Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1605/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-58/1 saylı 18 mart 2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının və onun ailə üzvlərinin vəsatətinin təmin edilərək onlara qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-58/1 saylı 18 mart 2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı və onun ailə üzvlərinin 24 dekabr 2019-cu il tarixli vəsatətinin təmin edilərək onlara qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1927/2021 saylı 29 mart 2021-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X5 Respublikası vətəndaşı və etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə müsəlmandır. 01.08.1982-ci ildə Əfqanıstan İslam Respublikasının, Meydan Vərdək vilayətinin, Bisud ulusvaliliyi, Dəhane Gərmab kəndində anadan olub. Orta təhsillidir. İlk dəfə məktəbə 2006-cı ildə Dəhane Gərmab kəndində getmiş və 7-ci sinifə qədər oxumuş, kəndə taliblər tərəfindən həmlələr olduğu üçün təhsilini yarımçıq qoymuşdur, peşəsi əkinçidir, 2006-cı ildə etibarən Azərbaycan Respublikasına gələnə qədər əkinçiliklə məşğul olmuşdur. 1388-ci (2009-cu) ildə mənşəcə Bisud ulusvaliliyi, Dəymərdad kəndindən olan Nəsimə Rezaye ilə dini kəbinlə evlənmişdir. Hüseyn və Əli Əkbər adlı iki oğlu, Fatimə adlı bir qızı var. Yeddi qardaşı və iki bacısı vardır. Onunla birlikdə Azərbaycana heç kim gəlməmiş, Azərbaycanda qohumu yoxdur. Ölkəsində hərbi xidmət məcburi olmadığından hərbi xidmətə çağırılmamış, heç bir təşkilata üzv və ya tərəfdar olmamışdır. 06.12.2019-cu ildə vətəndaşı olduğu Meydan Vərdək vilayətinin, Bisud ulusvaliliyi, Dəhane Gərmab kəndindən qanuni yolla təyyarə vasitəsilə Azərbaycan Respublikasına gəlmiş, 08.12.2019-cu il tarixdə isə Azərbaycan ərazisinə daxil olmuşdur. Bura gələnə kimi isə qanuni yolla Özbəkistan Respublikasının Daşkənd şəhərində viza üçün iki gün müddətində olmuşdur. O, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 6, mənzil 75 ünvanda qeydiyyata alınmaqla yaşayır, başqa heç bir ölkədə olmamışdır. 2019-cu ilin couza (may ayı) ayında taliblər kəndə həmlə etdiyi üçün ölkəni tərk etmiş, taliblər tərəfindən özü şəxsən təhdid olunmamışdır. Taliblər Cərliz yoluna nəzarət edirlər, kəndin yolu Cəlrizdən keçir. Ailə və uşaqları qaynatasının yanındadır. Əfqanıstanda əmin-amanlıq yoxdur, o, Əfqanıstana geri qayıtmaq istəmir. Cavabdeh orqanın İQ-58/1 saylı 18.03.2020-ci il tarixli qərarı ilə İddiaçı qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, Əfqanıstan vətəndaşı və Vərdək vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə hazara, dini mənsubiyyətinə görə isə şiədir. Onun hər iki valideyni hal-hazırda Əfqanıstanda yaşayır. Onun iki qardaşı və üç bacısı vardır. O heç bir fəaliyyətlə məşğul olmayıb. İddiaçı Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini qeyd etmişdir. O, 2019-cu ilin avqust ayından Taliban tərəfindən dəfələrlə hədələnmış və həmin vaxtdan Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxmuşdur. 06.12.2019-cu ildən Əfqanıstanı tərk etmişdir. O, 08 dekabr 2019-cu ildə Azərbaycana gəlmiş, 24 dekabr 2019-cu ildə sığınacaq vəsatəti ilə cavabdeh orqana müraciət etmiş, Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata almış, onunla müsahibə aparmış və 18 mart 2020-ci il tarixli DMX İQ-58/1 saylı qərarla onun sığınacaq verilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1927/2021 saylı 29 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdehin qərarı qanuni və əsaslı deyil. İddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vermiş və həmin izahatlar işin hallarına münasibətdə spesefikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. İddiaçının izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir. Onun əsaslı təqib qorxusu mövcuddur. Onun ölkədaxili yerdəyişmə imkanları mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş, onun dinlənilmə hüququ təmin edilməmişdir. Eləcə də iddiaçı ilə müsahibənin alınmasında qərəzsiz tərcüməçinin iştirakı təmin edilməmiş, iddiaçıya lazımi hüquqi məsləhətlər verilməmişdir. Cavabdehin qərarının yazılı akt olmasına baxmayaraq o, əsaslandırılmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, 01.08.1982-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı Mahdi Mohammadlə 07.01.2020-ci il tarixdə müsahibə aparılmış və müəyyən olunmuşdur ki, o, 08.12.2019-cu il tarixdə təyyarə ilə qanuni yolla Azərbaycan Respublikasına gəldiyini, ünvan 3 ünvanda qeydiyyata alındığını, qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətindən başqa digər bir yerli hakimiyyət orqanına müraciət etmədiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Əfqanıstanda müharibə getdiyindən ölkəmi tərk etmişəm”, “Hazırda Əfqanıstanda müharibə getmir axı?” sualına “Bizim məntəqəmiz Bisudda müharibə gedir”, “Müharibə kimlər arasında gedir?” sualına “Dövlət qüvvələri ilə taliblər arasında”, “Şəxsən Siz təhdid edilmisinizmi?” sualına “Bəli, taliblər təhdid edib”, “Taliblər Sizi necə təhdid edib?” sualına “Həzaraları taliblər özlərinə düşmən elan edir, bizim məntəqənin yolu taliblərin nəzarətində olur”, “Amma ərizə anketinizdə qeyd etmisiniz ki, şəxsən təhdid edilməmişəm, buna necə aydınlıq gətirə bilərsiz?” sualına “Ərizəçi bu suala cavab verməkdə çətinlik çəkmiş və taliblərin məntəqələrinin yoluna nəzarət etdiyini qeyd edir, bunu özünə təhlükə hesab edir, fərqli məlumat verdiyini izah edə bilmir”, “Ölkənizə qayıtsanız həyatınız üçün nə təhlükə ola bilər?” sualına “taliblərin təhlükəsindən qorxuram”, “Sizin ailə üzvləriniz Əfqanıstanda yaşayırlar, bəs onlar necə yaşayırlar, təhlükəli deyilmi?” sualına “ 2019-cu ilin couza (may ayı) ayında kəndimizə həmlə etdilər, kəndimizdən bir nəfər şəhid oldu”, “Bu il ərzində taliblər neçə dəfə kəndinizə həmlə ediblər?” sualına “1 dəfə”, “ Amma ərizə-anketinizdə yenə qeyd etmisiniz ki, il ərzində taliblər 4-5 dəfə həmlə ediblər. Niyə fərqli məlumat vermisiniz?” sualına “Taliblər az-az həmlə ediblər kəndimizə, mən əsas 1 dəfə həmlə olduğunu nəzərdə tuturam”, “Sonuncu dəfə ölkənizi nə vaxt tərk etmisiniz?” sualına “06.12.2019-cu ildə”, “Azərbaycana gələrkən hər hansı bir başqa dövlətin ərazisində dayanmısınızmı?” sualına “Bəli, Özbəkistana gedib, Daşkənd şəhərində iki gün qaldıqdan sonra Azərbaycana gəlmişəm”, “Həmin ölkədə sığınacaq üçün müraciət etmisinizmi?” sualına “Xeyr”, “Nəyə görə?” sualına “Fikrimdə olmayıb”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına, “Xahiş edirəm ki, məni qaçqın kimi qəbul edəsiniz, mənə köməklik göstərəsiniz”, “Başqa əlavə etmək istədiyiniz nəsə varmı?” sualına “Xeyr”, “Fars dilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli“ cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X1rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd edilmiş “iddiaçı ilə müsahibə zamanı cavabdeh orqan tərəfindən tərcüməçinin iştirakının təmin edilməməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizəanketin) 40-ci bəndindən görünür ki, iddiaçıdan Fars dilində verilən sualları başa düşübdüşməməsi soruşulmuş və o da “Bəli” deyərək cavablandırmışdır. Apellyasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1927/2021 saylı 29 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1605/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1605/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver