Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1610/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X7 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2495/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, iddiaçının 1999-cu ildən 2002-ci illərdə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədiyi illəri və texniki peşə məktəbində oxuduğu dövrü sosial sığorta stajına daxil edilməklə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. İlk əmək fəaliyyətinə peşə məktəbində oxuduğu zaman 1975-ci ildə başlamışdır. Həmin tarixdən elektrik-qaynaqçı vəzifəsində çalışmışdır. Bu barədə əmək kitabçasında qeydlər də olmuşdur. Lakin 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi aşkar edildiyindən həmin dövrdə çalışdığı illər əmək stajına daxil edilməmişdir. Lakin həmin dövrdə müəssisə tərəfindən hesabat verilmiş, sığorta hesablanmışdır və həmin borclar ölkə prezidentinin xx xxxx 2011-ci il 484 saylı Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr ayı tarixinə olan borclar silinmişdir. Bununla bağlı iddiaçı cavabdeh təşkilata müraciət etsə də, iddiaçının müraciəti təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusı sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 (x xxxx 2017-cı ıl tarıxınədək 57 yaş) yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətim müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü hissəsinin ikinci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. İddiaçıya məxsus HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Sənaye Kommunal Tikinti Sumqayıt Birliyi”nin 3 nömrəli filialında və xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində qeyd olunan əmək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyatı üzrə sorğu verilmiş, cavab olaraq “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi aşkar edilmişdir. Bu səbəbdən də həmin dövrün iddiaçının əmək stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması mümkün deyildir. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2495/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındaki dövr ərzində “Sənaye Kommunal Tikinti Sumqayıt Birliyi”nin 3 nömrəli filialında və xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində qeyd olunan əmək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı idarə tərəfindən aidiyyatl üzrə sorğu verilmiş, cavab olaraq “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi aşkar edilmişdir. Bu səbəbdən də həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X7 üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hər şeydən öncə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının 1999-2002-ci illərdəki əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların ödənilməməsinə görə həmin dövrün əmək stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının xx xxxxxx 2006-cı ilədək, iddiaçının təhsil və hərbi xidmət dövrü (4 il, 2 gün) də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1999-2002-ci llər ərzində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı alınmış əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Həmçinin, iş materiallarından aydın olur ki, iddiaçının işlədiyi müəssisə üzrə məcburi sosial sığorta haqları üzrə 2003-cü il noybr tarixinə olan borc Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 487 nömrəli Fərmanına uyğun olaraq silinmişdir. İş materiallarında olan: AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı X3 xx.xx.1959-cü il təvəllüdlüdür. NZ-3973400 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx xxxxxxx 1979-cu ildən xx xxxxxx 1981-ci ilə qədər Sovet Ordusu sıravi xidmət etmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1711/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz rayonu, Qusarçay icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 14 saylı doğum haqqında akt qeydinin İddiaçı doğum tarixi bəndində “xx.xx.1960-cı il”dən “xx.xx.1959-cu il”ə dəyişiklik edilməsi qət edilmişdir. İddiaçının İT-İ-0239294 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək 27 №-li Tikinti İdarəsində armaturqaynaqçı vəzifəsində; xx xxxxxx 1981-ci ildən həmin tikinti idarəsində 4-cü dərəcəli armatur-qaynaqçı; xx.xx.1984-cü ildən 5-ci dərəcəli elektrik-qaynaqçı; xx.xx.1985-ci ildən 6-cı dərəcəli elektrik-qaynaqçı; xx.xx.1988-ci ildən 5-ci dərəcəli elektrik-qaynaqçı; xx.xx.1992-ci ildən 6-cı dərəcəli elektrik qaynaqçı; xx.xx.1995-ci ildən 27 №-li Tikinti İdarəsinin ləğvi ilə bağlı 24 №-li tikinti idarəsinin 6-cı dərəcəli elektrik qaynaqçı; xx.xx.1995-ci ildən PMK-168 2 saylı İdarəsində 6-cı dərəcəli elektrik-qaynaqçı vəzifəsində; xx.xx.1995-ci ildən Sənaye Kommunal Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçı vəzifəsində çalışmış və xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdən “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində elektrik-qaynaqçısı vəzifəsində; xx.xx.2000-ci ildən 5-ci dərəcəli qazla kəsmə vəzifəsində işləmiş və xx.xx.2011-ci il tarixdən öz arzusu ilə işdən azad edilmişdir. “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti 2 №-li müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 həqiqətən xx.xx.1977-ci ildən xx.xx.2011-ci ilə qədər “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti 2 №-li müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Həmin peşə 12 saylı qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlə pensiyaya çıxmaq hüququ verir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin xx xxx 2019-cu il tarixli, **********4 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir kİ, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi sosial sığorta stajına qarşı, 23 il 03 ay 18 gün sığorta stajı olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 İdarəsinin 29 noyabr 2019-cu il tarixli, **********0 saylı imtina məktubunda qeyd etmişdir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındaki dövr ərzində “Sənaye Kommunal Tikinti Sumqayıt Birliyi”nin 3 nömrəli filialında və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində qeyd olunan əmək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı idarə tərəfindən aidiyyatl üzrə sorğu verilmiş, cavab olaraq “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi tərəfindən 1999-2002-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi aşkar edilmişdir. Bu səbəbdən həmin dövrün əmək stajlna daxil edilməsi mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İşə əlavə edilmiş 35 №-li nömrəli attestatın notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı X3 xx.xx.1975-ci ildə “Armatur, Elektrik qaynaqçı” ixtisası üzrə Sumqayıt şəhərinin 17 №-li peşə məktəbinə daxil olmuş və xx.xx.1977-ci ildə həmin peşə məktəbini bitirmişdir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx.xx.1972-ci il tarixli 590№-li qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında Əsasnamənin” 109-cu maddəsinin “z” bəndində təsbit edilmişdi ki, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil alma müddəti pensiya almaq hüququ verən ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi istər təhsil aldığı dövrün qanunvericiliyində, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuşdu. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddiaçının təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil etməklə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. -23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, sadalanan sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının toplanıldığı tam təsdiq olunur. Xüsusi staja münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasına və iddiaçıya aylıq təyin olunmuş maaş ilə bağlı forma 2-dən məlum olmuşdur ki, iddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək armatur-qaynaqçı; xx xxxxxx 1981-ci ildən xx.xx.2000-ci il tarixədək armatur qaynaqçı və elektrik-qaynaqçı; xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək elektrik qaynaqçı və qazla kəsmə vəzifəsində çalışmışdır. İddiaçının həmin sahələr üzrə çalışdığı sığorta stajı ümumilikdə 26 il 9 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. 2 nömrəli siyahı üzrə iddiaçının işlədiyi peşələr 33-cü bölmənin (“Ümumi peşələr) “əl ilə elektrik qaynaqçısı” (23200000-19906) və “qazla kəsicilər” (23200000-11618) peşələrinə uyğundur. Beləliklə də iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (maddə 31.1, 32.1, 37.7) Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli №3/2020 qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - xx.xx.2016-cı il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana xx.xx.2019-cu il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəlik ödənilməsi tələbində də haqlı olmuşdur və bu hissədə də iddiaçının tələbini təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2495/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1610/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1610/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver