Məhkəmə qərarları › İş №2-1(103)-1602/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1602/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1602/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X1rşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi) "pensiyadan tutulan vəsaitin bərpa olunması, mənəvi ziyanın əvəzinin tutulması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X7 X1rşı, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla "pensiyadan tutulan vəsaitin bərpa olunması, mənəvi ziyanın əvəzinin tutulması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddianın əsasını heç bir məhkəmə qərarı, icra sənədi olmadan yarıqat edilən pensiyanın bərpa olunması, "Əmək pensiyaları haqqında" Qanunun 19.2.7-ci maddəsinə əsasən pensiyaya 77 manatlıq, Prezidentin xx.xx.2001 tarixli 613 saylı fərmanı və xx.xx.2000 tarixli sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 12 manatlıq, toplam 115 manatlıq əlavənin hesablanması və dəyən maddi və mənəvi ziyanın ödənilməsi təşkil edir. Cavabdeh dövlətin onun üzərinə qoyduğu pensiyanı ödəmək öhdəliyinə əməl etməyib və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərə, əlilliyə görə ödənilən məbləğin yarısını 2 ay başqa şəxsə ödəyib. Halbuki, lap borclu olsa da, "İcra haqqında" Qanunun 68.1.2-ci maddəsinə görə tələb borclunun xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməz. Cavabdeh ƏƏSMN yanında DSMF-in qanundan xəbərsizliyi onu məsuliyyətdən azad etmir. Məhkəmə qərarını əsaslandırmayıb. Pensiya təminatı vaxtaşırı ödənilən pul vəsaitidir və iddiaçı 2 ildir hər həftə, hər ay cavabdehə başqasına ödədiyi pensiyanı bərpa etməsini təmin etmək üçün müraciət edir. Cavabdeh başqasına ödədiyi vəsaiti geri qaytarmaq və bunun üçün məhkəməyə müraciət etmək əvəzinə, onun məhkəmə təminatı hüququna qadağa qoymaq yolunu tutub. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf şikayəti müdafiə edərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Hərbi Qulluqçular və X6 İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından tutulan 175 manat vəsaitin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyan olaraq cavabdehdən 10.000 manat pulun tutulub onun pensiya hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 saylı Fərmanı və xx.xx.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya edilməklə, onun pensiyasına əlavə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə verərək, əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razı olmayan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-106/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1601/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-106/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Hərbi Qulluqçular və X6 İş İdarəsi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X7 X5 İdarəsi (bundan sonra mətndə DSMF X5 İdarəsi) ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə nəticəsi ilə razılaşır. İşdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 2(010)- 3404/2016 saylı, xx.xx.2016-cı il tarixli mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı 8.292 manat məbləğində sığorta ödənişi və 31 manat məbləğində dövlət rüsumu üçün çəkilmiş xərcin iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. “xxxxxxxxxxxxx” ASC xx xxx 2018-ci il tarixdə Suraxanı rayon İcra şöbəsinə müraciət edərək, tələbin borclu İddiaçı təqaüdünə yönəldilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx xxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra ödənişinin alınması haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə İcra və Probasiya şöbəsi DSMF Hərbi Qulluqçular və X6 İş Departamentinə məktub ünvanlayaraq, məhkəmə qərarında göstərilən məbləğin borclu İddiaçı əmək haqqının 50% həcmində tutularaq, “xxxxxxxxxxxxx” ASC-nin hesabına köçürülməsi xahiş olunmuşdur. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən DSMF Hərbi Qulluqçular və X6 iş İdarəsinə ünvanlanan 26696/2017-18-14 saylı məktubda 2(010)-3404/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı pensiyasından tutmanın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən dayandırılması xahiş olunmuşdur. DSMF X5 İdarəsinin **********2 №li xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən İİ qrup əlilliyə görə tərəflərindən əmək pensiyası təyin olunmuşdur. Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli 18-26696 nömrəli məktubu ilə ünvanlanmış Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-3404/2016 nömrəli məhkəmə əmrinə əsasən 2018-ci ilin avqust və sentyabr aylarında İddiaçı əmək pensiyasının 50 faizi, yəni 173,40 (cəmi 346,80) manat pul məbləği tutularaq “xxxxxxxxxxxxx” ASC-nin hesabına köçürülmüşdür. Lakin sözügedən orqandan tutulmanın dayandırılması ilə bağlı İdarəyə daxil olmuş xx.xx.2018-ci il tarixli 29696/2017-18-14 nömrəli məktuba əsasən qeyd olunan tutulma dayandırılmışdır. Hazırda iddiaçı pensiyasından tutulan vəsaitin bərpa olunması, mənəvi ziyanın əvəzinin tutulması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsini tələb edir. İddia tələbi öhdəliyin icrası haqqında iddialara aiddir. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını .. yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).” Qanunun tələbindən göründüyü kimi ümumi hüquqi öhdəliklərin icra olunması ilə bağlı öhdəliyin icrası növündə iddia ilə məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət olunmalıdır. Yəni inzibati orqan müvafiq inzibati hərəkətlərin edilməsindən rəsmi şəkildə imtina etdiyi halda iddiaçının həmin hərəkətlərdən məhkəməyə müraciət etmək hüququ yaranır. İşdə olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin **********9 №li xx xxxx 2020-ci il tarixli, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8 Publik Hüquqi şəxsin **********8 №li xx xxxx 2020-ci il tarixli və DSMF X5 İdarəsinin **********1 №li xx.xx.2020-ci il tarixli məktubları ilə məhkəməyə təqdim olunmuş İddiaçı tərəfindən bilavasitə adıçəkilən orqanlara ünvanlanmış və sonuncunun digər dövlət orqanlarına ünvanladığı və aidiyyəti üzrə baxılması üçün adları qeyd olunan təşkilatlara göndərilmiş müraciət məktublarının surətlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə bağlı adları çəkilən inzibati orqana müraciət olunmamışdır. Beləliklə, iddiaçı müvafiq tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmədən, orqanın imtina barədə rəsmi cavabını almadan birbaşa məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş tələbləri pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qaydada qiymət verərək belə qənaətə gəlir ki, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xumar Mərdanova Hakim: Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar