Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1606/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçıların nümayəndələri Nümayəndə1, X7, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD-nin və “X14 X15 and General Trading” LTD-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (Üçüncü şəxs X9 FZE) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(112)-695/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD və “X14 X15 and General Trading” LTD 18.02.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs X9 FZE olmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A23-7 saylı, 22 oktyabr 2019-cu il tarixli Qərarının ləğv edilməsi, X9 FZE hüquqi şəxsinə məxsus 2011 0470 qeydiyyat nömrəli əmtəə nişanının 34-cü sinif əmtəələri üzrə qeydiyyatına qarşı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Khairat al Manafie for General Trade and Pub “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər” əmtəələri üzrə qeydiyyatında maraqlı şəxs kimi, X9 FZE hüquqi şəxsinə məxsus 2011 0470 qeydiyyat nömrəli əmtəə nişanının 34-cü sinif əmtəələri üzrə qeydiyyatına qarşı Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində “qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda” nəzərdə tutulmuş əsaslarla verilmiş ərizə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 2019-cu il oktyabr tarixli, A23-7 22 saylı Qərarı ilə təmin olunmamışdır. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A23-7 saylı, 22 oktyabr 2019-cu il tarixli Qərarı əsassız və qanunsuz olduğu üçün ləğv olunmalı iddia tələbi təmin olunmalıdır. İddiaçı1 Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər" əmtəələri üzrə 2019 00459 saylı ərizə ilə qeydiyyata alınması üçün müraciət etmişdir. Sonradan müddətin buraxılmaması məqsədi ilə onun törəmə müəssisəsi olan İddiaçı2 şirkəti Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər” əmtəələri üzrə 2020 00023 saylı ərizə ilə qeydiyyata alınması üçün müraciət etmişdir. “İddiaçı” tərəfindən verilmiş iddianın əsasını X9 FZE, Warehouse No. FZS1BB04, P.O. Box 261031, Jebel Ali X4 (AE) tərəfindən 04.05.2011-ci il tarixdə 2011 0470 nömrə ilə (Ərizə 2007 0302, İkinlik 16.03.2007-ci il) ƏXBT-nin 34-cü sinif əmtəələri (tütün məmulatlarının çəkilməsi üçün ləvazimat; kibrit; siqaretlər; siqarillalar; siqarlar; tütün məmulatları üçün alışqanlar; iyləmək üçün tütün; tənbəki qəlyanları; tənbəki kisələri; çeynəmək üçün tütün; siqaret kağızı; siqaret filtrləri) üzrə qeydiyyata alınmış “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanından istifadə etməməsidir. Qeyd etmək lazımdır ki, həmin nişan “526 Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər” göstərilməklə qeydiyyata alınmışdır. Həmin nişanda “BUSİNESS ROYALS” ifadəsi mühafizə olunmayan elementdir. BUSİNESS ROYALS+təsvir” əmtəə nişanının 2011 0470 saylı qeydiyyatına xitam verildiyi təqdirdə, İddiaçı2 adına “BUSİNESS ROYALS” əmtəə nişanının 34-cü sinif “Siqaretlər" əmtəələri üzrə 2020 00023 saylı ərizə ilə qeydiyyata alınması ilə bağlı maneə-əsas aradan qalxmış olur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, aşağıdakılar əmtəə nişanının istifadəsi hesab edilir: Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin birinci, dördüncü və beşinci hissələrinə əsasən: Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür. "Cavabdeh” “Qanunun" tələblərini xronoloji qaydada sadalamasına baxmayaraq öz qərarını həmin qanunun tələblərinə uyğun əsaslandırmamış, özünün həqiqətə uyğun olmayan formal mülahizələri ilə əsaslandırmağa çalışmış, düzgün qiymət verməmişdir. Qeyd etmək lazımdır ki, “İddiaçı”lar sübut kimi, hal-hazırda mənşə ölkəsi olan İraqdakı riskli investisiya qoyuluşu vəziyyəti ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında investisiya qoymaqla “BUSİNESS ROYALS” əmtəə nişanlı siqaretləri "Emal edən" “X5" MMC ilə, sonradan siqaretləri mənşə ölkəsinə ixrac etmək məqsədi ilə bağlanmış müqavilə təqdim edilmişdir. Qanunda istənilən şəxsin müvafiq ərizə ilə Apellyasiya şurasına müraciət etməsi qeyd edilsə də, Apellyasiya şurası qərəzli olaraq nədənsə Mülki Məcəllənin 16.1-ci maddəsini "fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir” sitat gətirir, özünün həqiqətə olmayan formal mülahizələri əsasında “müqavilə özlüyündə mübahisələndirilən nişandan Azərbaycan Respublikası ərazisində istifadəyə hazırlıq kimi qiymətləndirilə bilməz” kimi, qiymətləndirmişdir. "Cavabdeh” hüquqi qiymət verərkən X9 FZE şirkətinin nümayəndəsi, patent müvəkkili Nümayəndə2 tərəfindən əmtəə nişanının istifadəsi ilə bağlı təqdim edilmiş aşağıdakı sənədlərə araşdırılarkən səhv qiymət vermiş, nəticədə səhv qərar vermişdir: Müəlliflik hüququnun təsdiqi barədə ********* nömrəli qeydiyyat şəhadətnaməsi: “BUSİNESS ROYALS” Siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü il tarixdə X3 Hüququ Xidmətində qeydiyyata alınmışdır və X9 FZE müəlliflik Hüququnun sahibi qismində qeydə alınmışdır. Bu qeydiyyatda müəlliflik hüququnun sübutu qismində qeydiyyatın qüvvədə olma müddətinin bitməsi tarixi 03 yanvar 2029-cu il tarixinə qədər qüvvədə olacaqdır. ”Müəlliflik hüququ şəhadətnaməsi-“BUSİNESS ROYALS” “Siqaret qablaşdırma gabı”na yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədiikonstruktiv həllinə verilmişdir və həmin qabdan “qutunun" bədii-konstruktiv həlli Bern Konvensiyasına əsasən Azərbaycan Respublikası ərazisində də qorunur. İddianın predmeti isə “BUSİNESS ROYALS” söz birləşməsindən yaranmış ifadədir. İddiaçılar həmin qutuya heç bir hüquq əldə etmək istəmir, öz qutularının bədii-konstruktiv həllində istifadə etmək istəyindədir. X9 FZE tərəfindən təqdim edilmiş və müvafiq qaydada təsdiq edilmiş məktub (affidavit): Cavabdeh” hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq X9 FZE tərəfindən təqdim edilmiş məktubu 2011 0470 qeydiyyat!ı “BUSİNESS ROYALS+təsvir’ əmtəə nişanından 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirmişdir: Cavabdeh" hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq “Müştərinin elit məhsul çeşidlərindən biri, 10 ildən artıqdır ki, siqaret və digər tütün məhsulları ilə müqayisədə müştərinin və onun törəmə şirkətlərinin daha çox, fasiləsiz və coğrafi baxımdan geniş istifadə etdiyi “BUSİNESS ROYALS" ticarət nişanıdır. Müştəri məhsul çeşidini və biznes fəaliyyətini çap, onlayn və vizual media vasitələri ilə “BUSİNESS ROYALS" markası və əlaqəli ticarət nişanları altında geniş şəkildə bazara çıxarır” yalnız formal mülahizələrini Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirmişdir: “Cavabdeh” “Qanunun” tələblərinə uyğun əsaslandırmadan, özünün həqiqətə uyğun olmayan formal mülahizələri ilə əsaslandıraq səhv qiymət verərək göstərir: X3 Hüququ Xidmətində ********* nömrəli qeydiyyat şəhadətnamə ‘BUSİNESS ROYALS- Siqaret qablaşdırma qabına, (qutusuna) yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həllinə verilmişdir. “BUSİNESS ROYALS” sözlərindən ibarət ifadəyə yox. “Cavabdeh" -X9 FZE-ni “BUSİNESS ROYALS” loqotipinin müəllif hüquqları kimi qanuni sahibidir”-səhv qiymət verir, nəticədə səhv qərar vermişdir: Cavabdeh” hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq “X9 FZE keçmiş SSRİ ölkələrində, o cümlədən Azərbaycan Respublikasında “BUSİNESS ROYALS” markası ilə markalanmış siqaretlərin istifadəsi və marketinqi ilə əlaqəli fəaliyyətini genişləndirmək niyyətin"i Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirmişdir. Cavabdeh" hüquqi qiymət verərkən əsassız və qanunsuz olaraq 2011 0470 nömrəli “BUSİNESS ROYALS” qeydiyyatı altında Azərbaycanda “BUSİNESS ROYALS” ticarət nişanına dair hüquqların qorunmasının əldə edilməsi və İndependent Tobacco FZE ilə Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsin"-i Azərbaycan Respublikası ərazisində istifadə kimi, qiymətləndirmişdir. Göründüyü kimi, X9 FZE tərəfindən təqdim edilmiş bu sənədlərdə 2011 0470 qeydiyyatlı “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanından 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi ilə bağlı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulan hər hansı sübüt yoxdur. “Cavabdeh” hüquqi qiymət verərkən əsaslandırmadan qanunsuz olaraq göstərir: “Apelyasiya Şurası qeyd edir ki, qanunvericilik əmtəə nişanından istifadə edilmədiyi təqdirdə onun mütləq olaraq ləğvini nəzərdə tutmur. Şura nişandan istifadə edilməməsi ilə bağlı ərizəyə baxılan zaman hüquq sahibinin təqdim etdiyi dəlilləri araşdırmağı zəruri hesab edir”. “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanı 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına dünyanın 86 ölkəsində qeydiyyatı mövcudluğu, və ya internet səhifəsinə görə “BUSİNESS ROYALS” qablaşdırmasının əmtəə nişanı kimi 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına ən azı 40 qeydiyyatı mövcudluğunun barədə dəlillərin, mülahizələrin Azərbaycan Respublikası ərazisində istifadə kimi qiymətləndirilməsi qanuna ziddir. X9 FZE tərəfindən təqdim edilmiş bu sənədlərdə 2011 0470 qeydiyyatlı “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanından 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi sübut olmadığına baxmayaraq “Cavabdeh” ifrata varır, səlahiyyətlərindən kənara çıxır, qanunsuz olaraq “İddiaçı”ların "BUSİNESS ROYALS” sözlərindən ibarət əmtəə nişanını 34-cü sinif əmtəələri üzrə qüvvədə olan Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunu"-na müvafiq qeydiyyat istəyini "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensivası’nın 10 bis maddəsinin tələbi baxımından “haqsız rəqabət" kimi qiymətləndirmişdir. “Cavabdeh” hüquqi qiymət verərkən əsaslandırmadan qanunsuz olaraq göstərir: Belə ki, X9 FZE tərəfindən tanıtdırılmış nişanın digər şəxs tərəfindən qeydiyyatı və istifadəsi özgənin nişanının şöhrətindən faydalanmaya, nəticədə haqsız rəqabətə gətirib çıxara bilər. X9 FZE tərəfindən təqdim edilmiş sənədlərdə 2011 0470 qeydiyyatlı “BUSİNESS ROYALS+təsvir” əmtəə nişanını 34-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində tanıtdırılması, şöhrəti-reklamı barədə və istifadəsi belə sübut olmadan belə qiymət verilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası “Haqsız Rəqabət” haqqında qanununa əsasən: “haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri hesab edilir”. X9 FZE-nin Azərbaycan Respublikasında bazar subyekti kimi sahibkarlıq fəaliyyəti barədə heç bir sübut olmadığı halda “Cavabdeh"-in "iddiaçıların" qanuna müvafiq olaraq hərəkətini “haqsız rəqabət” kimi qiymət verilməsi əsassız və qanunsuzdur. 18.02.2020-ci il tarixli məhkəmənin hüquqi yardım haqqında iddiaçılara göndərdiyi məktubunda qeyd edilmişdir ki, hazırkı iddia növünün mümkünlük şərtlərindən biri İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməsi olduğundan, mübahisə predmeti olan inzibati aktın məzmunundan nə vaxt məlumatlı olmaqları barədə sübut məhkəməyə təqdim edilməlidir. Məhkəmənin 19.03.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən iddia mümkün hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(112)-695/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. İddiaçılar qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(112)-695/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(112)- 695/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçların apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - X9 FZE-yə məxsus «BUSİNESS ROYALS» əmtəə nişanı 04.05.2011-ci il tarixdə 34-cü sinfin əmtəələri, o cümlədən tütün; tütün məmulatlarının çəkilməsi üçün ləvazimat; kibrit; siqaretlər; siqarillalar, siqarlar, tütün məmulatları üçün alışqanlar; iyləmək üçün tütün; tənbəki qəlyanları; tənbəki kisələri; çeynəmək üçün tütün, siqaret kağızı; siqaret filtrləri üzrə və xidmətləri üzrə X9 FZE-nin adına Azərbaycan Respublikasında 20110470 saylı beynəlxalq qaydada qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkin tarixi 16.03.2007-ci ildir. -«BUSİNESS ROYALS» siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü il tarixdə BK Müəlliflik Hüququ Bürosunda qeydiyyata alınmışdır və X9 FZE müəlliflik hüququnun sahibi qismində Reyestrə daxil edilmişdir, 03 yanvar 2029-cu il tarixədək qüvvədə olacaqdır. Şəhadətnaməyə qoşulan Məlumat Vərəqində qeyd olunan sənədin depozitə qəbul edilmiş hər bir əsərin qeydiyyat tarixini, verilmiş qeydiyyat nömrəsini ********* və «BUSİNESS ROYALS» siqaret qablaşdırma qabı adını əks etdirdiyi, ilk dəfə müəlliflik hüququ sahibi qismində 03 yanvar 2014-cü il tarixdə X9 FZE-nin qeydiyyata alındığı qeyd olunmuşdur. - “İndependent Tobacco FZE" ilə “AzAQROSƏNAYE LTD" arasında 7 bənddən ibarət 09 yanvar 2017-ci il tarixli distribütorluq müqaviləsi bağlanmışdır. - X9 FZE-nin TM-3947 saylı 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil olunmaqla tərcümə edilən və notarial qaydada təsdiq edilən təsdiq məktubunun (Affidavit) surətinin mətnində qeyd olunmuşdur ki, aşağıda imza edənlər, "İndependent Tobacco FZE"-nin səlahiyyətli nümayəndələri, təsdiq edirlər ki, “İndependent Tobacco FZE” X2 qeydiyyatdan keçmiş bir şirkətdir. Müştəri və onun törəmə şirkəti, X1 beynəlxalq şirkət olaraq qeydiyyata "BR X6", siqaret istehsalı, marketinqi və satışı ilə məşğul olurlar. Daha dəqiq, müştəri biznesin istehsal qoludur, "BR X6" isə Avropa və bir sıra digər ölkələrdə "BUSİNESS ROYALS" markasına aid əqli mülkiyyət hüquqlarının sahibidir. Dünyanın qalan hissəsində ticarət nişanına dair hüquqlar müştəriyə, "İndependent Tobacco FZE"yə məxsusdur". Müştərinin fəaliyyəti və sənaye təcrübəsi bütün sahələri tütünün emalı və qarışığından tutulmuş" istehsal proseslərinin bütün mərhələlərini, və bütün dünyada satış, marketinq və distribusiyanı əhatə edir. Aşağıda verilmiş daha ətraflı məlumata əsasən, müştəri tütün sənayesində nüfuzlu ad qazanmışdır və filialları və törəmə şirkətləri ilə birlikdə dünya səviyyəsində tütün məhsulları istehsalı biznesini idarə edir. Müştəri siqaret istehsalında onilliklər ərzində əldə olunan dəyərli təcrübəyə malikdir və eyni zamanda dünyada məşhur siqaret markalarının əsas istehsal mənbəyidir. Müştərinin törəmə şirkəti olan "İndependent Tobacco FZE"-nin İSO 9001: 2008 standartı üzrə akkreditə edilmiş müəssisə olduğunu təsdiqləyən sertifikat əlavə olunur. Bu o deməkdir ki, müştəri tərəfindən keyfiyyətə ciddi nəzarət olunur. Müştərinin elit məhsul çeşidlərindən biri, 10 ildən artıqdır ki, siqaret və digər tütün məhsulları ilə müqayisədə müştərinin və onun törəmə şirkətlərinin daha çox, fasiləsiz və coğrafi baxımdan geniş istifadə etdiyi "BUSİNESS ROYALS" ticarət nişanıdır. Buradakı əlavə, "BUSİNESS ROYALS" dizaynına aid müəllif hüququnun 2002-ci ildə müştəri şirkətinin sahibi tərəfindən hazırlandığını göstərən Böyük Britaniyanın müəllif hüquqlarının qeydiyyat sertifikatıdır. Belə uzun müddət və geniş istifadə edildiyi üçün "BUSİNESS ROYALS" markası və ticarət nişanı bu gün həm tanınmış ticarət nişanıdır, həm də pərakəndə satıcılar və istehlakçılar tərəfindən keyfiyyətli tütün məhsullarının rəmzi hesab olunur, və dünya bazarında müştərinin xeyrinə əhəmiyyətli nüfuz qazanmışdır. Müştəri və onun törəmə şirkətləri tütün sənayesində tanınmış marka adı qazanmış dünyanın 100-dən çox ölkəsində qeydiyyata alınmış "BUSİNESS ROYALS" ticarət nişanının və "BUSİNESS ROYALS" törəmə markalarının qanuni və vicdanlı sahibidir. Müştəri məhsul çeşidini və biznes fəaliyyətini çap, onlayn və vizual media vasitələri ilə "BUSİNESS ROYALS" markası və əlaqəli ticarət nişanları altında geniş şəkildə bazara çıxarır. Müştəri "BUSİNESS ROYALS" loqotipinin həm ticarət markası kimi, həm də müəllif hüquqları kimi qanuni sahibidir. Müəllif hüquqları bir neçə il əvvəl İngiltərədə qeydiyyata alınmışdır, bu əlavə edilmiş sertifikatla sübut edilə bilər. Müştəri “BUSİNESS ROYALS" brendinin tanıtımı və marketinqinə böyük diqqət ayırır və bunun üçün “BUSİNESS ROYALS" ticarət nişanları olan reklam məhsullarının buraxılması kimi bir neçə inovativ üsullar tətbiq etmişdir. "BUSİNESS ROYALS" ticarət nişanlarını özündə cəmləşdirən saatlar, reklam etiketləri, çantalar, kepkalar və fincanlar kimi müxtəlif tanıtım materiallarının fotoşəkilləri əlavə olunur. Müştəri, "BUSİNESS ROYALS" ticarət markası altında malların tanıtımı və məhsullarına yeni müştərilərin və distribütorların tapılması üçün xüsusi sənaye yarmarkalarında iştirak edir. Dünya üzrə bir çox ölkələrdə qeydiyyata alınması, uzun müddətli istifadəsi, marketinqi və tanıdılması səbəbindən "BUSİNESS ROYALS" ticarət nişanları bazarda böyük nüfuz qazanmışdır və müstəsna olaraq müştəri və dünya üzrə tanınmış biznesi ilə əlaqələndirilməyə və tanınmağa başlamışdır. Müştəri bu ticarət nişanlarına qanuni və mülkiyyət hüquqlarını daima qorumuş və hər zaman qoruyur. Sözsüz ki, "BUSİNESS ROYALS" ticarət nişanları müştərinin biznesi üçün və alıcı kütlələri arasında qazandığı əlçatmaz nüfuzu üçün və bazarda qurduğu və yığdığı marka kapitalı dəyərli bir mülkdür. Müştəri və törəmə şirkətləri adına olan 34-cü Sinifə aid "BUSİNESS ROYALS" ticarət nişanlarının nümayəndəlik qeydiyyatlarına dair müvafiq məlumat əlavə olunur. Bundan əlavə yuxarıda göstərilən yurisdiksiyalardan olan bəzi Qeydiyyat Şəhadətnamələrinin surətləri də əlavə olunur. “İndependent Tobacco FZE" keçmiş SSRİ ölkələrində, o cümlədən Azərbaycan Respublikasında Business Royals" markası ilə markalanmış siqaretlərin istifadəsi və marketinqi ilə əlaqəli fəaliyyətini genişləndirmək niyyətindədir. 2011 0470 saylı "Business Royals" qeydiyyatı altında Azərbaycanda "Business Royals" ticarət nişanına dair hüquqların qorunmasının əldə edilməsi və “İndependent Tobacco FZE" ilə Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD" arasında distribusiya müqaviləsinin təşkil olunması bunun sübutudur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. Həmçinin “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis (qeyri səmimi rəqabət) maddəsinə əsasən (1) İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyrisəmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. (2) Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyrisəmimi rəqabət aktı hesab olunur. (3) Məsələn, aşağıdakılar qadağan olunur: Həmin maddənin 1-ci bəndinə əsasən müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər; 2ci bəndinə əsasən kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər; 3-cü bəndinə əsasən kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ləğv olunması tələb olunan Apellyasiya Şurasının 22 oktyabr 2019-cu il tarixli, A237 saylı Qərarı ilə iddiaçının müraciəti araşdırılmış və müraciət təmin edilməyərək bildirilmişdir ki, qanunvericilik əmtəə nişanından istifadə edilmədiyi təqdirdə onun mütləq olaraq ləğvini nəzərdə tutmur. Şura nişandan istifadə edilməməsi ilə bağlı ərizəyə baxılan zaman hüquq sahibinin təqdim etdiyi dəlilləri araşdırmağı zəruri hesab edir. Şura X9 FZE şirkətinin nümayəndəsi, patent müvəkkili Nümayəndə2 tərəfindən apostil edilmiş qaydada təqdim edilmiş sübutları (müəlliflik hüququ şəhadətnaməsi, səlahiyyətli nümayəndənin adından təqdim edilmiş məktub), eləcə də X9 FZE və “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsini məqbul hesab edir və bildirir ki, “BUSİNESS ROYALS" siqaret qablaşdırması 03 yanvar 2014-cü il tarixdə X3 Hüququ Xidmətində qeydiyyata alınmışdır və X9 FZE müəlliflik hüququnun sahibidir, müəlliflik hüququ Bern Konvensiyasına əsasən Azərbaycan Respublikası ərazisində də qorunur. Təqdim edilən sənəd və məlumatlardan görünür ki, “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanı 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına dünyanın 86 ölkəsində qeydiyyatı mövcuddur, məlumat bazasından görünür ki, “BUSİNESS ROYALS” qablaşdırmasının əmtəə nişanı kimi 34-cü sinfin əmtəələri üzrə İndependent Tobacco FZE və onun törəmə şirkəti BR X6. adına ən azı 40 qeydiyyatı mövcuddur. Odur ki, təqdim edilən sübutların işığında ərizəçi hüquqi şəxs İddiaçı1 adına həmin nişanın qeydiyyatı Azərbaycanın da qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasfnm 10 bis maddəsinin tələbi baxımından haqsız rəqabət hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İndependent Tobacco FZE Azərbaycan Respublikasında “BUSİNESS ROYALS” markası ilə markalanmış siqaretlərin istifadəsi və marketinqi ilə əlaqəli fəaliyyətini genişləndirmək məqsədilə 2011 0470 nömrəli “BUSİNESS ROYALS” qeydiyyatı altında Azərbaycanda “BUSİNESS ROYAL” ticarət nişanına dair hüquqların qorunmasının əldə edilməsi və İndependent Tobacco FZİ-nin Azərbaycan şirkəti “AzAQROSƏNAYE LTD” arasında distribyutorluq müqaviləsinin mövcud olması nişan sahibinin qeyd olunan əmtəə nişanın Azərbaycan ərazisində də istifadəsinin niyyətində olması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qeyd olunan müqavilənin məqsədi müqavilə əsasında "Business Royals" qeydiyyatı altında olan ticarət markasını ərazidə təbliğ edəcəyinə, satacağına, satış üçün təklif edəcəyinə, distribusiya edəcəyinə, idxal edəcəyinə, reklam edəcəyinə və ticarət markasının maksimum satışını əldə etməyə səy göstərəcəyi məqsədi daşıdığı müəyyən edilməkdədir. Həmçinin “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanının dünyanın 86 ölkəsində qeydiyyatının mövcud olması ilə yanaşı həmçinin İndependent Tobacco FZE şirkətinin törəməsi olan BR X6. adına da ən az 40 ölkədə qeydiyyatı aparılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İndependent Tobacco FZE şirkəti tərəfindən uzun illərdən bəri “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanı adı altında dünyanın müxtəlif ölkələrində öz sahəsində müəyyən uğurlar qazanması, satışının aparılmaqla qazanc əldə edilməsi reallığı olduğu təqdirdə, iddiaçılar tərəfindən irəli sürülən əsaslarla “BUSİNESS ROYALS” qablaşdırması əmtəə nişanının 34cü sinif əmtəələri üzrə qeydiyyatına qarşı verilmiş etriaz ərizəsinin təmin edilməsi haqsız rəqabə şərait yaratmış olacağı səbəbindən yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(112)-695/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar “Khairat al Manafie for General Trade and Public Transportation” LTD-nin və “X14 X15 and General Trading” LTD-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(112)-695/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1606/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1606/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver