Məhkəmə qərarları › İş №2-1(103)-1601/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1601/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1601/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 iyul 2022-ci il tarixili “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********784000 saylı qərarının ləğv edilməsini tələb etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 iyul 2022-ci il tarixili **********784000 nömrəli qərarı ləğv edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə “Axınca" MMC və "xxxx" MMC arasında baş vermiş alqı-satqı əməliyyatlarını subyektiv əsaslarla deyil, “Axınca’’ MMC və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsini üçüncü şəxs kimi məhkəmə işinə cəlb edərək “Axınca" MMC və "Dermon Group” MMC-nin idxal etmədiyi və almadığı malların hansı formada iddiaçıya satışının həyata keçirildiyini aydınlaşdıra bilərdi, habelə həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları (anbara giriş-çıxışını təsdiq edən digər sənədləri və s.) tələb edə bilərdi. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən "xxxx" MMC və "Dermon Group” MMC tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materallarına əsasən: - İddiaçı ASC tərəfindən 22 aprel 2022-ci il tarixində 2021-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə kassa metodu ilə təqdim edilmişdir. - Cavabdeh qurum tərəfindən 05 iyul 2022-ci il tarixində İddiaçı ASC-yə 2216 **********00 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, “tərəfinizdən xx.xx.2022-ci il tarixdə kassa metodu ilə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılır. Araşdırma zamanı 2021-ci il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən (“AXİNCA" MMC və “DERMON GROUP" MMC) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir, bu isə vergidən yayınma halı kimi qiymətləndirilir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətdək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır". - Göstərilən məktuba müvafiq olaraq 13 iyul 2022-ci il tarixində İddiaçı ASC tərəfindən cavabdehə məktubla müraciət edilmiş və məktub **********098100 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində qeydiyyata alınmışdır. Məktubda cavabdeh orqana bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN:**********) şirkətləri ilə 2021-ci il ərzində aparılan əməliyyatlar nəticəsində 3 ədəd Hitachi markalı pul sayan sayğacı və 2 ədəd həmin sayğaclar üçün müştəri tablosu əldə olunmuşdur. Həmin əməliyyatların əmtəəli olduğunu nəzərinizə çatdırırıq və əlavə olaraq da bütün sənədləri və fotoşəkilləri Sizə təqdim edirik”. - İddiaçı ASC ilə "xxxx" MMC arasında 14 aprel 2021-ci il tarixində 020 №-İi alqısatqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 14 aprel 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 2 ədəd pul sayğacı və 20 may 2021- ci il tarixli Əlavə №2-yə əsasən 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alımışdır. - İddiaçı ASC ilə "xxxx" MMC arasında 19 noyabr 2021-ci il tarixində 022 №-li alqısatqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əlavə olan 19 noyabr 2021-ci il tarixli Əlavə №l-ə əsasən Hitachi İH 110 markalı 1 ədəd pul sayğacı və 1 ədəd pul sayğacı üçün müştəri tablosu İddiaçı ASC tərəfindən satın alımışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022- ci il tarixli №**********784000 qərara əsasən (mənfəət vergisi, hesabat dövrü 2021-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.944,80 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 340.432,40 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 338.487,60 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı 2021-ci il ərzində AXİNCA MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 3.332,00 manatlıq və DERMON GROUP MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 6.392,00 manatlıq mallar alınmışdır. Bildiririk ki. qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İşdən göründüyü kimi, iddiaçı “Bank Avrasiya" ASC "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC şirkətlərindən ümumi dəyəri 9724,0 manat elektron qaimə-fakturalar üzrə mal almışdır ("xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 646252 nömrəli elektron qaimə-faktura üzrə 3332,0 manat, "xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 157599 nömrəli elektron qaimə-faktura üzrə 6120,0 manat və EBBM seriyalı xx.xx.2021-ci il tarixli 181982 nömrəli elektron qaimə-faktura üzrə 272,0 manat). Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normalara və 9/2730 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslaraq düzgün olaraq qeyd etmişdir ki, “... iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir.” Birinci instansiya məhkəməsinin mövqeyini və cavabdehin apelyasiya şikayətini nəzərdən keçirən kollegiya qeyd edir ki, cavabdeh şikayətində hər hansı yeni hal və ya dəlil qeyd etməmiş, birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmiş mövqeyini yenidən təkrarlamışdır. Belə ki, işin hallarından aydın olur ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə **********138100 nömrəli qərar xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********479500 nömrəli qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı “Bank Avrasiya" ASC "xxxx" MMC (19 noyabr 2021-ci il tarixli, 022 №-li alqı-satqı müqaviləsi) və "xxxx" MMC (14 aprel 2021-ci il tarixli, 020 №-İi alqı-satqı müqaviləsi) şirkətlərindən ümumi dəyəri 9724,0 manat elektron qaiməfakturalar üzrə mal almışdır ("xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 646252 nömrəli elektron qaimə-faktura üzrə 3332,0 manat, "xxxx" MMC-dən EBBM seriyalı xx.xx.2021-ci il tarixli 157599 nömrəli elektron qaimə-faktura üzrə 6120,0 manat və EBBM seriyalı xx.xx.2021-ci il tarixli 181982 nömrəli elektron qaimə-faktura üzrə 272,0 manat). Göründüyü kimi, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən onların riskli vergi ödəyicisi olmaları barədə müvafiq qərar qəbul edilməmişdən əvvəl aparılmışdır. Cavabdeh isə apelyasiya şikayətində riskli vergi ödəyicisi ilə əməliyyat aparan digər vergi ödəyicisinə bu barədə xəbərdarlıq-bildiriş göndərilməsinə dair qanunvericilik normalarına istinad etsə də, yuxarıda qeyd edilən faktiki zaman fərqini nəzərə almamışdır. Cavabdeh orqan "xxxx" MMC və "xxxx" MMC-nin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmalarının iddiaçının məsuliyyət riski ilə əhatə olunmamasını nəzərə almamış və İddiaçı ASC-nin yalnız sonradan riskli vergi ödəyiciləri hesab olumuş MMC-lər ilə aparılmış əməliyyatlarının əmtəəsiz olması ehtimallarına əsaslanmaqla iddiaçının üzərinə qanunvericiliklə nəzərdə tutulmayan məsuliyyət qoymuşdur. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması və vergidən yayınmaya əsas verilən halların müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılaraq, hal-hazırda vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar da qəbul edilməmişdir. İş materialları və apelyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı ASC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması sadəcə ehtimal olunur. İstər iddiaçının müraciətinə cavabda, istərsə də məhkəmə baxışları zamanı cavabdeh inzibati orqan iddiaçının əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Cavabdehin şikayətindəki, hazırki mübahisə üzrə riskli vergi ödəyicisi hesab olunmuş MMC-lərin məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməli olmasına dair mövqeyinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılmış olmasının mübahisələndirilməsi ilə bağlıdır və işin faktiki halları ilə (təqdim edilən müqavilələr, elektron qaimə-fakturalar və s. İlə) cavabdehin mübahisələndirdiyi əməliyyatların əmtəəsiz əməliyyatlar olmaması və hər hansı vergidən yayınma hallarına yol verilməmiş olması təsdiq edildiyindən, müvafiq malları ona satmış MMC-lərin həmin malları hansı yolla (qeyri-qanuni olsa belə) əldə etmiş olmasının hazırki mübahisənin həllinə faktiki təsiri olmayacaqdır. Belə olduğu halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə və iddiaçının «əmtəəsiz maliyyə əməliyyatları kimi riskli əməliyyatlar aparan ASC olması ehtimal olunaraq vergi məsuliyyətinə cəlb edilməsini əsassız hesab etməkdə haqlı olmuşdur. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar