Məhkəmə qərarları › İş №2-1(103)-1606/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1606/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1606/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, siyahıya bərpa edilmə və mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-2826/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmasına dair cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi, onun həmin siyahıya bərpa edilməsi və ona müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. O, 26 il 11 ay təqvim ili olmaqla ordu sıralarında xidmət etmişdir. Rusiyanın Saxalin vilayətində və Azərbaycan Respublikasında cəbhə bölgəsində qulluq etdiyindən xidmət ili 53 il 11 ay təşkil edir. İddiaçı 2009-cu ilin 01 sentyabr ayından xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir. İddiaçının 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli M-255-108 saylı müraciətinə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı yanında “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya” tərəfindən baxılmışdır. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə komissiya’’ iclasının 27 nömrəli xx.xx.2020-cı il tarixli protokoluna və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.9.6-cı və 6.8-ci bəndlərinə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmışdır. Sərəncam onunla əsaslandırılmışdır ki, İddiaçı ilə keçmiş arvadı X4 və oğlu X9 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi aralarında bölünmüş və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasından razılıq əldə olunmuşdur. Həmçinin Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. Sərəncamın surəti 20 oktyabr 2020-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Həmin sərəncam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanladığı M-75 saylı 27 mart 2012-ci il tarixli məktubdan göründüyü kimi, o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 209 saylı, xx.xx.2011-cı il tarixli Sərəncamı ilə İİ qrup əlil kimi yaşayış yeri üzrə həmin icra hakimiyyətində güzəştli əsaslarla mənzil növbəsindədir. Qüvvədə olan mənzil qaydalarına əsasən yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanan vətəndaşlar mənzillə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən boş mənzil sahəsi ayrıldıqdan sonra növbəlilik əsasında təmin olunurlar. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu məqsədlə mənzil sahəsi ayrılmadığından məsələnin müsbət həlli imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 29 avqust 2016-cı il tarixli 2576 saylı arayışı ilə təsdiq edilir ki, ehtiyatda olan polkovnikleytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 iyul 2009-cu il tarixli 0278 saylı əmrindən çıxarışdan göründüyü kimi, həmin əmrə əsasən “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının 21 oktyabr 2011-ci il və 10 noyabr 2011-ci il tarixli ərizələrinə cavab olaraq, Xocasən bələdiyyəsi 15 noyabr 2011-ci il tarixli 1030 saylı cavab məktubu göndərərək, hal-hazırda bələdiyyənin balansında boş torpaq sahəsi olmadığından müraciətin təmin edilməsinin mümkün olmadığı və gələcəkdə bələdiyyələrə ayrılmış ərazilərin hüdudlarında yerləşən torpaq sahələrinin sərhədləri müəyyən olunduqdan və bələdiyyənin balansına verildikdən sonra İddiaçı torpaq sahəsinin ayrılması məsələsinə baxılacağını bildirmişdir. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 yanvar 2017-ci il tarixli 10-13/A-32 saylı arayışı ilə təsdiq edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Xocəsən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinat üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 may 2020-ci il tarixli **********14 saylı arayışı ilə təsdiq edilir ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə iddiaçının adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumatın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu üzrə sektorunun 05 sentyabr 2016-cı ıl tarixli 10388 saylı arayışı ilə təsdiq edilir ki, X1 rayonundan gələn Məcburi Köçkündür və Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi R.Allahverdiyev küçəsi 11 ünvanında yerləşən mənzildə məcburi köçkün kimi məskunlaşmışdır. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 13 İyul 2006-cı il Qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün Bakı şəhəri üzrə hər ay 150 manat məbləğində kompensasiya ödənilir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, ehtiyata buraxılmış və yaşayış sahəsi olmayan hərbi qulluqçudur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən onun, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamında istinad olunan xüsusatla, yəni İddiaçı ilə keçmiş arvadı X4 və oğlu X10 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən, qanunsuz olaraq zəbt edilmiş 8 sot torpaq sahəsində qeyri-qanuni olaraq inşa edilmiş 2 fərdi yaşayış evinin tərəflər arasında aralarında bölünməsi və yeni inşa edilmiş fərdi yaşayış evinin iddiaçıda qalması barədə tərəflər arasında razılıq əldə olunması, buna görə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması, habelə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, sözügedən torpaq sahəsi qanunsuz zəbt olunmaqla, həmin torpaq sahəsində inşa edilmiş ev də qanunsuz tikilidir. Qanunsuz torpaq sahəsinə və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş evə görə iddiaçı yaşayış sahəsi olan hərbi qulluqçu hesab edilə bilməz. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-2826/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Binəqədi Rayonu icra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından müəyyən olunur ki. Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulu Təpə yaşayış sahəsi R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsus deyil və o sözügedən evdə qeydıyyatsız yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar idarəsinin 29 avqust 2016-cı il tarixli 2576 saylı arayışı ilə təsdiq edilir ki, ehtiyyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Qeyd olunanlara əsasən, Binəqədi Rayonu icra Hakimiyyəti Başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamında istinad olunan xüsusatla, yəni İddiaçı ilə keçmiş arvadı X4 və oğlu X10 arasında 04 09.2020-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Bakı şəhəri, Binəqədi rayonu. Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi. R.Allahverdiyev küçəsində yerləşən, qanunsuz olaraq zəbt edilmiş 8 sot torpaq sahəsində qeyri-qanuni olaraq inşa edilmiş 2 fərdi yaşayış evinin tərəflər arasında aralarında bölünməsi və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasında razılıq əldə olunması, buna görə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması, habelə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, sözügedən torpaq sahəsi qanunsuz zəbt olunmaqla, həmin torpaq sahəsində inşa edilmiş ev də qanunsuz tikilidir. Qanunsuz torpaq sahəsinə və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş evə görə İddiaçı yaşayış sahəsi olan hərbi qulluqçu hesab edilə bilməz. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 209 saylı xx.xx.2011-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı olması nəzərə alınaraq, uçot növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 227 saylı xx.xx.2013-cü il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 209 saylı sərəncamında dəyişiklik edilərək vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit, hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla xx.xx.2011-ci ildən mənzil növbəsində hesab edilməsi, vətəndaş İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək, kirayə haqqının ödənilməsi ilə əlaqədar müraciət etdiyi tarixdən mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixli M-255-108 saylı müraciətinizə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Ehtiyatda və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya tərəfindən baxılmışdır. Nəzərinizə çatdırıram ki, müraciətdə qeyd olunmuş məsələ tərəfimizdən araşdırılmış və Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən 115 saylı xx.xx.2020-ci il tarixli sərəncam qəbul olunmuşdur. Həmin sərəncam məlumat üçün Sizə göndərilir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 115 saylı xx.xx.2020-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, 2020-ci ilin aprel ayından ödənilməsi dayandırılmış müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa olunmasına köməklik göstərilməsi barədə vətəndaş İddiaçı Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli M-255-108 saylı müraciətinə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı yanında Ehtiyatda və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya tərəfindən baxılmışdır. Cavabdeh İddiaçı ilə iddiaçılar X4 və X10 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evi aralarında bölünmüş və yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması barədə tərəflər arasından razılıq əldə olunmuşdur. Həmçinin, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq vətəndaş İddiaçı məxsusdur və o, sözügedən evdə qeydiyyatsız yaşayır. Göstərilənlərə əsasən vətəndaş İddiaçı yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 14-19/41 saylı məktubun surətindən görünür ki, Sulu-təpə qəsəbəsi R.Allahverdiyev küçəsi 11-ci döngədə yerləşən həyətyani torpaq sahəsi daxilində 2 yaşayış evi olmaqla 2 yerə bölünmüşdür. 1-ci ikimərtəbəli köhnə ev X3 və X7 məxsusdur. 2-ci yeni inşa edilmiş təmirli ev isə İddiaçı məxsus olmaqla onun istifadəsindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən iddiaya məhkəmədə baxılması dövründə tərəflər öz aralarında razılığa gələrək, ünvan 7 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi iddiaçılar X3 və X7, yeni inşa edilmiş yaşayış evi isə cavabdeh İddiaçı verilmişdir. İşdən görünür ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmasına dair cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi, onun həmin siyahıya bərpa edilməsi və ona müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan ünvanda torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün onun yaşayış sahəsi ilə təmin olunmuş hesab edilmədiyini, bu səbəbdən də onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılmasına dair cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsini, onun həmin siyahıya bərpa edilməsini və ona müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin bərpa edilməsini tələb edir. Lakin iş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər öz aralarında razılığa gələrək, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 1 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi X3 və X7, yeni inşa edilmiş yaşayış evi isə İddiaçı verilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 14-19/41 saylı məktubdan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yerləşən həyətyani torpaq sahəsi daxilində 2 yaşayış evi olmaqla 2 yerə bölünmüşdür və 2-ci yeni inşa edilmiş təmirli ev İddiaçı məxsus olmaqla onun istifadəsindədir. Göründüyü kimi, iddiaçının yaşayış sahəsi vardır, bu səbəbdən də o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 209 saylı xx.xx.2011-ci il tarixli sərəncamına əsasən İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, onun hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı olması nəzərə alınaraq, uçot növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 227 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 209 saylı sərəncamında dəyişiklik edilərək iddiaçının yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit, hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil və Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla xx.xx.2011-ci ildən mənzil növbəsində hesab edilməsi, iddiaçıya “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək, kirayə haqqının ödənilməsi ilə əlaqədar müraciət etdiyi tarixdən mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 115 saylı xx.xx.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı ilə X4 və X10 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş 2 fərdi yaşayış evinin aralarında bölünməsi, yeni inşa edilmiş fərdi yaşayış evinin İddiaçı qalması, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsində yerləşən 8 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki olaraq İddiaçı məxsus olması və onun həmin evdə qeydiyyatsız yaşaması nəzərə alınaraq iddiaçının yaşayış yeri üzrə Binəqədi rayonu İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması qərara alınmışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər öz aralarında razılığa gələrək, ünvan 7 ünvanında 8 sot torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş 2 yaşayış evini öz aralarında bölərək, ara hasarı çəkməklə köhnə yaşayış evi X3 və X7, yeni inşa edilmiş yaşayış evi isə İddiaçı verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 14-19/41 saylı məktubdan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yerləşən həyətyani torpaq sahəsi daxilində 2 yaşayış evi olmaqla 2 yerə bölünmüşdür və 2-ci yeni inşa edilmiş təmirli ev İddiaçı məxsus olmaqla onun istifadəsindədir. Qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericiliklə iddiaçının istifadəsində torpaq sahəsinin və fərdi evin olması onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsini istisna edir. Başqa sözlə, Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında kompensasiyanın ödənilməsinin şərtlərindən biri kimi, “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək” ifadəsi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının istifadəsində torpaq sahəsi və fərdi yaşayış evi olduğundan yaşayış sahəsinə ehtiyacı olan və kompensasiya almaq hüququ olan subyektlərin dairəsinə düşmür. İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, həmin aktlarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.3, 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamların qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş sərəncam iddiaçının hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-2826/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar