Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1610/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğvi və məktəbə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2279/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi məktəbin kursantlığından xaric edilməyinə dair əmrin qanunsuz hesab edilməklə onun ləğv edilməsinə və həmin məktəbə bərpa edilməyinin təmin olunmasına dair müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2279/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri, Xətai rayon İdarəsi tərəfindən İddiaçı məxsus xx.xx.2020-ci il tarixli, SX ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1628 nömrəli fərmanı ilə təsdiq edilmiş “H.Əliyev adına” AAHM-nin nizamnanməsinin 9.16.3-cü yarımbəndinə (təhsildə müvəffəqiyyətsizliyə görə) əsasən 1-ci kursdan xaric edilmişdir. DH və HTBİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, 26/1926 nömrəli məktuba əsasən Az.Resp.Müdafiə Nazirinin icazəsi ilə Covid-19 pandemiyası ilə əlaqədar olaraq fiziki hazırlıq imtahanından keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahanlardan keçmiş hesab edilsinlər və məktəbin dəyişən heyətin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “H.Əliyev adına” AAHM-nin nizamnanməsinin 9.16.3-cü yarımbəndinə (təhsildə müvəffəqiyyətsizliyə görə) əsasən 1-ci kursdan xaric edilmişdir. İşdə olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 221 №-li, xx.xx.2020ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 12 noyabr 2015-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul qaydaları haqqında Təlimat”a və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v" bəndinə müvafiq olaraq, X4 müvəffəqiyyətlə vermiş İddiaçı 17 sentyabr 2020-ci il tarixdən “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmasına, dəyişən şəxsi heyətin siyahısına, 18 sentyabr 2020-ci il tarixdən səhər yeməyindən qazan təminatına və bütün növ təminatlara daxil edilməsinə, “əsgər” hərbi rütbəsi verilməsinə və hərbi andiçmə mərasiminə qədər 4cü kursant taborunda hazırlıq kursu keçməsinə əmr edilmişdir. İşdə olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində İV tabor (1 kurs) Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №-li (turnik) çalışma üzrə nəticəsi 1, balı 0; 36 №-li (100m) çalışma üzrə nəticəsi 15,0, balı 30; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. İşdə olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində 1 kurs Fiziki hazırlıq və idman fənni üzrə keçirilən İ kəsr qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №-li (turnik) çalışma üzrə nəticəsi 3, balı 20; 36 №-li (100m) çalışma üzrə nəticəsi 14,4, balı 60; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. İşdə olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində 1 kurs Fiziki hazırlıq və idman fənni üzrə keçirilən İİ kəsr qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №-li (turnik) çalışma üzrə nəticəsi 4, balı 30; 36 №-li (100m) çalışma üzrə nəticəsi 14,4, balı 60; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. İşdə olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2020-2021-ci Tədris ilinin 1 yarımilində 1 kurs Fiziki hazırlıq və idman fənni üzrə ŞANS qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı 7 №-li (turnik) çalışma üzrə nəticəsi 5, balı 30; 36 №-li (100m) çalışma üzrə nəticəsi 14,4, balı 60; 44 №-li (2400m) çalışma üzrə nəticəsi 10,31, balı 60: ümumi nəticəsi 0, balı 1 qeyd edilməklə “F”- qeyri-kafi qiymətləndirilmişdir. İş materiallarında olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 135 №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı X1 Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli, 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarmbəndinə (təhsildə müvəffəqiyyətsizliyinə görə) kursdan xaric edilməsinə, məktəbin dəyişən heyətinin siyahısından çıxarılmasına və müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Maddi-texniki taborunda saxlanılmasına əmr verilmişdir. Əmrin verilməsinə əsas Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 26/1744 nömrəli məktubu (d/o-5889) və polkovnik E.Cəbrayılov və polkovnik-leytenant E.Nəzərovun raportları (dax.ol.№ 5951, 5952,6039,6040,6041,6043, 6044, 6045) qeyd edilmişdir. İşdə olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinə ünvanlanmış Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 26/1744 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 1229 nömrəli məktubla təqdim olunmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 11 avqust 2015-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ın 2.5.9-cu yarmbəndinin tələblərinə və “Heydər Əliyev adına Azərbaycan Respublikası Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinə əsasən “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunmasına icazə verilmişdir. İş materiallarında olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 143 №-li, xx.xx.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli, 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarmbəndinə (təhsildə müvəffəqiyyətsizliyinə görə) kursdan xaric edilmiş və xidmət yeri müəyyən olunanadək maddi-texniki təminat taborunda saxlanılan 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı X2 Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən müstəsna hal kimi (fiziki hazırlıq üzrə məşgələlərin keçirilməsində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlərin yaranması kursantların fiziki hazırlığına mənfi təsir göstərmişdiyindən keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahandan keçmiş hesab olunub) təhsilin davam etdirməyinə icazə verildiyinə görə Məktəbin dəyişin heyətinin siyahısına daxil edilməsinə və müvafiq bölmədə kursant vəzifəsinə təyin olunmasına əmr verilmişdir. Əmrin verilməsinə əsas Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 26/1926 nömrəli məktubu (d/o-6405) və polkovnik E.Cəbrayılov və polkovnik-leytenant E.Nəzərovun raportları (dax.ol.№ 6434, 6440) qeyd edilmişdir. İş materiallarında olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinə ünvanlanmış Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 26/1926 nömrəli məktubunun surətindən görünür ki, 2020-2021-ci tədris ilinin birinci yarımilinin sonunda keçirilən fiziki hazırlıq üzrə imtahanlarda bir çalışma üzrə normativi yerinə yetirə bilməyərək akademik borcu qalmış 1-ci kurs üzrə kursant İddiaçı müstəsna hal kimi imtahandan keçid balı toplamış kimi qeydə alınaraq ikinci yarımil imtahanlarında iştirak etməsinə Baş Qərargah rəisinin müaviniDöyüş Hazırlığı və və Hərbi Təhsil Baş İdarəsinin rəisinin raportuna əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən icazə verilmişdir. İş materiallarında olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 146 №-li, xx.xx.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin şifahi göstərişinə əsasən Məktəb rəisinin 11 iyun 2021-ci il tarixli 143 nömrəli nizami hissə üzrə əmrinin 4-cü paraqrafı (Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ni 9.16.3-cü yarımbəndinə (təhsildə müvəffəqiyyətsizliyinə görə) əsasən kurslardan xaric edilmiş və xidmət yeri müəyyən olunanadək maddi-texniki təminat taborunda saxlanılan aşağıda adları çəkilən kursantlara Azərbaycan Respubliksı Müdafiə Naziri tərəfindən müstəsna hal kimi (fiziki hazırlıq üzrə məşğələlərinin keçirilməsində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlərin yaranması kursantların fiziki hazırlığına mənfi təsir göstərdiyindən keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar imtahandan keçmiş hesab olunub) təhsillərini davam etdirməklərinə icazə verildiyinə görə Məktəbin dəyişən heyətinin siyasısına daxil edilsinlər və müvafiq bölmələrdə kursant vəzifələrinə təyin olunsunlar) ləğv olunmuş hesab edilmişdir. Əsas kimi məktəb rəisinin şifahi göstərişi və polkovnik E.Cəbrayılov, polkovnik-leytenant E.Nəzərovun raportları (dax.ol.№6496,6481) qeyd edilmişdir. İş materiallarında olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 152 №-li, xx.xx.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Məktəb rəisinin 14 iyun 2021-ci il tarixli 146 nömrəli nizami hissə üzrə əmrinin 4-cü, 5-ci və 6-cı paraqraflarında 11 iyun 2021-ci il tarixli 143 nömrəli nizami hissə üzrə əmrinin 4-cü, 5-ci və 6-cı paraqraflarının ləğv olunması Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsi Hərbi Təhsil İdarəsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli 26/2102 nömrəli məktubu ilə əsaslandırılmış hesab edilmişdir. Əsas kimi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 26/2102 nömrəli məktubu qeyd edilmişdir. İş materiallarında olan “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 158 №-li, xx.xx.2021ci il tarixli əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, kursdan xaric edilmiş və xidmət yerləri müəyyən edilənədək maddi-texniki təminat taborunda saxlanılan əsgər X1 Azərbaycan Respubiikası Müdafiə nazirinin 22 iyun 2021-ci il tarixli 069 nömrəli əmrinə əsasən 29 iyun 2021-ci il tarixdən Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan (30 iyun 2021-ci il tarixdən qazan təminatından) çıxarılmasına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsinə əmr verilmişdir. Əsas kimi Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 069 nömrəli əmri (dax.ol.№285), mayor R.Ayatovun raportu (dax.ol.№7141,7139) qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 6051 №-li məktubdan və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli çıxarış epikrizinin surətindən görünür ki, AAHM-in kursantı İddiaçı xx.xx.2020-ci ildə daxil olmuş və xx.xx.2020-ci ildə yazılmışdır. Diaqnoz: “Hər iki ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası”. Aparılmış müalicələr: rejim, pəhriz, dərman: sefazolin, siprofloksasin, bromheksin, dekzametazon, tlükanazol, glükoza 5%. Xəstəliyinin Gedişi və yazıldığı gün xəstənin vəziyyəti: Vəziyyəti kafidir. Xəstəliyə görə 15 (on beş) gün müddətində məzuniyyət verilmişdir. Tövsiyələr: Hərbi hissə həkiminin nəzarəti. Soyuqlamadan qorunmaq. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 221 №-li, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 12 noyabr 2015-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul qaydaları haqqında Təlimat”a və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “v" bəndınə müvafiq olaraq, X4 müvəffəqiyyətlə verdiyindən 17 sentyabr 2020ci il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş, dəyişən şəxsi heyətin siyahısına, 18 sentyabr 2020-ci il tarixdən səhər yeməyindən qazan təminatına və bütün növ təminatlara daxil edilmiş, “əsgər” hərbi rütbəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə 2020-2021-ci Tədris ilinin 1 yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq qiymətləndirməsi zamanı qeyri-kafi qiymət almış, xx.xx.2021-ci il tarixdə kəsir imtahanı üçün birinci, xx.xx.2021-ci il tarixdə kəsir imtahanı üçün ikinci və xx.xx.2021-ci il tarixdə kəsir imtahanı üçün şans verilsə də yenidən qeyri-kafi qiymət alaraq kəsir imtahanlarında akademik borcunu aradan qaldıra bilməmişdir. Ona görə də “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 135 №-li, xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinin tələbinə uyğun olaraq “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunmuşdur. İddiaçı hazırda həmin əmri məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin: - 1.1-ci bəndinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. - 6.1-ci bəndinə əsasən Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır. - 6.4-cü bəndinə əsasən Məktəbdə təhsil əyani formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. - 6.6-cı bəndinə əsasən Məktəbə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. - 9.1-ci bəndinə əsasən Məktəbin dəyişən heyəti Məktəbdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. - 9.2-ci bəndinə əsasən kursantlar – Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi xidmət keçən vətəndaşlardır. - 9.16.3-cü bəndinə əsasən təhsilalanlar Məktəbdən təhsildə müvəffəqiyyətsizliyinə görə xaric edilirlər. - 10.4.1-ci bəndinə əsasən dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək Məktəbin dəyişən heyətinin vəzifələrinə aiddir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ının: - 2.5.6-cı bəndinə əsasən fiziki hazırlıq istisna olmaqla, konkret fənn (fənn modulu) üzrə toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir: 51 baldan "qeyri- F aşağı kafi" 51-60 bal “qənaətb E əxş” 61-70 bal “kafi" D 71-80 bal "yaxşı" C 81-90 bal "cox В yaxşı" 91-100 bal “əla” A Fiziki hazırlıq üzrə qiymətləndirmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində fiziki hazırlıq və idman Təlimnaməsi” nə uyğun olaraq həyata keçirilir və qiymətləndirmə əsasən praktiki tapşırıqların yerinə yetirilməsinə görə aparılır. 2.5.7-ci bəndinə əsasən cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olarsa (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olarsa), onun bu fəndən akademik borcu olur və kəsir imtahanına qalır. Kəsir imtahanları xüsusi təyinatlı ali təhsil müəssisəsi rəisinin əmri ilə 2 (iki) həftə müddətində (qış imtahan sessiyası üçün - təhsilalanların ehtiyat həftəsində və qış tətili dövründə, yay imtahan sessiyası üçün isə - təhsilalanların məzuniyyətinin ilk iki həftəsində) təşkil olunur və keçirilir. Təhsilalanlar üçün xüsusi təyinatlı ali təhsil müəssisəsində 2 (iki) dəfə kəsir imtahanlarının keçirilməsi təşkil olunur. - 2.5.8-ci bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. - 2.5.9-cu bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) fəndən akademik borcu qalan təhsilalanlar isə xüsusi təyinatlı ali təhsil müəssisəsinin tabe olduğu rəisin müvafiq icazəsindən sonra təkrar kəsir imtahanlarına buraxılırlar. Təkrar kəsir imtahanının nəticəsinə görə yekun qiymət 51 baldan aşağı olduqda (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olduqda) təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: - 28.1.2-ci maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti - həqiqi hərbi xidmətin növü hesab olunur. - 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. - 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Şərh olunan qanunvericiliyin müddəalarına görə xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsilalanlar kursantlar hesab olunur. Kursantların fiziki hazırlıq üzrə qiymətləndirməsi və qiymətləndirməyə əsasən praktiki tapşırıqların yerinə yetirilməsi Təlimat əsasında həyata keçirilir ki, bu zaman cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olduğu halda, onlar kəsir imtahanına qalırlar. Əlbəttə bu zaman kursantlara təkrar kəsir imtahanından keçmək şansı verilir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər və müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. İşin faktiki hallarından göründüyü kimi İddiaçı “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı olmuşdur. 2021-ci il Tədris ilinin İ yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq, İ Kəsr, İİ Kəsr və Şans qiymətləndirmənin nəticələrinə əsasən İddiaçı hər dörd qiymətləndirmənin sonunda “qeyrikafi” olaraq qiymətləndirilmişdir. Düzdür təkzib olunmaz haldır ki, iddiaçı ilkin olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin əmri ilə kurslardan xaric edilmiş, lakin sonradan Döyüş Hazırlıq və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin məktubu əsasında COVİD-19 pandemiyası ilə əlaqədar olaraq keçid balına çox yaxın nəticə əldə etmiş kursant hesab edilərək o xüsusi təyinatlı ali təhsil müəssisəsinə bərpa olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sonradan Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu əsasında qəbul edilmiş müvafiq əmrlər əsasında həmin əmr ləğv edilərək İddiaçı Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi iddiaçının xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsi onun təhsildə olan müvəffəqiyyətsizliyi ilə bağlı olmuşdur ki, bu zaman iddiaçıya kəsir imtahanlarında iştirak etməsi hüququ verilmiş, lakin o, həmin hüquqdan istifadə edərkən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ında nəzərdə tutulmuş konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə yenidən “qeyrikafi” olaraq qiymətləndirilmişdir. Belə olan halda isə sözügedən Təlimatın 2.5.9-cu maddəsinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin müddəaları əsasında iddiaçı “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təhsil müvəffəqətsizliyi dedikdə, onu 7 №li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması başa düşülür ki, həmin balın həddi müvafiq olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin diskresion səlahiyyətləri çərçivəsində müəyyən edilir. Hər dörd imtahanda 7 №-li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması iddiaçının “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsinə səbəb olmuşdur. Bundan əlavə iddiaçının fiziki hazırlıq üzrə qiymətləndirmə zamanı icra olunan fiziki tapşırıqlar üzrə normanın ödəyib-ödəməməsini qiymətləndirmək cavabdehin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır . Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, , iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən İddiaçı “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinin tələbinə uyğun olaraq “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunması barədə “Heydər Əliyev adına” Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin 135 №-li, xx.xx.2021-ci il tarixli əmri qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2279/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1610/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1610/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver