Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1604/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ( 3-cü şəxslər "xxxx" mənzil tikinti kooperativi və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) kompensasiya olaraq mənzilin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2022 saylı, 12 yanvar 2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş ünvan məhəllə "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildən 2019-cu ilədək “Bakqazmaş Zavod” İstehsalat Birliyinin yataqxanasında arvadı X3 ilə birlikdə yaşamışdır (sonuncu 2019-cu ilin yanvar ayında vəfat etmişdir). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi, Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüş və hal-hazırda onun yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərlə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-ıv Q nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin "sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin qəzalı binanın sakinlərinin onun yerində tikiləcək binada otaqların sayına müvafiq olaraq yeni mənzillərlə təmin olunacağına, bina istismara verilənədək sakinlərə kirayə haqqı ödəniləcəyinə dair verdiyi sözə etimad edərək, o, ailəsi ilə birlikdə mənzildən çıxmışdır. Lakin, hal-hazıradək "xxxx" MTK tərəfindən yeni binanın tikinitisi başa çatmasına baxmayaraq o, mənzillə təmin olunmamış və ona kirayə yaşadığına görə kirayə haqqı ödənilməmişdir. Müxtəlif instansiyalara və cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də məsələ hazırki vaxtadək həll olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktuba aparatın rəhbərinin imzası ilə göndərilmiş M-l113-151 saylı, xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi müraciəti aidiyyəti üzrə, hazırki iş üzrə cavabdehə göndərilərək, müvafiq yaşayış sahəsinə təmin olunmağına köməklik göstərilməsi barədə xahiş edilmişdir. Cavabdehə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Ərizəyə cavab verilməmiş, münasibət bildirilməmişdir. Cavabdeh vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Konstitusiyasının bəzi müddəalarından, Azərbaycan Respublikasının Prezidentinin 699 saylı xx.xx.2012-ci il tarixli Fərmanından, Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarından irəli gələn tələblərə riayət etmir və onun konstitusion hüquqlarını pozur. Təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi o, Xəzər rayonu, Buzovna qəs., 21/43 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. Təqdim etdiyi 111 saylı MKİS tərəfindən tərtib olunmuş “Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Xəzər rayonu, Buzovna qəsəbəsi, 111 saylı MKİSnin balansında olan, məhəllə 2143-də yerləşən yataqxana haqqında Məlumat”dan göründüyü kimi 2 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin siyahının müvafiq olaraq 274-275-ci -sıralarında 2143-cü məhəllədə yerləşən yataqxananın 81 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişdir. Təqdim edilən "Şəxsi hesab vərəqəsi”nin surətindən göründüyü kimi, o, 2 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə xx.xx.1986-cı ildən Xəzər r-nu, Buzovna qəs., "xxxx" zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamışdır. Təqdim edilən xx.xx.1984-cü ildə tərtib olunmuş forma A-nın surətindən göründüyü kimi işlədiyi müəssisə - "xxxx" zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. Təqdim edilən "xxxx" ASC tərəfindən verilmiş 03 saylı xx.xx.2020-ci il tarixli arayışın surətindən göründüyü kimi iddiaçı həqiqətən "xxxx" zavodunun nəzdində təşkil olunmuş “Hədiyyə” kooperativində xx.xx.1990-cu ildən (əmək müqaviləsi № 15 xx.xx.1990) 25 05.1992-ci ilə qədər işləmiş (əmr № 3, xx.xx.1992). Kooperativ “Hədiyyə” ləğv olunması ilə əlaqədar, köçürmə yolu ilə “Hədiyyə” kiçik Müəssəsində işə qəbul olunmuş (əmr № 11, 25 05.1992) xx.xx.1994-cü ilə qədər işləmiş (əmək müqaviləsinin qurtarması ilə ilə əlaqədar işdən azad olunmuşdur) və 1984-cü ildən hal-hazırki günə qədər "xxxx" zavodunun yataqxanasında pasport qeydiyyatındadır. İddiaçının təqdim etdiyi forma A-dan göründüyü kimi xx.xx.1984-cü ildən "xxxx" zavodunun yataqxanasında pasport qeydiyyatındadır, yaşayış yeri qeydiyyatda olduğu ünvandır. Təqdim edilən şəxsi hesab vərəqəsinin surətindən göründüyü kimi sözügedən mübahisəli mənzilə görə kirayə haqqı və kommunal xərcləri ödəyir. Təqdim etdiyi iddiaçı ilə “Azərsu” arasında bağlanmış müqavilədə, “Azərişıq” tərəfindən təqdim olunmuş “Bildiriş”in surətinin məzmunundan aydın olduğu kimi o, sözügedən yataqxana sökülənədək mübahisəli mənzildə faktiki olaraq yaşamışdır.Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul eidlməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan Bakı şəhər Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda göstərmişdir ki, bu iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Yəni həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə edilmiş arayışlarından da görünür ki, qeydiyyatda olduğu yataqxana binası sözügedən Birliyin balansındadır. Eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyəti qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, qeydiyyatda olduğu ünvanda uzun illər məcburi köçkün ailəsi yaşamışdır. Belə olan halda iddiaçı həmin binada qeydiyyatı olmasına baxmayaq o uzun illər həmin binada yaşamamışdır. Qəzalı vəziyyətdə olan binada yalnız faktiki yaşayan sakinlər üçün yeni bina inşa edilmiş və ora köçürülmüşdür. İddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçının qeydiyyatda olduğu keçmiş "xxxx" zavodunun yataqxanası Cavabdeh tərəfindən sökülərək, yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilmişdir. Bunu əsas götürərək, iddiaçı həmin binada kompensasiya olaraq ona mənzilin verilməsini tələb edir. Bununla bağlı bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan layihə “Kristal Abşeron" MTK tərəfindən inşa edilməmişdir. Buna görə də həmin MTK-nın hazırki mübahisə üzrə işə üçüncü şəxs kimi cəlb edilməsi qanuni və əsaslı deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mübahisli mənzilin yerləşdiyi yataqxana Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına baxmayaraq, yataqxananın köçürülməsi və sakinlərin yerləşdirilməsi cavabdeh tərəfindən həyata keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən cavabdeh orqana ünvanlanmış xx.xx.2020-ci il tarixli, M-1113-151 nömrəli məktubdan da görünür ki, iddiaçının göndərdiyi məktub araşdırılması üçün Cavabdehnə göndərilmişdir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, M-16 saylı imtina məktubuna əsasən mübasilə mənzilin yerləşdiyi yataqxananın qəzalı vəziyyətdə olan binanın köçürülməsi Cavabdeh tərəfindən həyata keçirildiyi bildirilmişdir. Bakı şəhər Xəzər rayon İcra Hakimiyəti iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 1967-ci ildə inşa edilmiş və Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nairliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx.xx.2019-cu il tarixli rəy verilmişdir (surəti əlavə olunur). Yaranmış zərurəti və orada faktiki yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisəsinin qarşısının öncədən alınması məqsədilə X8 təşəbbüsü ilə qəzalı vəziyyətdə olan yataqxana binası sökülərək yerində yeni bina inşa edilmiş və faktiki yaşayan sakinlərin köçürülmələri təmin olunmuşdur. Qəzalı vəziyyətdə olan yataqxana binasının sökülüb yerində yeni binanın inşa edilməsi, eləcə də binanın sakinlərinə mənzil və ya konpensasiya verilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nairliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə həmin yataqxana binasında qeydiyyatda olan və yaxud mülkiyyət hüququ olan şəxslərin deyil, sakinlərin, yəni faktiki olaraq yaşayanların binadan köçürülməsi barədə tədbirlərin həyata keçirilməsi göstərilmişdir. Həmçinin İddiaçı kompensasiya tələb etdiyi qəzalı vəziyyətdə olmuş yataqxananın otağı üzərində heç bir hüquqi qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə iddia etdiyi otağın ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Onun iddia etdiyi kimi həmin ünvanda faktiki yaşaması müəyyən edilməmişdir. İddiaçının qeydiyyatı formal xarakter daşımışdır. Bundan başqa, iddiaçının qeydiyyatının həmin yataqxananın hansı otaq üzərində olması belə qeyd edilməmişdir. Bundan əlavə, iddiaçının həmin binada yaşamadığını sübut edən hal kimi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, qeydiyyatda olduğu ünvanda uzun illər məcburi köçkün ailəsi yaşamışdır. Bununla əlaqədar olaraq İddiaçı məcburi köçkünlər tərəfindən zəbt etməsi və bu səbəbdən iddiaçı ilə sonuncular arasında hər hansı məhkəmə mübahisəsinin olduğu da müəyyən olunmur. Belə olan halda iddiaçının “mənzil”i kimi qiymətləndirilərək iddiaçının yalnız yataqxanada qeydiyyatda olması əsası ilə ona kompensasiya kimi mənzil verilməsi barədə tələbi qanuni hesab edilə bilməz. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları cavabdeh inzibati orqanın Cavabdeh qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı kompensasiya olaraq mənzilin verilməsi dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və Bakı İnzibati Məhkəməsinin Qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Lənkəran rayonu, Kosalar kəndində doğulmuş İddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş Zavodu ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci l tarixdə verilmiş ******* №li arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş zavodu ünvanında qeydiyyatdadır. Onunla birgə qeyd olunan ünvanda xx.xx.1978-ci il təvəllüdlü X5 da qeydiyyatdadır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 33 №li arayışda göstərilmişdir ki, İddiaçı "xxxx" zavodunun nəzdində təşkil olunmuş “Xədiyyə” kooperativində xx.xx.1990-cı ildən (əmək müqaviləsi № 15 xx.xx.1990) xx.xx.1992-ci ilə qədər işləmişdir (əmr № 3, xx.xx.1992-ci il). Kooperativ “Xədiyyə” ləğv olunması ilə əlaqədar, köçürmə yolu ilə “Xədiyyə” kiçik müəssisəsinə işə qəbul olunmuş (əmr № 11, xx.xx.1992), xx.xx.1994-cü ilə qədər işləmişdir (əmək müqaviləsinin qurtarması ilə əlaqədar işdən azad olunmuşdur). 1984-cü ildən hal-hazırki günə qədər "xxxx" zavodun yataqxanasında pasport qeydiyyatındadır. "xxxx" zavodunun yataqxanasında elektrik sayğacları quraşdırılmayana qədər elektrik enerjisindən istifadə haqqı "xxxx" zavodu tərəfindən ödənilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 111 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01 saylı arayışda göstərilmişdir ki, İddiaçı 1984-cü ildən Xəzər rayonu Buzovna qəsəbəsi Məhəllə 2143 də yerləşən Bakqazmaş zavodunun yataqxanasında qeydiyyatda olmaqla 2019-cu ilin dekabr ayına qədər həmin ünvanda yaşamışdır. Onun mənzili həmin yataqxananın 5-ci mərtəbəsində olmuşdur. Yaraqxanada olan mənzillər 2016-cı ilədək, yəni Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 sayhı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilənə qədər nömrələnməmiş, 2016-cı ilin may ayından balanssaxlayıcı tərəfindən nömrələndikdə İddiaçı mənzilinin nömrəsi 79, növbəti dəfə 2019-cu ilin aprel ayında nömrələnmə zamanı 81 olmuşdur. Yataqxana qəzalı vəziyyətdə olduğu müəyyən edilib, sakinlər köçürülən zaman Cavabdeh müvafiq komissiyası tərəfindən yenidən nömrələnmişdir. Həmin siyahıda İddiaçı faktiki yaşadığı mənzilinin hansı nömrə ilə nömrələndiyi haqqında məlumat yoxdur. Kommunal xidmətlərə görə ödənişlər 2016-cı il may ayına qədər “Bakqazmaşzavodu”nun yataqxanası tərəfindən ödənilmişdir. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 846 №li məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı İddiaçı qeyd edilən qəzalı binada faktiki olaraq yaşamadığı və onun adına yaşayış sahəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakiniərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Bununla əlaqədar, qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Ona görə də, İddiaçı və ailə üzvlərinin ünvan ünvanda yerləşmiş yataqxananın neçə nömrəli otağında yaşaması, həmin otağın sökülməsi ilə əlaqədar adının müvafiq siyahıya salınıb-salınmaması, ona və ailə üzvlərinə mənzil və ya kompensasiya verilib-verilməməsi barədə məlumatın təqdim edilməsi üçün aidiyyəti üzrə köçürməni həyata keçirən quruma müraciət edilməsi tövsiyə olunmuşdur. - İddiaçı yaşayış sahəsi ilə təmin edilməsinə köməklik edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığı müraciət sonuncunun M-113-151 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə (i.v. 7) aidyyəti üzrə baxılması üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir. İddiaçının sözügedən müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli M-25-068 saylı məktubda (i.v. 47) bildirilmişdir ki, "xxxx" zavodunun qəzalı vəziyyətdə olan binasının sökülərək yerinə yeni binanın inşa edilməsi və qəzalı binada faktiki yaşayan sakinlərin yeni mənzillərlə təmin olunması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsalsandırmışdır ki, qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin və qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərin sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərlə təmin olunması müəyyən olunmuşdur ki, iddiaçının sökülən yataqxanada faktiki yaşamadığını və yataqxananın qəzalı vəziyyəti ilə bağlı həmin yaşayış sahəsindən köçürülmədiyindən onun mənzillə təmin olunması barədə hazırki iddiası təmin oluna bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarından göründüyü kimi iddiaçı qeydiyyatda olduğu qəzalı vəziyyətdə olduğuna görə sökülmüş ünvan məhəllə "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən binada kompensasiya olaraq ona mənzil verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus yaşayış sahəsinin (yataqxana otağı) sökülməsi ilə əlaqədar, həmin yerdə inşa edilmiş binada yeni mənzilin verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli (xx.xx.2019-cu il tarixli 482 saylı qərarla ləğv olunmuşdur) 86 saylı Qərarı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Cavabdehnə aidiyyəti üzrə 5 il müddətinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyata keçirmələri həvalə olunmuşdur (bənd 1.3). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019- cu il tarixli rəyinə əsasən, ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Hazırda iddiaçı ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan, onun yerində inşa edilən yeni binada kompensasiya olaraq, mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbini həmin yataqxanada pasport qeydiyyatında olması (yaşaması) ilə əlaqələndirmişdir. Lakin araşdırma zamanı iddiaçının qəzalı vəziyyətdə olan yataqxananın ünvanında formal olaraq qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Azərbaycan Respulikası Mənzil Məcəlləsinin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin və qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərin sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərlə təmin olunması müəyyən olunmasına baxmayaraq, iddiaçının sökülən yataqxanada faktiki yaşamadığı və yataqxananın qəzalı vəziyyəti ilə bağlı həmin yaşayış sahəsindən köçürülmədiyindən iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı qeydiyyatda olduğu yataqxanadan yaşamaq üçün doğulduğu Lənkəran rayonuna köçmüş və orada yaşamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının qəzalı vəziyyətdə olan yataqxananın ünvanında formal olaraq qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq həmin ünvanda yaşamadığı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1604/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1604/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver