Məhkəmə qərarları › İş №2-1(103)-160/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-160/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-160/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2021 saylı 31.05.2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı5 xeyrinə Bakı şəhəri, M.A,Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 13.568,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.784,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı6 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.678,8 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.839,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı1 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 12.228,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.114,2 manat tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı2 (arvadı-X10) xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.148 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.074 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat, İddiaçı4 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.220,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.110,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500,0 manat tutulması; İddiaçı3 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992,0 AZN vəsaitin tutulması; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 15.161,8 AZN vəsaitin tutulması; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Çətinliyə görə 10 % kompensasiya növünün - 7.580,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı7 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinəgörə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.745, AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2,2 saylı yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.872,5 AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı ev iddiaçılara məxsus olmuşdur. Göstərilən ərazi dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. İddiaçılara kompensasiya hesablanan zaman qanuna müvafiq olaraq düzgün hesablanma aparılmamış, həmçinin, digər kompensasiya növlərindən iddiaçılar məhrum edilmişlər. Bundan əlavə mənzillərin ölçüləri düzgün hesablanmamışdır. Belə ki, yarımzirzəmi sahələrinə dair digər qonşuya hər bir kv.m sahəyə görə 800 azn hesablanıb ödənildiyi təqdirdə iddiaçılara 700 azn ödənilmişdir. Bundan əlavə zirzəmi sahə ilə yaşayış sahələrinin arasında hər mərtəbədə ən azı 20 kv.m sahə az hesablanmışdır. Bundan əlavə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq sökülməyə məruz qalmış əmlakların kompensasiyası ödənilən zaman ümumi məbləğin 20 faiz miqdarında kompensasiyanın ödənilməsi nəzərdə tutulduğu təqdirdə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdeh ilə bağlanmış alqı-satqı müqavilələrində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20 faiz miqdarında kompensasiyanın ödənildiyi barədə hər-hansı bir müddəa mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarında göstərilmişdir ki, digər kompensasiya növlərinin ödənilməsi tərəflər arasında bağlanmış notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsində öz əksini tapmalıdır. Həmçinin, iddiaçılara çətinliyə görə əmlaklarının dəyərinin 10 faizi miqdarında kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarında göstərilmişdir ki, digər kompensasiya növlərinin ödənilməsi tərəflər arasında bağlanmış notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsində öz əksini tapmalıdır. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair hesablanma və qiymətləndirmə işləri aparılarkən aşağıdakı pozuntular müəyyən edilir: 1. Binanın yarımzirzəmi sahəsinə dair digər paylı bina sahibinə hər bir kv.m sahəyə 800 manat ödənildiyi təqdirdə iddiaçılara 700 manat ödənilmişdir; 2. yaşayış binasının hər bir mərtəbəsində 20 kv.m qədər az hesablanma aparılmış və ödəniş edilməmişdir; 3. ödənilmiş və ödənilməli olan vəsaitlərə görə çətinliyə görə kompensasiya ödənilməmişdir; 4. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20 faizinin ödənilməsi alqı-satqı müqavilələrində göstərilmədiyindən ödənilmədiyi iş materialları ilə tam sübuta yetirilir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2021 saylı 31.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçılar apelyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hazırki və əvvəlki apelyasiya baxışı zamanı iddiaçılar apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və işin araşdırılan halları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən iddiaçılara məxsus daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdeh İcra Hakimiyyəti ilə iddiaçılar arasında notarial qaydada təsdiqlənmiş müqavilə və razılaşmalar imzalanmışdır. Qeyd edilən qərara əsasən, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. İş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında 14 avqust 2018-ci il, 18 mart 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və 28 dekabr 2019-cu il tarixli “razılaşma müqaviləsi” bağlanmışdır ki, həmin müqavilələrin 9-cu bəndinə və razılaşmaların 5-ci bəndinə əsasən satıcılar satdığı daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişlər. Hazırda iddiaçılar satdığı daşınmaz əmlaka görə hər birinə aid ayrılıqda götürülməklə aldıqları kompensasiyalardan əlavə 5 hissədən ibarət: 1) evin yarım-zirzəmi sahəsinə görə əlavə kompensasiya; 2) evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya; 3) evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya; 4) evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya; 5) evin hesablanmamış hissəsinə görə kompensasiyaların ödənilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb edirlər. İddiaçıların dəlillərinə görə iddiaçılara məxsus əmlak dövlət ehtiyacları üçün cavabdeh tərəfindən alınarkən onlarla notarial qaydada bağlanmış müqavilələrdə və razılaşmalarla hazırda tələb etdikləri kompensasiyalar göstərilməmiş və ödənilməmişdir. Halbuki satılmış yaşayış sahəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış”a əsasən qiymətləndirilməklə, satıcılara Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanaraq ödənilmiş, eyni zamanda kompensasiya məbləği hesablanarkən yarımzirzəmiyə görə də nəzərə alınmışdır. İddiaçılar tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar, o cümlədən “evin hesablanmamış hissəsinə” dair sübutlar işin materiallarına əlavə edilməmişdir. Ona görə də cavabdeh İcra Hakimiyyətinin imtinası əsaslı və qanunauyğun olmuş, iddiaçıların iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan: - İddiaçıların cavabdehə ünvanlanmış 21.08.2020-ci il tarixli ərizəsində bildirilmişdir ki, “Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı ev bizə məxsus olmuşdur. Göstərilən ərazi dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. Təəssüflər olsun ki, bizlərə kompensasiya hesablanan zaman qanuna müvafiq olaraq düzgün hesablanma aparılmamış, həmçinin digər kompensasiya növlərindən məhrum edilmişik. Bundan əlavə mənzillərimizin ölçüləri düzgün hesablanmamışdır. Belə ki, yarımzirzəmi sahələrimizə dair digər qonşuya hər bir kv.m sahəyə görə 800 azn hesablanıb ödənildiyi təqdirdə bizlərə 700 azn ödənilmişdir. Bundan əlavə zirzəmi sahə ilə yaşayış sahələrimizin arasında hər mərtəbədə ən azı 20 kv.m sahə az hesablanmışdır. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair hesablanma və qiymətləndirmə işləri aparılarkən aşağıdakı pozuntular müəyyən edilir : 1. Binanın yarımzirzəmi sahəsinə dair digər paylı bina sahibinə hər bir kv.m sahəyə 800 azn ödənildiyi təqdirdə bizə 700 azn ödənilmişdir; 2. Yaşayış binasının hər bir mərtəbəsində 20,0 kv.m-qədər az hesablanma aparılmış və ödəniş edilməmişdir; 3. Ödənilmiş və ödənilməli olan vəsaitlərə görə çətinliyə görə kompensasiya ödənilməmişdir. 4. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20 faizinin ödənilməsi alqı-satqı müqavilələrində göstərilmədiyindən ödənilmədiyi iş materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirik ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair ödənilməli olan kompensasiya növlərinin, hesablanmamış sahələrin ödənilməsi və ayrı-seçkiliyə son qoyulması məqsədi ilə yarımzirzəmi sahələrə görə ödənilməmiş hər bir kv.m sahəyə görə 100 AZN kompensasiya növlərini ödəyəsiniz”. - “Azər Expert" MMC tərəfindən verilmiş iddiaçılara məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakların qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın zirzəmi hissəsi üçün Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hər bir kv.m sahəyə 700 manat götürülməklə İddiaçı4 16.618 manat, İddiaçı5 16.618 manat, İddiaçı6 16.618 manat, X7 16.618 manat, X8 16.618 manat, İddiaçı7 16.618 manat, İddiaçı3 16.618 manat olmaqla, cəmi 116.326 manat məbləğində qiymətləndirilmə aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2ndəki 17 otaqlı, 213.6 kv.m yaşayış sahəsi, 343.5 ümumi sahəsi olan dalan 2, 2 saylı fərdi yaşayış evininin 2 otaqlı 23.4 kv.m hissəsi X6 adına, 2 otaqlı 21.6 kv.m hissəsi X1 adına, 2 otaqlı 27 kv.m hissəsi İddiaçı6 adına, 3 otaqlı 22 kv.m hissəsi İddiaçı3 adına, 2 otaqlı 23.5 kv.m hissəsi X5 adına, 1 otaqlı 15.4 kv.m hissəsi X3 adına, qalan hissəsi X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.08.2018-ci il tarixli 11A/1392 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı 23.4 kv.m hissəsi X6 adına, 2 otaqlı 27 kv.m hissəsi İddiaçı6 adına, 3 otaqlı hissəsi X12 adına, 3 otaqlı hissəsi İddiaçı3 adına, 1 otaqlı 15.4 kv.m hissəsi X3 adına, 2 otaqlı 23.5 kv.m hissəsi X5 adına, 2 otaqlı 21.6 kv.m hissəsi X1 adına, qalan hissəsi X2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş İddiaçı7 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 09 dekabr 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın ümumi sahəsi 39,15 kv.m (21,41 kv.m əsas sahə, 17,74 kv.m köməkçi sahə) üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m sahəyə görə 1250 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m sahəyə görə həmin məbləg 1500 manata artırılmaqla əsas 21,41 kv.m sahəyə görə 32.115 manat, köməkçi 17,74 kv.m sahəyə görə 26.610 manat, cəmi 58.725 manat habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 59.725 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı7 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 26 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən faktiki sahibliyində və istifadəsində olan yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 59.725 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı7 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən uzun müddət istifadəsində olan fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı7 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 08 yanvar 2020-ci il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 39,15 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 59.725 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 14.830 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş İddiaçı5 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın ümumi sahəsi 49,68 kv.m (29,64 kv.m əsas sahə, 13,06 kv.m köməkçi sahə və 6,98 kv.m açıq eyvan ¼) üçün 2018ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla 29,64 kv.m əsas sahəyə görə 44.460 manat, köməkçi 13,06 kv.m sahəyə görə 19.590 manat, açıq eyvana görə 2792 manat, cəmi 66.842 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 67.842 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı5 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 14 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 67.842 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı5 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən istifadəsində olan fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı5 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 26 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 42.70 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 67.842 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 15.540 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın ümumi sahəsi 55.57 kv.m (30.84 kv.m əsas sahə, 17.87 kv.m köməkçi sahə və 6,86 kv.m açıq eyvan ¼) üçün 2018ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla, 30.84 kv.m əsas sahəyə görə 46260 manat, köməkçi 17,87 kv.m sahəyə görə 26.805 manat, açıq eyvana görə 2744 manat, cəmi 75.809 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 76.809 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı3 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 07 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 76 809 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı3 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı3 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 19 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 48.71 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 76.809 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 16 742 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş İddiaçı4 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 15.49 kv.m əsas sahə, 17.85 kv.m köməkçi sahə və 2.73 kv.m beton pilləkən üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, beton pilləkənə görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləğ 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla, 15.49 kv.m əsas sahəyə görə 23.235 manat, köməkçi 17,85 kv.m sahəyə görə 26.775 manat, beton pilləkənə görə 1.092 manat, cəmi 51.102 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 52.102 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı4 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı4 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 33.34 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 52.102 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 13.668 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 31.67 kv.m əsas sahə, 2.15 kv.m köməkçi sahə və 0.69 kv.m beton döşəmə üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manat götürülməklə 31.67 kv.m əsas sahəyə görə 47.505 manat, köməkçi 2.15 kv.m sahəyə görə 3.225 manat, beton döşəməyə görə 10 manat, cəmi 50.740 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 51.740 manat qiymətləndirilmə aparılmışdır. - X10 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 17 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən evin faktiki ona məxsus olan 23.4 kv.m 2 otaq hissəsini 51.740 manata Cavabdehnə satmışdır. - X10 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - X10 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 33.82 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 51.740 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 13.764,35 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1500 manat götürülməklə 22.48 kv.m əsas sahəyə görə 33.720 manat, köməkçi 16.42 kv.m sahəyə görə 24.630 manat, açıq eyvana görə hər bir kv.m 400 manat götürülməklə 2792 manat, cəmi 61.142 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 62.142 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 14 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən evinin 62.142 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 38.90 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 62.142 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 14.780 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - "xxxx" MMC tərəfindən verilmiş İddiaçı6 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 34.83 kv.m əsas sahə, 2.27 kv.m köməkçi sahə və 6.86 kv.m açıq eyvan 1/4 üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla, 34.83 kv.m əsas sahəyə görə 52.245 manat, köməkçi 2.27 kv.m sahəyə görə 3.405 manat, açıq eyvana görə 2744 manat, cəmi 58.394 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 59.394 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı6 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 08 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 59.394 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı6 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı6 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən ümumi sahəsi 37.10 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 55.394 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 14.420 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. İşin hallarına görə, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmış, lakin iddiaçılar onlara ödənilən məbləğlə razılaşmamışlar. Tələbin hüquqi əsasını “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) aşağıdakı maddələri təşkil edir: - 1.1.2-ci maddəsinə əsasən, torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər); - 1.1.3-ci maddəinə əsasən, tikili - torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər; - 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. - 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 35-ci maddəsinə əsasən, torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir; - 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir; - 66.4-cü maddəsinə əsasən, çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.6. 10 ildən artıq müddət üçün - 10 faiz. Habelə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-ci bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət ehtiyacları üçün alınan torpağa həmçinin həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlak qismində yaşayış sahələri aiddir və onların əvəzinə ədalətli kompensasiya ödənilməlidir. Torpağın satın alınması və kompensasiyanın məbləği dövlətin adından alan orqanla mülkiyyətçi arasında bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməlidir. Yaşayış sahəsinin alındığı halda ödənilən məbləğə əlavə olaraq çətinliyə görə kompensasiya verilməlidir ki, yaşayış sahəsində mülkiyyətçi 10 ildən artıq müddətdə yaşadıqda bu məbləğ ödəniləcək ümumi məbləğin 10 faizini təşkil etməlidir. Bundan başqa, ödəniləcək kompensasiya məbləğinə digər əlavə növü kimi daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında haqq verilməlidir. Daşınmaz əmlakın ümumi məbləğinin müəyyən edilməsinə münasibətdə istinad edilmiş Qanunun: - 19.3-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; - 23.1-ci maddəsinə əsasən, bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; - 29.2-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Bu maddələrin məzmunundan göründüyü kimi, kompensasiyanın məbləğinin ödənilməsi üçün həmin əmlak qiymətləndirilməlidir. Bunun üçün qiymətləndirmə komissiyası yaradılmalı, həmin komissiyaya müstəqil qiymtləndirici cəlb edilməlidir. Hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edilməlidir. Ödənilən kompensasiyanın məbləği ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər. İddiaçılar ümumi məbləğə əlavə kimi evin yarım-zirzəmi sahəsinin və eləcə də evin yaşayış sahəsinin qeyd edilmiş 10 və 20 faiz məbləğlərinin nəzərə alınmamasına istinad etməklə onların ödənilməsi tələbini irəli sürmüşdür. Lakin maddələrin tələblərinə uyğun olaraq işin hallarından göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədə əks olunmuş qiymət "xxxx" MMC tərəfindən tərtib edilmiş “Qiymətləndimə hesabatından çıxarış”da əks olunmuş yekun qiymətlə eynilik təşkil etmişdir. Həmin hesabatda müstəqil ekspert tərəfindən təyin edilən qiymətə qeyd edilmiş 20 faiz məbləğ və digər əlavələr nəzərə alınmaqla ümumi ödənilməli olan məbləğ göstərilmişdir. Bununla isə müəyyən edilir ki, qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsində ödənilməli olan tam məbləğ göstərildiyi halda, müstəqil qiymətləndiricinin hesabatında həmin məbləğin hansı hissələrdən ibarət olduğu, o cümlədən qeyd edilmiş əlavələrin nəzərə alındığı əks olunmuşdur. İddiaçılar tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Buna görə də cavabdehin imtinası əsaslı və qanunauyğun olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 14 avqust 2018-ci il, 18 mart 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və 28 dekabr 2019-cu il tarixli “razılaşma müqaviləsi” bağlanmışdır ki, həmin müqavilələrin 9-cu bəndinə və razılaşmaların 5-ci bəndinə əsasən satıcılar satdığı daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə cra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçılarla cavabdeh arasında baglanmış müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində təsbit edilmiş mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı prinsipinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun bağlanmışdır. Həmin tələblərin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçıların apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2021 saylı 31.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar