Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1608/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarış və texniki pasportun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7989/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 321 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı özünə məxsus Pəhlivan Rüstəmov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evlərinin mövcud vəziyyətinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun sənədləşdirilməsinə icazə verilmişdir.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2- 906/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı barəsəində Dövlət Arxivinin Bakı Filialında saxlanılan Nərimanov Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2015-ci il tarixli 321 saylı sərəncamının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş surəti təqdim edilmişdir.
3. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2419 saylı xx.xx.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, Nərimanov rayonu Pəhlivan Rüstəmov küçəsindəki mülkiyyətində olan (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesrtindən xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışı) 9 saylı fərdi yaşayış evinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz həllini ("xxxx" MMC-nin işi, icraçı N.Mədinə) razılaşdırır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2011-ci il) əsasən Bakı şəhəri Nərimanov rayonu Pəhlivan Rüstəmov küçəsi ev 9 İddiaçı xüsusi mülkiyyətindədir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi İ.M.Əliyevə ünvanlanmış 3-21-3-30/2-19699/2023 **********99 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, təqdim edilən layihəyə əsasən fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü isə 12 metrdən çox olduğundan tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2- Ə1573-8/2023 **********66 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubla ətraflı cavab verilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 29 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən 8-ci Cıdır döngəsi 9 №-li ünvanında vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş layihəyə uyğun aparılmış əlavə tikinti işlərinin sənədləşdirilməsinə icazə verilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 19493/2024 **********93 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Nərimanov rayonu, Pəhlivan Rüstəmov küçəsi, 9 saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
9. X5 və İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu P.Rüstəmov küçəsi 9 saylı fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı satılmışdır.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2024-cü il) əsasən Bakı şəhəri Nərimanov rayonu Pəhlivan Rüstəmov küçəsi ev 9 (Yeni qaydalarla: AZ 1069, ünvan 8 (Ümumi sahə 847.1 kv.m) İddiaçı xüsusi mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X3 Ekspertiza Baş İdarəsi tərəfindən təqdim edilmiş 36085 saylı xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, «Bakı şəhəri, Nərimanov rayonu, P.Rüstəmov küçəsində fərdi yaşayış evi» üzrə tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutu Mühəndis-Axtarış Mərkəzi tərəfindən təqdim edilmiş 506/23 saylı xx.xx.2023-cü il tarixli rəyə əsasən mövcud yaşayış binasının yerləşdiyi sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək məqsədi ilə, ara məsafələri 11.37-14.33 m olmaqla dərinlikləri 10.0 olan 3 ədəd mühəndisi-geoloji kəşfiyyat quyuları qazılmışdır. Qazmanın həcmi 30.0 p.m olmuşdur. Quyular arası məsafə, quyuların dərinliyi, götürülmüş qrunt nümunələrinin miqdarı sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün yetərlidir (CH и П 1.02.07- 87). Qazılmış quyulardan litoloji kəsilişi əhatə etməklə, müxtəlif dərinliklərdən 9 ədəd qrunt nümunəsi götürülmüş, çöl və laboratoriya şəraitində fiziki-mexaniki xassələri tədqiq edilmişdir. Tədqiqat sahəsində qazılmış quyularda qrunt sularına rast gəlinməmişdir. Qruntun sulu ekstraktın kimyəvi analizin nəticələrinə əsasən aerasiya zonası qruntları normal və nəmli şəraitdə portlandsementdən hazırlanmış dəmir-beton konstruksiyalara qarşı sulfat ionlarının miqdarına (855.8 mq/kq) görə orta aqressivli, metal konstruksiyalara qarşı xlor ionlarının miqdarına (235.0 mq/kq) görə qeyri aqressivlidirlər (CH и П 2.03.11-85,cəd.4). Qruntlar üçün hesabi qiymətlər laboratoriya tədqiqatlarının nəticələrinə istinad edilərək, mövcud normativ sənədlərə əsasən tərtib edilmişdir (AzDTN 2.15-1 əlavə 2, cəd. 2-5). Hesabatda sahənin baş planı, quyuların yerləşmə sxemi, 3 ədəd quyunun geoloji-litoloji sütunu və 3 ədəd mühəndisi-geoloji kəsilişləri verilmişdir. Sahənin fon seysmikliyi 8 (səkkiz) baldır. Geoloji-litoloji kəsilişdə iştirak edən qruntlar fiziki-mexaniki xassələrinə əsasən İİ və İV (tökmə torpaq) sinfə aid olmaqla, ümumlikdə İİ sinfə (AzDTN 2.3-1, dəyişiklik 1, cədvəl -1).
13. ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli fərdi yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli müayinə protokolundan görünür ki, obyektin yükdaşıyan konstruksiyalarının müayinəsi Dövlət Tikinti Normaları (AzDTN 1.7-1) əsasında təşkil edilmişdir. ünvan 3 ünvanında Fiziki şəxs İddiaçı məxsus 4 mərtəbəli fərdi yaşayış evində əsas yükdaşıyan dəmir-beton konstruksiyaların armaturlanması Profometer- 650Aİ (şəkil 2) cihazı ilə yoxlanılaraq müvafiq cədvəldə qeyd edilmişdir. Müayinə zamanı «Schmidt Hammer» cihazı (Şəkil 1) vasitəsi ilə aparılmış yoxlama zamanı betonun möhkəmlik göstəricilərinin layihəyə uyğunluğu müəyyən edilmişdir. Betonun möhkəmlik göstəriciləri müvafiq olaraq cədvəllərdə verilmişdir. Fərdi yaşayış ev tam təmirli olduğundan müayinə işləri mümkin olan yerlərdə məhdud şəkildə aparılmışdır. Obyektdə aparılmış texniki müayinə zamanı binanın yükdaşıyan dəmir-beton konstruksiyalarında zədə və çatlar müəyyən olunmamışdır.
14. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-14/2-676/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixinədək qəbul edilmiş sərəncamları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.
15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən təqdim edilmiş 7820 saylı 2023-cü il tarixli texniki rəydən görünür ki, ünvan 4 ünvanında fiziki şəxs İddiaçı məxsus 4 mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Bina 2017-ci - 2018-ci illərdə tikilmişdir. Müayinə işləri təqdim olunmuş memarlıq və konstruksiya layihələri əsasında aparılmışdır. Müayinə işləri zamanı yükdaşıyan monolit dəmir-beton konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Bəzi konstruksiyaların üstü örtüldüyündən müayinə işləri məhdud şəkildə aparılmışdır. S.Ə.Dadaşov adına Etlkim İnstitutunun dəmir-beton konstruksiyalarının müayinə protokolu texniki rəyə əlavə olunur. Bakı şəhəri Nərimanov rayonu Pəhlivan Rüstəmov küçəsi 9 ünvanında fiziki şəxs İddiaçı məxsus 4 mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihə cizgilərinə uyğun inşa olunmuşdur.
16. ünvan 5 ünvanında yerləşən yaşayış evinə dair “X8” tərəfindən tərtib edilmiş 2018- ci il tarixli (sifarişçi İddiaçı) memarlıq planlaşdırma həlli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənəddə sözügedən evin ümumi hündürlüyü 17,75 metr, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) hündürlük isə 15,75 metr qeyd edilmişdir.
17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-35/2-3221/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli 392-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindiyi tarixdən etibarən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin istismarına icazə tələb olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Pəhlivan Rüstəmov küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun adına verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu Pəhlivan Rüstəmov küçəsində yerləşən 9 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin ünvanında yerləşən fərdi yaşayış evi yenidən inşa edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 321 nömrəli sərəncamına əsasən Pəhlivan Rüstəmov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun sənədləşdirilməsinə icazə verilmişdir. Fərdi yaşayış evinə dair memarlıq planlaşdırma həlli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən hazırlanmış və Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış işçi layihələr, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi S.Ə.Dadaşov adma Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun fərdi yaşayış evinin texniki vəziyyəti haqqında müayinə protokolu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun mühəndisaxtarış mərkəzinin fərdi yaşayış binasının ətrafında aparılmış mühəndis-geoloji axtarış işlərinin nəticələrinə dair hesabata xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X3 Ekspertiza Baş İdarəsinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi ”Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun fərdi yaşayış evinin tikintisinin layihəyə uyğunluğu haqqında texniki rəyi də, mövcuddur. Ona məxsus olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə etmiş olduğu müraciətinə 08 iyun 2023-cü il tarixli bildirişlə cavab olaraq bildirilmişdir ki, “Təqdim edilən layihəyə əsasən fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü isə 12 metrdən çox olduğundan tikintisinə icazə olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir”. Müvafiq sənədləri, rəyləri aldıqdan sonra, təkrarən cavabdehə etmiş olduğu müraciətə, xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək, qeyd edilən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli məktubla ətraflı cavab verildiyi qeyd edilmişdir. Artıq neçə illərdir ki, qeyd olunan fərdi yaşayış evi yenidən inşa edilmiş və qanunla müəyyən edilmiş bütün normalara cavab verir. Faktiki olaraq, bina artıq inşa edilmişdir. Qanunla nəzərdə tutulan bütün rəylər alınmışdır. Cavabdeh tərəfindən verilmiş cavab məktubu özümə münasibətdə qanunsuz və əsassızdır.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi əsasında iş üzrə iddia tələbi “fərdi yaşayış evinin mövcud vəziyyətinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
21. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş eskiz layihəyə əsasən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3-dən artıq olduğu və mərtəbələrdə aşırımların nəzərə alınmadığı müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. İdarənin mütəxssisləri tərəfindən ünvana keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportda olan “A” tikilisində dəyişikliklər olunmuş, digər “B” tikilisi sökülmüşdür. “A” tikilisinin üstündə əlavə sahəsi 93 kv.m olan terras sahəsi var və əlavə sahəsi 16 kv.m olan balkon inşa edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş layihədə olan 4 mərtəbəli fərdi yaşayış evi faktiki qonşu 5 saylı ünvandakı torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7989/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən evdə 2018-ci il tarixli layihəyə əsasən yenidənqurma və rekonstruksiya işləri aparılmış, evin hündürlüyü 17.75 metrə, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) isə 15,75 metrə çatdırılmışdır. Belə olan halda, evə dair mülkiyyət hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsində tələb edilən sənədlər, o cümlədən tikinti obyektinin istismarına icazə tələb edildiyi halda, həmin hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir. Belə sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
24. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7989/2024saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
25. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, artıq neçə illərdir ki, qeyd olunan fərdi yaşayış evi yenidən inşa edilmiş və qanunla müəyyən edilmiş bütün normalara cavab verir. Faktiki olaraq, bina artıq inşa edilmişdir. Qanunla nəzərdə tutulan bütün rəylər alınmışdır. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7989/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı əsassızdır və ləğv olunmalıdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatları
27. Məhkəmə Kollegiyasının iclasında tərəflər (nümayəndəsi) iştirak etməmişdir.
28. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
35. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
36. İşin hallarından görünür ki, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evində 2018-ci il tarixli layihəyə əsasən yenidənqurma və rekonstruksiya işləri aparılmış, evin hündürlüyü 17.75 metrə, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) isə 15,75 metrə çatdırılmışdır.
37. Belə olan halda, evə dair mülkiyyət hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsində tələb edilən sənədlər, o cümlədən tikinti obyektinin istismarına icazə tələb edildiyi halda, həmin hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir.
38. Həmçinin, həmin sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
39. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Pəhlivan Rüstəmov küçəsi ev 9 (Yeni qaydalarla: AZ 1069, ünvan 8 ünvanında yerləşən evin mövcud vəziyyətdə qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
40. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
41. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
42. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
43. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
44. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayət işin faktiki halları baxımından iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, artıq neçə illərdir ki, qeyd olunan fərdi yaşayış evi yenidən inşa edilmiş və qanunla müəyyən edilmiş bütün normalara cavab verir. Faktiki olaraq, bina artıq inşa edilmişdir. Qanunla nəzərdə tutulan bütün rəylər alınmışdır.
46. İddiaçının qeyd olunan dəlilləri ilə bağlı Kollegiyanın mövqeyi ondan ibarətdir ki, hazırkı işə tətbiq olunan normalardan görünür ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmiş, iddiaçı isə qeyddiyyat üçün əsas olan həmin sənədlərdən heç birini təqdim etməmişdir.
47. Başqa sözlə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulan tikinti obyektinin istismarına icazə tələb edildiyi halda, həmin hüquqmüəyyənedici sənəd cavabdeh quruma təqdim edilməmişdir.
48. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.
49. Məhkəmə Kollegiyası nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
51. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7989/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7989/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.