Məhkəmə qərarları › İş №2-1(103)-1603/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1603/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1603/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-676/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müstəqil tibbi komissiya təyin olunmasını və komissiyanın rəyinə əsaslanaraq cavabdeh Agentliyin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatının müəyyən etmək öhdəliyinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, tibbi sənədlər əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının № 3-174/3-3- 19263/2023 saylı Qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yəni 1970-ci il təvəllüdlü İddiaçı oglu xx.xx.1992-ci ildə Qarabağ uğurunda gedən döyüş əməliyyatı zamanı sag tərəf ag ciyər diafraqmasının və qara ciyərə və çiyin və bud nahiyyələrinə zədə vuran coxsaylı qəlpə yaraları almışdır (sənəd N hərbi hissədən - hospitaldan arayış). Bununla baglı bir neçə dəfə müxtəlif tibb ocaqlarında stansionar və ambulator müayinə olunub və son vaxtlara kimi müalicələrini davam etdirir. Belə ki, qəlpələrin bir hissəsi hələ də bədənindədir və həkimlərin dediyinə görə əsəs sinirlərin üzərində olduğuİddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yəni 1970-ci il təvəllüdlü İddiaçı oglu xx.xx.1992-ci ildə Qarabağ uğurunda gedən döyüş əməliyyatı zamanı sag tərəf ag ciyər diafraqmasının və qara ciyərə və çiyin və bud nahiyyələrinə zədə vuran coxsaylı qəlpə yaraları almışdır (sənəd N hərbi hissədən - hospitaldan arayış). Bununla baglı bir neçə dəfə müxtəlif tibb ocaqlarında stansionar və ambulator müayinə olunub və son vaxtlara kimi müalicələrini davam etdirir. Belə ki, qəlpələrin bir hissəsi hələ də bədənindədir və həkimlərin dediyinə görə əsəs sinirlərin üzərində olduğu üçün çıxarılmaları məsləhət olmayıb. Bütün bunların nəticəsi olaraq uzun müddət “Döş qəfəsinin dəqiqləşdirlməmiş hissəsində açıq yarası, döş qəfəsinin sag hissəsini dəlib keçən qəlpə yarasından sonra ki, vəziyyət, sag ag ciyərin, diafraqmanın, qara ciyərin zədələnməsi, qarışıq astma, infeksion mənşəli bronxial astma, hormonal asılılıq, xroniki respirator çatışmamazlıq və tənəffüs çatışmamazlıq 2- ci dərəcə” diaqnozu ilə 2-ci dərəcəlik əlillik statusu olub. Bütün müayinə və müalicələrlə baglı sənədlər iddia ərizəsinə əlavə olunub. Yuxarıda yazılanlara baxmayaraq, hal - hazırda TSERA- nin verdiyi rəyə görə əlilik statusu ləğv olunub. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri, odlu silah, qəlpə yaralanması nəticəsində sağtərəfli daxilə nüfuz edən torakoabdominal yaralanma, sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə (1992). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2749003AAFZE nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********7) Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin C00079116QGN nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 842 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Birincili xroniki qüllə mənşəli sol qamış sümüyünün osteomieliti, sekvestral boşluqla və funksiya edən fistula ilə (xx.xx.1992) torakoabdominal qüllə yaralanması sağtərəfli hemotoraks, diafraqmanın və qaraciyərin zədələnməsi, qaraciyərin funksiyasının mülayim pozulması ilə, İ dərəcəli tənəffüs çatışmazlığı ilə“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında qəlpə yaralanmasından sonra şişkinlik və ağrılardan şikayətlənmişdir. Müayinə zamanı döş qəfəsinin sol ön və sağ yan səthində, hər iki baldırın orta 1/3-də, sağ baldırın yuxarı 1/3-də çapıqlar, sağtərəfli torakosintez və qarının ön divarında total laparotomiya kəsiklərinə məxsus yumşaq toxuma çapıqları izlənilmiş, çəkisi 83 kq, boyu 170 sm BKİ 28,7 müəyyənləşdirilmişdir. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 99%, nəbzi 110 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 16123 nömrəli Tibbi rəyində diaqnoz "Bronxial astma qarışıq forma, nəzarət olmayan. Kəskinləşmiş mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 10873 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd edilir. FVC 2.13%, FEV 1.29%” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Hər iki diz oynağın artrozu, saq İİ dərəcəli, sol İİİ dərəcəli, saq baldırın yuxarı 1/3-də yad cisim-metal qəlpə, bitişmiş sınıqdan və sümüyün defektindən sonrakı vəziyyət, ağrı sindromu ilə" kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-676/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim N.Abdıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, № 3-17-4/3-3-19263/2023 № li Qərarı xx.xx.1970-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilmiş, xx.xx.1970-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X9n üzərinə qoyulmuşdur.. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi diskression səlahiyyətlə bağlı yalnızca Ali məhkəmənin icmal məktubuna istinad edərək və sırf ekspert rəyində şəxsdə diaqnozun olması səbəbindən həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymayaraq qərar qəbul etmişdir. Hesab edilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda 1-ci instansiya məhkəməsi xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etdiyini bildirilir. İddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında qəlpə yaralanmasından sonra şişkinlik və ağrılardan şikayətlənmiş, müayinəsi zamanı döş qəfəsinin sol ön və sağ yan səthində, hər iki baldırın orta 1/3-də, sağ baldırın yuxarı 1/3-də çapıqlar, sağtərəfli torakosintez və qarının ön divarında total laparotomiya kəsiklərinə məxsus yumşaq toxuma çapıqları izlənilmiş, çəkisi 83 kq, boyu 170 sm BKİ 28,7 müəyyənləşdirilmiş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 99%, nəbzi 110 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmadığını qeyd edilir. Cavabdeh tərəfindən hesab edilir ki, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi verərək, ona Azərbaycan Respublikası müdafəsi ilə əlaqədar hərbi travmaya görə 2-ci qrup (xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, inanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80%) əlilliyin xx.xx.2023-cü il tarixindən təyin edilməsi öhdəliyini cavandeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, iddiaçının inzibati orqan tərəfindən sonuncu dəfə xx.xx.2023-cü ildə müayinə aparılaraq, barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Beləliklə, iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətlərin dəlillərinə münasibət: İşin araşdırılmış hallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 842 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Birincili xroniki qüllə mənşəli sol qamış sümüyünün osteomieliti, sekvestral boşluqla və funksiya edən fistula ilə (xx.xx.1992) torakoabdominal qüllə yaralanması sağtərəfli hemotoraks, diafraqmanın və qaraciyərin zədələnməsi, qaraciyərin funksiyasının mülayim pozulması ilə, İ dərəcəli tənəffüs çatışmazlığı ilə“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissə tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, № 44005003AABNE saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S2O-S29 - Döş qəfəsinin travmaları => Təsnifatı: S21 - Döş qəfəsinin açıq yarası => S21.9 - Döş qəfəsinin dəqiqləşd...; Diaqnozun mətni: Döş qəfəsinin dəqiqləşdirilməmiş şöbəsinin açıq yarası, Döş qəfəsinin sağ yarısının dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət, sağ ağciyərin, diafraqmanın, qaraciyərin zədələnməsiilə (xx.xx.1992). Qarışıq astma, İnfeksion allergik mənşəli bronxil astma, hormonal asılılıq Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ- dərəcə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4, ildə azı döıd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9J35-J37.1J41.,,; İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmənin tarixi: xx.xx.2022. Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, № 2749003AAFZE saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X1: Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = > Y36 - Hərbi əməliyyatlar => Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonrakı vəziyyət, sol qamış sümüyünün osteomieliti; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, № C00079116QGN saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət, sol qamış sümüyünün osteomieliti, hər iki diz oynağının deformasiyaedici artrozu,oynaq kontrakturası.; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 19932023-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri,instrumental müayinələr ətraflı qeyd olunsun, əsas xəstəliyin ağırlaşmaları instrumental müayinə ilə öz təsdiqini tapmır. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, № 3-17-4/3- 3- 19263/2023 №-li Qərarında qeyd olunmuşdur ki,vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 842 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Birincili xroniki güllə mənşəli sol qamış sümüyünün osteomleliti, sekvestral boşluqla və funksiya edən fistula ilə (xx.xx.1992) torakoabdominal güllə yaralanması sağtərəfli hemotoraks, diafraqmanın və qaraciyərin zədələnməsi, qaraciyərin funksiyasının mülayim pozulması ilə, İ dərəcəli tənəffüs çatışmazlığı ilə“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında qəlpə yaralanmasından sonra şişkinlik və ağrılardan şikayətlənmişdir. Müayinə zamanı döş qəfəsinin sol ön və sağ yan səthində, hər iki baldırın orta 1/3-də, sağ baldırın yuxarı 1/3-də çapıqlar, sağtərəfli torakosintez və qarının ön divarında total laparotomiya kəsiklərinə məxsus yumşaq toxuma çapıqları izlənilmiş, çəkisi 83 kq, boyu 170 sm BKİ 28,7 müəyyənləşdirilmişdir. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 99%, nəbzi 110 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 16123 nömrəli Tibbi rəyində diaqnoz “Bronxial astma qarışıq forma, nəzarət olmayan kəskinləşmiş mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 10873 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd edilir. FVC 2.13%, FEV 1.29%” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Hər iki diz oynağın artrozu, sağ İİ dərəcəli, sol İİİ dərəcəli, sağ baldırın yuxarı 1/3-də yad cisim-metal qəlpə, bitişmiş sınıqdan və sümüyün defektindən sonrakı vəziyyət, ağrı sindromu ilə” kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı bu qərardan narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş T 817/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, 1970-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli C00079116QGH saylı Forma 088-də göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “T91.2-Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri. Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri.xx.xx.1992-ci ildə İ X4 rayonunda çoxsaylı Odlu silah qəlpə yaralanması nəticəsində sağtərəfli daxilə nüfuz edən torakoabdominal yaralanma, (sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə); Y364- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonrakı vəziyyət, sol qamış sümüyünün osteomieliti, hər iki diz oynağının deformasiyaedici artrozu, oynaq kontrakturası; M79.5- Yumşaq toxumalarda qalmış yad cisim; M25.5- Oynaqda ağrı. Daimi ağrı sindromu ilə; J45.8-Qarışıq astma. Bronxial astma. Qarışıq tipli ventilyasiya pozğunluğu; M79.6-Ətrafda ağrı. Yerişin pozulması ilə.; T91.4- Döş qəfəsi orqanlarının travmasının nəticələri; T93.8- Aşağı ətrafın digər dəqiqləşdirilmiş nəticələri; M86.6-Digər xroniki osteomielit. Sol qamış sümüyünün xroniki osteomieliti; M17.O-Birincili ikitərəfli qonartroz.” Diaqnoz qərardadın 1ci və 2-ci bəndində suallarda olan diaqnozlarla eynilik təşkil edir və stasionarda müalicəsi zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilsə də, DTSERA-da şəxsin xx.xx.2023-cü il tarixdə əyani müayinəsində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatmamazlığı əlamətləri aşkar edilməmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Bundan əlavə cavabdeh inzibati orqan öz qərarında X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 16123 nömrəli Tibbi rəyinin məzmunu, X7 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 10873 nömrəli Spirometriya müayinəsinin nəticəsi və X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışının məzmunu ilə razılaşmasa da qeyd edilən müayinə sənədlərini təkzib edəcək bərabər qüvvəyə malik tibb sənədləri (müayinələri) təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçıya dair sonuncu göndərişin status localis və həkim müayinəsi bölmələrində aşağıdakılar qeyd edilmişdir: Döş qəfəsinin sağ aşağı yarısında sağ baldırın yuxarı, sol baldırın orta yuxarı 1/3 də kobud çapıq toxumaları, qarının ön səthində cərrahi laboratoriya çapıq toxuması müşahidə edilir. Sağ baldırın orta yuxarı hissəsi şişkindir, qızardılıb. Hər iki diz oynaqında hərəkət ağrılı və məhdududur: solda açma 170 dərəcə, bükmə 115 dərəcə, sağda açma 170 dərəcə, bükmə 120 dərəcə. Sağ qamış sümüyünün metafizinin odlu silah ilə yaralanmasından sonra metal qəlpə aşkarlandı. Hər iki diz oynaqının deformasiyaedici qonartrozu mövcuddur. Yeriyişin pozulması, hərb əməliyyatları nəticəsində odlu silahə və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanmasından sonrakı vəziyyət, sol qamış sümüyünün osteomieliti, hər iki diz oynaqının deformasiyaedici artrozu,oynaq kontrakturası, daimi ağrı sindromu ilə, döş qəfəsində qəlpə yaralanmasından sonrakı vəziyyət, sol Vİİİ qabırğanın köhnə bitişmiş sınığı, nevrasteniya, astenonevrotik sindrom, essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri – Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri, xx.xx.1992-ci ildə İ X4 rayonunda çoxsaylı odlu silah qəlpə yaralanması nəticəsində sağtərəfli dəlikli nüfuz edən torokoabdominal yaralanma (sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə, sol qamış sümüyünün osteomieliti, hər iki diz oynaqının deformasiyaedici artrozu,oynaq kontrakturası, daimi ağrı sindromu ilə. Arterial hipertenziya İİ mərhələ, bronxial astma, presbiopiya müşahidə olunur. İddiaçıda olan əsas diaqnozun ağırlaşması birincili ikitərəfli qonartroz hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə də öz əksini tapmışdır. “Əlilliyin müəyyən olunması meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 13-cü bəndinə (Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri) əsasən - Qonartroz (diz oynağının artrozu) -M17: 13.4.38. hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu–orqanizmin funksiyalarının 70 faiz pozulması- müddətsiz əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə M17 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnozlar əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2018-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi və dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmalına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya hüquqi yardım göstərilmiş və iddia tərəfindən iddia tələbində dəqiqləşdirmə verilərək ona Azərbaycan Respublikası müdafəsi ilə əlaqədar hərbi travmaya görə 2-ci qrup (xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, inanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80%) əlilliyin xx.xx.2023cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərar). Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçıda əsas diaqnozun ağırlaşması olan M17 ekspert rəyi, həmçinin tibbi sənədləri ilə müəyyən edildiyindən, diaqnoz üzrə Əlilliyin müəyyən olunması meyarlarında 13.4.38. hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu–orqanizmin funksiyalarının 70 faiz pozulmasımüddətsiz müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 842 nömrəli xəstəlik haqqında Şəhadətnaməsində qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının əlilliyinin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-676/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə İddiaçı əlilliyin (Orqanizmin funksiyalarının pozulması faizi və müddətinin) sonuncu göndərişə əsasən verilmiş sonuncu imtina tarixi- xx.xx.2023-cü il tarix nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-676/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə (orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz olmaqla) əlilliyin xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar