Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1605/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi filialına qarşı iş illəri sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya onun x xxxxxx 1983-cü il tarixdən x xxxxxx 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu, x xxxxx 1989-cu il tarixdən xx xxxxxxxx 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, x xxx 1996-cı il tarixdən x xxxxxxx 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, “xxxx” ASC-nin Nəqliyyat və X5 (X3) x xxxxxxx 1997-ci il tarixdən x xxxxxxx 2011-ci il tarixədək ekskavatorçu peşəsində, x xxxxxxx 2011-ci il tarixdən ekskavator maşınisti peşəsində işlədiyi müddət sığorta stajı kimi nəzərə alınaraq x xxxx 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2808/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 771/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2808/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona (iddiaçıya) x xxxxxx 1983-cü il tarixdən x xxxxxx 1988-ci il tarixədək, x xxxxx 1989-cu il tarixdən xx xxxxxxxx 1994-cü il tarixədək traktorçu, x xxx 1996-cı il tarixdən x xxxxxxx 2011-ci il tarixədək ekskavatorçu, x xxxxxxx 2011-ci il tarixdən ekskavator maşınisti peşəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla x xxxx 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı x xxxx 1957-ci il tarixdə doğulmuşdur. O, x xxxxxx 1974-cü il tarixdən bu günədək 45 ilə yaxın iş stajı toplamışdır. xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Gölkənd Soxozunda traktorçu, 03.04. 1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, “xxxx” ASC-nin Nəqliyyat və X5 (X3) xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ekskavatorçu peşəsində işləmiş və xx.xx.2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləyir. Ümumilikdə 25 ilə yaxın güzəştli şərtlərlə zərərli əmək şəraitində iş stajı var. Onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiytasının təyin olunması ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyasının ilkin iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili X1 bildirmişdir ki, iddiaçının 1983-cü il tarixdən 2011-ci il tarixədək işləmiş olduğu sahələr, eləcə də işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması qanunvericiliyə ziddir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan İddiaçı məxsus əmək ktabçasının surətindən görünür ki, o, x xxxxxx 1983-cü il tarixdən x xxxxxx 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu, x xxxxx 1989-cu il tarixdən xx xxxxxxxx 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, x xxx 1996-cı il tarixdən x xxxxxxx 1997- ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, “xxxx” ASC-nin Nəqliyyat və X5 (X3) x xxxxxxx 1997-ci il tarixdən x xxxxxxx 2011-ci il tarixədək ekskavatorçu peşəsində, x xxxxxxx 2011ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləmişdir. İş materiallarında olan “xxxx” ASC-nin aidiyyəti qurumu tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “xxxx” ASC-nin Nəqliyyat və X5 x xxxxxxx 2011-ci il tarixdən ekskavator maşınisti (zərərli iş rejimində) peşəsində işləyir. “Qeyd”: 1) x xxxxxx 1983-cü il tarixdən x xxxxxx 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu (zərərli iş rejimində) işləmişdir; 2) x xxxxx 1989-cu il tarixdən xx xxxxxxxx 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində ekskavatorçu (zərərli iş rejimində) peşəsində işləmişdir; 3) x xxx 1996-cı il tarixdən x xxxxxxx 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu peşəsində (zərərli iş rejimində) işləmişdir; 4) x xxxxxxx 1997ci il tarixdən x xxxxxxx 2011-ci il tarixədək ARSSC-nin X2 ekskavatorçu (zərərli iş rejimində) peşəsində işləmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x xxxx 1957-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Ak. H.Əliyev küçəsi, ev 42, mənzil 13-dür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Əvvəllər (x xxxxxx 2006-cı il tarixədək) qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahında hazırkı İddiaçı ümumilikdə 12 il 6 aydan artıq işlədiyi “ekskavator maşinisti” peşəsi 2010100a – 14388 kodla nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Cavabdehin imtinası üçün əsas kimi göstərdiyi hallar, yəni güzəştli arayışın təqdim edilməməsi və iddiaçının işlədiyi vəzifənin müvafiq siyahıda nəzərdə tutulmaması ilə birinci instansiya məhkəməsi razılaşmamışdır. Belə ki, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur və mövcud qanunvericilik şəxsin müvafiq vəzifədə işləməsini təsdiq edilmiş əmək kitabçasının mövcud olduğu halda, başqa sənədin təqdim olunmasını zəruri saymır. Əmək ktabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmin qeydlərdəki məlumatlar mötəbər sayılır. Odur ki, cavabdehin dəlilləri əsassızdır. Belə olan halda məhkəmənin qənaətinə görə 2006-cı ilin yanvar ayının 1-dək İddiaçı 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik olan və x xxxx 2014-cü il tarixdə 57 yaşı tamam olan şəxs kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən həmin tarixdə (57 yaşda) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır, cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin iddiaçıya onun 1983–2014-cü illərdə əmək kitabçasında göstərilən iş illəri sığorta stajı kimi nəzərə alımaqla 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. Belə ki, “xxxx” ASC-nin Nəqliyyat və X6 məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, 01-1-696 saylı məktubunda bildirmişdir ki, işçi İddiaçı işlədiyi sahənin və peşənin zərərli sahə sayılması üçün zəruri göstəricilər AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 1-ci bənddəki 2010100a- 14388 (ekskavator maşinistləri) bölməyə aiddir. Bundan əlavə işçi İddiaçı zərərli işə görə 4% əlavə ödəniş və 6 təqvim günü əlavə məzuniyyət verilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 2010100a-14388 kodu ilə ekskavator maşinistləri peşəsi 2 nömrəi Siyahının 20101100 1) açıqda dağ-mədən işləri və yer səthində işlərdə (kod 20101000) işləyənlərə aid olduğu müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1605/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1605/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver