Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1606/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X5 Mərkəzi filialına qarşı “pensiya” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3574/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək peysiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3574/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3574/2019 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının idarəyə təqdim etdiyi sənədlərdən xx.xx.2006-cı il tarixinədək 12 il 6 ay güzəştli iş stajına malik olduğu müəyyən edilməyib. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1141/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Növbəti apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərərk şikayətin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3574/2019 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3574/2019 saylı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, xx.xx.1983-cü ildən hal-hazıra kimi kimi əmək fəaliyyəti ilə məşğul olur. Eyni zamanda məhkəməyə sorğu əsasında daxil olmuş SOCAR-ın Baş Ofisinin xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (əmr № 563/k, xx.xx.1983-cü il) “Leninneft” NQÇİ-nin QƏYTS-nin 9cu sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəllərində olan qeydə əsasən xx.xx.1988-ci ildə quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 815/k, xx.xx.1989-cu il) 1 №-li NQÇS-nin (neft mədəni) 2-ci sahəsinə 5-ci dərəcəli neft və qazçıxarma operatoru peşəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə (əmr № 231, xx.xx.1992-ci il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli , 173 saylı qərarı və “Azneft” İB-nin xx.xx.1992-ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ “Balaxanıneft” NQÇİ adlandırılmışdır. xx.xx.1995-ci ildə (əmr № 318/k, xx.xx.1995-ci il) “Balaxanmeft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına keçirilmişdir. xx.xx.1995-ci ildə (əmr № 41, xx.xx.1995-ci il) “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının 4 №-li MİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1996-cı ildə (əmr № 376/k, xx.xx.1996-cı il) TİS-ə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2006-cı ildə (əmr № 110/k, xx.xx.2006-cı il) Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, işçinin təşəbbüsü ilə başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2006-cı ildə (əmr № 18/k, xx.xx.2006-cı il) X7 Mənzil Kommunal Xidmətlər İdarəsinin (MKXİ) 1 saylı MKT-nin TİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildə (əmr № 108/k, xx.xx.2006-cı il) 4 saylı TİS-in Elektrik təsərrüfatı briqadasına nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2006-cı ildə (əmr № 209/k, xx.xx.2006-cı il) payız-qış mövsümünün başlaması ilə əlaqədar müvəqqəti olaraq 4 saylı TİS-ə 4cü dərəcəli qazanxana operatoru peşəsinə keçirilmişdir. xx.xx.2007-ci ildə (əmr № 07/k, xx.xx.2007-ci il) nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.2007-ci il tarixli, 25 saylı əmrinə əsasən MKXİ Mənzil Kommunal Xidmətləri Departamenti (MKXD) adlandırılmışdır. xx.xx.2007-ci ildə (əmr № 114/k, 01,06.2007-ci il) 9 saylı MİS-nə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 294, xx.xx.2008ci il) 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə (əmr № 278/k, xx.xx.2012-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. “xxxxxxx” ASC-nin 01/48 saylı xx.xx.2019-cu il tarixli aarayışından görünür ki, İddiaçı Bakı Şinzavodunda xx.xx.1982-ci il (əmr № 142-k,xx.xx.1982) tarixindən xx.xx.1983-cü il (əmr № 114k,xx.xx.1983) tarixinədək Yığma sexində 4 dərəcəli avtoşin yığıcısı işləmişdir. Bakı Şinzavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şinzavodu “ xxxxxxx” ASC-yə çevrilmişdir. Hazırda iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətini təmin etməmişdir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri «Socar» şirkəti tərəfindən verilmiş arayış, bu tələblərə cavab vermir və buna görə də mötəbər sübut kimi qəbul olana bilməz. Arayışda ümumiyyətlə iddiaçının işlədiyi peşə və sahənin Siyahılarla əksini tapmış hansı peşə və sahəyə uyğun olması göstərilməmişdir. «xxxxxxx» ASC-nin arayışında da həmin müəssisədə istehsalatın «Kimya istehsalatı»na aid olunması barədə dəlil göstərilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. İşin tam və hərtərəfli araşdırılması barədə bu prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş üzrə yeni qərar çıxarılması üçün, əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur. Qeyd olunmalıdır ki, inzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışların mötəbərliyi və ya qanunsuzluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyindən əlavə məlumatların alınması məqdəsilə sorğuların göndərilməsinə zərurət yoxdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsası iddiaçının xx.xx.2006-cı il tarixinədək 12 il 6 ay güzəştli iş stajına malik olmadığının müəyyən edilməsidir. Bu hal onunla əsaslandırılır ki, xx.xx.1982-xx.xx.1983-cü illər aralığında yığma sexində işlədiyi 4-cü dərəcəli avtoşin yığıcısı vəsifəsi xx.xx.1997-cü il tarixli 320 nömrəli qərarla təsdiq olunmuş siyahı ilə deyil, xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarla təsdiq olunmuş siyahı ilə əmək şəraiti xüsusilə zərərli və ağır olan vəzifələrə aid edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısına əsasən, iddiaçının xx.xx.1982xx.xx.1983-cü illərdə işlədiyi yığım sexində 4-cü dərəcəli yığıcı şagirdi vəzifəsi siyahının 8-ci kimya istehsalı bölməsinin 8.3.1-ci bəndinə (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı, fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifl əsasında plastik dəri və süni dərilər; lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı, təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin.), xx.xx.1983-xx.xx.1995-ci illərdəki fəaliyyəti isə, siyahının 8-ci kimya istehsalı bölməsinin 10.2-ci bəndinə (10.2. Neft, qaz və qaz kondensatının hasilatı, fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları; dənizdə üzən buruq aqreqatlarının qazmaçıları; işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri; buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri; neft laylarına buxarvuran generator qurğularının maşinistləri; səyyar kompressorların maşinistləri; qaldırıcıların maşinistləri; quyuların sementlənməsi üzrə maşinistlər; yuyucu aqreqatların maşinistləri; texnoloji nasosların maşinistləri; sementləşdirici aqreqatların motorçuları; susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları; layların hidravlik parçalanması üzrə operatorlar; neft və qaz hasilatı üzrə operatorlar; quyuların tədqiqatı üzrə operatorlar; quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; laylarda təzyiqin saxlanması üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorlar; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarının maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar; mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər; dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər; neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər; tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər; neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər; daxiliyanma mühərriklərinin maşinistləri; qüllə quraşdırıcıları; qüllə quraşdırıcı-qaynaqçıları; qüllə quraşdırıcı-elektrik montyorları.) uyğun gəlir. Ona görə də şikayət təmin edilməməli, cavabdehin imtinası qanunsuz hesab edilməli, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3574/2019 saylıqərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1606/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1606/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver