Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1601/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X18” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X14 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “X18” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7845/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********648800 saylı qərarından görünür ki, cavabdeh mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin məbləğinin 1.763.064,66 manat azaldılması barədə qərar qəbul etmiş və qərarda bildirilmişdir ki, cəmiyyətə göndərilmiş xx.xx.2022-ci il tarixli **********626300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalar üzrə ümumi dəyəri 1.763.064,66 manatlıq mallar alınmışdır. Qeyd olunan vergi ödəyicilərdən əldə edilmiş elektron qaimə fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsində kənarlaşma yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli **********378700 nömrəli qərarını ləğv edərək, mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin mələğinin 33 772,95 manat manat azaldılması barədə **********223900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmiş və qərarda bildirilmişdir ki, cəmiyyətə göndərilmiş xx.xx.2022 il tarixli **********626300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş riskli hesab olunmuş elektron qaimə - fakturalar üzrə ümumi dəyəri 1 763 064.66 manatlıq mallar alınmışdır. Təqdim edilən **********483300 nömrəli məktuba əsasən riskli vergi ödəyiciləri üzrə 33772,95 manat məbləğin xərclərə aid edildiyi müəyyən edilmişdir. Qeyd olunan vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə - fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsində kənarlaşma yaranmış və təqdim edilmiş bəyannamədə xərclərə aid edildiyi müəyyən edilən 33772,95 manat xərc məbləği azaldılmışdır. İddiaçı “X18” ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********648800 saylı 03 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 sentyabr 2023-cü il tarixli, **********223900 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “X18” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsi kameral qaydada yoxlanılmış və yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli **********648800 saylı Qərar qəbul edilmişdir. Həmin Qərar nəticəsində Bankın bəyan edilmiş 1 763 064.66 (bir milyon yeddi yüz altmış üç min altmış dörd manat, altmış altı qəpik) manat məbləğində ödənişlərinin xərc kimi nəzərə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82- ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bank tərəfindən 2021-ci ildə mal, iş və xidmətlərin alındığı 23 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən sözügedən şəxslərə bağlanılmış 29 müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, Bank mal, iş və xidmət əldə edən və/və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və/və ya xidmətin təhvil alınmasına dair təhviltəslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə Bank məlumatlı ola bilməzdi. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə Bank ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, Bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021ci il tarixli 2-1(102)-1143/2021 nömrəli qərarı). Sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Eyni zamanda, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri Vergi Məcəlləsinin 14cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Bank tərəfindən qeyd edilmiş şəxslər ilə aparılan əməliyyatlar əmtəəsiz əməliyyatlar olmamış, əməliyyatlar nəticəsində müvafiq müqavilələrdə nəzərdə tutulmuş mallar (işlər, xidmətlər) əldə edilmişdir və müvafiq təsdiqedici sənədlər ilə təsdiqlənmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 1 763 064,66 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (iş və ya xidmətlərin) həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” xx.xx.2022-ci il tarixli **********626300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 1 763 064,66 manat zərər məbləği silinərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********648800 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən qeyd edilən qərardan inzibati qaydada şikayət edilmiş və şikayətlə əlaqədar araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə 1 763 064,66 manat məbləğində aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), X10 (VÖEN: **********), X3 (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublar göndərilərək xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şəxsən və ya səlahiyyətli nümayəndələri (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmalarına baxmayaraq, müəyyən edilmiş vaxtda vergi ödəyicilərinin səlahiyyətli nümayəndələri və ya vəkilləri araşdırmada iştirak etməmiş, inzibati araşdırma üçün heç bir təsdiqedici sənədlər təqdim edilməmişdir. Bu hal xx.xx.2022-ci il tarixli Aktla rəsmişlədirilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində 34 186 395,27 manat məbləğində elektron qaimə-fakturaların əldə edildiyi (Kabel shturmann UTP CAT 5e, material, aksessuar, quraşdırma, montaj, test və markirovka, data kabeli UTP CAT 6, "UNİ BANK" KB-nin ünvan 3 ünvanında yerləşən 11 saylı Dərnəgül filialında Call centrdə qarderobun düzəldilməsi üçün, rəf, masa, "UNİ BANK" Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən mərkəzi ofisinin 1-ci mərtəbəsində yerləşən VİP filialı üçün çilçıraqların alınması və quraşdırılması üçün, tv stend, tumba, fen, Bilgeh Estatesdə icarəyə götürülmüş obyekt üçün baseyn avadanlığının alınması və quraşdırılması, "UNİ BANK" Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən mərkəzi ofisinin 1-ci mərtəbəsində yerləşən VİP filialında təmir işlərinin aparılması, kreslo işçi üçün, masa yan və s.), əldə edilmiş elektron qaimə- fakturalardan 1 763 064,66 manat hissəsinin "xxxx" MMC-dən 27 283,44 manat məbləğində, "xxxx" MMC-dən 116 480,0 manat məbləğində, "xxxx" MMC-dən 35 500,0 manat məbləğində, "xxxx" MMC-dən 108 000,0 manat məbləğində, "xxxx" MMC-dən 90 810,0 manat məbləğində, "xxxx" MMC-dən 28 750,0 manat məbləğində, "xxxx" MMC-dən 130 000,0 manat məbləğində, "xxxx" MMC-dən 74 125,0 manat məbləğində, "xxxx" MMCdən 1 980,0 manat məbləğində, "xxxx" MMC-dən 10 864,0 manat məbləğində, "xxxx" MMC-dən 102 720,0 manat məbləğində, "xxxx" MMC-dən 60 000,0 manat məbləğində, "xxxx" MMC-dən 193 681,0 manat məbləğində, "xxxx" MMC-dən 63 840,0 manat məbləğində, "xxxx" MMC-dən 121 312,92 manat məbləğində, "xxxx" MMC-dən 196 992,0 manat məbləğində, "xxxx" MMC-dən 4 456,0 manat məbləğində, "xxxx" MMC-dən 28 200,0 manat məbləğində, "xxxx" MMC-dən 13 980,0 manat məbləğində, "xxxx" MMC-dən 44 200,0 manat məbləğində, "xxxx" MMC-dən 257 600,0 manat məbləğində, X6 32 299,30 manat məbləğində və X1 19 991,0 manat məbləğində əldə edilmiş mallların (iş və xidmətlərin) qeyd edilən vergi ödəyicilərinin əldə etdikləri elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə əldə etmədiyi malları (iş və xidmətləri) satdıqları, işçi sayı olmadığı halda iş və xidmətlər göstərildiyi, Cəmiyyətin riskli vergi ödəyicilərindən əldə etdiyi və 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində qeyd etdiyi 1 763 064,66 manat məbləğin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********367400 nömrəli, X8 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********219500 nömrəli, X2 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********002600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********685200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********702600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********463000 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********256500 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********040000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********386100 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********356600 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********075000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********090900 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********070500 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********677900 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021- ci il tarixli **********459500 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********482300 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********064600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********461600 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********704300 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********664100 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********235200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********815000 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********927500 nömrəli qərarlar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, bank tərəfindən müqavilə üzrə qarşı tərəfdən hər hansı malların əldə edilməsi qeyri- mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7845/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********223900 saylı 04 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə mübahisəsi zamanı vergi ödəyicisi qeyd edilən əməliyyatlar üzrə çəkilmiş xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün bir hissəsinin xərcə aid edilmədiyini bildirmiş, riskli ödəyicilər ilə aparılmış əməliyyatın dəyəri isə Bankın gəlirinin əldə edilməsi ilə bağlı olmayan xərc olduğundan mənfəət vergisi bəyannaməsinin 249.3cü gəlirdən çıxılmayan digər xərclər sətrində əks etdirildiyi bildirilmişdir. Bank tərəfindən 2021-ci il üçün təqdim olunan mənfəət vergisinin bəyannaməsinin 232-ci “Digər xərclər” sətrində riskli elan olunmuş vergi ödəyiciləri ilə 16 əməliyyat üzrə ümumilikdə 33772,95 manat mal, iş və xidmətin dəyəri xərclərə aid edilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq vergi ödəyicisi tərəfindən yenidən 2021-ci il mənfəət vergisi üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə üzrə kameral vergi yoxlaması keçirilərək xx.xx.2023- cü il tarixli **********223900 nömrəli qərar qəbul edilərək 33772,95 manat zərər məbləği azaldılmışdır. Araşdırma zamanı Cəmiyyət tərəfindən xərcə aid edildiyi məbləğlər "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC(VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), X16 (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlarla əlaqədar olmuşdur. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində 34 186 395,27 manat məbləğində elektron qaimə-fakturaların əldə edildiyi (Kabel shturmannUTP CAT 5е, material, aksessuar, quraşdırma, montaj, test və markirovka, data kabeli UTP CAT 6, "UNl BANK" KB-nin ünvan 3 ünvanında yerləşən 11 saylı Dərnəgül filialında Call centredə qarderobun düzəldilməsi üçün, rəf, masa, "UNl BANK" Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən mərkəzi ofisinin 1-ci mərtəbəsində yerləşən VİP filialı üçün çilçıraqların alınması və quraşdırılması üçün, tv stend, tumba, fen, Bilgeh Estatesdə icarəyə götürülmüş obyekt üçün baseyn avadanlığının alınması və quraşdırılması, "UNl BANK" Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən mərkəzi ofisinin 1- ci mərtəbəsində yerləşən VİP filialında təmir işlərinin aparılması, kreslo işçi üçün, masa yan və s.), əldə edilmiş elektron qaimə-fakturalardan "xxxx" MMC-dən 27 283,44 manat məbləğində, "xxxx" MMC-dən 130 000,0 manat məbləğində, "xxxx" MMCdən 74 125,0 manat məbləğində, "xxxx" MMC-dən 1 980,0 manat məbləğində, "xxxx" MMC-dən 4 456,0 manat məbləğində, X6 32 299,30 manat məbləğində əldə edilmiş malların (iş və xidmətlərin) qeyd edilən vergi ödəyicilərinin əldə etdikləri elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə əldə etmədiyi malları (iş və xidmətləri) satdıqları, işçi sayı olmadığı halda iş və xidmətlər göstərildiyi, Cəmiyyətin riskli vergi ödəyicilərindən əldə etdiyi və 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində qeyd etdiyi 33772,95 manat məbləğin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 27 283,44 manat dəyərində təqdim edilmiş. elektronqaimə fakturalar üzrə satışda (Material, aksessuar, kabel, quraşdırma, təhvil, sazlanma və s.) qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş, uçot baza məlumatlarına əsasən işçi sayının olmadığı, eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********367400 nömrəli qərar qəbul edilmişdir. X11 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 37 821,94 manat dəyərində təqdim edilmiş elektron- qaimə fakturalar üzrə (riskli əməliyyat hissəsi 32 299,30 manat) satışda (PVC trunk, data prizi, flor mount trank, material, aksessuar və s.) qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə- faktura üzrə X4 alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda X4 təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1,3-cü yarımbəndlərinə əsasən X4 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********219500 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 74 125,0 manat dəyərində təqdim edilmiş elektron-qaimə fakturalar üzrə satışda (Bar masası, çəpər, tumba, lift yanı dolab və s.) qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********386100 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 130 000,0 manat dəyərində təqdim edilmiş elektron-qaimə fakturalar üzrə satışda (Printer altı kiçik, jurnal masası, kürsü işçi üçün, kreslo və s.) qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaiməfaktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********356600 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 1 980,0 manat dəyərində təqdim edilmiş elektron-qaimə fakturalar üzrə satışda (Plomb, vakuum selofan) qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********075000 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 456,0 manat dəyərində təqdim edilmiş elektron-qaimə fakturalar üzrə satışda (Wireless mouse, montaj komplekt, tava və s.) qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********704300 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qərarında qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərini riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Bununla bağlı, vergi orqanı tərəfindən məhz iddiaçı ilə riskli vergi ödəyiciləri arasında olan əməliyyatlar üzrə araşdırmanın nəticəsi olaraq əmtəəsiz əməliyyatlar aparıldığını müəyyən etmişdir. Belə ki, riskli vergi ödəyiciləri tərəfindən təqdim edilən mallar həmin ödəyicilərin alışında və idxalında olmadığı üçün həmin malların da digər vergi ödəyicilərinə satılmasının qeyri mümkünlüyü nəticəsinə gəlinmişdir. Məhkəmə qərarı aşağıda qeyd edilen esaslara göre leğv edilməlidir. İlk növbədə bildirilir ki, vergi orqanı tərəfindən əməliyyatların həqiqiliyini yoxlamaq üçün riskli hesab edilən vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmalarına baxmayaraq, müəyyən edilmiş vaxtda vergi ödəyicilərinin səlahiyyətli nümayəndələri və ya vəkilləri araşdırmada iştirak etməmiş, inzibati araşdırma üçün heç bir təsdiqedici sənədlər təqdim edilməmişdir. Bu hal xx.xx.2022-ci il tarixli aktla rəsmişlədirilmişdir. Həmçinin məhkəmə prosesləri zamanı da vergi orqanı iddiaçı tərəfə həmin şəxslərlə əlaqənin saxlanılmasını və məhkəmə proseslərinə dəvət edilərək təqdim edilmə kimi rəsmiləşdirilən əməliyyatlar üzrə malların necə və hardan əldə edilməsini aydınlaşdırılmasını bildirmişdir. Lakin iddiaçı tərəf həmin şəxslərlə hal hazırda heç bir əlaqənin olmadığını və onların məhkəməyə gətirilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən həmin şəxslərin tapılmaması da bir daha vergi orqanının qərararının düzgün olduğunu və əməliyyatların əmtəəsiz olduğunu sübut edir. Əslində, məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin riskli vergi ödəyicisi olması barədə qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış məhz sözügedən alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. Aparılan əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsi üçün əsas olan faktlar, yəni alınmamış, idxal edilməmiş malların satılması faktının sənədlərlə sübut edilməsinə və elektron qaimə fakturalarla təsdiq edilməsinə baxmayaraq məhkəmə daha yüksək sübutetmə standartı tətbiq edərək arqumentlərin sübut edilməsi üçün daha inandırıcı faktlar tələb etmişdir. Sənədlərlə sübut edilmişdir ki, alınmamış mallar satılmışdır. Halbuki alınmamış malların satılması imkan xaricindədir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli 2-1 (102)- 1212/2023 nömrəli qərarına əsasən “əməliyyatların vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi və barəsində riskli vergi ödəyicisi hesab edilmə barədə qərarların mübahisələndirilməməsi və bu günə qədər hər hansı orqan tərəfindən ləğv edilməməsi” əmtəəsiz əməliyyatların aparıldığını təsdiq edir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apelyasiya şikayətində qeyd edir ki, “Məhkəmə məntiqi olaraq müəyyən etməli idi ki, həmin riskli vergi ödəyicisi olması barədə qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış məhz sözügedən alğı-satqı əməliyyatları vergi orqanı tərəfimdən qanunvericiliyə əssən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.” Bank bu vergi ödəyiciləri ilə əməliyyatlar apararkən həmin ödəyicilər riskli vergi ödəyiciləri siyahısında olmamış, malların və xidmətlərin təhvil-təslimi qanunvericiliyə və tərəflərin arasında imzalanmış müqaviləyə uyğun olaraq baş tutmuş və bunun müqabilində qarşı tərəflərə müvafiq ödənişlər edilmişdir. Cavabdehin həmin ödəyicilərin sonradan əmtəəsiz əməliyyatlar apardığını aşkar etməsi onu deməyə əsas vermir ki, bu ödəyicilərin apardığı bütün əməliyyatlar əmtəəsiz olmuşdur. Belə ki, cavabdeh sadəcə bir neçə əməliyyatı rəhbər tutaraq ödəyicilərin apardığı bütün əməliyyatları əmtəəsiz hesab etmiş və bu səbəbdən Bank da cavabdehin etdiyi əsassız və qanunsuz ümumiləşdirmənin qurbanı olmuşdur. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması üçün sadəcə bir tərəfin deyil, hər iki tərəfin birgə iradəsi və iştirakçılığı lazımdır. Cavabdeh isə bu birgə iştirakçılığı sadəcə malın satıcısının idxalında və e-qaimə üzrə alışında satılan malların müəyyən edilməməsi kimi “mötəbər” sübutlara istinad etməklə sübut etməyə çalışır. Halbuki bu sübutlar heç bir halda bir əməliyyatın əmtəəsiz olduğunu ehtiva edə bilməz. Cavabdeh bunu sübut etmək üçün Banka münasibətdə inzibati icraat aparmalı, malların həqiqətən mövcudluğuna dair sübutlar tələb etməli, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirləri ilə əməliyyatın həqiqətən baş tutduğunu və ya tutmadığını sübut etməli idi. Başqa sözlə, cavabdeh sadəcə mülahizə yürüdərək Banka əlavə vergi öhdəlikləri müəyyən etmək əvəzinə bütün mümkün halları araşdırmalı idi. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir. Lakin vergi orqanı heç bir mötəbər sübuta söykənmədən sadəcə mülahizə əsasında belə qənaətə gəlmişdir ki, Bankın bu vergi ödəyiciləri ilə etdiyi əməliyyatlar da əmtəəsiz olmuşdur. Cavabdeh eyni zamanda apellyasiya şikayətində qeyd edir ki: ''Aparılan əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsi üçün əsas olan faktlar, yəni alınmamış, idxal edilməmiş malların satılması faktının sənədlərlə sübut edilməsinə və elektron qaimə fakturalarla təsdiq edilməsinə baxmayaraq məhkəmə daha yüksək sübutetmə standartı tətbiq edərək arqumentlərin sübut edilməsi üçün daha inandırıcı faktlar tələb etmişdir. Sənədlərlə sübut edilmişdir ki, alınmamış mallar satılmışdır. Halbuki alınmamış malların satılması imkan xaricindədir. ” Cavabdehin bu növbəti əsassız arqumentinə münasibətdə isə bildiririk ki, riskli vergi ödəyiciləri barədə cavabdehin qeyd etdiyi faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri sırasında belə bir vəzifə müəyyən edilməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli, **********853800 nömrəli məktubla Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubla digər vergi ödəyicisi barəsində işçi sayı, illik dövriyyəsi, əmlakının və anbarının olub-olmaması barədə məlumat istənilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, **********393000 nömrəli məktubla Vergi Məcəlləsinin 30.2-ci maddəsinə istinad edilərək sözügedən məlumatların verilməsindən imtina edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı hazırda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********223900 saylı sonuncu qərarını mübahisələndirərək ləğv edilməsini xahiş edir. Həmin qərarın ləğv edilməsi ilə bağlı iddianı məhkəmə icraatının gedişində, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********648800 saylı qərarından görünür ki, cavabdeh mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin məbləğinin 1.763.064,66 manat azaldılması barədə qərar qəbul etmiş və bildirilmişdir ki, cəmiyyətə göndərilmiş xx.xx.2022-ci il tarixli **********626300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə fakturalar üzrə ümumi dəyəri 1.763.064,66 manatlıq mallar alınmışdır. Qeyd olunan vergi ödəyicilərdən əldə edilmiş elektron qaimə fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsində kənarlaşma yaranmışdır. İşdən görünür ki, cavabdeh hazırki inzibati işin birinci instansiya məhkəməsində icraatı zamanı həmin qərarını ləğv edərək, xx.xx.2023-cü il tarixli **********378700 nömrəli qərarı ilə yenidən mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin məbləğinin 1.763.064,66 manat azaldılması barədə qərar qəbul etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli **********378700 nömrəli qərarını da ləğv edərək, mənfəət vergisi üzrə 2021-ci il üzrə iddiaçının bəyan etdiyi zərərin mələğinin 33 772,95 manat manat azaldılması barədə **********223900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmiş və bildirilmişdir ki, Cəmiyyətə göndərilmiş xx.xx.2022 il tarixli **********626300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş riskli hesab olunmuş elektron qaimə - fakturalar üzrə ümumi dəyəri 1 763 064.66 manatlıq mallar alınmışdır. Təqdim edilən **********483300 nömrəli məktuba əsasən riskli vergi ödəyiciləri üzrə 33772,95 manat məbləğin xərclərə aid edildiyi müəyyən edilmişdir. Qeyd olunan vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə - fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsində kənarlaşma yaranmış və təqdim edilmiş bəyannamədə xərclərə aid edildiyi müəyyən edilən 33772,95 manat xərc məbləği azaldılmışdır. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş həmin sonuncu xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14- cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı 007010 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 43,00 manat, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı 532982 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 8 186,60 manat, xx.xx.2021-ci il tarixli, EBBF seriyalı 466327 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 1980 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 235841 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 1 558,00 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 236927 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 804,70 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 838703 nömrəli elektron qaiməyə əsasən X17 4 455, 5 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 844085 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 550,00 man, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 845816 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 7 125,00 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 224496 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 180,00 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı 553628 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən 496 manat, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı 534564 nömrəli elektron qaiməyə əsasən “Lazer-STV" MMC tərəfindən 1 600,00 manat, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı 990875 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 1 114,90 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 238061 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 1 815,2 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı 238848 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 1061,25 manat, xx.xx.2021-ci il tarixli, EBBF seriyalı 979478 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 1909,8 manat və xx.xx.2021-ci il tarixli, EBBE seriyalı 992475 nömrəli elektron qaiməyə əsasən X17 tərəfindən 893 manat olmaqla, cəmi 33772,95 manat dəyərində mal “X18” Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı onunla qeyd edilən vergi ödəyiciləri arasında bağlanmış müqavilələri, həmin müqavilələr əsasında təqdim edilən mallara (iş, xidmət) dair təhvil-təslim aktlarını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılmasına istinad edərək, həmin vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə - fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı nəticəsinə gəlmiş və bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və həm iddia tələbinə dair etirazda, həmçinin apellyasiya şikayətində həmin dəllilləri qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələri tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2021-ci il tarixli, **********704300 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC -01.03-xx.xx.2021-ci il tarixlərində 168 122,6 manat dəyərində "Tumiket, HDD üçün səbət. Video server. Biostar kart oxuyucu, LCD monitor, İP dome kamera daxili, Şlaqbaun 5 mt və s." təqdim edildiyi, qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün, xx.xx.2021-ci il tarixli, **********075000 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 70,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda PlastikPlomb (Bayıl), Seyf HHd 14, qəpik sayan magner 926 Plus və sair qeyd olunduğu, lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi üçün, xx.xx.2021-ci il tarixli, **********386100 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC – xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 139,5 min manat məbləğində təqdim edilmiş qaimə fakturalar üzrə satışda ağ kağız A4, balıq konservi, bar masası, daş tozu, dondurulmuş balıq, kərə yağı, kreslo başlığı və sair qeyd olunduğu, lakin elektron qaimə-faktura üzrə "xxxx" MMC-nin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyi üçün, xx.xx.2021ci il tarixli, **********356600 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC- xx.xx.2021-ci il tarixində e-qaimə üzrə satışında 130 000,0 manat (ƏFV-siz) dəyərində “kreslo, dolabça, masa, mətbəx mebeli və s qeyd olunduğu, lakin elektron qaimə-faktura üzrə "xxxx" MMCnin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi üçün, xx.xx.2021-ci il tarixli, **********367400 nömrəli qərar ilə vergi ödəyicisi "xxxx" MMC – xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 180,488 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "LAN kabel UTP CAT6 AWG 23 SHTURMANN, Material, aksessuar, Hərəkət detektoru Pyronix KX15-DT, Kassa üçün Klient-Kassir audio selektoru, Mərmər pillə (eni 33 mm), DT-75 köməkçi mühərrik, UAZ Fermer Çaşka feredo. New holland qabaq şin. Taxta, Şəkər tozu. Makaron məmulatları, Sement, Otsep, Qum, Sərt disk - 1TB HDD (HP DV6735 ER 17 cpu üçün) və s." qeyd olunduğı, lakin elektron qaimə faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi, əmək müfəttişliyinin uçot-baza məlumatlarına əsasən Cəmiyyətin işçisi müəyyən edilmədiyi, cəmiyyətin fəaliyyət növünün qablaşdırma kimi qeyd olunduğu. təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edildiyi üçün, xx.xx.2021-ci il tarixli, **********219500 nömrəli qərar ilə vergi ödəyicisi X17 - xx.xx.2021-05 08.2021-ci il tarixlərində cəmi 32,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda" Konnektor female DC, Pyronix PCX-RİX8İ zon genişlətmə modulu, Həyacan düyməsi. Kabel ŞVP 2x0.75mm2 və s" qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilmədiyi üçün riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Beləliklə, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X17 müvafiq olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021ci il tarixlərdə riskli vergi ödəyicisi hesab olunsalar da, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyat qeyd edilən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl, yəni müvafiq olaraq 10.03-xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və 14.06-xx.xx.2021-ci il tarixlərə aid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Beləliklə, qanunvericiliyin tələbindən belə bir qənaətə gəlmək olur ki, riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X9 riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı isə həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etməklə mənfəət vergisini hesablayarkən nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid deyil və bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. İddiaçı onunla qeyd edilən vergi ödəyiciləri arasında bağlanmış müqavilələri, həmin müqavilələr əsasında təqdim edilən mallara (iş, xidmət) dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etmiş, cavabdeh həmin sənədlərdə göstərilən mallar, işlər və xidmətlərin iddiaçıya təqdim edilməməsi, yəni mövcud olmaması ilə bağlı hər hansı bir əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. O da qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh iddiaçının “"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və X17 ilə apardığı əməliyyatlar üzrə 33772,95 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə 33772,95 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq xərcdən çıxmış və 2021-ci ilin mənfəət vergisi üzrə 33772,95 manat zərər məbləği silinmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********223900 saylı barədə qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7845/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7845/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X20 Elvin Əliyev