Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1601/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4871/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini “60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdə X12 X8 Elektroradionaviqasiya kamerasına şagird-radiomontajçı kimi (xx.xx.1980-ci il tarixli 68-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1980 - xx.xx.1981-ci illər, eləcə də xx.xx.1984 xx.xx.1990-cı il tarixlərində 1-ci, 2-ci, 3-cü və 4-cü kateqoriyalı gəmi radiomontajçısı vəzifələrində işləmişdir. xx.xx.1990-cı il tarixində Azərbaycan SSR Əmək Məcəlləsinin 37ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1990-cı il tarixli 34-ş/h nömrəli əmr) işdən azad edilmişdir. Beləliklə, həmin İdarədə güzəştli şərtlərlə iş stajı 7 il 20 gün təşkil etmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Daha sonra, "xxxx" Şirkətlər Qrupunda xx.xx.1990-cı ildən xx.xx.2001-ci il tarixədək bərk izolyasiya sahəsində işləmişdir. 10 may 1990-cı il tarixli N31/k saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğı-izolyasiya sexində sahə ustası vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildən xx.xx.1990-cı il tarixinədək katuşkaların sarğıçısı, xx.xx.1990-cı ildən 1990-cı ilin yanvar ayınadək izolyasiya sexinə usta vəzifəsinə keçirilmişdir. 1991-ci ilin yanvar ayından xx.xx.2001-ci il tarixinədək bərk izolyasiya sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək mexaniki energetik şöbəsinə sahə rəis vəzifəsinə keçirilmişdir. Daha sonra, yəni xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə X3 Donanma İdarəsinə Dioqnostika şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə Dioqnostika şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “X1 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialında müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasında tutduğu vəzifədən azad edilmişdir. Daha sonra yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Milli Elmlər X4 Aparatının İşlər İdarəsinin tabeliyində İnzibati - Təsərrüfat şöbəsinə təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-nin Texniki işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Ümumilikdə 43 il 2 ay 17 gün əmək stajı vardır. Beləliklə, Xəzər X8 Elektroradionaviqasiya kamerasında güzəştli iş stajı 7 il 20 gün, SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda zərərli sahədə ümumi stajı isə 11 il 3 ay 4 gün təşkil etmişdir. Bununla da zərərli sahədə ümumi stajı 18 il 3 ay 24 gün təşkil etmişdir. Qeyd etdiklərini təsdiq edən sənədlər güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədi ilə 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Lakin cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda aşağıdakılar qeyd edilmişdir: “Mərkəzi Filiala təqdim etdiyiniz "ATEF” şirkətlər qrupunun sizə dair 27 oktyabr 2023-cü il tarixli 1/4293 nömrəli arayışında xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində sarğı-izolyasiya sexində usta vəzifəsində və bərk izolyasiya sahəsində rəis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz usta və rəis vəzifələri sözügedən arayıçda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan azz (7 il 20 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.2984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir”. Çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır (35 ümumi peşələr: şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlələr). İkincisi, işlədiyi "xxxx" Şirkətlər Qrupunda usta vəzifəsində işləmişdir. Usta vəzifəsi isə baş fəhlə anlamına gəlir. Belə ki, usta vəzifəsində fəhlənin gördüyü işləri icra etmişdir. Rəis vəzifəsində isə sexdə sahə rəisi kimi işləmiş və iş yeri daima sex olmuşdur. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası tam əsassızdır. Cavabdeh orqanın imtinası onun sosial təminat hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2023cü il tarixli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" şirkətlər qrupunun iddiaçıya dair 27 oktyabr 2023-cü il HH tarixli 1/4293 nömrəli arayışında xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində sarğı-izolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi usta və rəis vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 20 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4871/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, cavabdehə təqdim edilmiş "xxxx" şirkətlər qrupunun iddiaçıya dair 27 oktyabr 2023-cü il tarixli 1/2493 nömrəli arayışında xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində sarğıizolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Məhkəmə sorğulara gəlmiş cavab məktublarına əsasən iddiaçının xx.xx.1990-xx.xx.2001-ci il tarixlərdə işlədiyi sarğı-izolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi müddət (11 il 3 ay 4 gün) də əlavə edilməklə güzəştli iş stajının ümumlikdə 18 il 3 ay 24 gün olaraq nəzərə alaraq iddia tələbini təmin etmişdir. Belə ki, "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1/0165 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Sarğı-izolyasiya sexinin sahə ustasının, Bərk izolyasiya sahəsinin rəisi”nin “Mexaniki enerji şöbəsi rəisi”nin və “Şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlə”nin vəzifə təlimatlarını təqdim edilmişdir. İddiaçı vəzifələrinin icrası zamanı qulluq funksiyaları aşağıdakı kimi olmuşdur: Sarğı-izolyasiya sexinin sahə ustası olarkən – Transformatorların mis məftillə sarınması və sarğıların izolyasiyası. Bərk izolyasiya sahəsinin rəisi olarkən - Transformatorların bərk izolyasiya qatranı ilə izolyasiyası. Mexaniki enerji şöbəsi rəisi olarkən – Zavoddakı elektrik avadanlıqlarının enerji ilə müntəzəm təminatı prosesinə rəhbərlik. Şüşə plastikasından olan məmulatları emal edən fəhlə olarkən – şüşə plastikaların emalı üzrə fəhlə. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçıya güzəştli şərtlərlə pensiya verilməsi hüququ yaratdığı istinad edilən sarğıizolyasiya sexinin sahə ustası və bərk izolyasiya sahəsinin rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) şüşə liflərindən və şüşə plastikasından olan məmulatların mexaniki emalı ilə məşğul olan fəhlələr vəzifələrinə aid deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı “Xəzər neft qaz donanması” İdarəsinə xx.xx.1980-ci il tarixdə 68 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən elektroradionaviqasiya kamerasına radioquraşdırıcı şagirdi qəbul edilmişdir. xx.xx.1980-ci il tarixdə 128 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən birinci dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1981-ci il tarixdə 107 saylı xx.xx.1981-ci il tarixli əmrə əsasən ikinci dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1981-ci il tarixdə 128 saylı xx.xx.1981-ci il tarixli əmrə əsasən Sovet Ordusuna çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə 12 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən elektroradionaviqasiya kamerasına 2-ci dərəcəli gəmi radioquraşdırıcısı qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 123 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən üçüncü dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 131 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən dördüncü dərəcəli gəmi radioquraşdırıcısı keçirilmişdir. xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi üzrə (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə xx.xx.1990-cı il tarixli əmrə əsasən makara (katuşka) doyacıyısı qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə xx.xx.1990-cı il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi üzrə (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə 31k saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən SSRİ 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda sarğı-izolyasiya sexinə sahə ustası qəbul edilmişdir. Yanvar 1991-ci il tarixdə bərk izolyasiya sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə 44k saylı əmrə əsasən mexaniki energetik şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixdə 01-01/29 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən 0102-A11272 №-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəhadətnaməyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti sayılmışdır. xx.xx.2004-cü il tarixdə 10k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 29-cu bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 48 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən X3 Donanma İdarəsinə diaqnoztika şöbəsinə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdə 221 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən diaqnoztika şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə 99 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsiniin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixdə 11/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “Saipem S.P.A” Azərbaycan Respublikasında nümayəndəliyinə K.M.N.F-nin texniki köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə 38 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) ilə xitam verilmişdir. xx.xx.2008-ci il tarixdə EO0110/AH-08 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən “Saipem AsiaSDN BHD Azərbaycandakı Filialına texniki köməkçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdə EAO-0025 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən vəzifəsi layihə müdirinin müavini vəzifəsinə dəyişdirilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürən ilə əmək müqaviləsi bağlanması) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə EO00341 saylı xx.xx.2014-cü il tarixdə “X2 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına layihə müdiri müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixdə AEA-1 saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən vəzifəsi yerli qurumları əlaqələndirmə üzrə koordinator vəzifəsinə dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə 64ii saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən AMEA RH Aparatı İşlər İdarəsinin tabeliyində inzibati-təsərrüfat şöbəsinə təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə 192 saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə 20 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə 43 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İddiaçının X12 Donanmasında işlədiyi xx.xx.1980-xx.xx.1981-ci illər, eləcə də xx.xx.1984-xx.xx.1990-cı il illərdəki dövrlə (7 il 20 gün) bağlı cavabdeh mübahisə açmır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X12 Donanması tərəfindən təqdim edilmiş 13-3-2/3-9-240/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən həqiqətən xx.xx.1980-ci il tarixində Xəzər X8 Elektroradio naviqasiya kamerasına şagirdradiomontajçı kimi (xx.xx.1980- ci il tarixli 68-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.1980-xx.xx.1981-ci illər, eləcə də xx.xx.1984-xx.xx.1990-cı il tarixlərində 1-ci, 2-ci, 3cü və 4-cü kateqoriyalı gəmi radiomontajçısı vəzifələrində işləmişdir. xx.xx.1990-cı il tarixində Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) (xx.xx.1990-cı il tarixli 34-ş/h nömrəli əmr) işdən azad edilmişdir. Gəmi elektrik quraşdırıcısı (radiomontajçı) vəzifəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 14-cü bəndinin (Metal emalı) 14.3 “a” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (kod: 2150300a- 1753a) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Əsas: Şəxsi iş № 1064, şəxsi vərəqə T/2, kadr əmrləri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarəsi xx.xx.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və 10.01,2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X8 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, aşağıda qeyd olunan dövrlər İddiaçı münasibətdə güzəştli iş stajı kimi nəzərə alınmamışdır: 1) xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinədək “SSRİ-nin 60 illiyi adına Bakı Mayesiz Transformatorlar zavodunda dövr (müəssisə tərəfindən verilmiş arayışda bərk izolyasiya sahəsində rəis vəzifəsində işlədiyi qeyd olunsa da, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları barədə hər hansı məlumat əks olunmadığı üçün) Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1/4293 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən həqiqətən xx.xx.1990-cı il tarixli N31/k saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğıizolyasiya sexinin sahəsinə usta vəzifəsinə qəbul edilib. 01.1991-ci il tarixli əmrə əsasən bərk izolyasiya sahəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci tarixli əmr N44/k saylı əmrə əsasən mexaniki enerji şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2002ci-il əmrə 01-01/20 saylı əsasən xx.xx.2002-ci il tarixindən 0102-A11272 N saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəhadətnaməsinə əsəsən "Bakı Transformatorlar zavodu” ASC sayılmışdır. xx.xx.2004-cü il tarixli NlO/k saylı əmrə əsəsən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda ümumi iş stajı 13 il 8 ay 16 gün təşkil edir. Ondan zərərli sahədə ümumi stajında 11 il 3 ay 4 gün təşkil edir. X7iu SSRİ-nin 60 illiyi adına Bakı Mayesiz Transformatorlar zavodunda (xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinə kimi) bərk izolyasiya sahəsində sahə şəraitində işləmişdir. İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası" hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır (35 ümumi peşələr: şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlələr). İş materiallarında olan "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən 1/4794 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1990-cı il tarixli, N31/K saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun sarğı-izolyasiya sexinə usta (NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod: ******* b23187) vəzifəsinə qəbul edilmişdir. 1991-cı ilin yanvar ayında Bakı mayesiz transformatorlar zavodunun bərk izolyasiya sexinə sahə rəisi (NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod: 2160001b-24097) vəzifəsinə keçirilmişdir. Bakı mayesiz transformatorlar zavodu xx.xx.2002-ci il tarixli, 01-01/20 saylı əmrlə xx.xx.2002- ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 0102-A11272 N saylı şəhadətnaməsinə əsasən "xxxx" ASC sayılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixli N10/K saylı əmrə əsaasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunda ümumi iş stajı 13 il 8 ay 16 gün təşkil edir. Ondan zərərli sahədə ümumi iş stajı 11 il 3 ay 4 gün təşkil edir. İddiaçı SSRİ-nin 60 illiyi adına Bakı Mayesiz Transformatorlar zavodunda (xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinə kimi) bərk izolyasiya sahəsində sahə şəraitində işləmişdir. İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır. (12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2) elektrik izolyasiya materiallarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, sahə rəisləri. İş materiallarında olan "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən aq 1/0165 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Sarğı-izolyasiya sexinin sahə ustasının, Bərk izolyasiya sahəsinin rəisi”nin “Mexaniki enerji şöbəsi rəisi”nin və “Şüşə plastikasından olan məmulatların emalı ilə məşğul olan fəhlə”nin vəzifə təlimatlarını məktuba qoşmada təqdim edir. İddiaçı vəzifələrinin icrası zamanı qulluq funkiyaları aşağıdakı kimi olmuşdur: Sarğı-izolyasiya sexinin sahə ustası olarkən –Transformatorların mis məftillə sarınması və sarğıların izolyasiyası. Bərk izolyasiya sahəsinin rəisi olarkən - Transformatorların bərk izolyasiya qatranı ilə izolyasiyası. Mexaniki enerji şöbəsi rəisi olarkən – Zavoddakı elektrik avadanlıqlarının enerji ilə müntəzəm təminatı prosesinə rəhbərlik. Şüşə plastikasından olan məmulatları emal edən fəhlə olarkən – şüşə plastikaların emalı üzrə fəhlə. Apellyasiya araşdırması zamanı cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçının işlədiyi MMC-nin güzəştli sahə hesab edilməsi ilə bağlı araşdırmanın aparılmadığını bildirmiş və izahatında qeyd etmişdir ki, "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən 1/4794 saylı xx.xx.2024-cü il tarixli məktubda İddiaçı çalışdığı peşənin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında olduğu (12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2) elektrik izolyasiya materiallarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, sahə rəisləri.) qeyd edilmişdir. Lakin MMC-nin fəaliyyət istiqamətinin məhz elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri üzrə olması araşdırılmamışdır. Belə olan halda həmçinin, "xxxx" X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 1/4293 saylı xx.xx.2023-cü il tarixli arayışı ilə məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdakı ziddiyyətlərin aradan qaldırılması məqsədilə apellyasiya araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə sorğusu ünvanlanaraq MMC-nin fəaliyyət istiqamətinı barədə məlumatın, İddiaçı işlədiyi dövrdə ağır iş səraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin (süd, qatıq və s.) verilib-verilməməsi barədə məlumatın, İddiaçı işlədiyi sarğı-izolyasiya sexində usta və bərk izolyasiya sahəsində sahə rəisi vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın təqdim edilməsi tələb edilmiş, məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı ray., Əmircan ştq., Əmircan qəs., ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1961-ci ildə Azərbaycan Elektrik Zavodu əsasında yaradılan "Bakı Mayesiz Transformator Zavodu"nun varisi olmaqla elektrik avadanlıqlarının istehsalı, müxtəlif konfiqurasiyaların telləri və bina qurğularının hazırlanması sahəsində fəaliyyət göstərir. İddiaçı Ağa kişi oğlu xx.xx.1990-cı il tarixdə N31/K saylı əmrə əsasən SSRİ-nin 60 illiyi adına "xxxx" zavodunun sərgi-izolyasiya sexinə usta (AR NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod 2160001B-23187) vəzifəsinə çalışmışdır. 1991-ci ilin yanvar ayında "xxxx" ASC-də bərk izolyasiya sexinə sahə rəisi (AR NK-nin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə, kod 2160001B-24097) vəzifəsinə keçirilmişdir. "xxxx" ASC xx.xx.2002-ci il tarixli, 01-01/20 saylı əmrlə xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 0102-A11272 N saylı şəhadətnaməsinə əsasən "xxxx" ASC sayılmışdır. İddiaçı Ağa kişi oğlu xx.xx.2004-cü il tarixli N10K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Beləliklə, SSRİ-nin 60 illiyi adına "xxxx" ASC-də ümumi iş stajı 13 il 8 ay 16 gün təşkil etmişdir. Ondan 11 il 3 ay 4 gün zərərli sahədə olmuşdur. İddiaçı Ağa kişi oğlu xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixinədək bərk izolyasiya sahəsində sərəncamla işləmişdir. İddiaçı çalışdığı peşəsinin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 yanvar 2007-ci il tarixli, 2 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası" hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilərin siyahısında olan vəzifələrdə işləmişdir (12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlıqların təmiri; 2. Elektrik izolyasiya materiallarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, sahə rəisləri). Sorğuya cavab məktubuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi, əmrlərin surətləri, müxtəlif illər üzrə maliyyə ödənişlərinin və əlavələrin təsdiq edilmiş surətləri əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 7.2-ci bəndindən də göründüyü kimi Cəmiyyətin fəaliyyət istiqamətlərinə bütün növ transformatorlar, kompleks yarımstansiyalar, elektrotexniki aparatların, yarımstansiyaları, yüksək və aşağı gərginlikli elektrik avadanlıqlarının istehsalı, satışı və montajı, elektrik təchizat sistemlərinin, elektrotexniki avadanlıq və qurğularının, yüksək gərginlikli xətt və qurğuların layihələndirilməsi və inşası, layihə axtarış işləri və s. aid edilmişdir. Göründüyü kimi, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və zərərli əmək şəraiti işəgötürən tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısından:
12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2) lak və qatran bişirilməsi, hopdurulması, emallaşdırılmış məftillərin, halvanik elementlərin, elektrik izolyasiya materiallarının, qələvi akkumulyatorların, elektrik kömür və elektrik şotka məmulatlarının hazırlanması sahələrində məşğul olanlar: ustalar, böyük ustalar, bölmə rəisləri, növbə rəisləri, sahə rəisləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısından: 21600000 XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri 2160001b - 1) lak və qatran bişirilməsi, hopdurulması emallaşdırılmış məftillərin, halvanik elementlərin, elektrik izolyasiya materiallarının, qələvi akkumulyatorların, elektrik kömür və elektrik şotka məmulatları hazırlanması sahələrində məşğul olanlar 2160001b— 23187 ustalar, böyük ustalar 2160001b—23901 bölmə rəisləri 2160001b—24043 növbə rəisləri 2160001b—24097 sahə rəisləri Odur ki, iddiaçının xx.xx.1990-xx.xx.2001-ci il tarixlərdə sarğı-izolasiya sexində usta vəzifəsində və bərk izolasiya sahəsində rəis vəzifələrində işlədiyi müddət (11 il 3 ay 4 gün) də əlavə edilməklə güzəştli iş dövrü kimi nəzərə alınması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 18 il 3 ay 24 gün ( 7 il 20 gün + 11 il 3 ay 4 gün)stajı mövcuddur. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4871/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev