Məhkəmə qərarları › İş №2-1(103)-1600/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1600/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1600/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı, İddiaçının vəkili Vəkil2, İddiaçının nümayəndəsi Bayramov İlqar Həbib oğlunun, Cavabdehin nümayəndəsi X23, 3-cü şəxsin vəkili və nümayəndəsi Abdiyev Telman Xanlar oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs X9 qarşı orderlərin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2- 1(112)-57/2021 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh AR ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 adına verilmiş 07 nömrəli orderin, həmin order əsasında üçüncü şəxs X7 adına verilmiş 03 saylı order. Eyni zamanda onun adına AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 041265 nömrəli torpaq sahəsinin planı və ölçüsü etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə dəyişikliyin edilməsi barədə ərizə ilə müraciət edərək, işdə olan cavabdeh AR ƏMDK DƏDRX Bakı şəhər ərazi İdarəsini Bakı şəhəri İcra Hakimiyyəti ilə əvəzləşdirilməklə, “Vişnyovka” 1 bağlar sahəsindən 23 saylı BTK X34 oğlunun adına olan 07 saylı orderin, həmin order əsasında üçünçü şəxs X7 adına 03 saylı orderlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 X39-İqtisadi Məhkəməsinin 2-1(82)-186/2019 saylı 16.10.2018-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia bağ sahəsinə 07 saylı və 03 saylı orderlərin etibarsız sayılması kimi göstərilmişdir.İş üzrə cavabdeh AR ƏMDK DƏDRX 1 saylı Bakı ərazi İdarəsi Cavabdeh ilə əvəz edilmişdir. X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra, iddiaçı iddia tələbinə dəyişikliyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər sakinlərinin ayrılmasına dair Bakı şəhər İcra Komitəsinin 9/549 nömrəli 30.09.1988-ci il tarixli qərarına əlavə edilmiş siyahıda 23 saylı Bağ təsərrüfat kooperativinin üzvləri sırasında X15 Sabunçu rayonu, Vişnyovka 2 bağ massivindən torpaq sahəsinin ayrılması qeydinin eyibarsız hesab edilməsi, “Vişnyovka 1 bağlar sahəsindən 23 saylı BTK X10 adına olamn 07 saylı orderin, həmin order əsasında üçünçü şəxs X7 adına verilmiş 03 saylı orderlərin ləğv olunması barədə qəbul edilməsini xahiş etmişdir. 2 X39-İqtisadi Məhkəməsinin 2-1(82)-186/2019 saylı 12.06.2019-cu il tarixli qərardadı ilə iddianpın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir,iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2135/2019 saylı 22.08.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-186/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş baxılması üçün məhkəməyə göndərilmişdir. İddiaçı yenə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ( İİ cild, i.v. 33) X10 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş 15.12.2004-cü il tarixli 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmıə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etmişdir ( İİ cild, i.v.35). Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X10 adına verilmiş 07 nömrəli order, həmin order əsasında üçüncü şəxs X7 adına verilmiş 15 dekabr 2004-cü il tarixli, 03 nömrəli order etibarsız hesab edilməsi qərara alınmışdır (M.Hacıbəyova). Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X31 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv olunmuşdur və həmin Sərəncamın 2.1-ci maddəsinə əsaslanaraq ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivləri yalnız saxlanc üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmuşdur. Bu da onu deməyə əsas verir ki, hazırkı tələbdə Cavabdeh tərəf ola bilməzdi. Bundan başqa, hazırkı məhkəmə qərarının məzmunundan görünür ki, iş üzrə üçüncü şəxsin atasının adına (X10) order verilməsindən həmin dövrdə (1990-cı illərdə) Cavabdeh (Bakı Şəhər XDS İK-nin) tabeliyində olmuş X5 İdarəsinin xəbəri olmamışdır. Ona görə ki, işə baxan hakimin özünün aparmış olduğu “ekspertiza tədqiqatının” nəticəsindən belə məlum olur ki, həmin order həftənin bazar günü verilmiş və orderin Dövlət Arxivində olması barədə məlumat yoxdur. Deməli order Bakı şəhər XDS İK-si tərəfindən də verilməmişdir. Qanunun imperativ normasının tələbi pozulmuş, işə baxan hakim bilavasitə ekspert funksiyasını yerinə yetirmişdir ki, bu da yolverilməzdir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi Abdiyev Telman Xanlar oğlu apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul edərək, çıxışında göstərmişdir ki, Azərbaycan Respublikası “Kooperasiya haqqında qanunun” 1-ci maddəsində deyilir ki, kooperativ - fiziki şəxslərin, yaxud fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəmək məqsədilə onların səy və resurslarının könüllü birləşməsi əsasında yaradılan və fəaliyyət gğstərən təsərrüfat subyektidir. Bu ona dəlsalət edir ki, 23 saylı kooperativ məhz dövlət orqanı olmalıdır deyə əsas yoxdur, yəni kooperativin rəhbəri məhz iş günlərində qərar qəbul etməlidir deyədə belə bir məhfum yoxdur. Çünki, kooperativ rəhbəri azad surətdə qərar verə bilər. Həmçinin, Azərbaycan Respublikası Kooperasiya haqqında qanunun” 6-cı maddəsində deyilir ki, kooperativlərin təsərrüfat, maliyyə və digər növ fəaliyyətinə, idarəetmə (o cümlədən sədrinin) və nəzarət orqanlarının seçilməsinə, vəzifəli şəxslərin təyin olunmasına və onların vəzifədən azad edilməsinə dövlət ) bələdiyyə orqanlarının müdaxiləsinə yol verilmir. Həmçinin, məhkəmə hansı sübutlar əsasında o qənaətə gəldiki, məhz 23 saylı Vişnyovka BTK dövlət orqanı olduğundan onun verdiyi 30.09.1990-cı il tarixli qərarı məhz həftənin bazar gününə düşdüyündən qeyri-iş günündə rəsmi sənədin imzalanması və təsdiq edilməsi mümkün deyildir deyə. Daha sonra, qətnamədə qeyd olunur ki, 30.09.1988-ci il tarixli, 9/549 nömrəli qərarın nömrəsi 1990-cı il tarixli qərarla üstüstə düşə bilməz. Bu da onu göstərir ki, order təsadüfən oxşar tarix seçilməklə, heç bir səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Həm iddiaçının, həmdə üçüncü şəxsin atasına və sonradan öz adma dəyişdirilmiş orderlərdə olan kooperativin sədri X11 imzalarında açıq-aşkar uyğunsuzluq vardır. Nümayəndə və vəkil qeyd etmişdir ki, imzalar arasındakı fərq və ya fərqlər hakimin gözlə görünüəcək qədəri ilə müqayisəsi əsasında müəyyənləşdirilə bilməz. Belə ki, məhkəmə imza ilə bağlı xüsusi qərardad çıxararaq imzaların həqiqiliyinin müəyyən edilməsindən ötrü xəttşünaslıq ekspertizası təyin etməli və bunun əsasında yekdil fikrə gəlməli idi. Lakin, məhkəmə tərəfindən sözügedən məsələyə də səthi yanaşılmış, sanki məhkəmə xüsusi biliyə malik olan ekspertin də səlahiyyətlərini mənimsəmişdir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, onlara dair etirazı təqdim edərək bildirmişdir ki, 23 saylı “Vişnyovka” BTK-nın 30.09.1988-ci il tarixli qərarına əsasən “Vişnyovka” BTK üzvlərinə bağ sahələri ayrılmışdır. O üzvlərdən biri də iddiaçının atası X20r. Ona 30.09.1988-ci il tarixli 9/549 saylı qərara əsasən 24 12.1988-ci il tarixli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka İİ bağlar massivində 0.12 ha torpaq sahəsi ayrılmışdır;3-cü şəxsin yəni, X7 atası X10 adına verilmiş order isə 30.09.1990-ci il tarixli 9/549 saylıdır. Belə ki, 30.09.1990-cı il tarixdə həftənin bazar günü, qeyri-iş günüdür, qeyri-iş günü rəsmi sənədin imzalanması və təsdiq edilməsi mümkün deyildir; X15 30.09.1990-cı il tarixdə verilən orderin tarixi ona görə 30 sentyabr seçilib ki, əsl olan 30.09.1988-ci il tarixli qərardan seçilməsin. İli ona görə dəyişə bilməyiblər ki, iki adama eyni gündə, eyni ildə orderlərin verilməsi “saxtakarlıq həddini” aşmış olardı. Həmin orderi tərtib edənlər ola bilsin heç 1990-cı ildə də deyil, hər hansı bir başqa ildə tərtib ediblər və sənədin “dürüst” olmasına, “inandırıcı” olmasına çalışaraq heç 30 sentyabr 1990-cı ilin bazar gününə təsadüf etdiyinə fikir verməyiblər Digər tərəfdən başqa çıxış yolları da olmayıb. Həm iddiaçının, həm də 3-cü şəxsin atasına və sonradan öz adına dəyişdirilmiş orderlərdə kooperativin sədri olan X11 imzalarında açıq - aşkar uyğunsuzluq var. Belə ki, X25 23 saylı BTK-nın uzun illər sədri, eyni zamanda Bakı Dövlət Universitetinin geologiya fakültəsinin müəllimi, geologiya elmlər doktoru, professor, Universitetin Elmi Şurasının məsul katibi işləmiş, işlədiyi müəssisədən imza nümunələrini əldə etmişik. Həmin imza nümunələri X21 verilən orderlə X15 verilən orderdən tamamyə fərqlənir;Eyni zamanda, X16 adına olan order blankı, X10 adına verilmiş order blankından gözlə görünən əlamətlərlə fərqlənir birinci orderin blankı makinada rus dilində çap olunaraq doldurulsa da, X10 adına verilmiş order tipoqraf üsulu ilə Azərbaycan dilində hazırlanmışdır; daha sonra - X16 adına olan orderdə 23 saylı BTK-nın möhürü olsa da, X10 adına olan orderdə möhür yoxdur, orderin altında yalnız ştamp mövcuddur;iddiaçının atasına torpaq sahəsi ayrıldıqdan sonra uzun müddət iddiaçı ailəsi, qardaşlarının ailəsi ilə birlikdə o bağa gedib-gəliblər, bağı əkibbecəriblər və bütün qonşular onları tanıyır. Hətta həmin qonşulardan prosesdə iştirak edərək, bağın X21 məxsus olması barədə izahat da vermişdir. Bundan fərqli olaraq, 3-cü şəxsin özünü və atasını heç bir qonşu tanımır;3-cü şəxs tərəfindən təqdim edilmiş və iş materillarında olan 30.09.1990-cı il tarixli 9/549 saylı qərara əsasən verilmiş orderin foto surəti notariat qaydasında təsdiq edilmişdir. Bu da onu göstərir ki, orderin əsli tərəfdə yoxdur və heç vaxt da olmayıb;İş materiallarında olan və məhkəmə sorğusu əsasında cavab verilən Cavabdeh Baçısının Aparatının 04.12.2019-cu il tarixli məktubunda da açıq aşkar qeyd edilmişdir ki, Bakı şəhər İH Başçısının 2004-cü il tarixli, 186 nömrəli Sərəncamı 15.12.2004-cü il yox, 19.08.2004-cü il tarixlidir və vətəndaşlara bağ sahəsi ayrılması haqqında deyildir. Bu da bir daha onu göstərir ki, 3-cü şəxsin adına yazılan orderin tarixi də, nömrəsi də təsadüfən seçilmiş, heç bir kargüzarlıq qaydalarına əməl olunmamışdır. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Bayramov İlqar Həbib oğlu apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, vəkillə eyni məzmunlu izahat verərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı qzı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Bakı Tədris İstehsalat Müəssisəsi Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Həmkarlar İttifaqının 1 №li, 06.06.2018-ci il tarixli məktubuna əsasən Cəmiyyətin üzvü gözdən İ dərəcəli əlil X28 uzun illər həmin cəmiyyətdə işləmiş, cəmiyyətdə olan şifahi məlumata əsasən 1988- ci ildə X28 və Cəmiyyətin bir qrup üzvü fərdi qaydada onlara torpaq sahəsi verilməsi üçün Bağlar İdarəsinə müraciət etmişdir, bu müraciət əsasında X21 və Cəmiyyətin bir qrup digər üzvlərinə Sabunçu rayonu, X18 hər birinə 12 sotdan ibarət torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 248a saylı bağ evinin tikintisi üçün Bakı şəhəri İH-nin 15.12.2004-cü il tarixli, 186 №li qərarı və BTİ və İB-nin 03 saylı orderi ilə ayrılmış 1200 kv metr sahəsi olan torpaq sahəsinin plan və ölçüsü X7 adına 28.04.2001-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 08.06.2018-ci il tarixli, 1605 №li məktubuna əsasən 23 saylı “Vişnyovka” BTK-nin üzvərinin siyahısının təsdiqi barədə keçmiş Bakı şəhəri XDS İK arxiv fondu üzrə 30.09.1988-ci il tarixli, 9/549 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Cavabdeh Başçısının aparatının 04.12.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhər İH-nin başçısının 2004-cü il tarixli, 186 №li sərəncamı 15.12.2004-cü il yox, 19.08.2004-cü il tarixlidir və vətəndaşlara bağ sahəsi ayrılması haqqında deyildir. Bakı şəhərinin notariusu X2 02.10.2017-ci il tarixli məktubuna əsasən 26.04.1995-ci ildə vəfat etmiş 13.01.1938-ci il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan X17 vərəsəsi İddiaçıdır. 2 №li Vişnyovka 23 №li kooperativinin nömrəsiz, 24.12.1988-ci il tarixli orderinə əsasən X21 Bakı şəhər sovetinin icraiyyə komitəsinin 9/549 nömrəli, 30.09.1988-ci il tarixli qərarı ilə Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır.Order həmin kooperativin sədri İsrafilov adlı şəxs tərəfindən imzalanmışdır. 02.11.1988-ci il tarixli akta əsasən 23 №li bağ tikinti kooperativinin sədri H.İsrafilova kooperativ üçün ayrılmış bağ sahələri ayrılaraq təhvil verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X13 və İstismarı Birliyinin 03 saylı orderinə əsasən həmin order X9 verilmişdir ona görə ki, Bakı şəhəri İcra Hakimiyyətinin 15.12.2004-cü il tarixli, 186BTB saylı qərarına əsasən ona Vişnyovka- İ bağlar sahəsində 23 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248 A saylı bağ ayrılmışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və X6-İ bağlar sahəsindəki 23 №li kooperativin 7 nömrəli orderinə əsasən X15 Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1990-cı il tarixli, 9/549 nömrəli qərarına əsasən Vişnyovka-İ bağlar sahəsində 23 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ ayrılmışdır.Orderdə 23 nömrəli BTK-nın sədri H.İsrafilovun imza etməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22.11.2017-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi ünvanda yerləşən 248A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmaması əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.07.2018-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi üzrə Vişnyovka-1, 248a saylı bağ olaraq vətəndaş X7 adına 23.04.2008-ci il tarixli, **********0563 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeydiyyata alınmışdır. Üçüncü şəxs X7 2-1(82)-610/18 nömrəli iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış etirazında həmin üçüncü şəxs İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xİdmətinin Bakı şəhəri Ərazi idarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 248 A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir, əsas kimi o halı göstərmişdir ki, iddiaçının etirazına əlavə etdiyi order sənədində ünvan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi göstərilmişdir, lakin X9 məxsus olan orderdə ünvan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi göstərilmişdir, həmin bağ sahəsi X9 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.01.2019- cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 ərazisində yerləşən 248a nömrəli bağ sahəsi Bakı şəhəri İcraiyyə komitəsinin 30.09.1991-ci il tarixli, 9/549 nömrəli qərarına əsasən X15 ayrılmışdır və 7 nömrəli order verilmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 ərazisində yerləşən 248a nömrəli bağ sahəsi X10 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X7 adına keçirilmişdir (protokol 15.12.2004) və onun adına 3 nömrəli order verilmişdir, həmin 3 nömrəli orderin arxivdə yalnız surəti mövcuddur. Bakı şəhər X22 İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli, 9/549 №li qərarına əsasən 21-32 nömrəli kooperativlərin tərkibi təsdiq edilmişdir,həmin siyahıda X10 adı göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 247 saylı bağ sahəsi X1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.04.2019- cu il tarixli, X3 ünvanlanmış məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 12.10.2001-ci il tarixli, 654 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsi, 247 nömrəli bağ sahəsi Heydərov Firudin M.oğlunun icarəsinə verilmiş və onunla 15.10.2001ci il tarixli, 30314 nömrəli müqavilə bağlanmışdır.Daha sonra icarədar Sabunçu rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 247 nömrəli bağ sahəsinin evsiz özəlləşməsinə dair həmin orqana müraciət etmiş və Vişnyovka-1 qəsəbəsi, 247 nömrəli bağ sahəsi 30.03.2017-ci ildə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı Dövlət Universitetinin 05.12.2019-cu il tarixli, 01-210/1727 nömrəli məktubuna əlavə edilmiş ərizələrdə və tərcümeyi-halda X11 şəxsi imzaları əks olunmuşdur. Beləliklə,birinci instansiya məhkəməsi iş materialları ilə müəyyən etmişdir ki, 2 №li Vişnyovka 23 №li kooperativin 24.12.1988-ci il tarixli orderinə əsasən iddiaçının atası X21 Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30.09.1988-ci il tarixli qərarına əsasən Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır,iddiaçı onun vərəsəsidir, iddiaçı müvafiq dövlət orqanına həmin bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə müraciət etdikdə ona həmin bağ sahəsinə baxış keçirilməsininin mümkün olmaması əsası ilə imtina cavabı verilmişdir, iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, həmin bağ sahəsi ilə bağlı X7 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir, həmin plan və ölçüdə əsas kimi Bakı şəhəri İH-nin 15.12.2004-cü il tarixli, 186 №li qərarına və BTİ və İB-nin 03 saylı orderinə istinad edilmişdir, eyni zamanda məhkəməyə qeyd edilən bağ sahəsinin X7 atası X10 adına 7 nömrəli orderlə ayrılması, sonradan isə üçüncü şəxsin adına 03 nömrəli orderin tərtib edilməsi bildirilərək həmin orderlərin surətləri təqdim edilmişdir. İddiaçı həm X10, həm də X7 adına verilmiş qeyd edilən orderlərin etibarsız hesab edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək aşağıdakı kimi əsaslandırmışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin faktiki hallarına əsasən iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi X10 adına tərtib edilmiş orderdə bağ sahəsinin ayrılması üçün əsas kimi Bakı şəhəri İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30 sentyabr 1990-cı il tarixli qərarı göstərilir, iddiaçının atası Zahid Həsənovun adına verilmiş orderdə isə bağ sahəsinin ayrılması barədə qərarın nömrəsi 9/549, tarixi isə 30 sentyabr 1988-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 08.06.2018-ci il tarixli 1605 nömrəli arayışında “Vişnyovka” BTK-nin üzvlərinin siyahısının tərtib olunması barədə 30 sentyabr 1988-ci il tarixli qərarın, yəni iddiaçının atası Zahid Həsənovun adına verilmiş orderdə göstərilən qərarın mövcud olması qeyd edilmişdir, üçüncü şəxsin atası X12 adına verilmiş orderdə qeyd edilən 9/549 nömrəli, 30 sentyabr 1990-cı il tarixli qərarın arxivdə mövcud olması qeyd ediməmişdir. Eyni zamanda üçüncü şəxsin atası X12 adına verilmiş orderdə qeyd edilən 30 sentyabr 1990-cı il tarixi bazar gününə təsadüf edir ki, həmin günü qeyri-iş günü olmaqla dövlət orqanı tərəfindən qərar qəbul edilməsi gününə təsadüf edə bilməzdi. Bundan başqa Z.Həsənovun adına mövcud olan order bağ-tikinti kooperativinin dairəvi möhürü ilə təsdiqlənsə də etibarsızlığı tələb edilən X10 adına verilmiş orderin üzərində möhür mövcud deyildir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.01.2019-cu il tarixli məktubunda göstərilir ki, X7 adına verilmiş 3 nömrəli orderin arxivdə yalnız surəti mövcuddur. Həmin orderin əslinin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən olunmamışdır. Cavabdehin vəkilinin X16 adına verilmiş orderdə göstərilən bağ sahəsinin (Vişnyovka İİ bağ massivində), mübahisələndirilən orderlərdə göstərilən bağ sahəsi (Vişnyovka İ bağ massivində) ilə müxtəlif ərazilərdə yerləşməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, qeyd edilən orderlərdə göstərilən bağ sahələrinin eyni bağ sahəsi olması iş materialları ilə müəyyən edilir, belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.07.2018ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Vişnyovka-1, 248a saylı bağ olaraq vətəndaş X7 adına 23.04.2008-ci il tarixli, **********0563 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə qeydiyyata alınmışdır.Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.04.2019-cu il tarixli, X3 ünvanlanmış məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 12.10.2001-ci il tarixli, 654 nömrəli protokolu ilə F.Heydərovun adına ayrılmış Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) qəsəbəsi, 247 nömrəli bağ sahəsi (248A №li bağ sahəsinin qonşuluğundakı) Vişnyovka 1 qəsəbəsi, 247 nömrəli bağ sahəsi kimi 30.03.2017-ci ildə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni göründüyü kimi əvvəllər Vişnyovka-2 kimi ünvanı göstərilmiş bağ torpaq sahəsi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ünvanı Vişnyovka 1 kimi göstərilmişdir. Həm iddiaçının atası Z.Həsənovun, həm də üçüncü şəxs T.Qurbanovanın atasının adına verilmiş orderlərdə orderləri imza edən şəxs kimi bağ tikinti kooperativinin sədri X25 göstərilmişdir, lakin həmin şəxsin adının qarşısında olan imzaların tamamilə bir-birindən fərqli imzalar olması ilk baxışdan tam aydındır, həmin imzalar H.İsrafilovun iş yeri olmuş Bakı Dövlət Universitetinin məktubuna əlavə edilmiş H.İsrafilov tərəfindən şəxsən imzalanmış ərizələrdə və tərcümeyi-halda mövcud olan H.İsrafilovun imzası ilə müqayisə edildikdə müəyyən olunur ki, iddiaçının atasının adına verilmiş orderdəki imza H.İsrafilovun imzası ilə tam oxşardırsa üçüncü şəxsin atası Ə.Cəfərovun adına verilmiş, hazırda etibarsızlığı tələb edilən 7 nömrəli orderdəki imzadan tam fərqlidir, yəni 7 nömrəli orderdəki imza İ.İsrafilova məxsus deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçının tələbi X10 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş 15.12.2004-cü il tarixli 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan – order inzibati akt hesab edilə bilməz. Belə ki, ”İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-nin 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Göründüyü kimi, inzibati mübahisələr bir qayda olaraq inzibati aktların qəbul edilməsi (qəbul edilməsindən imtina olunması, icra edilməsi), qəbul edilməsindən imtina edilməsi, icra edilməsi (icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması və s. bağlıdır, yəni inzibati prosesdə mübahisə bilavasitə inzibati aktla bağlı olur. Bundan əlavə kollegiya qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icrat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati orqan iştirak edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisələndirilən orderlər AR Cavabdeh Aparatının X5 və İstismarı Birliyi tərəfindən verilmişdir və hazırki icraatda cavabdeh qismində Cavabdeh çıxış edə bilməz. Çünki “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Cavabdeh nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi həvalə edilmişdir. Göründüyü kimi, AR Cavabdeh Aparatının X5 və İstismarı Birliyi ləğv olunub, onun səlahiyyəti digər orqana verilməmişdir və birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qismində cəlb edilməsi düzgüz deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarın 11-ci bəndinə əsasən İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (12-ci bəndi) 13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.(13-cü bəndi)14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.(14.1-ci bəndi)14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.(14.2-bəndi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qanunvericilik müəyyən edir ki, istənilən növ inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ləğv edilsin və İddiaçı Cavabdehnə və üçüncü şəxs X9 qarşı orderlərin etibarsız hesab edilməsi barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar