Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1603/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayənədləri və vəkilləri X2 və Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “**********196626 saylı 28 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2021 saylı 03 mart 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 29 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24.12.2018-ci il tarixli **********172480 nömrəli qərarına əsasən İddiaçı MMC-nin 01.03.2017-ci ildən 31.10.2018-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 03.12.2019-cu il tarixli **********172532 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 532.040,43 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. “Səyyar vergi yoxlaması aktı” əsasında cavabdeh orqan tərəfindən **********196626 saylı 28 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində MMC-nin daşınmaz əmlakların icarəyə verilməsindən gəlirinin 2572756,18 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərinin isə 2521466,18 manat olduğu bildirilmiş və nəticədə qeyd edilən dövriyyədən 10258 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi əsasında MMC tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətləri üzrə iddiaçının gəlirinin 4381473,62 manat olduğu müəyyən edilmişdir. Eləcə də yoxlanılan dövr üzrə MMC tərəfindən təqdim edilmiş bəyannamələrdə onun X13 tutulan dövriyyəsinin ümumilikdə 4537957,99 manat, əvəzləşdirilən dövriyyəsinin 2158125,97 manat olduğu qeyd edilmiş və nəticədə cəmi 428369,73 manat məbləğində X13 hesablanmışdır. Lakin Səyyar vergi yoxlması ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi əsasında icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətləri üzrə MMC-nin X13 tutulan dövriyyəsinin ümumilikdə ******* manat olduğu müəyyən edilmişdir. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********196626 saylı 28 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddiaçı 29 sentyabr 2011-ci il tarixində qeydiyyatdan keçərək ********** saylı VÖEN almışdır. Müəssisənin əsas fəaliyyəti öz mülkiyyətində olan qeyri-yaşayış binasının hissələrinin müxtəlif ticarət sahələri ilə, biznes və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin icarəsinə verərək gəlir əldə etməkdən ibarətdir. Fəaliyyətini həmin fiziki və hüquqi şəxslərlə aralarında bağlanmış “İcarə Müqavilə”ləri əsasında həyata keçirirlər. Vergilər Nazirliyinin Bakı Şəhəri X9 üzrə Baş İdarəsinin 24 dekabr 2018-ci il tarixli **********172480 saylı qərarına əsasən “Mədən vergisi” - mart 2017- oktyabr 2018-ci illər, “Torpaq vergisi” - 2018-ci il, “Əmlak vergisi” - 2017-ci il, “X13” - mart 2017-oktyabr 2018-ci illər, “Aksiz vergisi” - mart 2017-oktyabr 2018-ci illər, “Sadələşdirilmiş vergi” - 1-ci rüb 2017- 3-cü rüb 2018-ci illər, “Ödəmə mənbəyində tutulan vergi” - 1-ci rüb 2017-3-cü rüb 2018-ci illər, ödəmə mənbəyində tutulan vergi üzrə 1-ci rüb 2017-ci- 3-cü rüb 2018-ci illər, “Mənfəət vergisi” - 2017-ci il və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi” - 2017-ci il üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçındə növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin vergi yoxlamasının nəticəsi olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən 03 dekabr 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı **********172532” tərtib edilmişdir. 28 yanvar 2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra cavabdeh vergi orqanı adlandırılacaq) qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında özünün **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ını qəbul etmişdir. Vergi orqanı mübahisələndirilən 1594521,26 manat həcmində vergi məbləğlərini və onlara hesablanmış maliyyə sanksiyalarını müəssisənin “Şəxsi hesab vərəqəsi”nə işləmiş və 03 mart 2020-ci il tarixində 766 006,33 manat həcmində pul vəsaitini sərəncam qoyaraq “YapıKredi Bank Azərbaycan”da olan hesablaşma hesabından silmişdir. Həmin Qərar 14 fevral 2020-ci il tarixində müəssisəyə rəsmi olaraq çatdırılmışdır. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ı qanuna ziddir. Belə ki, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti ilə əlaqədar bütün sənədlər, o cümlədən yoxlama ilə əhatə olunan 2017-ci və 2018-ci maliyyə illəri üzrə fiziki və hüquqi şəxslərlə bağlanmış “İcarə müqavilə”ləri, bank və kassa sənədləri, gəlirdən çıxılan xərcləri təsdiq edən sənədlər və s. yoxlayıcıya təqdim edildiyi halda, cavabdeh vergi orqanı buna əhəmiyyət verməmiş və müəssisə tərəfindən icarəyə verilmiş icarə obyektlərinin real bazar qiymətlərini müəyyən etmək məqsədi ilə “Azərekspertiza” Birliyindən ekspert dəvət etmişdir. Bunun nəticəsi kimi 21 noyabr 2019-cu il tarixində həmin Birliyin eksperti X3 tərəfindən “Ekspert rəyi” tərtib edilmişdir. “Səyyar vergi yoxlaması aktı”nın 6-cı səhifəsində qeyd edilir: “Ekspert tərəfindən təqdim edilmiş rəydə qeyd olunan icarə məbləğləri müəssisə ilə ticarət mərkəzində fəaliyyət göstərən digər vergi ödəyiciləri arasında bağlanmış icarə müqavilələri əsasında müəyyən edilmişdir.” Deməli, yoxlayıcıya iddiaçı tərəfindən lazım olan bütün sənədlər təqdim edilmişdir. Müəssisəyə vergilərin səhv hesablanmasına 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi” səbəb olduğu üçün ilk öncə həmin rəyə münasibət bildirmək istəyir. Həmin rəy bir-birini təkzib edən fikir yığmağından başqa bir sənəd deyil. Belə ki, rəyin “Qiymətləndirmənin keyfiyyət şəhadətnaməsi” hissəsində “Rəydə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlaka aid internet səhifələrindən götürülmüş məlumatlar analiz olunmuşdur. Eyni zamanda ekspert qiymətləndirilən obyektin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hesab etdiyi hər cür məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir.” Rəydə belə göstərilsə də, ekspert həmin məlumatları rəyə əlavə etməmişdir. Bunun əksi olaraq rəyin “Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması” bölməsində qeyd edilir: “Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha mürəkkəbləşir.” İddiaçı ekspertin bu fikri ilə şərikdir. Belə ki, həqiqətən də müəssisəyə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli əyləncə və ticarət mərkəzinə oxşar həmin ərazidə heç bir obyekt yoxdur. Məhz bu səbəbə görə də orada icarəyə verilmiş obyektlərin yaxınlıqda yerləşən digər icarə obyektlərinin icarə haqqları ilə müqayisə edilməsi mümkün deyildir. Hətta onların əyləncə və ticarət mərkəzində bir mərtəbədə yerləşən obyektlərin icarə haqqlarını da müqayisə etmək olmaz. Belə ki, eyni mərtəbədə yerləşən obyektlərin yerləşmə yerləri, ölçüləri və icarəçinin şəxsi keyfiyyətləri icarə haqqlarına təsir göstərən faktorlardır. Ekspert öz rəyinə icarə haqqlarına dair cədvəl əlavə etmişdir. Heç bir əsas göstərmədən icarə haqqlarını ağlına gələn qədər artırmışdır. Obyektivliyinə dair görüntü yaratmaq məqsədi ilə yalnız dörd kiçik ölçülü icarə obyektləri üzrə icarə haqqlarını icarəçilərlə aralarında bağlanmış “İcarə müqavilə”lərində olduğundan az göstərmişdir. Bunun nəticəsi olaraq “Ekspert rəyi”ndə bir ay üzrə ƏDV nəzərə alınmadan 317403,72 manat həcmində icarə haqqları olduğundan artıq göstərilmişdir. Ekspertin gəldiyi bu səhv nəticəyə əsaslanaraq cavabdeh vergi orqanı tərəfindən müəssisəyə külli miqdarda vergilər hesablanmışdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, mübahisələndirilən “Səyyar vergi yoxlaması aktı” qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən 28 yanvar 2020-ci il tarixli **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ı qərəzli qəbul. Mənfəət vergisi üzrə: yuxarıda qeyd edildiyi kimi cavabdeh vergi orqanı 2017-ci il üzrə “Mənfəət vergisi”ni hesablayarkən “Azərekspertiza” Birliyindən ekspertinin verdiyi 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”nə istinad etmişdir. Həmin il üzrə müəssisənin gəlirləri 2572756,18 manat olduğu halda, “Ekspert rəyi”nə əsaslanaraq cavabdeh vergi orqanı müəssisənin gəlirlərinin 4381473,62 manat olduğu qənaətinə gəlmişdir. Bundan sonra cavabdeh vergi orqanı bank köçürmələri və digər rəsmi sənədlərlə təsdiq edilən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 2521466,18 manat olduğunu nəzərə almamış və heç bir səbəb göstərmədən həmin xərclərin səhv olaraq 1694571,74 manat olduğu qənaətinə gəlmişdir. Bunun nəticəsində cavabdeh vergi orqanı səhv olaraq müəssisəyə 2017-ci il üzrə “Mənfəət vergisi” növündə 537380,38 manat həcmində vergi məbləği hesablamışdır. Kameral yoxlama ilə müəyyən edilmiş 111327,68 manat məbləğində vergini nəzərə alan cavabdeh vergi orqanı yekun olaraq müəssisəyə 2017-ci il üzrə “Mənfəət vergisi” növündə 426 052,70 manat həcmində vergi məbləği hesablamışdır. X13 üzrə: 2017- ci ilin mart ayı və 2018-ci ilin oktyabr ayı üzrə müəssisə tərəfindən 4537957,99 manat ƏDV-siz dövriyyə, həmin məbləğə 2158125,67 manat əvəzləşdirilən dövriyyə və 428369,73 manat həcmində ƏDV hesablandığını nəzərə almayan cavabdeh vergi orqanı “Azərekspertiza” Birliyindən ekspertin verdiyi 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”nə istinad edərək həmin dövr üzrə səhv olaraq müəssisənin dövriyyəsinin ƏDV-siz 8077911,00 manat, 2153478,20 manat əvəzləndirilən dövriyyəsinin olduğunu müəyyən etmiş, həmin məbləğə 1066397,90 manat ƏDV hesablamış və müəssisə tərəfindən 428369,73 manat ƏDV hesablandığını nəzərə alaraq, yekun olaraq həmin dövr üzrə 638028,17 manat həcmində ƏDV hesablamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, adı çəkilən vergi yoxlaması cəmiyyət tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinə, "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə, cəmiyyət tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən aparılmışdır. Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə (01.03.2017-31.10.2018) faktiki olaraq sair işlərin görülməsi, xidmətlərin göstərilməsi, daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 106 ünvanında yerləşən obyektə baxışın keçirilməsi məqsədilə 15.04.2019-cu il tarixli **********180892 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərar çıxarılmış və 17.04.2019-cu tarixli vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokol tərtib edilmişdir. Baxışın keçirilməsi zamanı cəmiyyətin fəaliyyət göstərdiyi obyektdə stasionar obyektlərin və piştaxtaların fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqının real bazar qiymətinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədilə "Azərekspertriza" Birliyindən ekspert dəvət edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən 06.03.2019-cu il tarixli **********178204 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxanlmışdır. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən cəmiyyət tərəfindən icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 106 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il taixdən 31.10.2018-ci il tarixədək real icarə haqqı müəyyən edilərək bu barədə ekspert rəyi tərtib edilmişdir (rəyin surəti etiraza əlavə edilir). Ekspertə müəssisəyə məxsus daşınmaz əmlakda yoxlanılan dövr ərzində fəaliyyət göstərən obyektlərin sahələri və icarə məbləğləri göstərilmiş cədvəl təqdim edilmişdir. Ekspertin qarşısında qoyulmuş sualın həlli ilə əlaqədar ekspert tərəfindən obyektə baxış keçirilmişdir. Baxış zamanı obyektin Nərimanov metro stansiyasının yanında yerləşdiyi, həmin ünvanda 7 mərtəbəli zirzəmili qeyri-yaşayış binasının mövcud olduğu, ümumilikdə əyləncə obyekti kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İcarə qiymətləri müəyyən edilər zaman, ticarət obyektinin mərtəbəliliyi, icarəyə verilən sahələrin ölçüləri, icarəyə verilən sahələrin mərtəbələrdə yerləşdiyi ərazilər, təqdim edilmiş icarə müqavilələri və icarə qiymətlərinə təsir edə biləcək bütün digər amillər ekspert tərəfindən analiz edilmiş, əmlakın kriteriyaları, icarə bazarında tələb və təkliflər nəzərə alınmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturalarına, "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən, vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən 2017- ci ilin mart ayı üzrə 191.792,44 manat, aprel ayı üzrə 210.969,74 manat, may ayı üzrə 213.721,22 manat, iyun ayı üzrə 214.382,56 manat, iyul ayı üzrə 225.024,0 manat, avqust ayı üzrə 239.068,68 manat, sentyabr ayı üzrə 227.768,0 manat, oktyabr ayı üzrə 241.231,27 manat, noyabr ayı üzrə 211.633,5 manat, dekabr ayı üzrə 234.812,55 manat, 2018-ci ilin yanvar ayı üzrə 219.004,85 manat, fevral ayı üzrə 218.362 3 manat, mart ayı üzrə 228.652,32 manat, aprel ayı üzrə 245.025,25 manat, may ayı üzrə 245.102,9 manat, iyun ayı üzrə 231.134,17 manat, iyul ayı üzrə 234.530,45 manat, avqust ayı üzrə 231.096,0 manat, sentyabr ayı üzrə 236.841,49 manat, oktyabr ayı üzrə 237.833,9 manat ƏDV-siz dövriyyəsi olmuşdur. Yoxlanılan dövr üzrə ümumilikdə müəssisə tərəfindən 4.537.957,99 manat (ƏDV-siz) dövriyyə, həmin məbləğə 2.158.125,67 manat əvəzləşən dövriyyə göstərilmiş, 428.369,73 manat ƏDV hesablanmışdır. Yoxlama ilə isə müəssisənin 2017-ci ilin mart ayı üzrə 393.569,69 manat, aprel ayı üzrə 391.793,66 manat, may ayı üzrə 406.251,78 manat, iyun ayı üzrə 398.017,24 manat, iyul ayı üzrə 398.052,54 manat, avqust ayı üzrə 410.452,21 manat, sentyabr ayı üzrə 390.332,23 manat, oktyabr ayı üzrə 417.891,02 manat, noyabr ayı üzrə 393.626,05 manat, dekabr ayı üzrə 409.592,4 manat, 2018-ci ilin yanvar ayı üzrə 399.258,68 manat, fevral ayı üzrə 404.213,02 manat, mart ayı üzrə 400.731,88 manat, aprel ayı üzrə 417.530,31 manat, may ayı üzrə 417.644,43 manat, iyun ayı üzrə 407.644,43 manat, iyul ayı üzrə 406.844,61 manat, avqust ayı üzrə 410.855,31 manat, sentyabr ayı üzrə 410.505,97 manat, oktyabr ayı üzrə 408.173,91 manat ƏDV-siz dövriyyəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən, 06.04.2018-ci il tarixli HS seriyalı 221307 nömrəli vergi hesab fakturası üzrə 144,0 manat X13 məbləğinin qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi, 01.05.2018-ci il tarixli HS seriyalı 581835 nömrəli vergi hesab fakturası üzrə 692.54 manat X13nin təkrar daxil edildiyi müəyyən edilmiş və ümumilikdə 836,54 manat ƏDV məbləğinin azaldılmalı olduğu müəyyən edilmişdir. Yoxlama ilə 8.077.911,0 manat (ƏDV-siz) dövriyyənin, 2.153.478,2 manat əvəzləşdirilən dövriyyənin olduğu müəyyən edilmiş və vergi ödəyicisinin həmin məbləğə 1.066.397,9 manat ƏDV məbləğini hesablama öhdəliyinin olması müəyyən edilmişdir. Qeyd olunan dövr ərzində müəssisə tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən, Vergi Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq 428.369,73 manat X13nin hesablandığı nəzərə alınaraq, müəssisə tərəfindən 638.028,17 (1.066.397,9- 428.369,73) manat X13nin azaldıldığı müəyyən edilmişdir. Bundan başqa cəmiyyət tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri 2.572.756,18 manat (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 2.572.756,18 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2.521.466,18 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 50.698,7 manat, enerji xərci 627.972,75 manat, qaz xərci 68.721,0 manat, yanacaq xərci 25.480,0 manat, su və kanalizasiya xərci 98.564,71 manat, rabitə xərci 54.890,0 manat, mühafizə xərci 215.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,70 manat, reklam xidməti üzrə xərclər 278.200,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 572.873,69 manat, amortizasiya ayırmaları 82.681,0 manat, sığorta üzrə xərclər 18.900,0 manat, digər xərclər 271.648,57 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104,53 manat (əmlak vergisi 3 104,53 manat )) təşkil etmişdir. 2017-ci il üzrə müəssisənin 51.290,0 manat vergiyə cəlb olunan mənfəəti olmuş və 10.258,0 manat mənfəət vergisi hesablamışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi kameral vergi yoxlaması ilə yoxlanılmışdır. Belə ki, kameral vergi yoxlaması ilə gəlirləri 2.572.756,18 manat, xərcləri 2.016.117,77 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 50.698,7 manat, enerji xərci 627.972,75 manat, qaz xərci 68.721,0 manat, yanacaq xərci 25.480,0 manat, su və kanalizasiya xərci 98.564,71 manat, rabitə xərci 54.890,0 manat, mühafizə xərci 215.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,70 manat, reklam xidməti üzrə xərclər 278.200,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 68.525,28 manat, amortizasiya ayırmaları 82.681,0 manat, sığorta üzrə xərclər 18.900,0 manat, digər xərclər 271.648,57 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104 53 manat (əmlak vergisi 3.104,53 manat)) təşkil etmişdir. 2017- ci il üzrə müəssisənin 556.638.41 manat vergiyə cəlb olunan mənfəəti oimuş və 111.327,68 manat mənfəət vergisi hesablamışdır. Səyyar vergi yoxlaması ilə müəssisənin gəlirləri "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə, cəmiyyət tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturalara, xərcləri isə cəmiyyət tərəfindən əldə edilmiş elektron vergi hesab fakturalara əsasən müəyyən edilmişdir. Yoxlama ilə müəssisənin gəlirlərinin 4.381.473,62 manat xərclərinin 1.694.571,74 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 12.718,6 manat, enerji xərci 565.053,86 manat, qaz xərci 25.912,38 manat, su və kanalizasiya xərci 69.067,8 manat, rabitə xərci 36.019,26 manat, mühafizə xərci 207.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,7 manat, reklam xidməti üzrə xərclər 7.210,0 manat, bilavasitə malların təqdim edilmısi ilə bağlı xərclər 508.666,3 manat, amortizasiya ayırmaları 82.681,0 manat, digər xərclər 24.406,78 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104,53 manat (əmlak vergisi 3.104,53 manat)) təşkil etdiyi müəyyən edilmişdir. Yoxlama ilə 2017-ci il üzrə müəssisənin 2.686.901.88 manat vergiyə cəlb olunan mənfəətinin olduğu və 537.380,38 manat mənfəət vergisinin hesablamalı olduğu müəyyən edilmişdir. Beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, 2017-ci il ildə 111.327,68 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 426.052,7 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Həmçinin 1-ci rüb 2017-ci il ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı cəmiyyət tərəfindən hesablanmış 1.600,0 manat ödəmə mənbəyində tutulan vergi məbləği təsdiqedici sənədlərlə öz təsdiqini tapmadığı üçün, həmin məbləğin artıq hesablandığı müəyyən edilərək iddiaçının şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən daşınmaz əmlakların icarəyə verilməsi üzrə təqdim olunmuş icarə haqqı ilə bağlı məbləğlər real göstəriciləri əks etdirmədiyindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla, daşınmaz əmlaklara dair icarə haqları bazar qiyməti əsas götürülməklə, həmçinin cəmiyyət tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən iddiaçının vergi öhdəliklərini düzgün yerinə yetirmədiyi müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində cəmiyyət tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqlarının ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını qeyd edərək mübahisələndirdiyi qərarın qanunazidd olmaqla ləğv olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarəyə verilməsindən əldə olunan gəlirlərin bazar qiyməti əsasında müəyyən edilməsi qanunvericiyilin tələbinə tam cavab verdiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2021 saylı 3 mart 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********196626 saylı 28 yanvar 2020-ci il tarixli qərarın 90819,96 manat məbləğində mənfəət vergisi, ona tətbiq edilmiş 45409,98 manat məbləğində maliyyə sanksiyası, 92060,99 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 46030,49 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qərarın qalan hissədə ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək qərarın dəyişdirilməsi, cavabdeh orqanın **********196626 saylı 28 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ının 37729.56 manat məbləğində mənfəət vergisi, ona tətbiq edilmiş 18864.78 manat məbləğində maliyyə sanksiyası, 12425.39 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 6212.69 manat məbləğində maliyyə sanskiyasi istisna olmaqla, qərarın qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Eyni zamanda qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın qismən- iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası ərazisində koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iri ticarət mərkəzlərinə tətbiq edilən məhdudiyyətlərin ildən çox müddətdə davam etməsi səbəbi ilə müəssisənin əksər icarəçilərdən fəaliyyət göstərmədikləri üçün icarə haqlarını almamasını nəzərə almalı idi. "xxxx" MMC-nin bir ay üzrə müəyyən etdiyi icarə haqları reallıqda icarəçilərlə bağlanmış icarə müqavilələrinə nisbətən uyğun gəldiyi üçün Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyi məhz "xxxx" MMC-nin göstəricilərinə uyğun hissədə qəbul edilməklə məhkəmə qərar qəbul etməli idi. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən istinad edilən rəyləri vermiş müəssisələrin fəaliyyət sahəsi daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi sahəsindən çox uzaqdır və sual oluna bilər ki, həmin müəssisələr fəaliyyət sahələrinə aid olmayan sahədə necə rəy verə bilmişlər. Sözsüz ki, onların bu sahədə rəy vermək hüquqları olmamışdır. Göründüyü kimi, bu cür nöqsan və boşluqlara malik olan rəylərin mötəbərliliyi ciddi şübhə altındadır və sözsüz ki, büdcəyə haqlı olaraq hesablanmış külli miqdarda vergilərin taleyinin öz fəaliyyət sahəsinə uyğun olmayan müəssisələrin rəyləri ilə həll edilməsi qeyri-mümkündür. Səyyar vergi yoxlaması zamanı 2017-ci ilin mənfəət vergisi üzrə 1.694.571,74 manat xərc öz təsdiqini tapmasına baxmayaraq Məhkəmə ekspertiza mərkəzinin ekspertinin müvafiq dövr üçün vergi ödəyicisinin özünün bəyan etdiyi 2.521.466,18 xərcinin olduğu qeyd olunmasına baxmayaraq bu barədə heç bir əsaslandırma aparmamışdır. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırdısa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədər olması və bu sənədləri hansı vergi ödəyicilərinə təqdim (tərtib) edilməsi qeyd olunmamışdır. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırdısa, həmin sənədlərin hansı sənədlər olması Məhkəmənin qərarında qeyd olunmamışdır. Yoxlama zamanı səyyar vergi yoxlaması aktında 2017-ci ilin mənfəət vergisi üzrə 1.694.571,74 manat xərcin öz təsdiqini tapılmasının qeyd edilməsinə baxmayaraq, Məhkəmə qərarında yoxlama zamanı 2017-ci ilin mənfəət vergisi üzrə öz təsdiqini tapan xərclərin 2.016.117,77 manat təşkil etdiyini qeyd etmişdir. Qeyd olunan hallara səyyar vergi yoxlaması aktında və etirazda münasibət bildirilməsinə baxmayaraq, məhkəmə həmin halı nəzərindən qaçırmışdır. Qeyd olunan hal bir daha onu göstərir ki, məhkəmə işə səthi yanaşaraq, maddi və prosessual pozuntulara yol verərək qərar qəbul etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndələri və vəkilləri X5 və Vəkil öz apellyasiya şikayətlərini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, “Azərekspertiza” Birliyinin 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi” müəssisəyə vergilərin səhv hesablanmasına səbəb olmuşdur. Belə ki, rəyin “Qiymətləndirmənin keyfiyyət şəhadətnaməsi” hissəsində “Rəydə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlaka aid internet səhifələrindən götürülmüş məlumatlar analiz olunmuşdur. Eyni zamanda ekspert qiymətləndirilən obyektin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hesab etdiyi hər cür məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir.” Rəydə belə göstərilsə də, ekspert həmin məlumatları rəyə əlavə etməmişdir. Bunun əksi olaraq rəyin “Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması” bölməsində qeyd edilir: “Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha mürəkkəbləşir.” Ekspertin bu fikri ilə razılaşırlar. Belə ki, həqiqətən də “müəssisəyə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli əyləncə və ticarət mərkəzinə oxşar həmin ərazidə heç bir obyekt yoxdur. Məhz bu səbəbə görə də orada icarəyə verilmiş obyektlərin yaxınlıqda yerləşən digər icarə obyektlərinin icarə haqqları ilə müqayisə edilməsi mümkün deyildir. Belə ki, eyni mərtəbədə yerləşən obyektlərin yerləşmə yerləri, ölçüləri və icarəçinin şəxsi keyfiyyətləri icarə haqqlarına təsir göstərən faktorlardır. Ekspert öz rəyinə icarə haqqlarına dair cədvəl əlavə etmişdir. Heç bir əsas göstərmədən icarə haqqları artırmışdır. Obyektivliyinə dair görüntü yaratmaq məqsədi ilə yalnız dörd kiçik ölçülü icarə obyektləri üzrə icarə haqqlarını icarəçilərlə MMC arasında bağlanmış “İcarə müqavilə”lərində olduğundan az göstərmişdir. Bunun nəticəsi olaraq “Ekspert rəyi”-ndə müəssisənin öz əmlakının icarəyə verilməsi fəaliyyətindən bir ay üzrə ƏDV nəzərə alınmadan güya 553 680,00 manat həcmində gəlir əldə etdiyini "xxxx". Halbuki MMC yoxlamanın əhatə edildiyi dövr üzrə həmin fəaliyyət nəticəsində bir ayda ƏDV nəzərə alınmadan cəmi 236 277,00 manat gəlir əldə etmişdir. Ekspertin gəldiyi bu səhv nəticəyə əsaslanaraq Vergilər Nazirliyinin Bakı Şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən müəssisəyə külli miqdarda vergilər hesablanmış və bu onun tərəfindən tərtib edilmiş 03 dekabr 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktında əks etdirilmişdir. Cavabdehin nümayəndəsi "xxxx" MMC tərəfindən verilmiş ƏEM/Y 16-016/21 saylı 11 yanvar 2021-ci il tarixli “Ekspert Rəyi”-nə diqqətlə fikir versəydi, onda müəyyən edərdi ki, həm müəssisənin direktoru Ramil Osmanlının adına 2015-ci ildə verilmiş “Sertifikat № 13-2015”, həm də ekspert Vüsal Həsənovun adına 2015-ci ildə verilmiş “Sertifikat № 10-2015” “Ekspert Rəyi”-nə əlavə edilmişdir. Beləliklə, də cavabdeh vergi orqanının nümayəndəsində ekspertin təhsili, ixtisası, iş təcrübəsi barədə suallar yaranmazdı. Tərtib edilmiş 14 iyul 2021-ci il tarixli MMC tərəfindən fiziki və hüquqi şəxslərin icarəsinə verilmiş icarə obyektlərinə görə faktiki olaraq əldə edilən gəlirlərlə "xxxx" MMC-nin ekspert rəyində göstərilən icarə haqlarının müqayisəli araşdırmasına dair arayışda 13 deyil, 84 obyekt üzrə icarə haqları arasındakı “+” və “-” fərqlər müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli, ƏEM/Y 16-016/21 saylı “Ekspert Rəyi”-ndə yalnız 17 icarə obyekti üzrə icarə haqları “İcarə Müqavilə”-lərində göstərilən icarə haqlarından az göstərilimişdir. Qalan 67 icarə obyektləri üzrə icarə haqları kəskin surətdə fərqlə “İcarə Müqavilə”lərində göstərilən icarə haqlarından artıq müəyyən edilmişdir. Bununla bağlı iddiaçının nümayəndələri və vəkilləri öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək, **********196626 saylı 28 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarı”nın 37729.56 manat məbləğində mənfəət vergisi, ona tətbiq edilmiş 18864.78 manat məbləğində maliyyə sanksiyası, 12425.39 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 6212.69 manat məbləğində maliyyə sanskiyasi istisna olmaqla, qərarın qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X8 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən- iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi brədə qərar qəbul edilməsini, həmçinin iddiaçının apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktını 14 fevral 2020-ci il tarixdə aldığını bildirmiş, cavabdeh bu halı mübahisələndirməmişdir. İddiaçı iddia ilə məhkəməyə 05.03.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. Hazırki işdən müəyyən olunur ki, Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24.12.2018-ci il tarixli **********172480 nömrəli qərarına əsasən İddiaçı MMC-nin 01.03.2017-ci ildən 31.10.2018-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin səbəbləri vergi orqanı tərəfindən qəbul edilmiş sənədlərdə əsaslandırılmış və bu qaydada yoxlamanın keçirilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də məhkəmə kollegiyası həmin növbədənkənar səyyar vergi yoxlamasının keçirilmə əsaslarını araşdırmağı zəruri hesab etmir. İş üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi 03.12.2019-cu il tarixli **********172532 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 532.040,43 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Bununla bağlı aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28 yanvar 2020ci il tarixli **********196626 saylı qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, ASCdə 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyəti yoxlanılmışdır. Hazırda İddiaçı MMC cavabdeh vergi orqanının qəbul etdiyi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020ci il tarixli **********196626 saylı qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək ona istinad etmişdir ki, “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş və hesablamaya əsas olmuş 21.11.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqqlarının məbləğləri real bazar qiymətindən və digər qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmiş bazar qiymətlərindən kəskin fərqlənir, belə ki, dəfələrlə çox göstərilmişdir. İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 2521466,18 manat olduğu bildirilsə də, səyyar vergi yoxlması ilə həmin xərclərin cəmiyyət tərəfindən əldə edilmiş elektron vergi hesab fakturalara əsasən 2016117,77 manat təşkil edildiyi müəyyən edilmişdir. Həmçinin X13 üzrə də əlavə hesablama aparılarkən yoxlanılan dövr üzrə MMC tərəfindən təqdim edilmiş bəyannamələrdə əvəzləşdirilən dövriyyəsinin 2158125,97 manat olduğu qeyd edilsə də, səyyar vergi yoxlaması ilə MMC-nin əvəzləşdirilən dövriyyəsinin 2153478,2 manat təşkil edildiyi müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, nə səyyar vergi yoxlaması aktında, nə də iddia ərizəsinə dair etirazda MMC tərəfindən bəyan edilmiş xərclərin vergi orqanı tərəfindən qəbul edilməməsinin, eləcə də MMC-nin X13 üzrə əvəzləşdirilən dövriyyəsinin bir hissəsinin nəzərə alınmamasının səbəbi əsaslandırılmamışdır, eləcə də bununla bağlı hər hansı sənədə istinad edilməmişdir. MMC tərəfindən bəyan edilmiş mənfəət vergisi üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin və X13 üzrə əvəzləşdirilən dövriyyəsinin bir hissəsinin qəbul edilməməsi ilə bağlı səyyar vergi yoxlaması aktında, habelə 28.01.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə aktı qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, əlavə vergi öhdəliyinin hesablanması əsaslandırılmamışdır. Lakin vergi orqanı tərəfindən bu halların həyata keçirilməsi barədə, yəni 30 gün ərzində eyni xüsusiyyətli eyni cinsli xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur (maddə 36.1, 36.2, 36.3). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Hazırki işdən görünür ki, iddiaçıda keçirilməsi qərara alınan növbədənkənar səyyar vergi yoxlaması Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən 24 dekabr 2018-cu il tarixdə qeydiyyatdan keçmiş, yoxlanılan dövr 01.03.2017-31.10.2018-ci illəri əhatə etmiş, bu növbədənkənar yoxlamanın təyin edilmə əsası- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. İş materiallarından görünür ki, müəssisənin əsas fəaliyyəti öz mülkiyyətində olan qeyri-yaşayış binasının hissələrinin müxtəlif ticarət sahələri ilə, biznes və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin icarəsinə verərək gəlir əldə etməkdən ibarətdir. Fəaliyyətini həmin fiziki və hüquqi şəxslərlə aralarında bağlanmış “İcarə Müqavilə”ləri əsasında həyata keçirir. Vergi yoxlaması zamanı vergi ödəyicisinin icarəyə verdiyi obyektlərin aylıq icarə haqqının bazar qiymətinin müəyyən edilməsi məqsədilə Departamentin 06.03.2019-cu il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı çıxarılmış, həmin yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Təqdim edilən sənədlər) İddiaçı MMC –də yoxlanılan dövr ərzində fəaliyyət göstərən obyektlərin sahələri və icarə məbləğləri göstərilmiş cədvəl; - (Ekspertizanın keçirilməsi proseduru) VN yanında Bakı şəhəri X9 üzrə Baş İdarəsinin müvafiq məktub və qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektində 1 mart 2017-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin real orta bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin V bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra İdarənin əməkdaşının iştirakı ilə obyektə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda 7 mərtəbəli zirzəmili qeyri-yaşayış binası mövcuddur, ümumilikdən əyləncə obyekti kimi fəaliyyət göstərir. Binada fəaliyyət göstərən ticarət, iaşə və əyləncə obyektləri, sahələrinə görə müxtəlif olmaqla MMC tərəfindən icarə müqavilələrinə əsasən adları cədvəldə sadalanan fiziki və hüquqi şəxslərə icarəyə verilmişdir. İcarə qiymətləri müəyyən edilən zaman ticarət obyektinin mərtəbəliliyi, icarəyə verilən sahələrin ölçüləri, mərtəbəlrdə yerləşdiyi ərazilər, təqdim edilmiş icarə müqavilələri və icarə qiymətlərinə təsir edə biləcək bütün digər amillər ekspert tərəfindən analiz edilmiş, əmlakın kriteriyaları icarə bazarında tələb və təkliflər nəzərə alınmışdır; - (İcarə haqqının dəyərinin müəyyən edilməsi) Bazarın analizi, təlabat və təkliflərin nisbəti, rəqabət məzmunu, onun dinamikası və perspektiv inkişafı. Maliyyə alternativi sərmayənin analoji təhlükəsi ilə birlikdə. Bazarın tipik iştirakçıları, onların motivasiyası, müqavilələrin standart şərtləri. Qiymətləndirməyə standart yanaşma çərçivəsində icarə üsulunun seçimi. Azərbaycan Respublikasında icarə haqqında fəaliyyətin subyektləri tərəfindən həyata keçirilməsi üçün zəruri olan qiymətləndirmə standartlarına əsasən icarəyə verən şəxs qiymətləndirməyə xərc, müqayisəli və gəlir yanaşmasından mütləq istifadə etməlidir; - (Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması) Bakı şəhərinin qiymətləndirmə tarixinə olan daşınmaz əmlak üçün ticarət bazarının şərtləri belədir ki, müqayisəli yanaşma metodunun həyata keçirilməsi çox zaman analoji satış, yaxud heç olmazsa satış təklifləri haqda məlumatın kifayət qədər toplanma imkanının olmaması kimi obyektiv çətinliklərlə əlaqədar olur. Bu şərait daxilində hər bir halda müqayisəli yanaşmanı tətbiq etmək imkanı qiymətləndirilən obyektin xüsusiyyətləri ilə müəyyən edilir. Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha da mürəkkəbləşir; - (Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektində 01.03.2017-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üçün icarəyə verilmiş obyektlərin sahələrinin və icarəyə verilmiş obyektlərin icarə haqlarının orta bazar qiyməti rəyə əlavə edilmiş cədvəldə göstərilmişdir. Bununla bağlı VN yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli **********196626 saylı qərarı ilə yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə 532.040,43 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində MMC-nin daşınmaz əmlakların icarəyə verilməsindən gəlirinin 2.572.756,18 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərinin isə 2.521.466,18 manat olduğu bildirilmiş və nəticədə qeyd edilən dövriyyədən 10.258 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlmasına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi ilə MMC tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətləri üzrə iddiaçının gəlirinin 4.381.473,62 manat olduğu müəyyən edilmişdir. Eləcə də yoxlanılan dövr üzrə MMC tərəfindən təqdim edilmiş bəyannamələrdə onun X13 tutulan dövriyyəsinin ümumilikdə 4.537.957,99 manat, əvəzləşdirilən dövriyyəsinin 2.158.125,97 manat olduğu qeyd edilmiş və nəticədə cəmi 4.283.69,73 manat məbləğində X13 hesablanmışdır. Səyyar vergi yoxlmasına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi ilə icarəyə verilmiş daşınmaz əmlakların icarə haqqlarının real bazar qiymətləri üzrə MMCnin X13 tutulan dövriyyəsinin ümumilikdə 8.077.911 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, yoxlama zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyi MMC-yə yoxlama ilə həm mənfəət vergisi, həm də X13 üzrə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuşdur. İş üzrə iddiaçı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21.11.2019-cu il tarixli ekspert rəyinin nəticələri ilə razı olmadığını, rəydə reallığa uyğun olmayan və heç bir əsas göstərilmədən icarə haqqları üzrə məbləğlərin müəyyən edildiyini bildirdiyi üçün işə birinci instansiya qaydasında baxan məhkəmə yoxlanılan dövrdə iddiaçıya məxsus obyektlərin bazar qiymətinə uyğun icarə məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizasını iki ayrı müəssisənin "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin və "xxxx" MMCnin mütəxəssislərinə həvalə etmişdir. "xxxx" (Konsaltinq xidmətləri) MMC tərəfindən təqdim edilmiş 15.07.2020-ci il tarixli 01/391 nömrəli ekspert rəyində İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiymətinin 230117 manat (ƏDV daxil olmadan) məbləğində, "xxxx" MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə rəyində isə 423034 manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin 21.10.2020-ci il tarixli qərardad ilə təyin edilmiş mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 25.12.2020-ci il tarixli 9/4746 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmiş və 9/4746 nömrəli rəydə "xxxx" (Konsaltinq xidmətləri) MMC tərəfindən təqdim edilmiş 15.07.2020-ci il tarixli 01/391 nömrəli mütəxəssis rəyində İddiaçı MMC tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqqının qiymətinin ƏDV-siz 230117 manat olduğu qeyd edildiyi halqa, "xxxx" MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə rəyində aylıq icarə haqqının qiymətinin 423034 manat məbləğində müəyyən edildiyi, lakin bu qiymətə ƏDV-nin daxil edilib-edilmədiyinin göstərilmədiyi bildirilmiş, bu ziddiyətlərin olması səbəbindən İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergilərin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda 9/4746 nömrəli rəydə yuxarıda qeyd edilən ziddiyətlərin həll olunduğu halda ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqatın aparılaraq rəy verilə bilinəcəyi göstərilmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq, iddiaçı tərəfindən icarəyə verilmiş obyektlərin aylıq icarə haqlarının bazar qiymətinin müəyyən edilməsi üçün yenidən ekspertizanın keçirilməsini zəruri hesab etmiş və müvafiq qərardadla qiymətləndirmə ekspertizası təyin edərək qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-nin mütəxəssislərinə həvalə etmişdir. "xxxx" MMC-nin ƏEM/Y 16-016/21 saylı 11.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən icarəyə verilmiş hər bir obyektin 01.03.2017- 31.10.2018-ci illər üzrə ayrı-ayrılıqda aylıq icarə haqqının cəmi qiyməti ƏDV daxil olmadan 252.238 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli QXM321/M nömrəli qiymətləndirmə (ekspert) rəyini tam olmadığı üçün sübut kimi qiymətləndirməmişdir. Beləliklə, "xxxx" MMC-nin 15 07 2020-ci il tarixli 01/391 saylı və "xxxx" MMC-nin ƏEM/Y 16-016/21 nömrəli 11.01.20201-ci il tarixli ekspert rəylərində orta bazar icarə qiymətləri əsas götürülməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan ƏDV və Mənfəət vergiləri hesablanmışdır. Lakin apellyasiya baxışı zamanı müəyyən olundu ki, hazırki iş üzrə müxtəlif fiziki və hüquqi şəxslərin icarəsinə verilmiş qeyri-yaşayış obyektlərinin ayrı-ayrılıqda aylıq icarə haqlarının (ƏDV daxil olmaqla) bazar qiyməti ilə bağlı verilmiş rəylərlə tərəflər narazıdır. Bununla bağlı məhkəmənin 2-1(103)-1603/2021 saylı 14 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərin icarəsinə verilmiş hər bir obyektin 01.03.2017-31.10.2018-ci illər üzrə ayrı-ayrılıqda aylıq icarə haqlarının (ƏDV daxil olmaqla) bağlanmış icarə müqavilələri nəzərə alınmaqla bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş və bu qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. 22.07.2021-ci il tarixdə məhkəməyə "xxxx" MMC tərəfindən daxil olmuş rəydə qeyd edilmişdir ki, İddiaçı MMC Bakı şəhərinin prestijli ərazisində yerləşir, ticarət və sosial obyektlərə yaxındır, icarə üçün tam yararlıdır, hazırda icarədədir. Sözügedən əmlak qiymətləndirilərkən praktik olaraq müqayisə yanaşmasından və qiymətləndirmə obyektinə uyğun analoqların internet resurslarından istifadə edilmişdir, əmlakın aylıq icarə qiymətinin 258.870 manat (ƏDV-siz), 305.467 manat (ƏDV ilə birlikdə) təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1603/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında "xxxx" MMC-nin verdiyi ekspert rəyi nəzərə alınmaqla İddiaçı 2017 və 2018-ci illərdə əldə etdiyi 1 (bir) ay üzrə icarə haqqlarının məbləğinin, İddiaçı MMC tərəfindən vergi yoxlamasının aparıldığı dövr üzrə ƏDV növündə hesablanan və dövlət büdcəsinə ödənilən vergi məbləğinin, Ekspert tədqiqatının obyekti kimi təqdim edilmiş sənədlər nəzərə alınmaqla vergi yoxlaması dövrü üzrə ƏDV növündə İddiaçı MMC-nin öhdəliyinin, İddiaçı MMC tərəfindən vergi yoxlaması dövrü üzrə ƏDV növündə dövlət büdcəsinə vergi ödəməkdən yayınma halına yolverilməsinin, yol verilmişdisə, həmin vergidən yayınma məbləğinin, İddiaçı MMC tərəfindən vergi yoxlamasının aparıldığı dövr üzrə “mənfəət vergisi” növündə hesabalanan və dövlət büdcəsinə ödənilən vergi məbləğinin, ekspert tədqiqatının obyekti kimi təqdim edilmiş sənədlər nəzərə alınmaqla vergi yoxlaması dövrü üzrə “Mənfəət vergisi” növündə İddiaçı MMC-nin öhdəliyinin və İddiaçı MMC tərəfindən vergi yoxlaması dövrü üzrə “Mənfəət vergisi” növündə dövlət büdcəsinə vergi ödəməkdən yayınma halına yol verilməsinin, yol verilmişdisə, həmin vergidən yayınma məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 9/5405 saylı 07 sentyabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdi ki, AİD Consulting” MMC-nin verdiyi ekspert rəyi nəzərə alınmaqla, İddiaçınə məxsus obyekt və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqı 258.870 manat məbləğində müəyyən edilmişdir; -X13 üzrə- Vergi ödəyicisi ƏDV məqsədləri üçün 24.09.2004-cü il tarixli **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış, bildiriş 01.04.2012-ci İl tarixdən qüvvəyə minmişdir. İş materiallarından göründüyü kimi, müəssisə tərəfindən ƏDV bəyannamələri təqdim edilmişdir. 22 iyul 2021-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi ekspert rəyinə əsasən ünvan 5 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqının 258.870 manat məbləğində olduğu nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə ******* (ƏDV-siz) manat, iş materiallarına əsasən 2153478,2 manat əvəzləşdirilən dövriyyə müəyyən edilmiş və həmin məbləğə 544305,94 manat (5177400,0 - 2153478,12 x 18%) ƏDV hesablanır. Yəni, hazirki tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 428369,73 manat nəzərə alınmaqla, müəssisə tərəfindən 115936,21 (544305,94 - 428369,73) manat məbləğində X13nin dövlət büdcəsinə az hesablanması müəyyən edilir; -Mənfəət vergisi üzrə- İddiaçı yoxlanılan dövr üzrə mənfəət vergisinin ödəyicisi olmuş və bu məqsədlə bəyannamələr təqdim etmişdir. Müəssisənin bəyannamə məlumatlarına əsasən mənfəət vergisi üzrə, 2017-ci ildə ümumi gəlir (daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) 2572756,18 manat, xərclər 2521466,18 manat, vergiyə cəlb olunan mənfəət 51290,0 manat, mənfəət vergisi 10258,0 manat hesablanmışdır. 22 iyul 2021-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 106 ünvanında yerləşən obyektlərin və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqı 258.870,0 manat məbləğində olduğu nəzərə alınmaqla; 2017-ci ildə ümumi gəlir 3.106.440 manat, xərclər (birinci instansiya məhkəməsinə təqdim edilmiş 05.10.2020-ci il tarixli vəsatətlə 260 vərəqdən ibarət MMC-nin 2017-ci il üzrə xərclərini təsdiq edən sənədlərə əsasən) 2.521.466,18 manat, vergiyə cəlb olunan mənfəət 584.973,82 manat, mənfəət vergisi 116.994,76 manat hesablanır. Yəni, müəssisə tərəfindən 2017-ci ilin büdcəsinə hesablanmış 10.258 manat nəzərə alınmaqla tədqiqatla MMC tərəfindən 2017-ci il üzrə 106.736,76 (116.994,76-10.258) məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Lakin hazırki işdə cavabdeh inzibati orqan ekspert rəyi ilə razılaşmayaraq rəydə qeyd olunan qiymətlərin reallığı əks etdirmədiyinə istinad edir. Bu barədə məhkəmə kollegiyası aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəlləsinin 153-cü maddəsinə əsasən X13 (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı X13 ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci hissəsində göstərilmişdi ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiyməti icarə münasibətlərindən bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün istifadə edilə bilər. Göründüyü kimi, yuxarıda adı qeyd olunan Qərarda həmin qərarın qüvvəyə mindiyi gündən sonrakı icarə münasibətlərində vergi tutulması üçün bazar qiymətlərinin tətbiq edilməli olması birbaşa öz əksini tapmışdır. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən 12 mart 2012-ci il tarixli Qərarında göstərilmişdi ki, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı “İcarə haqqında” Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmlakına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) aşağıdakı müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında bazar qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində müəyyən edilmiş tələblərə və mərhələlərə aydınlıq gətirilmiş və həmin tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla bazar qiymətinin müəyyən edilməli olması göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, sözügedən Qərarın nəzərə alınmalı olan dövr üzrə cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 21 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi barədə ekspert rəyindən görünür ki, İddiaçı MMC-yə məxsus ünvan 6 ünvanında yerləşən təsərrüfat subyektində 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə icarəyə verilmiş obyektlərin sahələri və icarəyə verilmiş obyektlərin icarə haqlarının orta bazar qiyməti bu rəyə əlavə edilmiş cədvəldə göstərilmişdir. İnzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi və ƏDV (bir hissədə) iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə istinadən qanunsuz hesablanmışdır. Görünür ki, vergi orqanı yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətinin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı alınmış ekspert rəyi səthi tərtib olunmuş, müqayisə predmetləri tam şəkildə uyğun seçilmədən (obyektin təmir səviyyəsi, təyinatı, digər infrastrukturlara yaxınlığı və s. nəzərə alınmadan) verilmişdir. Digər tərəfdən inzibati icraatda bir rəyin alınması mütləq deyil, müxtəlif qurumlardan rəylərin alınmasını da qanunvericilik qadağan etmir. Hansı ki, məhkəmə icraatlarında məhkəmə tərəfindən müxtəlif qurumlardan rəylər alınmışdır. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən təqdim olunmuş və tədqiq olunmuş rəy tutarlı arqument və müqayisələrlə əsaslandırılmaqla müəyyən edilmişdir ki, vergi ödəyicisinin müvafiq obyektin icarə haqqı üzrə tətbiq etdiyi qiymətin səviyyəsi 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun həm mənfəət vergisi, həm də ƏDV hesablanması qismən əsassız olmuşdur. Belə ki, "xxxx" MMC-nin verdiyi rəyə əsasən İddiaçınə məxsus obyekt və piştaxtaların 01.03.2017-ci il tarixdən 31.10.2018-ci il tarixədək olan dövr üzrə aylıq icarə haqqı ƏDV-siz 258.870 manat məbləğində müəyyən edildiyi üçün məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəylə həmin dövr ərzində ümumi dövriyyənin 5.177.400 (ƏDV-siz) manat olduğu, lakin iş materiallarına əsasən 2.153.478,2 manat əvəzləşdirilən dövriyyənin olduğu müəyyən edildiyindən həmin məbləğə 544.305,94 manat (5.177.400 – 2.153.478,12 x 18%) ƏDV hesablanmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 428.369,73 manat nəzərə alınmaqla, müəssisə tərəfindən 115.936,21 (544.305,94 – 428.369,73) manat məbləğində X13nin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Həmçinin iş üzrə iddiaçı müəssisənin mənfəət vergisinin ödəyicisi olub, bəyannamələr təqdim etdiyi və həmin bəyannamə məlumatlarına əsasən mənfəət vergisi üzrə 2017-ci ildə ümumi gəlirinin (daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) 2.572.756,18 manat, xərclərinin 2.521.466,18 manat, vergiyə cəlb olunan mənfəətinin 51.290,0 manat, mənfəət vergisinin 10.258 manat hesablandığı müəyyən olunmuşdur. Odur ki, 22 iyul 2021-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi ekspert rəyinə əsasən məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəylə 01.03.2017-ci il tarixdən 31.10.2018ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqının 258.870 manat məbləğində olduğu nəzərə alınmaqla, 2017-ci ildə ümumi gəlir 3.106.440 manat, xərclər (birinci instansiya məhkəməsinə təqdim edilmiş 05.10.2020-ci il tarixli vəsatətlə 260 vərəqdən ibarət MMC-nin 2017-ci il üzrə xərclərini təsdiq edən sənədlərə əsasən) 2.521.466,18 manat, vergiyə cəlb olunan mənfəət 584.973,82 manat, mənfəət vergisi isə 116.994,76 manat hesablanmışdır. Yəni, müəssisə tərəfindən 2017-ci ilin büdcəsinə hesablanmış 10.258 manat nəzərə alınmaqla tədqiqatla MMC tərəfindən 2017-ci il üzrə 106.736,76 (116.994,76-10.258) məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının mübahisələndirilən 28 yanvar 2020-ci il tarixli qərarı 106736,76 manat mənfəət vergisi və ona tətbiq edilmiş 57968,105 manat məbləğində maliyyə sanksiyası və 115936,21 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 53368,38 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə əsassız olduğu üçün ləğv edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar sözügedən hissədə dəyişdirilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər məhkəmə qərarının iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv və ya dəyişdirilməsi üçün əsas vermir. Cavabdehin “AİD Consulting" MMC-nin təqdim etdiyi rəyi hazırlamış mütəxəssisin iş təcrübəsi və onun daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi ilə bağlı bu sahədə rəy vermək hüquqlarının mövcudluğu” barədə dəlilinə münasibətdə qeyd olunur ki, sözügedən rəyə həmin rəyi vermiş qiymətləndirici X1 adına 2015-ci ildə verilmiş sertifikat əlavə olunmuşdur ki, həmin sertifikatdan da onun daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşdığı müəyyən olunur. O ki qaldı cavabdehin ““AİD Consulting" MMC tərəfindən qiymətləndirmənin düzgün aparılmaması” ilə bağlı gətirdiyi dəlillərinə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır və qəbul edilmir. Qeyd olunmalıdır ki, rəydəki məlumatların həqiqəti əks etdirmədiyini və düzgün olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin hazırki işdə cavabdeh orqan tərəfindən həmin hallar sübuta yetirilmir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (61.1, 61.2, 61.4). Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın 106736,76 manat mənfəət vergisi və ona tətbiq edilmiş 57968,105 manat məbləğində maliyyə sanksiyası, 115936,21 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 53368,38 manat məbləğində maliyyə sanksiyası hissələri istisna olmaqla, qalan hissələrdə əsaslı qəbul olunduğunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2021 saylı 03 mart 2021-ci il tarixli qərarı apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə uyğun dəyişdirilərək, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli **********196626 saylı qərar 106736,76 manat məbləğində mənfəət vergisi və ona tətbiq edilmiş 57968,10 manat məbləğində maliyyə sanksiyası və 115936,21 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 53368,38 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pul məbləği iddiaçı müəssisədən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2021 saylı 03 mart 2021-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020ci il tarixli **********196626 saylı qərar 106736,76 manat məbləğində mənfəət vergisi və ona tətbiq edilmiş 57968,10 manat məbləğində maliyyə sanksiyası və 115936,21 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 53368,38 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pul məbləği İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azad İmanov
Məhkəmə qərarları › İş №2-1(103)-1603/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1603/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver