmış 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit xətti müqaviləsinin təminatı kimi ipotekaqoyan İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169,50 kv.m ümumi, 123 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 18,20 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda "xxxx" şirkəti tərəfindən "xxxx" ASC ilə bağlanmış yuxarıda göstərilən kredit müqavilələri üzrə öhdəliklər tam yerinə yetirildiyindən və "xxxx" şirkətinin "xxxx" ASC-yə ödənilməli olan kredit borcu qalmadığından, yuxarıda göstərilən əmlakların yüklükdə qalmasına zərurət aradan qalxmışdır. Qeyd etmək istəyirlər ki, tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində ərizə ilə müraciət olunaraq borc alan "xxxx" şirkətinin bank qarşısında kredit öhdəliklərini yerinə yetirməsi ilə həmin kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mülkiyyətdə olan əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yüklülüyün ləğvi xahiş olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli cavab məktubunda bildirlimişdir ki, xx.xx.2017-ci il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 74,65 kv.m, ümumi 53,85 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzil 01SF nömrəli, xx.xx.2009-cu il tarixli və 01/1 nömrəli, xx.xx.2009-cu il tarixli, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169,50 kv.m ümumi, 123 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 18,20 nömrəli mənzil 02 KX nömrəli, xx.xx.2008-ci il tarixli və 01SF nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqavilələrinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda istinad olunan kredit müqavilələri üzrə "xxxx" şirkəti bank qarşısında kredit öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, həmin kredit öhdəliklərinin təminatı olaraq, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların hələ də yüklülükdən çıxarılmaması iddiaçıların qanunla qorunan xüsusi mülkiyyət hüquqlarını, mülkiyyətin vacib ünsürü olan əmlaka dair sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakların üzərində olan yüklülüyün ləğv edilməsinə dair qətnamə çıxarılmasını tələb etməkdə haqlıdırlar. "xxxx" ASC ilə "xxxx" şirkəti arasında bağlanmış kredit müqavilələri üzrə borcalan "xxxx" şirkəti öz öhdəliklərini yerinə yetirdiyinə görə onun bank qarşısında öhdəliklərinə xitam verilmişdir. Bildirilir ki, ipoteka ilə yüklü edilməsinə əsas olmuş hallar aradan qalxdığı üçün onların mülkiyyətlərində olan əmlakların üzərində ipoteka ilə yüklülüyün və məhdudiyyətlərin saxlanılması iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin bir sıra maddələrinə əsasən əmlakları üzərində olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh "xxxx" ASC iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazda qeyd etmişdir ki, "xxxx" şirkəti xx.xx.2009-cu il tarixli, 01/1 saylı və xx.xx.2010 tarixli, 01/3 saylı kredit müqavilələri üzrə borc öhdəliyini icra etsə də, xx.xx.2009-cu il tarixli 01SF saylı kredit müqaviləsinə əsasən bank qarşısında 1008995,45 azn əsas borc olmaqla, cəmi 1.836.475,65 manat məbləğində borcu mövcuddur (bu barədə maliyyə arayışı və hesabdan çıxarış məlumatları xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasından məhkəməyə təqdim edilmişdir). Əsas öhdəlik qüvvədə olduğu müddət ərzində, əlavə (aksessor) öhdəlikdə qüvvədə olur. İşin faktiki hallarından da aydın olur ki, borcalan "xxxx" MMC xx.xx.2009-cu il tarixli 01 SF saylı kredit müqaviləsi üzrə öz öhdəliklərinə yerinə yetirməmiş və nəticədə bank qarşısında 1008995,45 azn əsas borc olmaqla, cəmi 1.836.475,65 manat məbləğində borcu mövcuddur. Apellyasiya baxışı zamanı İddiaçı1 iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı “Kredobank'’ ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, hazırki işin inzibati mübahisə kimi məhkəmədə baxılmalı olmadığını bildirərək, iddia tələbinə dair ərizənin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin vəsatətini nəzərdən keçirərək hesab edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə işin materialları baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Hazırda icraatda olan iddiaçıların cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "girov predmetinın girovdan azad edilməsi tələbi bank fəaliyyətini həyata keçirdiyi tələblər üzrə işlər kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd edilir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin "dayandırma" ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-cı maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.." Həmin qərardan aydın olur ki, ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülməsinə münasibətdə bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən hüquq normasına əsasən həyata keçirilməlidir. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıların müəyyən etdiyi tələb ƏSF ilə iddiaçılar arasında olan müqavilə münasibəti deyil, məhz "xxxx" ASC ilə iddiaçılar arasında olan münasibətdir və işdə subyektiv hüquq üzrə tərəflər də ləğv prosesində olan "xxxx" ASC və iddiaçılar olmalıdır. İnzibat Prosessual Məcəllənin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Qanunun yuxarıda qeyd edilən müddəasından aydın olur ki, Maliyyə Bazarları Nəzarət Orqanının təqdim etdiyi ərizə əsasında yaranmış tələblərə birinci instansiya məhkəməsi qismində apellyasiya məhkəmələri müəyyən edilmişdir. Daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi və ya daşınmaz əmlak(lar)ın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinə dair iddia tələblərinə isə birinci instansiya məhkəməsi qismində aidiyyəti rayon məhkəmələri tərəfindən baxılır. İşdən də göründüyü kimi iddiaçıların hazırki tələbi onlara məxsus əmlakların yüklülüyündən azad edilməsi ilə bağlıdır. Halbuki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7292/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1215/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzillərin ipoteka yüklülüyündən azad edilməsi və s.” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş və qeyd olunan qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçılara izah edilmişdir ki, onlar, eyni iddia ilə müvafiq İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə bilərlər. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-473/2019 saylı Qərardadından isə görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-nin direktoru X2 qarşı “əmlakların ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin inzibati-iqtisadi məhkəməyə (iqtisadi mübahisə üzrə) aid olması üçün tərəflərin subyektiv tərkibi əhəmiyyətli rol oynayır və bu zaman mübahisə hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranmalıdır. Mübahisə üzrə tərəflərdən heç olmasa birinin fiziki şəxs olması və onun fərdi sahibkar statusunun olmaması və ya belə statusu olsa da, mübahisənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmaması, həmin mübahisələr üzrə işlərə inzibati-iqtisadi məhkəməsində baxılmasını istisna edir və belə işlərə məhz ümumi məhkəmələrdə baxılmalıdır. İddiaçılardan İddiaçı1 fərdi sahibkar statusunu təsdiq edən sənədin (VÖEN) surəti iddia ərizəsinə əlavə edilsə də, İddiaçı2 fərdi sahibkar statusunu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırki iddia ilə eyni məzmunda ümumi məhkəməyə müraciət etmiş, ümumi məhkəmə tərəfindən iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verilərək iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Sözügedən məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinin əsasında duran hal odur ki, tərəflər arasında yaranmış bu mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Göründüyü kimi hazırki tələbə dair məhkəmələr arasında inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması ilə əlaqədar müxtəlif mövqelər qoyulmuşdur və iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsində fikir ayrılığı mövcuddur. Odur ki, məhkəmə kollegiyası fikir ayrılığının həll edilməsi məqsədilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materiallarının baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus əmlakların yüklülüyündən azad edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-16/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-16/2022
26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver