Məhkəmə qərarları › İş №2-1(103)-1604/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1604/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1604/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüquqularının qeydiyyata alınması tələbinə dair inzibati mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının adına “xxxx” MTK-nın ümumi yığıncağının qərarı ilə payçı qəbul edildiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 181E ünvanında tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 180 kv.m. olan mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2513/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-800/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)- 2513/2019 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edildiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 181E ünvanında tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 180 kv.m. olan mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Sosial Rifah Partiyası üçün ünvan 2 məhəllə, A.M.Şərifzadə küçəsi, 181 E ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası “xxxx” MTK tərəfindən tikilmişdir. Tərəflər arasında imzalanmış x xxxx 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilib. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Hazırda binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin xx xxxxxxx 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq olunub. xx xxxxxx 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunub. İddiaçı xx xxxxxx 2019-cu il tarixli ərizə ilə (mənzilə dair MTK tərəfindən verilmiş Protokoldan Çıxarış və maliyyə arayışı əlavə edilməklə) cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh xx xxxx 2019-cu il tarixli məktubu ilə əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edib. Buna səbəb kimi isə, həmin bunada mansard mərtəbəsinin yaşayış sahəsi kimi qeyd olunmaması olub. İddiaçı hesab edir ki, cavabdehin belə bir imtinasının heç bir hüquqi əsası yoxdur. Sözü gedən layihə sənədlərində mansard mərtəbəsinin yaşayış sahəsi olmaması da qeyd olunmayıb. Amma, faktiki olaraq iddiaçı həmin sahəni mənzil kimi almışdır və mənzil kimi də istifadə edir. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı müvafiq daşınmaz əmlaka dair çıxarış almaq məqsədilə İdarəyə xx xxxxx 2019-cu il və xx xxxxxx 2019cu il tarixlərdə poçt vasitəsilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş sənədlərdə mənzilin mansard sahəsində yerləşdiyi qeyd olunmuşdur, lakin binanın istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktında mansard sahəsinin yaşayış sahəsi olması barədə məlumat yoxdur. Həmçinin, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzilin 180.0 kv.m qeyd olunmasına baxmayaraq, faktiki sahə 247.9 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, 67,9 kv.m sahə hüquqmüəyyənedici sənədlərdə göstərilən sahədən artıqdır. Həmin sahə binanın damında sonradan tikilmişdir. Həmçinin nümayəndə bildirdi ki, Azərbaycan Sosial Rifah Partiyasının adına verilmiş Dövlət X3 əsli və “xxxx" MTK ilə partiya arasında əlaqələndirici sənədlər İdarəyə təqdim edilməmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Vergilər birliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışına (xx.xx.2009-cu il tarixti) əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” Mənzil-Tikinti Kooperativinə çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyi “xxxx” MTK-ya keçmişdir. İddiaçı ərizəsinə əlavə olunan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 523 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktında podratçı qismində “xxxx” adlı hüquqi şəxs MTK deyil, MMC olaraq qeyd olunmuşdur. Vətəndaşın ərizəsinə əlavə olunan yaşayış binasının tikintisi başa çatmış obyektin istismarına qəbul edilməsi haqda qəbul komissiyasının aktı, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Göründüyü kimi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunanlar nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edimişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: xx xxxxxxx 2014-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binası (1-ci və 2-ci mərtəbədə partiya qərargahı, -3.30 m səviyyəsində zirzəmi və -6.60 m səviyyəsində qaraj) istismara qəbul edilmiş və poçt ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181 E kimi göstərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2009-cu il tarixli **********433000 nömrəli “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən Çıxarış”ının surətinə əsasən “xxxx” MMC-nin “xxxx” MTKya çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyi “xxxx” MTK-ya keçmişdir. “xxxx” MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2010-cu il tarixli 45 saylı protokoldan Çıxarış”ına əsasən İddiaçı “xxxx” MTK üzvlüyünə qəbul edilməsi və vətəndaş İddiaçı razılıq yolu ilə “xxxx” MTK-nın Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə tikilmiş 12 mərtəbəli yaşayış binasının mansardında yerləşən, ümumi sahəsi 180 kv.m olan 73A saylı mənzilə payçı qəbul edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə yerləşən yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın mansardında ümumi sahəsi 180 kv.m olan mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir və kooperativə borcu yoxdur. Cavabdehin **********86 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən təqdim edilmiş sənədlərdə mənzilin mansard sahəsində yerləşdiyi qeyd olunmuşdur, lakin binanın istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktında mansard sahəsinin yaşayış sahəsi olması barədə məlumat yoxdur. Həmçinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzilin 180.0 kv.m qeyd olunmasına baxmayaraq, faktiki sahə 247.9 kv.m təşkil edildiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181 E ünvanında inşa edilən 12 mərtəbəli (+mansarda) yaşayış binası “xxxx” MTK-ya məxsusdur. İddiaçı həmin binanın mansardında ümumi sahəsi 180 kv.m. olan mənzilə pay dəyərini tam şəkildə ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdir, iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsi xüsusilə vurğulamışdır: ”kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri---yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin iddiaçının mənzili və qeyri-yaşayış sahəsini əldə etdiyi zaman qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə həmin dövrdə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2009-cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş, digər vacib məsələlərlə yanaşı özəl mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi, mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) bəzi müddəaları da diqqətəlayiqdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə də mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin faktiki hallarına əsasən iddiaçının “xxxx” MTK-nın üzvlüyünə qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3152-3156 məhəllədə tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 180 kv.m. olan mənzilə payçı qəbul edilməsi barədə “xxxx”MTK-nın qərarı mövcuddur və iddiaçı tərəfindən mənzilin pay dəyəri tam ödənilmişdir. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, həmin Qanunun 17.2- 17.4-ci maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11 və 3.0.24 bəndlərinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarışın verilməsi, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə hesab edilir. İnzibati iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 3152-3156-cı məhəllə, A.M.Şərifzadə küçəsi, 181 E ünvanında inşa edilən 12 mərtəbəli (+mansarda) yaşayış binasının mansardında ümumi sahəsi 180 kv.m olan mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin qanunsuz imtinası nəticəsində iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə baxışı zamanı iddiaçının qeyri-yaşayış sahəsi və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Bundan başqa işdə olan “Tikintisi başa çatmış obyektin istismarına qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nda binannın mərtəbələrinin sayı “12 (+ mansarda)”, mənzillərin “80 ədəd”, mansarda ümumi sahəsinin “536,2 kv.m.” olduğu qeyd edilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstəriş kimi MTK üzvü kimi iddiaçıya ayrılmış sahənin Aktda qeyd olunan mənzillərin tərkibinə daxil edilib-edilməsı halının araşdırılması qeyd edilmişdir. Bu məqsədlə “xxxx” MTK-yə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq “xxxx” MTK xx.xx.2020-ci il tarixli, 021/M/ saylı məktubunda bildirilmişdir ki, İddiaçı məxsus ümumi sahəsi 180 kv.m olan mənzil istismar Aktında qeyd olunan, ümumi sahəsi 536 kv.m. olan mansard hissəsinin tərkibinə daxildir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar