Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1600/2025 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152 E nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ masivi ünvanında yerləşən, sahəsi 1200 kv.m. olan, ***E saylı bağ sahəsi ona Bağlar təsərrüfatı tərəfindən verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə ##.##.2024-cü il tarixli ************ nömrəli məktubla imtina edilmiş və bildirilmişdir ki, müqavilədə torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir, bölgü sxemində 145e nömrəsi qeyd edilməmişdir, ümumi hasar daxilində yerləşir, bağ nömrəsi elektron bazada aşkar edilməmiş, torpaq sahəsi digər bağın sahəsinə uyğun gəlir. Ərizənin icrasından qeyd edilən səbəblərə görə imtina edilmişdir. Torpaq sahəsi digər qohumlarında birgə olan ərazidə olduğundan ümumi hasar daxilində torpağı saxlamış, bu kimi halın özəlləşməyə heç bir mənfi təsiri yoxdur, torpaq sahəsinin dəqiq yeri mühəndisə təqdim edilmişdir. Cavabdehin sistemində hər hansısa problemlərə görə vətəndaş məsuliyyət daşımır. Bağ sahəsi yerində torpaq verilmiş ölçülərdədir, nömrəsi məlumdur. Bağ nömrəsi və müqavilənin həqiqiliyini təsdiq etmək üçün cavabdehə müraciət edilmiş və müqavilənin arxiv nüsxəsi də ##.##.2024-cü ildə əldə edilmişdir, orada da bağ nömrəsi 152E olaraq qeyd edilmişdir. Cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun bağ sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ## dək müvafiq Icra Hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinə verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərlə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatın uyğunluğu ilə aparılır. Cavabdehin onun torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsassızdır və məhkəmə qaydası ilə torpaq sahəsinə çıxarışın verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Hüseynli Cavid Elşən oğlu Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsi, “152E” ünvanında olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli ərizə ilə müraciət etmiş ##.##.2022-ci il tarixli, ************ saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsi ***V saylı bağın ərazisinə uyğun gəlir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsi ***V saylı bağın ərazisinə uyğun gəlir. Bakı Inzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı və digər üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı İddiaçı və digər üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası əvvəla iş materiallarındakı sənədləri nəzərdən keçirir: - X14 və Istismarı Birliyi və İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan 152 E nömrəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 3-21-3-30/2-R0032-8/2024 ************ saylı ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Çöl Şüvəlan ərazisində yerləşən 0.12 hektar sahəsi olan 152E (müqavilədə olduğu kimi) saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş X14 və Istismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış ## ###### 2005-ci il tarixli ***** nömrəli müqavilə Idarənin arxiv qovluğunda mövcuddur. Sorğunun icrası ilə əlaqədar olaraq ## ###### 2005-ci il tarixli ***** nömrəli müqavilənin arxiv nüsxəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 3-21-3-30/2-10988/2024 ************ saylı ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 3-21-3-30/2-26476/2024 ************ saylı ##.##.2024-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin müraciəti barədə məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti, eləcə də sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152 E nömrəli torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1917 ha təşkil edir (717 kv.m artıqdır). Bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir. Darvaza yoxdur, giriş sərbəstdir. Qonşu bağ sahələrindən yalnız ikisinə dair (152c və 145e) təqdim olunmuş sənəd surətləri ərizəyə əlavə edilmişdir. Bağ sahəsində 1 - köməkçi tikili və II - s/q var. Sxematik xəritəyə əsasən göstərilən sahə ***V saylı bağın ərazisidir. Lakin sxematik xəritədə iki ədəd ***V saylı bağ sahəsi əks olunub. Həmçinin digər ***V saylı bağ sahəsi qeydiyyatdan keçib - 003013042240. Yol tərəfdən 0.3 - 0.5 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir - 6 KV. Artıq torpaq sahəsinin bir qismi mühafizəyə düşür, lakin 1200 kv.m. mühafizəyə düşmür. - Apellyasiya araşdırması zamanı Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsi ***E saylı bağ sahəsinə dair ##.##.2025-ci il tarixli müayinə aktına əlavə edilmiş koordinatlar aşağıdakı kimi olmuşdur: Faktiki 1917 kvm X=428669.6521 Y=4479291.5004 X=428690.5580 Y=4479356.8163 X=428716.7390 Y=4479348.7288 X=428697.1076 Y=4479283.3580 - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 39225/2024 ************ saylı ##.##.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir. Darvaza yoxdur, giriş sərbəstdir. Faktiki sahəsi 0.1917 ha təşkil edir. Eyni zamanda yol tərəfdən 0.3-0.5.metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir (6kV). Artıq torpaq sahəsinin bir qismi mühafizəyə düşür, lakin 1200.0 kv.m mühafizəyə düşmür. Qeyd olunanlarla yanaşı, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə ***V saylı bağın ərazisidir. Lakin sxematik xəritədə iki ədəd ***V saylı bağ sahəsi əks olunmuşdur. Həmçinin digər ***V saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunmuş ***V saylı bağ ilə üst-üstə düşmür. Bundan əlavə müraciətə dair sənəd surətləri təqdim edilmişdir - Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında Bakı şəhəri icraiyyə komitəsinin ## ##### 1994-cü il tarixli, *** nömrəli qərarına əsasən Bakı şəhəri, Çöl-Şüvəlan bağ sahəsində *** nömrəli BTK nəzdində yerləşən sahəsi 0,12 hektar olan ***A saylı bağ sahəsi onun istifadəsinə ayrılmışdır. Həmin bağ sahəsini mişar daş ilə hasara alaraq tikili inşa etmiş və torpaq sahəsini əkin üçün tam yararlı vəziyyətə gətirmişdir. Bağ sahəsi 30 ildən artıq müddətdir ki, onun sahiblik və istifadəsindədir. Bu səbəbdən də çıxarış verilməsi üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə torpaq sahəsinə dair bütün hüquq müəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Müraciətinin icrası ilə əlaqədar Idarəinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Bundan sonra Idarə tərəfindən müraciətinin icrasından imtina edilmiş, imtinanın əsaslarından biri kimi qeyd edilmişdir ki, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti vardır. Araşdırma zamanı müəyyən etmişdir ki, hazırkı məhkəmə mübahisəsi mövcuddur. Həmçinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 tərəfindən iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən ona ünvanlanmış məktuba əsasən göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd edilmədiyindən, həmçinin qeyd olunan bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunan hissədə aşkar edilmədiyindən göstərilən sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş order barədə Idarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin ara sərhədləri şərti olmaqla qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən hüquqlarının qeydiyyata alınmasından imtina edimişdir. - “X4 və Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## #### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, tədqiq olunan ***A saylı bağ sahəsi ***V saylı bağ sahəsi ilə birlikdə mişar daşı ilə hasara alınmış və bağ sahələri şərti sərhədlə ayrılmışdır. Naturada təqdim olunan torpaq sahəsinin dəqiq sərhədlərinin və koordinatlarının müəyyən edilməsi üçün GPS aləti vasitəsi ilə geodeziya və kadastr ölçmələri aparılaraq qeydə alınmış koordinatlar kameral şəraitdə ərazinin bağ torpaq sahələrinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ayrılmış Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində *** nömrəli BTK nəzdində yerləşən, sahəsi 0,12 ha olan ***A saylı bağ sahəsinin koordinatları müəyyən edildi və rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Həmin bağ sahəsi digər qonşu ərazilərlə (bağ sahələri ilə) üst-üstə düşmür. Bağ sahəsinə dair digər şəxsin adına çıxarış işlənməmişdir. ***A saylı bağ sahəsi kommunikasiya xətlərinin (su, işıq, qaz) və dəmir yolunun mühafizə zolağına düşmür. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları: X=428700.02 Y=4479386.67 X=428623.03 Y=4479379.85 X=428707.92 Y=4479332.19 X=428684.91 Y=4479339.01 - Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 tərəfindən tədim edilmiş ərizədə göstərilmişdir ki, Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında Bakı şəhəri icraiyyə komitəsinin ## ##### 1994-cü il tarixli, *** nömrəli qərarına əsasən Bakı şəhəri, Çöl-Şüvəlan bağ sahəsində *** nömrəli BTK nəzdində yerləşən sahəsi 0,12 hektar olan ***V saylı bağ sahəsi onun istifadəsinə ayrılmışdır. Həmin bağ sahəsini mişar daş ilə hasara alaraq tikili inşa etmiş və torpaq sahəsini əkin üçün tam yararlı vəziyyətə gətirmişdir. Bağ sahəsi 30 ildən artıq müddətdir ki, onun sahiblik və istifadəsindədir. Bu səbəbdən də çıxarış verilməsi üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə torpaq sahəsinə dair bütün hüquq müəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Müraciətinin icrası ilə əlaqədar Idarəinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Bundan sonra Idarə tərəfindən müraciətinin icrasından imtina edilmiş, imtinanın əsaslarından biri kimi qeyd edilmişdir ki, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti vardır. Araşdırma zamanı müəyyən etmişdir ki, hazırkı məhkəmə mübahisəsi mövcuddur. X5 tərəfindən iş materiallarına əlavə edilmiş : - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən ona ünvanlanmış məktuba əsasən göstərilmişdir ki, Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi ərazinin bir hissəsi olduğu müəyyən edilmişdir. Bundan başqa, təqdim edilmiş *** saylı order nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, müvafiq bağ nömrəsi Bağ Tikinti Kooperativi sxemində və sxematix xəritədə qeyd olunan hissədə aşkar edilməmişdir Həmçinin göstərilən əraziyə digər fiziki şəxslərin müraciətləri mövcuddur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. - Çöl Şüvəlan bağlar sahəsindəki *** №-li kooperativ tərəfindən verilmiş *** nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, Çöl Şüvəlan bağlar sahəsində *** №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan ***V №-li bağ Bakı şəhər icraiyyə komitəsinin ## ##### 1994-cü il tarixli *** nömrəli qərarına əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Iosiovnaya ayrılmışdır. - “X4 və Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## #### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, - Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılmış Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində *** nömrəli BTK nəzdində yerləşən, sahəsi 0,12 ha olan ***V saylı bağ sahəsinin koordinatları müəyyən edildi və rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Həmin bağ sahəsi digər qonşu ərazilərlə (bağ sahələri ilə) üst-üstə düşmür. Bağ sahəsinə dair digər şəxsin adına çıxarış işlənməmişdir. ***V saylı bağ sahəsi kommunikasiya xətlərinin (su, işıq, qaz) və dəmir dəmir yolunun mühafizə zolağına düşmür. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları: X=428684.91 Y=4479339.01 X=428707.92 Y=4479332.19 X=428692.81 Y=4479284.53 X=428669.79 Y=4479291.34 - Apellyasiya icraatı zamanı Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş *-**-*-**/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, *** saylı BTK-nın nəzdində Bakı şəhər IK-nın ##.##.1994-cü il tarixli *** nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən ***A saylı bağ sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına ayrılmasına dair *** nömrəli order, eləcə də ***B saylı bağ sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına ayrılmasına dair *** nömrəli order Idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhər IK-nın ##.##.1994-cü il tarixli *** nömrəli qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Apellyasiya icraatı zamanı Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 3-21-3-30/2—*****/**** nömrəli ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr bazasında X17 ayrıcı olmadığından ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Həmin sorğuya cavab məktubu ilə *** saylı BTKnın yerləşmə sxemi iş materiallarına əlavə edilmişdir. - Apellyasiya baxışı zamanı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 nümayəndəsi və vəkili tərəfindən üçüncü şəxs tərəfindən torpaq sahəsinin ortasına mişar daşları tökülməsi, hasarlama işlərinin aparılmasına dair fotoşəkillər təqdim edilmişdir. Beləliklə, inzibati işin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair X14 və Istismarı Birliyi və İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan 152 E nömrəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddiaya dair etirazında, habelə apellyasiya şikayətində o hallara istinad etmişdir ki: - bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. - Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. - elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. - bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsi ***V saylı bağın ərazisinə uyğun gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları diqqətə çatdırır. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər üzrə araşdırma aparılaraq *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında X14 və Istismarı Birliyi və iddiaçı İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan 152 E nömrəli bağ sahəsinin naturada yerinin, koordinatlarının (sahə sərhədlərinin), ölçüsünün, təyinatının, sxematik xəritəyə münasibətdə yerləşmə mövqeyinin, qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun yerləşib-yerləşməməsinin, bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra onun tam və ya bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin, Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılmış Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində *** nömrəli BTK nəzdində yerləşən, sahəsi 0,12 ha olan ***V saylı bağ sahəsinin naturada yerinin, koordinatlarının (sahə sərhədlərinin), ölçüsünün, təyinatının, sxematik xəritəyə münasibətdə yerləşmə mövqeyinin, həmin bağ sahəsinin sxematik xəritə ilə, həmçinin naturada yeri iddiaçıya ayrılmış bağ sahəsinin yerinə uyğun gəlib-gəlməməsinin, Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ayrılmış Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində *** nömrəli BTK nəzdində yerləşən, sahəsi 0,12 ha olan ***A saylı bağ sahəsinin naturada yerinin, koordinatlarının (sahə sərhədlərinin), ölçüsünün, təyinatının, sxematik xəritəyə münasibətdə yerləşmə mövqeyinin, həmin bağ sahəsinin sxematik xəritə ilə, həmçinin naturada yeri iddiaçıya ayrılmış bağ sahəsinin yerinə uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən *-**-**/*-**/****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla məhkəməyə ünvanlanmış **/**** nömrəli, ## ###### 2026-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə X14 və Istismarı Birliyi və iddiaçı İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 0.12 ha olan 152 E nömrəli bağ sahəsinin koordinatları aşağıdakı kimidir: X=428669.6521 Y=4479291.5004 428690.5580 4479356.8163 428716.7390 4479348.7288 428697.1076 4479283.3580 Mülki iş materiallarına əlavə edilmiş bağların bölgü sxeminə əsasən X14 və Istismarı Birliyi və iddiaçı İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 0.12 ha olan 152 E nömrəli bağ sahəsi nömrə ardıcıllığına uyğundur. Qərardadın ikinci sualı üzrə X14 və Istismarı Birliyi və iddiaçı İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 0.12 ha olan 152 E nömrəli bağ sahəsi faktiki olaraq digər torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın üçüncü və dördüncü sualları üzrə Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 losifovnaya ayrılmış Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində *** nömrəli BTK nəzdində yerləşən, sahəsi 0.12 ha olan 150 V saylı bağ sahəsinin və Bağlar Təsərrüfatı və Inkişafı Birliyinin *** nömrəli orderi əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ayrılmış Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində *** nömrəli BTK nəzdində yerləşən, sahəsi 0.12 ha olan 150 A saylı bağ sahəsinin yerləşmə sxemi olmadığından, o cümlədən Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin məktubuna əsasən,*** saylı BTK-nın nəzdində Bakı şəhəri IK-nın ##.##.1994-cü il tarixli *** nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən ***A saylı bağ sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına ayrılmasına dair *** nömrəli order, eləcə də ***B saylı bağ sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 adına ayrılmasına dair *** nömrəli order Idarənin arxivində aşkar edilmədiyindən həmin bağ sahələrinin sxematik xəritəyə münasibətdə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası sözügedən rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirir. Müvafiq olaraq apellyasiya instansiya icraatı zamanı məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla sorğunun icrası ilə əlaqədar olaraq vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsinin qonşuluğunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağ sahəsi, *** saylı BTK-nın **f saylı bağ sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, *** saylı BTK-nın *** saylı bağ sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, ***b saylı bağ sahəsinin dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi, ***V saylı bağ sahəsinin dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin və *** saylı BTK-nın yerləşmə sxeminin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ masivi ünvanında yerləşən, ***E saylı bağ sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlərin (arxiv qovluğunun) əslinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təqdim olunan mübahisəli bağ sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlərin (arxiv qovluğunun) əslinə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin arxiv qovluğunda mövcud olan Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Apparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş Istehsalat Idarəsinin Bağlar Təsərrüfatı Idarəsinin Çöl Şüvəlan bağlar sahəsindəki *** nömrəli kooperativ tərəfindən X6 verilmiş *** nömrəli orderin əsli tədqiq edilərkən orderin hüquqmüəyyənedici sənəd kimi mötəbərliyinə və orada aparılan yazıların həqiqiliyinə şübhələr müəyyən olunmuşdur. Belə ki, orderdə bağ sahəsinin nömrəsi kimi qeyd olunan “152B” nömrəsi üzərində sonradan düzəliş aparılaraq “152E” kimi dəyişdirilmişdir. Yəni, “B” hərfinin bir hissəsi silinərək “E” hərfi kimi qeyd edilmişdir (orderin rəngli surəti iş materiallarına əlavə olunur). Həmin düzəliş sənədin vizual baxışı zamanı açıq şəkildə müşahidə olunur. Arxiv qovluğunda həmin düzəlişin hansı əsasla, kim tərəfindən və nə vaxt aparıldığını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Düzəliş səlahiyyətli vəzifəli şəxsin imzası və ya digər təsdiqləyici rekvizitlə rəsmiləşdirilməmişdir. Həmçinin arxiv qovluqda olan: - X6 tərəfindən X12 direktoruna ünvanlanan ##.##.2004-cü il tarixli ərizədən görünür ki, Çöl Şüvəlan qəsəbəsində yerləşən ***b saylı bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. - İddiaçı Bağlar idarəsinin rəisinə ünvanlanan ərizədən görünür ki, Çöl Şüvəlan ərazisindəki ***b №-li bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Arxiv qovluğunda olan ərizələrə diqqət yetirdikdə məlum olur ki, vətəndaşlar məhz orderdə qeyd edildiyi kimi ərizələrində də 152b qeyd etməklə 152B (latın əlifbası ilə ***V) saylı bağ sahəsi ilə bağlı müraciətləri olmuşdur. Iddiaçının ərizəsinin X14 və Istismarı Birliyində ##.##.2004-cü il tarixdə qeydə alındığı, həmin sənədin üzərində ##.##.2005-ci il tarixdə ödənişin edildiyi və bağın nömrəsinin 152E kimi qeyd aparıldığı görünür. Buradan da belə nəticə hasil olur ki, bağ sahəsinin nömrəsi orderdə də qeyd edildiyi kimi 152V (kiril əlifbası ilə 152B) olmuşdur. Həmçinin, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi X14 və Istismarı Birliyi və İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqavilədə də bağın nömrəsində müvafiq düzəlişin edildiyi aşkardır. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iş materiallarında olan hüquqmüəyyənedici sənəd olaraq orderin mötəbərliyinə şübhələr olduğundan həmin sənəd mötəbər sübut kimi qəbul edilmir. Belə ki, arxiv qovluğundan da belə müəyyən olunur ki, əslində sözügedən bağ sahəsi X6 Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Apparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş Istehsalat Idarəsinin Bağlar Təsərrüfatı Idarəsinin Çöl Şüvəlan bağlar sahəsindəki *** nömrəli kooperativ tərəfindən ayrılmış daha sonra həm onun həm də hazırki iddiaçının ərizələri əsasında bağ sahəsi hazırki iddiaçı İddiaçı adına keçirilmiş və daha sonra X14 və Istismarı Birliyi ilə müqavilə bağlanılmışdır. Ilk baxışdan mövcud praktikaya uyğun görünsə də əslində əsas məsələ ondan ibarətdir ki, X6 ayrılan daha sonra isə İddiaçı adına keçirilən bağ sahəsi ***b saylı bağ olmuşdur. Yəni ki, mübahisə predmeti olan bağ sahəsi ilkin olaraq 152B nömrəsi ilə başqa şəxsə ayrılmış, sonradan həmin şəxsin ərizəsi əsasında iddiaçıya verilməsi rəsmiləşdirilmişdir. Bununla belə, iş materiallarında olan orderin məzmunundan müəyyən edilir ki, sənəddə bağ sahəsinin nömrəsi üzərində sonradan düzəliş edilmiş, “152B” nömrəsi silinərək “152E” nömrəsi göstərilmişdir. Həmin düzəlişin hansı əsasla aparıldığı, kim tərəfindən edildiyi və səlahiyyətli vəzifəli şəxs tərəfindən təsdiq olunub-olunmadığı müəyyən edilmir. Sənəddə edilən düzəliş onun mötəbərliyinə şübhə yaratdığından kollegiya həmin orderi mübahisəli bağ sahəsinin məhz ***E nömrəli sahə olduğunu təsdiq edən kifayət qədər etibarlı sübut kimi qəbul etmir. Belə olan halda cavabdehin imtinası, etiraz və apellyasiya şikayətinin dəlillərindən biri olan -bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir- dəlili ilə kollegiya razılaşır. Bununla yanaşı cavabdehin digər imtinası olan elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsinin aşkar edilməməsi, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin ***V saylı bağın ərazisinə uyğun gəlməsi dəlili də əsaslı sayılaraq bir daha diqqətə çatdırılır ki, sözügedən imtinanın gözardına alınması, nəzərə alınmaması o hala yol aça bilər ki, vaxtilə 1 bağ sahəsi ayrılmış şəxs olan X6 həmin orderdən istifadə edərək iki fərqli bağla bağlı (152B və 152E) sərəncam vermiş olar. Iddia olunan bağ sahəsinə aid olduğu bildirilən həm orderdə, həm də onun əsasında sonradan verildiyi bildirilən bağlar müqaviləsində bağ nömrəsində mövcud düzəlişlər hansısa adi texniki səhv kimi qiymətləndirilə bilməz. Bu o anlama gəlir ki, 2 fərqli bağla bağlı (həm 152B (kiril əlifbası ilə), həm də 152E) 1 hüquqmüəyyənedici sənəddən istifadə edilir və ya istifadə edilməsi mümkün ola bilər. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən həmçinin cavabdehin qeyd edilən dəlillərinin yoxlanılması məqsədilə tərəflərin iştirakı ilə yerli baxış təşkil olunmuş, məhkəmə tərkibi tərəfindən mübahisəli iddia olunan torpaq sahəsinə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmiş ümumi ölçüsü 0,88 ha olan torpaq sahəsinin daxilində hasarsızdır, həmin ümumi hasarın 2 tərəfi qonşu, 2 tərəfi isə yoldur, torpaq sahəsində tikili mövcud deyildir, həmçinin torpaq sahəsinin 27 metr məsafəsindən dəmir yolu xətti keçir. Yerli baxış zamanı özünü iddiaçının nümayəndəsi kimi təqdim edən və ərazini göstərən şəxs iddiaçıya ayrılmış bağ sahəsinin yerini təxminən göstərmiş, istifadə edilmədiyini qeyd etmiş, əvvəllər yarımçıq bir tikilinin olduğunu, sonradan isə söküldüyünü və torpaq sahəsinin ortasında mövcud olan mişar daşlarının 3-cü şəxslər tərəfindən töküldüyünü qeyd etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bağ sahəsini faktiki olaraq təhvil almamış, uzun müddət ondan istifadə etməmiş, sahəyə sahibliklə bağlı hər hansı hərəkətlər həyata keçirməmişdir. Əksinə, iş materiallarından görünür ki, mübahisəli ərazidə digər şəxslərə məxsus mişar daşları yerləşdirilmişdir ki, bu da iddiaçının həmin sahə üzərində faktiki istifadə və sahiblik həyata keçirmədiyini göstərən hallardan biridir. Halbuki, iddiaçının istinad etdiyi X14 və Istismarı Birliyi və İddiaçı arasında bağlanılmış ***** saylı ##.##.2005-ci il tarixli müqavilənin predmeti ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan 152 E nömrəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi ilə bağlı olmuşdur. Iş üzrə toplanmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı mübahisəli ***E nömrəli bağ sahəsinə münasibətdə hüququnun yarandığını, eləcə də həmin hüququnun cavabdehin hərəkəti və ya qərarı nəticəsində pozulduğunu etibarlı və kifayət qədər sübut edə bilməmişdir. Orderdə, daha sonra müqavilədə mövcud olan düzəlişin hüquqi əsaslarının müəyyən edilməməsi, bağ sahəsinin fərdiləşdirilməsində yaranmış qeyri-müəyyənlik, eləcə də iddiaçının bağ sahəsini faktiki qəbul etməməsi və istifadə etməməsi (istifadəsini sübut edə bilməməsi) iddia tələbinin əsaslı hesab olunmasına imkan vermir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (IPM-87.6). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Iddia tələbi rədd edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 50 manat iddiaçının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi”tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 (əlli) manat iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-1600/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1600/2025
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver