Məhkəmə qərarları › İş №2-1(103)-1600/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1600/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1600/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-ci ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində aldığı əmək haqqında qanunla müəyyən edilmiş məbləğdə təxminən 46000 manat ödənilmiş sığorta kapitalının pensiyaya əlavə edilməklə ödənilməsi və ya sığorta kapitalının (subhesabda saxlanılan hissənin) iddiaçıya birdəfəyə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3295/2022 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına) qarşı “xx.xx.2006-ci ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində aldığı əmək haqqında qanunla müəyyən edilmiş məbləğdə təxminən 46000 manat ödənilmiş sığorta kapitalının pensiyaya əlavə edilməklə ödənilməsi və ya sığorta kapitalının (subhesabda saxlanılan hissənin) iddiaçıya birdəfəyə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3295/2022 saylı işi üzrə qəbul etdiyi 30 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2006-ci ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində toplanılmış 43.624 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın dəyişdirilərək, pensiyanın ödənilməsi hissəsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqan icra olunaraq, “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********6 saylı xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qeyd edilənləri nəzərə alaraq 2- 1(103)- 182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə , iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına) qarşı “xx.xx.2006-ci ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində toplanılmış 43.624 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsiilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Hal-hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3295/2022 saylı iş üzrə qərarın düzgün icrası qaydasının müəyyən edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3295/2022 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3295/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamalı olması nəzərə alınması qərara alınmışdır. Qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin apellyasiya icraatı zamanı 22 fevral 2024-cü il il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3295/2022 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini, tərəflərin nümayəndələrinin izahatlarını nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3295/2022 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3295/2022 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar