Məhkəmə qərarları › İş №2-1(103)-1602/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1602/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1602/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14032/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, təyin edilmiş pensiyanın məbləği 1009,46 manat təşkil etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis (mətbuat katibi üzrə), xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər prokurorluğunun müraciətlərə baxılması şöbəsində əvəzçilik qaydasında yarım ştat vahidi üzrə müfəttiş vəzifəsində işləmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Ali Məhkəmə sədrinin katibliyinin baş məsləhətçisi vəzifəsində işləmiş, Ali məhkəmə sədrinin xx.xx.2023-cü il tarixli əmri ilə öz xahişi ilə tutduğu vəzifədən azad olunmaqla dövlət qulluğuna xitam verilmişdir. İddiaçı dövlət qulluğuna xitam verildiyinə görə xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği vəzifə maaşına görə 1376,96 manat, ixtisas dərəcəsinə görə 116,24 manat, qulluq stajına görə əlavə 413.09 manat, mükafatlar 481,25 manat, vəzifə maaşına görə əlavə 882,61 manat, ümumilikdə 3590,16 manat dövlət məvacibinin 74,75 faizi nəzərə alınmaqla 2683,64 manat təşkil etmiş və yenidən hesablama xx.xx.2023-cü il tarixdən təyin edilmişdir. İddiaçının pensiyası yenidən hesablanarkən dövlət qulluğu stajına, xx.xx.1985-ci ildən xx.xx.1997-ci ilədək Naxçıvan şəhər kommunist partiyasında, xx.xx.2005-ci ildən 4.03.2014-cü ilədək, xx.xx.2014-cü ildən 2.03.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyi dövrlər daxil edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət edərək onun xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər prokurorluğunda işlədiyi dövrlərin də dövlət qulluğu stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Bakı şəhər Prokurorluğunun 22 may 2023-cü il tarixli 01/11/149 nömrəli arayışında xx.xx.2000xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər Prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işlədiyiniz göstərilib. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət. Qeyd edilənləri nəzərə alaraq, yuxarıda göstərilən Qaydada "əvəzçilik qaydasında yarım ştat vahidi"ndə əmək fəaliyyətinə dair hər hansı qeyd olmadığından xx.xx.2000- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində dövlət qulluğunda fəaliyyətinə xitam verilib. Hazırda dövlət qulluqçusu kimi təqaüd alır. Bakı şəhər Prokurorluğunun 22 may 2023-cü il tarixli 01/11/149 nömrəli arayışında onun xx.xx.2000—xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər Prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işlədiyi göstərilib. Ancaq bu illər dövlət qulluğu stajına əlavə olunmayıb. Səbəb “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası’nda “əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeydin olmaması göstərilir. Yuxarıda göstərilən Qaydada “əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeydin olmaması onun əmək hüququnun pozulmasına əsas vermir. Əsas odur ki, o, müvafiq əmrlərlə Bakı şəhər Prokurorluğunda işləmişdir. Bakı şəhər Prokurorluğunda işləmək dövlət qulluğu sayıldığından orada işlədiyi xx.xx.2000—xx.xx.2002-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın yenidən hesablanmasının cavabdehə həvalə olunması barədə qərar verilməsini xahiş edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən o, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətində “xalq yaradıcılığı” redaksiyasında şərhçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2000-ci il ərzində Televiziyanın “ictimai-siyasi proqramlar” redaksiyasının “Hüquq” şöbəsilə şərhçi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixində Televiziyanın “Xəbərlər” redaksiyasına baş redaktor təyin edilmiş, xx.xx.2005-ci il tarixində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisənin ləğvi ilə əlaqədar) işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə əsas iş yeri Bakı şəhər Prokurorluğu deyil, Azərbaycan Respublikası Dövlət Teleradio şirkəti olmuşdur və həmən dövr (xx.xx.1999xx.xx.2005) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14032/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövlət qulluğunda işlədiyi dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə əsas iş yeri Bakı şəhər Prokrorluğu deyil, Azərbaycan Respublikası Dövlət Teleradio şirkəti olmuşdur və həmən dövr (xx.xx.1999-xx.xx.2005) İddiaçı yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq, yuxarıda göstərilən Qaydada "əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeyd olmadığından xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2-1(112)- 14032/2023 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin məktubun iddaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, təyin edilmiş pensiyanın məbləği 1009,46 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği vəzifə maaşına görə 1376,96 manat, ixtisas dərəcəsinə görə 116,24 manat, qulluq stajına görə əlavə 413.09 manat, mükafatlar 481,25 manat, vəzifə maaşına görə əlavə 882,61 manat, ümumilikdə 3590,16 manat dövlət məvacibinin 74,75 faizi nəzərə alınmaqla 2683,64 manat təşkil etmişdir. Yenidən hesablanma zamanı iddiaçının Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər nəzərə alınmamışdır. İşin bu halı mübahisəsizdir. Hazırda iddiaçı Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlərin də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını istəyir. Lakin cavabdeh tərəf qanunvericilikdə "əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyətinə dair hər hansı qeyd olmadığından xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajının dövlət qulluğu stajına aid edilməsindən imtina edir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis (mətbuat katibi üzrə), xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər prokurorluğunun müraciətlərə baxılması şöbəsində əvəzçilik qaydasında yarım ştat vahidi üzrə müfəttiş vəzifəsində işləmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsinəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. İş üzrə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X4 məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsinəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7- 1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qeyd edilənlərə əsasən 2000-2002-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.” Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunsa da, bu zaman iddiaçının 2000-2002-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində işlədiyi dövr nəzərə alınmamışdır. Belə ki, cavabdeh hesab edir ki, Bakı şəhər Prokurorluğunun 22 may 2023cü il tarixli 01/11/149 nömrəli arayışında xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının Bakı şəhər Prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işlədiyi göstərilsə də, qanunvericilikdə "əvəzçilik qaydasında yarım ştat vahidi"ndə əmək fəaliyyətinə dair hər hansı qeyd olmadığından xx.xx.2000- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajının dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq cavabdeh göstərir ki, iddiaçı xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə əsas iş yeri kimi Bakı şəhər Prokurorluğunu deyil, Azərbaycan Respublikası Dövlət Teleradio şirkətini göstərdiyi üçün həmin dövr (xx.xx.1999-xx.xx.2005) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Məhkəmə kollegiyası cavabdehin bu arqumenti ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə "əvəzçilik qaydasında yarım ştat vahidi”ndə əmək fəaliyyəti ilə bağlı hər hansı qeyd olmasa da, cavabdehin buna istinad edərək sözügedən dövrü iddiaçının dövlət qulluğu stajına aid etməsindən imtina etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı nəzərə alınır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Göründüyü kimi, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onlardan hər hansı birini seçmək hüququ pensiya təyin edən orqanın deyil, sığortaolunanın, yəni hazırki vəziyyətdə iddiaçının hüququdur. Odur ki, iddiaçı Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövlət qulluğundakı iş stajı nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını cavabdehdən tələb etməkdə haqlıdır. İnzibati orqanın heç bir araşdırma aparmadan iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə tələbinin təmin olunmasından imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərək, İddiaçı Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000xx.xx.2002-ci il tarixləri arasındakı dövlət qulluğunda işlədiyi dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin 2-1(112)-14032/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14032/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar