Məhkəmə qərarları › İş №2-1(103)-1605/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1605/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1605/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6613/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarının MDSS üzrə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi» qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarına əsasən İddiaçı MMC-ə 104.482,18 manat əsas vergi və 52.361,09 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı həmin qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına zidd olduğundan, qanunsuz hesab edir. Belə ki, vergi orqanının hesablama əsası kimi MMC-nin e-qaimə ilə aldığı malların qarşı tərəflərdə alışında olmaması ilə əlaqədardır. Bunun nəticəsində Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşmələr qəbul edilməmiş və xərc sənədləri qəbul edilməyərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilərək əlavə mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən hal-hazırkı vergilərin hesablanmasına əsas olmuş maddələr iddiaçının əməliyyatların aparıldığı dövrdə olmamışdır. Belə ki, məsuliyyətə cəlb etmə qərarına baxdıqda açıq aydın görünür ki, AR Vergi Məcəlləsinin 109.9 və 175.10-cu maddələri həmin Məcəlləyə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanununa əsasən əlavə edilmişdir. Yəni, vergi ödəyicisi belə çıxır ki, qanunvericiliyə edilmiş dəyişiklikləri qabaqcadan görməli və ona uyğun hərəkət etməli idi. Bundan başqa, riskli əməliyyatlar anlayışının özü 2020-ci ildə müəyyən edilmişdir. Belə ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı 28 iyul 2020-ci ildə qəbul edilmişdir. Belə olan halda hansı əməliyyatın riskli, hansının əmtəəsiz kimi qiymətləndirilməsi vergi orqanları tərəfindən faktiki sübut edilməli idi. Lakin vergi orqanı sonrakı qanunvericiliyi İddiaçı MMC-yə birbaşa tətbiq etmişdir. İddiaçı MMC bütün bunları vergi orqanına məsuliyyət qərarı qəbul edilməmişdən qabaq bildirmişdir. Lakin vergi orqanı heç bir əsas gətirmədən ona vergiləri hesablamışdır. Bundan başqa, İddiaçı MMC Dövlət Neft Şirkətinin Metanol Zavodunu mallar ilə təchiz edir. Vergi orqanının mövqeyinə görə MMC əmtəəsiz əməliyyat aparmışdır. Belə olan halda, vergi orqanlarının hüququ vardır ki, qarşılıqlı sürətdə yoxlama ilə bağlı Metanol zavoduna sorğu ilə müraciət etsin və onlara mal təchiz edilibedilməməsini müəyyənləşdirsin. Qarşı tərəfin mal alışının olmaması ilə bağlı isə bildirilməlidir ki, İddiaçı MMC Vergi Məcəlləsində müəyyən edilmiş qaydada eqaimə və hesab faktura ilə malları almışdır. Müqavilələr, təhvil-təslim aktları var. Həmin mallar isə sonradan Zavoda təqdim edilmişdir. Həmin malların qarşı tərəfin alışında olmaması isə artıq İddiaçı MMC-nin nöqsanı kimi qəbul edilə bilməz. Vergi orqanı həmin müəssisələri yoxlayarkən onlardan soruşmalıdır ki, həmin malları onlar hardan almışdır, bazardan alıb, kimdənsə götürüb və.s. Yəni, İddiaçı MMC digər şəxsin uçotsuz mal satışı və alışına görə cəzalandırıla bilməz. Vergi orqanı bütün bu nüansları nəzərə almadan iddiaçıya qanunsuz vergilər hesablamışlar. Vergi orqanına hər hesabat dövrləri üzrə mənfəət və ƏDV bəyannamələri təqdim edilmişdir və bütün hesabatlar kameral vergi yoxlamasından keçmiş və hər hansı uyğunsuzluq gəlməmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin Məcəllənin 175-ci maddəsinə uyğun olaraq bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının Vİİ maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Vergi Məcəlləsinin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq, cavabdehin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddiasına İPM-in 47-ci maddəsinə uyğun olaraq etiraz edilir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 5 iyul 2021-ci il tarixli **********148016 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 22 iyul 2021-ci il tarixdə başlanmış və 25 noyabr 2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri 26 noyabr 2021-ci il tarixli **********148518 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktın nəticələri ilə razı olmamış, onu imzalamaqdan imtina etmiş və bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Göstərilənlərlə əlaqədar, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə İddiaçı MMC faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Yoxlama ilə 2018 – 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələbləri pozulmuşdur. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı üzrə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMC-nin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2018 və 2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərə aid edilən məbləğlər üzrə Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələblərinin pozulması, eyni zamanda təsdiqedici sənədlərin yoxlamaya qismən təqdim edilməsi ilə əlaqədar olaraq gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 15 sentyabr 2018-ci il tarxli 003 nömrəli alqı-satqı müqaviləsi, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 44.200 manat olan 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 İt” və ƏDV-sİz dəyəri 198.290 manat olan 25.100 ədəd ‘Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 14 sentyabr 2018-ci il tarxli 002 nömrəli alqı-satqı müqaviləsi, 24 sentyabr 2018-ci il tarixli EAAM 272378 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 68.000 manat olan 1 ədəd “Qapaq bağlayan aparat” və ƏDV-siz dəyəri 81.600 manat olan 1 ədəd “Yaxalama aparatı”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarxli 004 nömrəli alqı-satqı müqaviləsi, 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 005 nömrəli alqı-satqı müqaviləsi, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 18.258 manat olan 5.370 ədəd “tünd rəngli şüşə tara 1ltr” və ƏDV-siz dəyəri 74.023 manat olan 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” alınması göstərilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC-dən (VÖEN **********) 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 198.290 manat təşkil edən 25.100 ədəd “Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 74.023 manat təşkil edən 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” (cəmi 395.000 manat) İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci il mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 221.4- cü malın dəyəri sətiri üzrə xərclərə aid edilmişdir. Bundan başqa, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında "xxxx" MMC-dən (VÖEN **********) alınmış ƏDV-siz dəyəri 44.200 manat təşkil edən 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 litr”, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında "xxxx" MMC-dən (VÖEN **********) alınmış ƏDV- siz dəyəri 18.258 manat təşkil edən 5.370 ədəd “tünd rəngli şüşə tara 11tr” (cəmi 62.458 manat) İddiaçı MMC tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 221.4-cü malın dəyəri sətiri üzrə xərclərə aid edilmişdir. Lakin alqı-satqı sənədlərində qeyd olunmuş malların, o cümlədən 13.000 ədəd reaktiv metanol üçün 1 litrlik tara şüşə və 25.100 ədəd reaktiv metanol üçün 2,5 litrlik tara şüşənin "xxxx" MMC tərəfindən, 1 ədəd qapaq bağlayan aparat və 1 ədəd yaxalama aparatının "xxxx" MMC tərəfindən, 15.530 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən, 5.370 ədəd 1 litrlik tünd rəngli şüşə taranın və 9.370 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən alışı uçot-baza məlumatlarına (EOF, EVHF və gömrük məlumatlarına) əsasən öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ƏDV-siz dəyəri 242.490 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 149.600 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 122.687 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 92.281 manat, ümumilikdə cəmi ƏDV-siz dəyəri 607.058 manat təşkil edən əməliyyatlar zamanı mallar faktiki olaraq həmin müəssisələr tərəfindən təqdim edilməmiş və əmtəəsiz əməliyyatlar aparılmışdır. Buna görə də yuxarıda qeyd olunan əməliyyatlar yoxlama ilə Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələblərinə müvafiq olaraq 2018 və 2019-cu illər üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə aid edilmədi. 2018-ci İl üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Nəticədə yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergitutma məqsədləri üçün mənfəətinin (həmçinin vergiyə cəlb edilən mənfəəti) 66.250 manat və mənfəət vergisinin 13.250 manat olması müəyyən edilmiş, 2018-ci il üzrə büdcəyə əlavə olaraq 13.125,60 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Nəticədə yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergitutma məqsədləri üçün mənfəətinin 14.583,33 manat, azadolmalar və güzəştlər (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq) üzrə 10937,50 manat, mənfəət üzrə azadolma, güzəşt və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəətinin 3.645,83 manat və mənfəət vergisinin 729,17 manat olması müəyyən edilmiş, 2019-cu il üzrə büdcəyə əlavə olaraq 716,56 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı üzrə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMC-nin 2020-ci il üzrə mənfəət vergisi üzrə zərər məbləğinin 27868,96 manat və nəticədə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmaqla 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə zərər məbləğinin 14,90 manat artıq hesablanması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108, 109 və 130-cu maddələrinin tələbləri pozulmaqla mənfəət vergisinin 2018-ci il üzrə 13.125,60 manat və 2019-cu il üzrə 716,56 manat olmaqla, cəmi 13.842,16 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə,vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış 13.842,16 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 6.921,08 manat (o cümlədən 2018-ci il üzrə 6.562,80 manat və 2019-cu il üzrə 358,28 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, vergi orqanında olan uçot-baza məlumatları və bank əməliyyatları barədə məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi əvəzləşdirilən ƏDV-nin düzgün müəyyən olunmaması ilə bağlıdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin 308-ci sətrində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar (1 yanvar 2020-ci il tarixdən elektron qaimə fakturalar) nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi ƏDV məbləği 90.640,02 manat artıq hesablanmışdır. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 15 sentyabr 2018-ci il tarxli 003 nömrəli alqı-satqı müqaviləsi, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF və 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF əsasında cəmi ƏDV-siz dəyəri 242.490 manat olan 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 İt” və 25.100 ədəd “Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 14 sentyabr 2018-ci il tarixli 002 nömrəli alqı-satqı müqaviləsi, 24 sentyabr 2018-ci il tarixli EAAM 272378 nömrəli EQF və 29 sentyabr 2018ci il tarixli HU 760055 nömrəli EVHF əsasında cəmi ƏDV-siz dəyəri 149.600 manat olan 1 ədəd “Qapaq bağlayan aparat” və 1 ədəd “Yaxalama aparatı”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 004 nömrəli alqı-satqı müqaviləsi, 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF və 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF əsasında ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarxli 005 nömrəli alqı-satqı müqaviləsi, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF və 29 dekabr 2018-ci il tarixli HW 550602 nömrəli EVHF əsasında ƏDV-siz dəyəri 92.281 manat olan 5.370 ədəd “tünd rəngli şüşə tara 11tr” və 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” alınması göstərilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı MMC tərəfindən 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF üzrə 43.648,20 manat və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF üzrə 24.922,80 manat olmaqla, 2018-ci ilin sentyabr ayında cəmi 68.571 manat, 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF üzrə 2018-ci ilin dekabr ayında 22.069,02 manat, nəticədə 90.640,02 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin alqı-satqı sənədlərində qeyd olunmuş malların, o cümlədən 13.000 ədəd reaktiv metanol üçün 1 litrlik tara şüşə və 25.100 ədəd reaktiv metanol üçün 2,5 litrlik tara şüşənin "xxxx" MMC tərəfindən, 1 ədəd qapaq bağlayan aparat və 1 ədəd yaxalama aparatının "xxxx" MMC tərəfindən, 15.530 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən, 5.370 ədəd 1 litrlik tünd rəngli şüşə taranın və 9.370 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən alışı uçot-baza məlumatlarına (EQF, EVHF və gömrük məlumatlarına) əsasən öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ƏDV-siz dəyəri 242.490 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 149.600 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 122.687 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 92.281 manat, ümumilikdə cəmi ƏDV-siz dəyəri 607.058 manat təşkil edən əməliyyatlar zamanı faktiki olaraq mallar təqdim edilməmiş və əmtəəsiz əməliyyatlar aparılmışdır. Buna görə də 2018ci ilin sentyabr ayında 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF üzrə 43.648,20 manat və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF üzrə 24.922,80 manat, 2018-ci ilin dekabr ayında 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF üzrə 22.069,02 manat, nəticədə yoxlama ilə əhatə edilən dövr üzrə cəmi əvəzləşdirilməsi həyata keçirilmiş 90.640,02 manat ƏDV məbləği üzrə əvəzləşmələr yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Yoxlama ilə ƏDV bəyannamələrinin 324-cü sətiri üzrə büdcəyə ödənilməli ƏDV məbləğinin 2018-ci ilin sentyabr ayı üzrə 68.589 manat, 2018-ci ilin dekabr ayı üzrə 35.775 manat və 2019-cu ilin aprel ayı üzrə 4.824,15 manat olmaqla, yoxlama ilə əhatə edilən dövr üzrə cəmi 109.188,15 manat olması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləğinin 90.640,02 manat əskik (o cümlədən 2018-ci ilin sentyabr ayı üzrə 68.571 manat və 2018-ci ilin dekabr ayı üzrə 22.069,02 manat) hesablanması müəyyən edilmiş və büdcəyə əlavə olaraq 90.640,02 manat ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış 90.640,02 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 45.320,01 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin 4-cü rübü üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalar öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, məcburi dövlət sosial sığorta məbləği 2019-cu ilin 4-cü rübü üzrə 62,50 manat artıq hesablanmışdır. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən maliyyə sanksiyası: Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi, 2018-ci ilin 2-ci rübü üzrə MDSS – işəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) hesabatı və 2018-ci ilin 2- ci rübü üzrə işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə cəmi 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1.1, 24.0.1, 94.0.2-ci maddələrinə, İPMin 58.7- ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6613/2022 saylı, 05 noyabr 2022-ci il qərarı (hakim R.Kərimli) ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqnda” **********153651 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı “məcburi dövlət sosial sığorta haqları üzrə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin halları ilə tanış deyil. Belə ki, məhkəmə öz qərarında vergi orqanı tərəfindən 104482,18 manat mənfəət vergisinin və 90640,02 manat ƏDV-nin hesablandığını bildirmişdir, halbuki hesablanmış verginin ümumi məbləği 104482,18 manat olmuşdur, həmin məbləğdən 90640,02 manatı ƏDV, 13842,16 manat isə mənfəət vergisidir. Məhkəmə qərarının əsası kimi bildirmişdir ki, “vergi ödəyicisi kimi hazırki İddiaçı MMC müvafiq dövr üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 67.14-cü maddəsini rəhbər tutmaqla “şərti rentabellik norması” əsasında mənfəətini və ona müvafiq mənfəət vergisini hesablayıb bəyan etməkdə haqlı olmuşdur. Məhkəmənin bildirdiyinə görə, vergi ödəyicisi mənfəət vergisi bəyannaməsində “şərti rentabellik normasını” əsas götürməklə hesablama aparmış və vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “şərti rentabellik normasını” əsas götürməklə hesablama aparması düzgün olmuş, vergi orqanı tərəfindən isə qeyd edilən hesablama qəbul edilməmişdir. Göründüyü kimi, məhkəmə işin halları ilə ümumiyyətlə tanış deyil, çünki, əksinə, vergi orqanı tərəfindən hesablamalar Vergi Məcəlləsinin, 67.14, 83.9-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən həyata keçirilmişdir. Məhkəmənin gətirdiyi dəlilə əsasən hazırki halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən mənfəət vergisinin hesablanması əsaslı olmuşdur. Lakin buna baxmayaraq məhkəmə vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil, çünki məhkəmə özü qərarında “şərti rentabellik norması” ilə mənfəət vergisinin hesablanmasını əsaslı hesab etmişdir. Qeyd edilən səbəblərdən hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Məhkəmə qərarın digər əsası kimi bildirilmişdir ki, “vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırki iddiaçının sahibkarlıq fəaliyyətində vergilər Vergi Məcəlləsinin 109.9, 175.1, 175.9, 175.11-ci maddələrinin hazırda qüvvədə olan tələblərini rəhbər tutaraq 2018 və 2019-cu illər üzrə əməliyyatlra münasibətdə hesablanmışdır. Lakin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin sadalanan müddəaları 1 yanvar 2020-ci il tarixdən qüvvədədir və bu müddəaların İddiaçı MMC-nin 2018-2019- cu illər üzrə fəaliyyətinə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir." Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat hesab edilir. Həmin Məcəllənin 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləridir. Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar edildikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi ödəyicisinə elektron qaimə faktura təqdim etmiş vergi ödəyicilərinin fəaliyyətinə də diqqət yetirdikdə əmtəəsiz əməliyyatların həyata keçirildiyi aydın olur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyəti fotosurət, sənədlərin hazırlanması və sair xüsusi inzibati xidmətlərin göstərilməsindən ibarətdir, hər hansı təsərrüfat subyekti (obyekti) mövcud deyil. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti ilə məşğuldur, hər hansı təsərrüfat subyekti (obyekti) mövcud deyil. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti ilə məşğuldur hər hansı təsərrüfat subyekti (obyekti) mövcud deyil. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti ilə məşğuldur hər hansı təsərrüfat subyekti (obyekti) mövcud deyil. Bundan əlavə, yoxlama ilə uçot baza məlumatlarına əsasən İddiaçı MMC-nin 2018-ci və 2019-cu illərdə təsərrüfat subyektinin olması müəyyən edilməmişdir. İddiaçı MMC tərəfindən 2018-ci ilin sentyabr və dekabr aylarında 75000 (yetmiş beş min) ədəd metanol üçün şüşə taranın 2018-ci ilin dekabr və 2019-cu ilin fevral aylarında təqdim edilməsi göstərilmişdir. Habelə, 2018-ci ilin sentyabr ayında 2 (iki) ədəd avadanlıq alınması göstərilmişdir. Qeyd edilən malların harada saxlanılması ilə bağlı suala iddiaçının nümayəndəsi bildirmişdir ki, qeyd edilən mallar cəmiyyətin direktorunun şəxsi mülkündə saxlanılmışdır. Bu həcmdə malların və avadanlıqların hansı qaydada, hansı şəxsi mülkündə saxlanması isə müəmmalıdır və əmtəəsiz əməliyyatların mövcud olduğunu sübut edir. Əlavə olaraq bildiririk ki, səyyar vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iddiaçı müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-cü maddəsi ilə cinayət işi başlanılmış, hazırda cinayət işinin ibtidai araşdırılması davam edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Qeyd edilənlərlə bağlı məhkəməyə icraatın dayandırılması barədə vəsatət təqdim edilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, vəsatətin təmin edilməməsini əsaslandırmamışdır. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilən cinayət işinin ibtidai araşdırılması çərçivəsində istinaq orqanının qərarına əsasən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8287 nömrəli ekspert rəyi ilə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin məbləğinin ümumilikdə 104419,68 manat (2018-2019-cu illər üzrə 13842,16 manat mənfəət vergisi az, 2018-ci ilin sentyabr, dekabr ayları üzrə 90640,02 manat ƏDV az, eləcə də 2019-cu ilin 4-cü rübü üzrə 62,50 manat məcburi dövlət sosial sığorta haqları artıq olmaqla) olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmayaraq əsassız qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hesab edirik ki, birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza uyğun izahatlar verərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin 2018- 2021-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmış, xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərar qəbul edilərək iddiaçıya 2018-2019-cu il üzrə mənfəət vergisi, 2018-ci il üzrə əlavə dəyər vergisi və 2018-ci ilin 2-ci və 3-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyası hesablanmış, müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı “məcburi dövlət sosial sığorta haqqı üzrə 120 manat maliyyə sanksiyasının tətbiqi” hissəsi istisna olmaqla qalan hissədə mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, xx.xx.2022-ci il tarixli inzibati akt xx.xx.2022-ci il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Cavabdeh inzibati orqan sözügedən qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya çatdırılmasına dair sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «İnzibati icraat haqqında» Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, ocümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddə yeni redaksiyada verilmiş və 109.9, 175.9, 175.11-ci maddələr əlavə edilmişdir. həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (109.9-cu maddə) Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. - (175.1-ci maddə dəyşikliyədək) Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir. - (175.1-ci maddə dəyişiklik edildikdən sonra) bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDVnin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir. - (175.9-cu maddə) qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - (175.11-ci maddə) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: -6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. burada: M1 – vergi ödəyicinin mənfəəti, G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R – şərti rentabellik normasıdır. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İlk öncə qeyd edilməlidir ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının əsaslandırılma hissəsi ilə tam razı olmasa da, iddia tələbini əsaslı, gəlinən nəticəni isə qanuni hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, inzibati orqan tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatların həyata keçirilməsi və xərc sənədlərinin qəbul edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası ilk öncə vergi orqanı tərəfindən irəli sürülmüş əmtəəsiz əməliyyat dəlilinə münasibət bildirir. İnzibati işdən göründüyü kimi vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar 2018- 2019-cu illərə aiddir. Vergi orqanının istinad etdiyi VM-nin 109.9-cu (Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır) və 175.11-ci (Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) maddələri VM-nə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasən 2020-ci ilin yanvarın 1dən əlavə edilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında NK qərarı isə 28 iyul 2020-ci ildə qəbul edilmişdir. Belə olan halda inzibati orqan qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisinin əldə etdiyi malların satan vergi ödəyicilərində alış sənədlərinin olmamasına istinad edir, halbuki vergi ödəyicisi kimi hazırki iddiaçının alınan malların satıcı tərəfindən kimdən və haradan əldə edilməsini müəyyən etmək kimi bir öhdəliyi olmamışdır. Həmçinin, əməliyyatlar aparılan zamanı sözügedən vergi ödəyiciləri riskli vergi ödəyiciləri sırasına daxil edilməmişdir. Vergi orqanı İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ədv-siz dəyəri 242490,00 manat, "xxxx" MMC-dən ədv-siz dəyəri 149600,00 manat, "xxxx" MMC-dən ədv-siz dəyəri 122687,00 manat, "xxxx" MMC-dən ədv-siz dəyəri 92281,00 manat ümumilikdə cəmi ƏDV-siz dəyəri 607058,00 manat təşkil edən əməliyyatlar zamanı faktiki olaraq malların təqdim edilmədiyini və əmtəəsiz əməliyyatlar aparıldığını bildirsə də, iş üzrə məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən müvafiq olaraq alqı-satqı müqavilələri, elektron qaimələr, hesab fakturalar, bank hesabından çıxarışları təqdim edilmişdir. Beləliklə, sübutetmə yükü daşıyan inzibati orqan qeyd edilənləri sübuta yetirə bilməmişdir. Mənfəət vergisinin hesablanmasına münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh vergi orqanı yoxlama zamanı bütün sənədlərin təqdim olunmadığını formal əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarı müvafiq hissədə qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən **********137462 nömrəli 19 iyun 2020-ci il tarixli qərar qəbul olunarkən mübahisələndirilən hissədə maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (ƏDV, mənfəət vergisi) hesablandığı, müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyi müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarın ƏDV, mənfəət vergilərin hesablanması və həmin vergilərə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin nəticə etibari ilə əsaslı olan qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6613/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar