Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-161/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızından və Hüseyn Aida Əli qızınddan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X8, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X5 nümayəndəsi, vəkil X11 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X12) “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-28/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X12 və Hüseynova Almaz Göyüş qızı) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarından cavabdeh və üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı 2016-cı il 9 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı ərizəsində mübahisəli torpaq sahəsinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1995-ci il 18 may tarixli, 1471 saylı sərəncamı ilə Hüseynova Almaz Göyüş qızının adına fərdi ev tikintisi üçün ayrıldığını, daha sonra sonuncunun razılıq ərizəsi əsasında Səbail rayon İcra Hakimiyyətinin 1998-ci il 25 may tarixli, 809 saylı Sərəncamı əsasında onun adına sənədləşdirildiyini, eyni zamanda, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək, ona verildiyini, müvafiq sənədlərini toplayaraq, həmin torpaq sahəsinə dair çıxarış və texniki pasport verilməsi ilə bağlı 2016-cı il 6 may tarixində cavabdehə ərizə ilə müraciət etdiyini, sonuncu, 2016-cı il 31 may tarixli məktubla 1995-ci il 18 may tarixli sərəncam əsasında Hüseynova Almaz Göyüş qızının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə aldığına və 2013-cü ildə Şəhadətnaməni Dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirdiyinə, həmçinin İdarənin baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olduğuna istinad etməklə müraciətin təmin olunmasından imtina etdiyini, halbuki torpaq sahəsinin qanuna müvafiq olaraq ona ayrıldığını, həmin sahə ona naturada təhvil verildiyini, o da öz növbəsində torpaq sahəsini daş hasarla əhatəyə almaqla halhazıra kimi faktiki sahiblik hüquqlarını həyata keçirdiyini, 1998-ci ildən etibarən torpaq sahəsinin istifadəsində olduğunu göstərərək tələbinin təmin olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 15 iyul və 2016-cı il 2 sentyabr tarixli qərardadları ilə Hüseynova Almaz Göyüş qızı və X12 üçüncü şəxs qismində icraata cəlb edilmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 135 ünvanında yerləşən, sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs X12 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin 1471 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında Almaz Hüseynova keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almış və 2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirmişdir. Cavabdehin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-3819/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 C saylı sahə kimi qeyd olunmaqla Eldar Məmmədovun mülkiyyətindədir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Üçüncü şəxs X12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli qərardan da görünür ki, məhkəmə iclasları Eldar Məmmədovun xəbəri olmadan aparılıb, çəkişmə prinsipinə əməl olunmayıb və onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz və əsassız olaraq iddiaçının hüququ tanınıb. Bundan başqa, digər məhkəmə işi üzrə xx.xx.2014-cü il tarixli qərarla Eldar Məmmədovun iddia tələbi təmin edilib və qərar qanuni qüvvəsini alıb. Qərar qanuni qüvvəsini aldıqdan sonra, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə yerində baxış keçirilib və Eldar Məmmədovun adına xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilib. Sonra, o, cavabdehə müraciət edərək mülkiyyətində olan torpaq sahəsi üzərindəki əmlak hüququnun Dövlət reyestrində qeydə alınmasını xahış edib və ona xx.xx.2014-cü il tarixli çıxarış verilib. Sonra həmin Çıxarışda texniki səhv düzəldilib və yeni çıxarış verilib. Həmin məhkəmə işi üzrə 3-cü şəxs qismində İddiaçı apellyasiya şikayəti verib, sonra apellyasiya instansiyası məhkəməsinin icraatı zamanı apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə verib. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-485/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə apellyasiya şikayətindən imtina barədə ərizə təmin edilib, apellyasiya icraatına xitam verilib. Hazırkı qərar çıxarılarkən işin həqiqi halları gizlədilib və nəticədə ədalətsiz və qeyri obyektiv nəticəyə gəlinib. Həmin iş üzrə məhkəmə qərarı ilə müəyyən edilib ki, Eldar Məmmədovun xx.xx.1995-ci il tarixində mübahisəli torpaq sahəsı üzərində hüquqları yarandıqdan sonra, yəni təqribən 3 ildən artıq müddət keçdikdən sonra 3-cü şəxs- İddiaçı xx.xx.1998-ci il tarixli sərəncam verilib. Torpaq sahəsinin mülkiyyətçisi kimi hər il üzrə vergilər Eldar Məmmədov tərəfindən ödənilib. Hal-hazıradək, torpaq sahəsinin mülkiyyətçisi kimi həmin torpaq sahəsi qorunub saxlanılmış və hasara alınmışdır. Üçüncü şəxsə torpaq sahəsi xx.xx.1995-ci il tarixli, 672 saylı Sərəncamı ilə verilmiş və halhazıradək həmin sərəncam nə ləğv edilmiş, nə də etibarsız hesab edilmiş, nə də dəyişdirilmişdir. Hazırkı iş üzrə iddiaçı isə işin bu hallarını məhkəmədən gizlətmiş və bunun nəticəsı olaraq məhkəmə işin göstərilən hallarına hüquqi qiymət verməmiş və iş üzrə düzgün olmayan qərar çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 21 noyabr tarixli, 2-1(103)-166/2017 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 nömrəli 2016-cı il 4 oktyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 iyun tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 21 noyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci 4 sentyabr tarixli, 2-1(103)-2343/18 saylı qərardadı ilə Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Eyni zamanda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 Ç ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 2016-cı il 22 oktyabr tarixli qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1995-ci il 18 may tarixli 1471 saylı sərəncamı ilə Hüseynova Almas Göyüş qızının adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmış, daha sonra A.Hüseynovanın razılıq ərizəsi əsasında sözügedən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı əsasında iddiaçının adına sənədləşdirilmişdir. Eyni zamanda, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək ona verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin, qeyd olunmuşdur ki, üçüncü şəxs X5 mülkkiyyətində mübahisəli ərazidən kənarda- Badamdar qəs., 2-ci yaşayış massivində 135C saylı 0.06 ha ölçülü torpaq sahəsi var. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 oktyabr tarixli, 2-1(103)-2394/19 saylı qərardadına əsasən hər iki iddia tələbləri üzrə işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 2-1(103)-345/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 C ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxs X5 adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/16 saylı, 2016-cı il 4 oktyabr tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3023/16 saylı, 2016cı il 4 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdr. Cavabdeh və üçüncü şəxs X12 həmin qərardan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1160/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 2-1(103)-345/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Növbəti Apellyasiya baxışı zamanı iddiaçının vəkili iş materiallarına uyğun izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasını, həmçinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarından cavabdeh və üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, x xxxxxxx 2016cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarından cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması, həmçinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması, həmçinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 nümayəndəsi, vəkil X14 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, x xxxxxxx 2016-cı il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması, həmçinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, birinci iddia tələbi üzrə apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. İkinci iddia tələbi üzrə birinci instasiya məhkəməsinin qərarında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarlarından verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarlarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarların qanuniliyini tam yoxlayır. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1471 saylı sərəncamından görünür ki, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün Almaz Hüseynovaya 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 809 saylı sərəncamından görünür ki, Almaz Hüseynovanın razılıq ərizəsi nəzərə alınaraq, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.m olan torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. İşdə olan cizginin təsdiqlənmiş surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 809 saylı sərəncamı ilə İddiaçı ayrılmış, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin yerləşmə çizgisi tərtib edilmişdir. Cizgi Səbail Rayon İcra Hakimiyyətinin Başçısının İ müavinin möhürü ilə təsdiqlənmişdir. İşdə olan Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 672 saylı sərəncamından görünür ki, Eldar Məmmədova fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3819/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı qeydiyyatın aparılması və müvafiq sənədlərin verilməsi barədə iddiası təmin edilmiş, X22 Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 672 saylı sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərar qanuni qüvvəyə minərək icra edilmiş və Eldar Məmmədova həmin torpaq sahəsi ilə bağlı ******* saylı çıxarış verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsi barədə xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə Almaz Hüseynovaya fərdi evin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1378A saylı, 0,06 ha. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilən xx xxx 2005-ci il tarixli şəhadətnamənin (JN-21096D, KOD 00400016) surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx xxx 1995-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı, 0.06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Hüseynova Almaz Göyüş qızının, X9, Hüseynova Mətanət Muxtar qızının, X6 və X7 mülkiyyətlərinə verilib. İş materiallarında olan 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ******* nömrəli, xx xxx 2013-cü il tarixli alqı-satqı müqavilənin surətindən görünür ki, Hüseynova Almaz Göyüş qızının, X9, Hüseynova Mətanət Muxtar qızının, X6 və X7 adından etibarnamə əsasında çıxış edən X20 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı sahə ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsini X4 mülkiyyətinə verir. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizayanın nəticəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 21522 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavıni Məmməd Həsənov tərəfindən göndərilmiş xx xxxxxxx 2017-ci il tarixli **********60 saylı məktubdan görünür ki, mübahisələndirilən (naturada göstərilən) 0.06 hektar torpaq sahəsi elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********17) X5 xüsusi mülkiyyətinə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Təkrar apellyasiya baxışı zamanı təyin olunmuş təkrar ekspert rəyinə əsasən torpaq sahələrinin koordinatlarının müəyyən olunması ilə əlaqədar «xxxx» MMC-nin mütəxəssisi tərəfindən «GPS» sistemli ölçmə aparatı vasitəsilə yerində ölçmə işləri aparılmış və ölçmə işlərinin nəticəsi kameral şəraitdə Google Planet proqramının ortofoto görüntülərinə əsasən araşdırılaraq, bu barədə xx xxxxxx 2019-cu il tarixli, 01 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Mütəxəssis rəyində göstərilənlər tədqiqat zamanı araşdırılarkən, rəydə qeyd olunan faktların məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş sualları tam əhatə etmədiyi müəyyən olunmuş və bununla əlaqədar ekspertizaya təqdim olunmuş mülki iş materialları əsasında qərardadın 1-ci sualı ilə aparılmış tədqiqat nəticəsində - Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxx 1995-ci il tarixli, 1471 saylı sərəncam ilə Hüseynova Almaz Göyüş qızına ayrılmış Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən «Torpağın mülkiyyətə verilməsi barədə» 10 may 2005-ci il tarixli Şəhadətnamədə göstərilən, 0,06 ha torpaq sahəsi ilə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuş ilkin cizgidə göstərilən torpaq sahəsinin ayrı-ayrı ünvanlarda yerləşməklə, eyni torpaq sahəsi olmadığı müəyyən olunmuşdur. Belə ki, həmin sərəncamda və Şəhadətnamədə A.Hüseynovaya ayrılmış torpaq sahəsinin Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşdiyi və 1378a nömrə ilə qeydə alındığı, cizgidə göstərilən torpaq sahəsinin isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşməklə 135 nömrə ilə qeydə alındığı göstərilmişdir; 2-ci sual üzrə- mülki işin materiallarındakı sənədlərə və baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən aparılmış araşdırmalar nəticəsində, tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən mübahisəli torpaq sahəsinin naturada (yerində) müəyyən edilmiş koordinatlarının Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxx 1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə Hüseynova Almaz Göyüş qızına ayrılmış torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin İddiaçı ayrılmış torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş cizgidə göstərilən sahəyə uyğun olduğu, eləcə də Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli, 672 saylı sərəncamı ilə və RX seriyalı, xx xxxxxxx 2016-cı il tarixli, ******* saylı Çıxarış ilə X10 verilmiş torpaq sahəsinin koordinatlarının tədqiq olunan torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir; 3-cü sual üzrəməhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə ekspertizaya təqdim olunmuş Səbail RİH Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsinin müavini E.Əliyev tərəfindən verilmiş 197 saylı, xx.xx.2019-cu il tarixli arayışa əsasən, İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 saylı torpaq sahəsi ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivinin ayrı-ayrı istiqamətlərdə yerləşdiyi və aralarındakı məsafənin 1,3 km təşkil etdiyi göstərilmişdir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayətlər iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 809 saylı “Səbail rayon İcra Hakimiyyətinin 1471 saylı xx.xx.1995-ci il tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında qeyd olunmuşdur ki, Hüseynova Almaz Göyüş qızının razılıq ərizəsini, İddiaçı torpağa olan tələbatını nəzərə alaraq Səbail rayon İcra Hakimiyyətinin başçısının 1471 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün Hüseynova Almaz Göyüş qızının adına ayrılmış 600 kv.m. torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilsin. Eyni zamanda, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilən xx xxx 2005-ci il tarixli şəhadətnamənin (JN-21096D, KOD 00400016) surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx xxx 1995-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı, 0.06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Hüseynova Almaz Göyüş qızının, X9, Hüseynova Mətanət Muxtar qızının, X6 və X7 mülkiyyətlərinə verilib. İş materiallarında olan 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ******* nömrəli, xx xxx 2013-cü il tarixli alqı-satqı müqavilənin surətindən görünür ki, Hüseynova Almaz Göyüş qızının, X9, Hüseynova Mətanət Muxtar qızının, X6 və X7 adından etibarnamə əsasında çıxış edən X20 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı sahə ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsini X4 mülkiyyətinə verir. İşdə olan Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 672 saylı sərəncamından görünür ki, Eldar Məmmədova fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3819/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı qeydiyyatın aparılması və müvafiq sənədlərin verilməsi barədə iddiası təmin edilmiş, X22 Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 672 saylı sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərar qanuni qüvvəyə minərək icra edilmiş və Eldar Məmmədova həmin torpaq sahəsi ilə bağlı ******* saylı çıxarış verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilən xx xxx 2005-ci il tarixli şəhadətnaməyə əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx xxx 1995-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı, 0.06 hektar iddiaçının iddia etdiyi torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Hüseynova Almaz Göyüş qızının, X9, Hüseynova Mətanət Muxtar qızının, X6 və X7 mülkiyyətlərinə verilib. Daha sonra isə mülkiyyətçilərin razılığına əsasən X4 mülkiyyətinə verilib. İkinci iddia tələbi üzrə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinin 2-ci yaşayış massivində yerləşdiyini bildirsə də, faktiki olaraq həm iddiaçı həm də E.Məmmədov naturada eyni torpaq sahəsinə iddia edirlər. Həmin torpaq sahəsi faktiki olaraq E.Məmmədovun xüsusi mülkiyyətindədir. X1 məxsus torpaq sahəsinin əslində 3-cü yaşayış massivində yerləşdiyinə istinad edərək, əsassız olaraq sonradan E.Məmmədova məxsus torpaq sahəsinin ünvanının dəyişdirilməsini bildirsə də, işdə olan Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 672 nömrəli sərəncamı hal-hazırda qüvvədədir və həmin sərəncama əsasən X10 Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılmış 600 kv.m torpaq sahəsi naturada faktiki olaraq E.Məmmədova təhvil verilmişdir. Həmin sərəncam ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılan 600 kv.m torpaq sahəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 135 c ünvanında yerləşir və torpaq sahəsinin koordinatları yerləşmə cizgisi ilə uyğunluq təşkil edir. İddiaçı isə Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998ci il tarixli, 809 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinə dair verilmiş sxemdə (cizgidə) isə miqyas, koordinatlar və ya hər hansı tərpənməz nöqtədən ayrılmış torpaq sahəsinin məsafəsi qeyd edilmədiyindən torpaq sahəsinin məhz naturada göstərilən torpaq sahəsi olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən də, hazırki vəziyyətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən cavabdeh və üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətiləri təmin edilməli, qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İkinci iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 28/2019 saylı qərarı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 28/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-161/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-161/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver