Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1610/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixdə Naxçıvan MR., Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvan - ünvan 2yəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)-1558/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03.10.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı “19/04 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki,o, iki ilə yaxındır ki, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ev 52-də yerləşən onun mülkiyyətində olmayan qeyri-yaşayış sahəsində "xxxx" MMC olaraq fəaliyyət göstərir. Ona məlumat verilmədən Bakı şəhəri Cavabdeh müavini X1 tərəfindən Yasamal rayon İcra şöbəsinə onun Bələdiyyəyə 1668 manat 09 qəpik borcu olmasına dair şikayət ərizəsi vermişdir. O, bu barədə Bakı şəhər İcra Hakimiyyətinə və Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona bu şikayətin heç bir əsası olmadığını və əsassız şikayət edildiyini bildirmişlər.Onun mülkiyyətində olmayan əmlaka görə Bələdiyyə vergisini onun ödəməli olmadığını bildirmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2- 1(81)4296/2019 saylı qərardadına (hakim E.Əliyev) əsasən iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4296/2019 saylı iş üzrə 11.12.2019-cu il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2020 saylı, 02.06.2020-ci il tarixli qərardadı ilə (hakim A.Hüseyn, A.Nuriyeva, V.Ağayev) İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4296/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 01.03.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 19/02 saylı qərarının ləğv ilə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)-1558/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. 03.05.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)-1558/2021 nömrəli qərardadının ləğv edilməsini və məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirilən 19/02 saylı 18.02.2019-cu il tarixli inzibati aktın məzmunundan ən geci 03.10.2019-cu il tarixdə məlumatlı olması, həmin qərarın ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə yalnız 01.03.2021-ci il tarixdə məhkəməyə müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqanın 19/02 saylı 18.02.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi qərardadında iddiaçının qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd etsə də, iş materiallarından mübahisələndirilən qərarın iddiaçıya təqdim olunması barədə hər hansı sənəd –sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən 19/02 saylı 18.02.2019-cu il tarixli qərarın iddiaçıya təqdim edilməsini sübut edən sənədləri cavabdeh inzibati orqandan tələb etməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)- 1558/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(112)-1558/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1610/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1610/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver