Məhkəmə qərarları › İş №2-1(103)-1610/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1610/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1610/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə İddiaçılar İddiaçı1, X4, X2, İddiaçı3 cavabdehlər Azərbaycan Avtomobil X5nə və Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Avtomobil X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Azərbaycan Avtomobil X5nə və Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərdən 500.000 manat kompensasiyanın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, 0,0437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (“DƏKR”)publik hüquqi şəxsin 4 saylı Bakı Ərazi İdarəsinin 04.055.2020-ci il tarixli 391 nömrəli arayışına və JN3336N saylı sənədə (dövlət aktına) əsasən iddiaçıların ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Bakı-Sumqayıt Yolu ərazisində yerləşir.İddiaçılar həmin toraq sahəsini satmaq məqsədilə çıxarış almaq üçün DƏKR-ə müraciət etdikdə onlara bildirmişlər ki, torpaq sahəsinin bir hissəsi “Bakı-Sumqayıt avtomobil yolunun üzərində yerləşir. Bu səbəbdən iddiaçılar hesab edir ki, qanunvericiliyə görə onlara kompensasiya ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Avtomobil X5 həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işin aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırki mübahisədə fiziki şəxslər inzibati orqanın hərəkətləri nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edir. Kompensasiyanın ödənilməsi üzrə cavabdeh Azərbaycan Avtomobil X5 müəyyən edilmiş, həmin inzibati orqan da Bakı şəhəri Binəqədi rayonunda yerləşir. Azərbaycan Respublikası İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-də nəzərdə tutulan hallardan başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Odur ki, hazırki mübahisə İPM-in 8.1.4-cü maddəsinin tələblərinin təsiri altına düşdüyündən işin ərazi aidiyyəti Sumqayıt İnzibati Məhkəməsinə deyil, cavabdeh Azərbaycan Avtomobil X1 yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsinə aiddir. Məhkəmə qərardad qəbul edərəkən, işi tam araşdırmamış, aidiyyət məsələsini düzgün qiymətləndirməmiş, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabadehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, işin iddia ərizəsində şərh olunan hallarından göründüyü kimi, iddiaçılar onlara məxsus torpaq sahəsinin bir hissəsinin “Bakı-Sumqayıt avtomobil yolunun üzərində yerləşməsi ilə əlaqədar cavabdehlərə qarşı hazırkı kompensasiya tələbərini irəli sürmüşlər. İş materiallarına əsasən müəyyən olunur ki, həmin torpaq sahəsi AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş JN 3336 kod 30800086 nömrəli xx.xx.2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair “dövlət aktına əsasən “Abşeron rayonu, Saray qəsəbəsi” ünvanında yerləşir. Belə olan halda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Digər tərəfdən, Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından iddiaçıların hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlir. Belə ki, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar yaşayış yeri üzrə ünvan 2 ünvanında rəsmi qeydiyyatdadırlar. Belə olan halda, İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin tələbi baxımından, onların yaşadığı həmin yerin məhkəməsi - Sumqayıt İnzibati Məhkəməsidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası, cavabdeh Agentliyin apellyasiya şikayətinin, məhkəmə qərardad qəbul edərkən, işi tam araşdırmadığını, aidiyyət məsələsini düzgün qiymətləndirmədiyini səhv nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 8, 80, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavbadeh Azərbaycan Avtomobil X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar