Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1602/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(112)-1063/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı diplomun nostrifikasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bağlanmış dövlətlərarası müqaviləyə əsasən diplomun nostrifikasiya olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, müvafiq qərar və sazişlərə uyğun olaraq diplomun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən 30.06.2019-cu il tarixdə Dağıstan Dövlət Universiteti tərəfindən ona verilmiş diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə Anadolu Universitetindən, X8 Universitetinə köçürülmüşdür. 2019-cu tədris ili DDTU-ni bitirib diplom aldıqdan sonra müvafiq qaydada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında, dövlətlərarası müqavilədə, diplomların qarşılıqlı tanınması qanununa əsasən, diplomun nostrifikasiyası, (qeydə alınması) üçün onlayn qaydada Təhsildə X3nə müraciət edib. Cavabdehin nümayəndələri onlayn müsahibədən sonra bildirmişdilər ki, onun həmin ölkədə olduğu müddətdə, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri mümkündür və tədris (rus) dilini bilməyi qənaətbəxş deyildir. Hesab edir ki, iradlar əsassızdır. Belə ki, tədris (sesiya) müddətini universitet təyin edir, tədris yükünün tənzimlənməsi əlavə vaxtın ayrılması, universitetin səlahiyyətindədir. Tədris dilini bilmək məsələsi barədə, iddiaçının rus dilini bilmək səviyyəsi, tədris müddətində universitet tərəfindən qənaətbəxş hesab olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən, İddiaçı təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində iddiaçının Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası X8 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür (Rusiya Federasiyası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2015- 2019-cu illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, Rusiya Federasiyası X8 Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Ekspert qrupu tərəfindən həmçinin İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini (Rus dili) tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələrin 37-b bəndinə əsasən, “Proqram elementlərinin müqayisəsi, yalnız nəticələrinin tanınması üçün zəruri şərt kimi deyil, nəticələrin müqayisəsi və gələcək fəaliyyətlərə giriş baxımından təhlil edilməlidir”. Ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.7-ci bəndinə, eləcə də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, ********** nömrəli müraciət üzrə İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd olunanlar və ekspert komissiyasının rəyi əsasında İddiaçı adına Rusiya Federasiyası X8 Universiteti tərəfindən verilmiş 100524 ******* nömrəli 19.06.2019-cu il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, İddiaçı məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(112)-1063/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi X8 Universiteti tərəfindən İddiaçı adına verilmiş 30.06.2019-cu il tarixli 100524 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X3nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən, tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqanın səlahiyyətində olan məsələdir. "xxxx" MMC tərəfindən verilən sertifikat yalnız iddiaçının Azərbaycan Respublikası höküməti və BMT İnkişaf Proqramının MKİTS Layihəsi çərçivəsində və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş “Azərbaycanda rus dilinin öyrənilməsi və inkişaf perspektivləri” seminarında iştirakını təsdiq edir. "xxxx" MMC tərəfindən verilən müvafiq sertifikat mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin aşağı olması onun aldığı təhsilin məzmununa uyğun hesab oluna bilməz və onun əldə etdiyi təhsilin keyfiyyətini şübhə altına almış olur. Diplomun tanınmasından imtina üçün digər bir əsas səbəb isə iddiaçının təhsil aldığı xarici ölkədə kifayət qədər müddətdə olmamasıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarında qeyd olunur ki, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün ali təhsil haqqında sənəd və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə tələb olunur. İddiaçının Anadolu Universitetində təhsil alması və köçürmə yolu ilə X8 Universitetinə qəbul edilməsi barədə arayış inzibati icraat zamanı inzibati orqana təqdim olunmamışdır. Habelə, iddiaçının Anadolu Universitetində təhsil alması barədə bakalavr diplomu və diploma əlavədə hər hansı qeyd mövcud deyildir. İddiaçının tədris müddətinin ilk iki ili ərzində Anadolu Universitetində təhsil almış olduğunu fərz etsək, qalan 3 tədris ili ərzində təhsil aldığı xarici ölkədə olduğu müddət tədris yükünü tam yerinə yetirmək üçün kifayət hesab oluna bilməz. Belə ki, müvafiq icra hakimiyyəti orqanından əldə olunan məlumatlara əsasən iddiaçı həmin ölkədə qısa müddət (İ il getməyib, İİ il getməyib, İİİ il – 20 gün, İV il – 13 gün, V il – 11 gün) olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. İddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçı sözügedən universitetdə qiyabi təhsil almışdır, iddiaçı təhsil aldığı müddət ərzində, yəni birinci və ikinci kurslarda, ümumiyyətlə, həmin ölkədə olmamışdır, üçüncü kursda 20 gün, dördüncü kursda 13 gün, beşinci kursda 11 gün tədris prosesində olmuşdur. İddiaçının aldığı təhsilin həm məzmununun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr (əsas(baza) ali tibb təhsili) ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Cavabdehin əvvəlki iddialarından fərqli olaraq gətirdiyi səbəblərdən biri Anadolu Universitetinin qanunsuz fəaliyyət göstərməsidir. Anadolu Universitetinin Bakıda distant təhsil tədris etməsinin qanunla tənzimlənməsi ilə əlaqədar “X9 Təbliği Fondu” tərəfindən Təhsil Nazirliyinə sorğu göndərilmişdir. Cavab verilmədiyi üçün xahişinə əsasən “X5 Düşüncə Mərkəzi” İB-i, 26 iyul 2021-ci il tarixli məktubla Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi Anadolu Universitetinin fəaliyyəti ilə bağlı heç bir məlumat bildirməmişdir. Nəhayət o, Nazirliyin ümumi şöbəsi ilə əlaqə yaradaraq verilən sorğulara cavab tələb etdikdə Nazirliyin nümayəndəsi Anadolu Universitetinin fəaliyyətində qanun pozuntusu olmadığını bildirdi. TKTA-nın nümayəndəsi məhkəmədə bildirdi ki, bu Təhsil Nazirliyinin səlahiyyətindədir. Təhsil Nazirliyi də universitetin fəaliyyətində qanun pozuntusu olmadığını bildirir. TKTA-nın bu əsassız məlumatı ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilməlidir. TKTA-nın digər iddiası istinad etdiyi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarına əsasən ekvivalentliyin ekspertizasız təsdiq olunması (1.6-cı bənd) əyani təhsil alanlara aiddir, qiyabilərə tətbiq olunmur. Nümayəndə əgər Qərarın 3.6, 3.7-ci bəndlərə istinad edirsə irad əsassız və qərəzlidir. Həmin bəndlər üzrə Azərbaycan təhsil sistemində fəaliyyət göstərən universitetlərdə, bilavasitə Azərbaycan Dövlət Texniki Universitetində təhsil əyani və qiyabi olaraq tədris olunur. 16-cı bənddə tam və aydın olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, şəhadətnamə ekspertiza keçirilmədən də verilir. O ilkin ərizələrində Azərbaycan Respublikası və RF-sı arasında bağlanmış təhsil haqqında sazişdə ekvivalentliyin təsdiq olunması və bu sənədin ulu öndər X6 imzalanması barədə məlumat vermişdir. Sesiya müddətinin tənzimlənməsi universitetlərin avtonom hüquqlarıdır və fəaliyyət göstərdiyi dövlətin təhsil qanunlarına uyğun tənzimlənir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(112)- 1063/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “X8 universiteti” tərəfindən 30.06.2019-cu il tarixdə verilmiş 100524 ******* nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı iqtisadiyyat ixtisası üzrə bakalavr diplomu verilmişdir. Sözügedən diplom “X8 universiteti”nin dövlət imtahan komissiyasının sədri Z.R.Mahmudov və təhsil təşkilatının rəhbəri N.S.Surakatov tərəfindən imzalanmış, universitetin möhürü ilə, 19.06.2019-cu il tarixdə təsdiq olunmuşdur. Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “X8 universiteti” tərəfindən 30.06.2019-cu ildə verilmiş 100524 ******* nömrəli “diploma əlavə”nin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “X8 universiteti”nin “İqtisadiyyat” əsas ixtisası üzrə təhsil aldığı zaman müvafiq olaraq tədris olunan fənnlərdən əla, çox yaxşı, yaxşı, kafi və yetərli qiymətlər almışdır. Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “X8 universiteti” tərəfindən 30.06.2019-cu il tarixdə verilmiş 100524 ******* nömrəli diplom Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən 518041 nömrə ilə 04.10.2019-cu il tarixdə Haaqa Konvensiyasına (05.10.1961-ci il tarixli) əsaslanan “apostil” möhürü ilə leqallaşdırılmışdır. Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi X8 universiteti tərəfindən verilmiş 26.03.2021-ci il tarixli 13/21 saylı arayışda göstərilmişdir ki, 2019-cu ilin məzunu olan İddiaçı Anadolu Universitetindən köçürülmə yolu ilə Universitetin 23.05.2017ci il tarixdə 858 №-li əmri ilə X8 Universitetinə qəbul edilmişdir. Təhsil müddəti ərzində rus dilini bilmə səviyyəsi tələblərə cavab vermişdir. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətinə cavab olaraq, 22.05.2020-ci il tarixdə verilmiş cavabda göstərilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X8 Universiteti tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78C1F899942660 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə X3nin Nizamnaməsi»nin 2.2.2-ci, bəndinə görə Agentlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırki halda iddiaçının 2016-cı ildə Anadolu Universitetindən X8 Universitetinə qanuni əsaslarla köçürülməsi müəyyən edilmir. Bununla yanaşı, iddiaçının Anadolu Universitetində təhsil alması barədə bakalavr diplomu və diploma əlavədə hər hansı qeyd mövcud deyildir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş Rusiya Federasiyası X8 Universiteti tərəfindən verilmiş 100524 ******* nömrəli 19.06.2019-cu il tarixli bakalavr diplomunun hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Bundan başqa, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulimlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçı sözügedən universitetdə qiyabi təhsil almışdır, iddiaçı təhsil aldığı müddət ərzində, yəni birinci və ikinci kurslarda, ümumiyyətlə, həmin ölkədə olmamışdır, üçüncü kursda 20 gün, dördüncü kursda 13 gün, beşinci kursda 11 gün tədris prosesində olmuşdur. İddiaçı tərəfindən də həmin müddətlərdə Rusiya Federasiyasında olduğu mübahisələndirilməmişdir. İşdə olan sənədlərlə iddiaçının xarici ölkədə (Dağıstandada) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. İddiaçının Rusiya Federasiyasının X8 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin diplomu tanımaqdan imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(112)-1063/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2-1(112)-1063/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1602/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1602/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver