Məhkəmə qərarları › İş №2-1(103)-1607/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1607/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1607/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X36 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X20 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X45, iddiaçının vəkili Vəkil1, Üçüncü şəxs X12 və onun nümayəndəsi-vəkili Vəkil2 X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, X24, X19, X37 və X16) “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5195/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X16) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 107, 2 saylı mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır. X24, X19 və X37 vəsatətlə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, onların inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini və iş üzrə icraatın yenilənməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, X24, X19 və X21 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 5-də qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1974-cü il tarixdə X46 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçının həyat yoldaşı ağır xəstəlikdən xx.xx.1993-cü il tarixdə rəhmətə getmişdir. İddiaçının yaşadığı mənzil sosial kirayə müqaviləsinə əsasən icarədar mərhum qayınanası X9 məxsus olmuşdur. Mənzilin icarədarı X11 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. ünvan 5nin yaşayış sahəsi iki otaq 40.0 kv.m olmaqla ümumi sahəsi 82.5 kv.m təşkil edir. Halhazırda həmin mənzildə iddiaçı və 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı yaşadıqları mənzili və torpaq sahəsini özəlləşdırmək istəyir. Ona görə də iddiaçı müvafiq qurumlara müraciət etmişdir. Onlar məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. İddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə eyni tələblə müraciət etdikdə aydın olmuşdur ki, onunla Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 139 saylı MKİS arasında icarə müqaviləsi bağlanıldıqdan sonra evə və torpaq sahəsinə hər hansı bir sənəd əldə etmək mümkündür. İddiaçı ərizə ilə cavabdehə müraciət edib sosial kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya göndərdiyi cavabında müqavilənin hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanmasını bildirmişdir. İddiaçı iki dəfə cavabdehə mənzilin orderini təqdim etmişdir. Lakin ona bəlli olmayan səbəbdən süründürməçiliyə yol verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinin sahəsi 20 kv.m olan bir otağına dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın dəyişdirilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40,0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin 1 nəfər ailə üzvü ilə (özü, üç qızı – Trutneva Natalya, Trutneva Olqa, Trutnyeva Yekaterina) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması əmr edilmişdir. Onunla mübahisəli mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmri olsa da, 139 saylı MKİS və 3 saylı Xüsusi təyinatlı MKTB-nin məsul işçiləri sözügedən əmri gizlətməklə, onu mənzilindən məhrum etməyə çalışmışlar. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasınnda iştirak edən iddiaçının nümayəndəsi X45 və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə qeyd olunanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq üçüncü şəxsin nümayəndəsi-vəkili öz izahatında bildirdi ki, Rəhman Həsənov ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində 1 otağa 1992-ci ildən məcburi köçkün kimi dövlət tərəfindən yerləşdirilmişdir. Onlar həmin mənzilə gəldikdə ünvan boş ərazi olmuşdur, heç kim orada yaşamamışdır. İddiaçı ilə Həsənov Rəhmanın yaşadığı mənzillər arasında dəmir listlər vardır. Həsənov Rəhman 30 ildir sözügedən mənzildə yaşayır, kommunal xərclərini ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi nümayəndələri və digər üçüncü şəxslər X24, X19, X37 məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmuş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olmuş, mənzilin icarədarı X8muşdur və o, xx.xx.2000- ci il tarixində vəfat etmişdir. İddiaçı X1 X33 xx.xx.1974-cü ildən rəsmi nikahda olmuş, X46 xx.xx.1993-cü ildə vəfat etmişdir. İddiaçı ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinə müraciət etmiş, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi tərəfindən mənzilin sosial kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinə əsasən həmin mənzilin sosial kirayə müqaviləsinin özü və üç qızı - Trutneva Natalya, Trutneva Olqa, Trutnyeva Yekaterina ilə İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması əmr edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən qeyd olunan mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçı həmin mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdehə müraciət etsə də, mənzilə dair hüquqmüəyyənedici sənədlərin olmadığı əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51.1-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: - 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bu sərəncamdan irəli gələn məsələləri həll etmələri qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sübutları nəzərdən keçirir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB 139 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 1274 saylı arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsindəki 107 nömrəli evin 40 kv.m sahəsi olan 2 otaqlı 2 saylı mənzilində yaşayır. Mənzilin şəraiti: şəraitsizdir. Bina Bakı şəhəri İcra Hakimiyyətinə məxsusdur. Mənzilin icarədarı İddiaçıdır. Daimi qeydiyyatda olanlar: özü - İddiaçı, X45, X55, X27 və X22. - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 ilə X10 nikaha daxil olmuşlar, nikah haqqında xx.xx.1949-cu il tarixində 117 nömrəli akt qeydi tərtib olunmuşdur, nikahın qeydə alındığı yer Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsidir, nikah bağlandıqdan sonra ərə Trutnev, arvada Trutneva soyadı verilmişdir. Qeyd: Həmin nikah Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.1974-cü il tarixli 131 saylı aktı ilə pozulmuşdur. X23 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Bu barədə Xəzər rayon qetdiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixli 06 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. X11 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bu barədə Rusiya Federasiyası, Saratov Vilayəti, Balakovo şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixli 646 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - İ-JQ seriyalı 296142 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X46 ilə X28 xx.xx.1974-cü il tarixdə nikahlarını bağlamışlar. - İV-JQ seriyalı 291657 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X46 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə müraciət edərək yaşadığı Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin 2 saylı mənzilinin sosial kirayə müqaviləsinin qayınanası X6 vəfatı ilə əlaqədar öz adına dəyişdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40,0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin icarədarı X8muşdur və xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Hal-hazırda həmin mənzildə ərizəçi 4 nəfər ailə üzvü ilə (özü və üç qızı) yaşayır. Vətəndaş İddiaçı müraciəti və müvafiq sənədlər baxılması üçün ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə təqdim edilmiş və Sosial İnkişaf İdarəsinin xx.xx.2011- ci il tarixli Qİ xx-xx/8104 saylı məktubu ilə mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsi məqsədə uyğun hesab edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40,0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin 1 nəfər ailə üzvü ilə (özü, üç qızı – Trutneva Natalya, Trutneva Olqa, Trutnyeva Yekaterina) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması əmr edilmişdir. - 1608 nömrəli şəxsi hesab vərəqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Z.Əliyev küçəsi, 107 saylı evin 2 otaq 40,0 kv.m 2 saylı mənzinin icarədarı X7. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. Bakı şəhəri, ünvan 4 saylı evin iki otaqdan ibarət 2 saylı mənzilinin istifadənizə verilməsinə dair orderin əsli və ya notariat qaydada təsdiq olunmuş surəti təqdim olunmadığından yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişinizi təmin etmək mümkün olmamışdır - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Bakı şəhəri, ünvan 4 saylı evin 2 saylı mənzilinin bir hissəsində faktiki olaraq məcburi köçkün ailəsi məskunlaşdığından, həmçinin mənzilə dair kirayə müqaviləsinin bağlanılması tələbinə dair iddia ərizəniz hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilərək məhkəmə baxışı təyin edimişdir. Ona görə də, kirayə müqaviləsinin bağlanması barədə xahişinizi təmin etmək mümkün olmamışdır. - Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamenti xx.xx.2011-ci il tarixli, 363M saylı Əmr vermiş və həmin əmrin icrası ilə əlaqədar olaraq 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 139 saylı MKİS-də Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 107, 2 saylı mənzilə dair vətəndaş İddiaçı adına şəxsi hesab vərəqəsi açılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli 435s nömrəli sərəncamı ilə xx.xx.2012-ci il tarixində Sosial İnkişaf İdarəsinin struktur vahidi olan Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış və qeyri-yaşayış sahələri ona aid olan sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyindən vətəndaş İddiaçıynan Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 107, 2 saylı mənzilin sosial kirayə müqaviləsinin bağlanıbbağlanmaması barədə məlumatımız yoxdur. Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etməyiniz məqsədəuyğundur. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi balansında olan yaşayış, qeyri-yaşayış və yataqxanalar, o cümlədən Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 107 saylı ev 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 139 saylı MKİS-nin xidmət sahəsinə verilmişdir. Qeyd olunan ev balansa qəbul edilərkən mənzillərə dair heç bir hüquqmüəyyənedici sənəd (müqavilə) təhvil verilməmişdir. - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X43 nikahının xx.xx.1974-cü ildə 2079 saylı aktla Bakı nikah evində qeydə alındığı məlum olmuşdur. İnformasiya sistemi nəzərdən keçərkən Lev Trutnevin nikahının pozulması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsi Suraxanı rayonu üzrə sektorunun xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Şuşa rayonundan məcburi köçkün X16 (ailə tərkibi altı nəfər) və X44 (ailə tərkibi altı nəfər) ünvan 2 ünvanda 1992-ci ildən müvəqqəti məskunlaşmışlar və Dövlətqaçqınkom tərəfindən mənzillə təmin olunmayıblar. - Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu sektorunun 915 saylı, xx.xx.2022- ci il tarixli arayışından görünür ki, Şuşa şəhərindən məcburi köçkün may 1992-ci ildən Bakı şəhər Suraxanı rayonunda məcburi köçkün kimi rəsmi qeydiyyatda olan, 15 avqust 1993-cü ildə isə Suraxanı rayon, Zahid Əliyev küçəsi, ev 107, mənzil 2-də məcburi köçkün kimi qeydiyyatda olan və hal-hazırda öz şəxsi vəsaiti hesabına dövlətə məxsus olan torpaq sahəsində inşa etdirdiyi Suraxanı rayon Zahid Əliyev küçəsi, ev 107, mənzil 2A-da yaşayan X44 15 avqust 1993-cü ildə Suraxanı rayonu, Zahid Əliyev küçəsi, ev 107, mənzil 2-də yerləşdiriləndə ailə tərkibi: X17 - həyat yoldaşı, X30, X15 ibarət olmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu sektorunun 914 saylı, xx.xx.2022- ci il tarixli arayışından görünür ki, Şuşa şəhərindən məcburi köçkün may 1992-ci ildən Bakı şəhər Suraxanı rayonunda məcburi köçkün kimi qeydiyyatda olan və bu günə qədər həmin mənzildə yaşayan X16 15 avqust 1993-cü ildə Suraxanı rayon Zahid Əliyev küçəsi, ev 107, mənzil 2-də yerləşdiriləndə ailə tərkibi: X38 - anası 1997-ci ildə həmin ünvanda vəfat edib; X19 - qardaşı. - Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 139 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 43 saylı məktubundan görünür ki, 139 saylı MKİS-nin xidməti ərazisində Suraxanı qəsəbəsi, Zahid Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sİİ. MKXD-nin 363 saylı, xx.xx.2011-ci il tarixli əmrə əsasən yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində İddiaçı Yevqenyevna 5 nəfər ailə tərkibi ilə birgə yaşayır, digər bir otaqlı 20 kv.m yaşayış sahəsindən ibarət hissədə isə Şuşa rayonunda məcburi köçkün X16 9 nəfər ailə üzvləri ilə birgə 1993-cü ildən məskunlaşıblar. - Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 4 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına qəbul edilmiş, hal-hazırda da yaşayış binası dövlət mənzil fonduna aid olmaqla həmin Birliyin balansındadır. Qeyd edilən ünvanda yerləşən evin 2 saylı mənzilinin, yaşayış sahəsi 20,0 kv.metr 1 otağında 6 nəfər ailə üzvü ilə (özü, anası, 2 qızı, nəvəsi və nəticəsi) İddiaçı, yaşayış sahəsi 20,0 kv.metr, köməkçi sahə 12,0 kv.metr olan (7,0 kv.metr mətbəx və 3,5 kv.metr dəhlizdən ibarət əlavə tikili də daxil olmaqla) digər otaqda isə Şuşa rayon məcburi köçkünü X16 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qardaşı) 1993-cü ildən faktiki olaraq yaşayır. Mənzilə dair hər hansı hüqüqmüəyyənedici sənəd (order, sərəncam və s.) binaya xidmət göstərən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 139 saylı Mənzil-Kommunal İstismar Sahəsində saxlanılan sənədlər arasında aşkar olunmadığından təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Yuxarıda sadalanan iş materiallarından aydın olur ki, mübahisəli mənzil Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməmişdən əvvəl iddiaçı və ailə üzvləri həmin mənzilin 20 kvm-lik 1 otağında qeydiyyatda olmaqla orada yaşayırlar. Eyni zamanda Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin MKTD-nin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTBnin 139 saylı MKİS-nin məktublarından görünür ki, həmin mənzildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinə əsasən yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində iddiaçı 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayır, digər bir otaqlı 20 kv.m yaşayış sahəsindən ibarət hissədə isə Şuşa rayonunda məcburi köçkün üçüncü şəxs X16 9 nəfər ailə üzvləri ilə birlikdə 1992-ci ildən məskunlaşdırılmışdır. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, iş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə məhkəmə tərkibi tərəfindən xx.xx.2023-cü il tarixdə sözügedən mənzillərin yerləşdiyi ünvan 5 ünvanında yerləşən evlərə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ünvan 5 ünvanında yerləşən evin yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində iddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə yaşayır və həmin hissədən istifadə edirlər. Digər yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində isə X16 ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda, həm iddiaçı, həm də üçüncü şəxslər tərəfindən onlara ayrılmış yaşayış sahəsinə otaqlar əlavə edilmişdir. Hər iki şəxsə məxsus yaşayış otaqlarını ayıran divarda hərhansı pəncərə və qapı mövcud deyildir. X12 ailəsi ilə birlikdə məskunlaşdığı evin həyətində 1994-cü ildə inşa etdirdiyi sanitar qovşaq iddiaçının həyəti ilə üçüncü şəxsin həyətini bir-birindən ayırır. Hər iki otağın girişi-çıxışı fərqli olmaqla ayrıca həyətyanı sahələri var, hər iki həyət bir-birindən hasarla ayrılır. Yerli baxış zamanı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X18 bildirdi ki, Birlikdə olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsi birliyin balansına verildiyi vaxtdan iddiaçı öz ailə üzvləri ilə birlikdə sözügedən mənzilin yalnız 1 otağında yaşamışlar. Həmin mənzilin digər otağında Şuşa rayonundan məcburi köçkün olan X16 ailə üzvləri ilə birlikdə məskunlaşdırılmışdır. Qeyd edilən otaqların bir-birilə əlaqəsi olmamışdır. Bundan başqa, məhkəmə iclasında şahid qismində iştirak edən X39 öz izahatında bildirdi ki, 1986-cı ildə o Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 107 ünvanında yerləşən 4 nömrəli mənzildə yaşayır. Həmin vaxtlar mübahisəli otaqda Lev adlı şəxs tək yaşayırdı. O, vəfat etdikdən sonra ev istifadəsiz qalmışdır. 1993-cü ildən sözügedən evin bir otağına icra hakimiyyətinin nümayəndələri tərəfindən Şuşa rayonunda məcburi köçkün üçüncü şəxs X16 ailə üzvləri ilə birlikdə məskunlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X31 öz izahatında bildirdi ki, 1989-cu ildən atasıgil Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 107 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşayırdı. Həmin vaxtlar Rusiya Federasiyasına gedib-gəldiyi üçün qonşuları tanımasa da, hazırda Rəhman Həsənovun yaşadığı evdə bir şəxsin tək yaşadığının şahidi olmuşdur. O, vəfat etdikdən sonra ev istifadəsiz qalmış və yararsız hala düşmüşdür. 1993-cü ildə sözügedən evin bir otağına icra hakimiyyətinin nümayəndələri tərəfindən Şuşa rayonunda məcburi köçkün üçüncü şəxs X16 ailə üzvləri ilə birlikdə məskunlaşdırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Qaçqınların və X29 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu sektorunun arayışından görünür ki, Rəhman Həsənov 1993cü ildə rəsmi Dövlət nümayəndələri tərəfindən Suraxanı rayon Zahid Əliyev küçəsi ev 107 mənzil 2-də yerləşdiriləndə ailə tərkibi bunlar olmuşdur. X38. Anası 1997-ci ildə həmin ünvanda vəfat edib. X19. Qardaşı sonralar Rəhman Həsənov və qardaşı Valeh Həsənov hər biri ailə qurub evləndikləri və ailə tərkiblərinin sayı artdığı üçün Rəhman Həsənov. 2000-ci ildə yaşadıqları 20 kvadrat metr sahəsi olan 1 (bir) otağa bitişik, həmin otağa heç bir aidiyatı olmayan Dövlətə Bələdiyyəyə məxsus olan boş torpaq sahəsində öz şəxsi vəsaiti hesabına bir otaq, bir mətbəx, bir dəhliz, bir hamam, bir sanitar qovşaq, 10 metr daş hasar və dəmir qapı tikdirib, inşa etdirmişdir. Hal-hazırda həmin ünvanda, yəni Suraxanı rayon Zahid Əliyev küçəsi ev 107 mənzil 2-də X16, həyat yoldaşı X25, qızı X26, oğlu X37 yaşayırlar. İkinci ailə qardaşı X19 və qardaşı qızı X40 olmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" ASC-nin arayışı, Telefon çəkilişi haqqının hissə-hissə ödənilməsi, Qazın alqı-satqısı barədə müqavilələr, həmçinin, kommunal xərclərin ödənilməsini təsdiq edən qəbzlər X12 ailə üzvləri ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Suraxanı rayon Zahid Əliyev küçəsi ev 107 mənzil 2-də məskunlaşdığını sübut edir. İddiaçının təqdim etdiyi apellyasiya şikayətinin əsas dəlili olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD-nin 363 M nömrəli, xx.xx.2011-ci il tarixli sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD tərəfindən sözügedən əmr verilən zamanı artıq onun belə bir səlahiyyəti olmamışdır. İş üzrə araşdırmanın nəticəsi olaraq, qeyd olunan ünvanın yalnız 20,0 kv.m olan 1 otağında iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır, sahəsi 20,0 kv.m olan digər 1 otağında isə heç vaxt yaşamamışdır, həmin otaq faktiki olaraq ona verilməmişdir və həmin otaqda 1993-cü ildən üçüncü şəxslər dövlət orqanları tərəfindən məskunlaşdırılaraq yaşayırlar. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar