Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1612/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixində Göyçay rayonunun Bığır kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 mart 2N1-ci il tarixli, 2-1(112)-664/2N1 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X4 12.N.2N0-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 20.08.1980-ci ildən 04.05.1981-ci ilədək və 25.07.1983-cü ilədək hal-hazırkı dövrədək işləməsi barədə illərin nəzərə alınaraq N.10.2019-cu il tarixdə 57 yaşının tamam olması ilə bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.08.1980-ci il tarixdə 11 saylı əmrlə 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və hərbi xidmətə çağırılmağı ilə bağlı 04.05.1981-ci il tarixdə işdən azad edilmişdir. 25.07.1983-cü il tarixdən 31.08.1995-ci il tarixədək 23 saylı Gəmi təmiri zavodunun gəmi gövdə təmirçisi kimi işləmişdir. N.01.1995-ci il tarixdə nasos xidməti üzrə çilingər keçirilmiş və həmin işdə 18.11.1997-ci il tarixədək işləmişdir. 24.11.1997-ci il tarixdən N.03.1998-ci il tarixədək istilik qazanxana operatoru işləmiş və N.03.1998-ci il tarixli, 71 nömrəli əmrlə nasos xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş və 31.03.1998-ci il tarixdə Əmək Məcəlləsinin 38-ci maddəsinin b bəndinə əsasən işdən azad edilmişdir. 22.05.1998-ci il tarixdə "Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavoduna 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 01.05.2006-cı il tarixdə başqa işə götürülməsilə bağlı işdən azad edilmişdir .01.05.2006-cı il tarixdə ARDNŞ Sİİ MKXİ 10 saylı MKT-na 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, 06.06.2007-ci ildə işdən azad edilmişdir. 06.07.2007-ci il tarixdə Abşeron rayon MİH-nin 3 saylı evlər idarəsinə qaynaqçı işinə qəbul edilmiş və 28.06.2019-cu il tarixdə müəssisənin ləğv edilməsi ilə bağlı işdən azad edilmişdir. 01.07.2019-cu il tarixdə Bakı Qarnizonu MİH-nin 7 nömrəli MİS-nə dam örtükçüsü işinə qəbul edilmiş və hal-hazırda işləyir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci bölməsinin 6-cı bəndinə əsasən qazanxana, gəmi gövdəçiləri, gəmiqayırma və gəmi təmiri işləri göstərilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçıya güzəştli şərtlərlə zərərli sahədə işləməsilə bağlı əmək pensiyası təyin edilməsi barədə cavabdeh tərəfə müraciəti nəticəsiz qalmışdır. Heç bir tədbir görülməmiş və verilmiş cavabda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi barədə cavab verilmişdir. Cavabdeh tərəfin imtinası tamamilə əsassızdır. Qanunvericilikdən də görünür ki, iddiaçının 57 yaşının tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Təqdim edilən sənədlərin surətlərindən də görünür ki, onun iş stajı 25 ildən artıqdır. Uzun müddət elektrik qaynaqçısı kimi zərərli sahədə işləmişdir. O zərərli istehsalat sahəsində işləmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N dekabr 2019-cu il tarixli arayışında da onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş " güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 11.6-cı bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmağı qeyd edilmişdir. Cavabdeh tərəfin imtinası əsassızdır və heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. İddiaçıya zərərli sahədə işləməyi ilə bağlı pensiya təyin edilməməsi hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, məhdudiyyətlər yaradır. Lakin cavabdeh tərəf bunu nəzərə almamış və iddiaçıya güzəştli şərtlə əmək pensiyasi təyin edilməsində maraqlı olmamışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu N.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 mart 2N1-ci il tarixli, 2-1(112)-664/2N1 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu N.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh 28.04.2N1-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 mart 2N1-ci il tarixli, 2-1(112)-664/2N1 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 57 yaşı N.10.2019-cu il tarixində, yəni 01.07.2019-cu il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən, “Əmək pensiyaları haqqında” Qanunun (“Qanun”) 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır". Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin ediəməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 mart 2N1-ci il tarixli, 2-1(112)- 664/2N1 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 dekabr 2019-cu il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilən sənədlərdən göründüyü kimi X2 fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. - "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 93 saylı, 04.09.2N0-ci il tarixli arxiv arayışından görünür ki, “Xəzərdənizneftqaz” X1 Birliyinin 11.05.1988-ci il tarixli 148 saylı əmrinə əsasən “Xəzərdənizneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. “Xəzərdənizneftqaz” X1 Birliyinin 19.12.1991-ci il tarixli 299 saylı əmrinə əsasən “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftdonanma” idarəsinin 60 saylı əmrinə əsasən zavod “Xəzərdənizneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.03.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X8 Donanması Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “Qapalı Səhmdar Cəmiyyəti yaradılmış X8 Donanması idarəsinin Gəmi təmiri zavodu “Bibiheybət” Gəmi təmiri zavodu adlandırılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən verilmiş N dekabr 2019-cu il tarixli, 526 saylı arayışdan görünür ki, 1962-ci il təvəllüdlü X3 25.07.1983-cü il tarixdən 23 saylı Gəmi təmiri zavodunun 1-ci dərəcəli gəmi gövdə təmirçisi vəzifəsinə işə qəbul olunmuşdur. 25.07.1983-cü ildən 31.08.1995-ci il tarixədək 23 saylı Gəmi təmiri zavodunun gəmi gövdə təmirçisi vəzifəsində işləmişdir. 22.12.1992-ci il tarixdən 23 saylı Gəmi təmiri zavodunun adı dəyişdirilərək Xəzər gəmi təmiri zavodu adlandırılmışdır. N.10.1995-ci il tarixli 294№-li əmrə əsasən nasos xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş və həmin vəzifədə 18.11.1997-ci il tarixinədək işləmişdir. 15.09.1997ci il tarixində Xəzər Gəmi təmiri zavodunun adı dəyişdirilərək N saylı hərbi hissə olmuşdur. 24.11.1997-ci il tarixli 65№-li əmrə əsasən istilik qazanxana operatoru vəzifəsinə keçirilmiş və həmin vəzifədə N.03.1998-ci il tarixinədək işləmişdir. N.03.1998-ci il tarixli 71 №-li əmrə əsasən nasos xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş və həmin vəzifədə 31.03.1998-ci il tarixinədək işləmiş və həmin tarixdə Əmək Məcəlləsinin 38-ci maddəsinin “b” (ştat ixtisarı) bəndinə əsasən işdən azad olunmuşdur. Arayışda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndində a) fəhlələr; qazançılar gəmi gövdəçiləri, göstərilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu qeyd olaraq göstərilmişdir. - "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 91 saylı, 04.09.2N0-ci il tarixli arxiv arayışından görünür ki, X4 22.05.1998-ci il tarixdən 01.05.2006-cı il tarixədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləmişdir. (22.05.1998-ci il tarixdə mənzil sahəsinə 2-ci dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmiş, 08.04.1999-cu ildə mənzil sahəsində ixtisası üzrə üçüncü dərəcə verilmiş, 01.N.2000-ci ildə mənzil sahəsində ixtisası üzrə dördüncü dərəcə verilmiş, 01.05.2006-cı il tarixdə başqa işə götürülməsilə bağlı işdən azad edilmişdir) - ИТ-İ № ******* (birinci instansiya məhkəməsi qərarının mətninə uyğun, faktiki olan isə № 0083432) saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 20.08.1980-ci ildən 04.05.1981-ci il tarixədək 2-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. 05.05.1981-ci ildən 01.06.1983-cü ilədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 25.07.1983-cü il tarixdən 31.08.1995-ci il tarixədək 23 saylı Gəmi təmiri zavodunun gəmi gövdə təmirçisi işləmişdir. 05.10.1995-ci il tarixdə MKX nasos xidməti üzrə çilingər keçirilmiş və həmin işdə 18.11.1997-ci il tarixədək işləmişdir. 18.11.1997-ci il tarixdən N.03.1998-ci il tarixədək istilik qazanxana operatoru işləmiş və N.03.1998-ci ildən 31.03.1998-ci il tarixədək ştat ixtisarı üzrə işdən azad edilmişdir. 22.05.1998-ci il tarixdə "Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavoduna 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, 01.05.2006-cı il tarixdə başqa işə götürülməsilə bağlı işdən azad edilmişdir. 01.05.2006-cı il tarixdə ARDNŞ Sİİ MKXİ 10 saylı MKT-na 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, 06.06.2007-ci ildə işdən azad edilmişdir. 06.07.2007-ci il tarixdə Abşeron rayon MİH-nin 3 saylı evlər idarəsinə qaynaqçı işinə qəbul edilmiş, 01.05.2015-ci il tarixdə dam örtükcüsü vəzifəsinə keçirilmiş və 28.06.2019-cu il tarixdə müəssisənin ləğv edilməsilə əlaqədar işdən azad edilmişdir. Göstərilən dövr üzrə 01.01.2006-cı il tarixədək ümumi iş stajı 26 il 10 ay 04 gün təşkil edir. - 3685 nömrəli Attestatın surətindən görünür ki, X4 01.09.1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Məktəbinə daxil olmuş və 20 iyul 1980ci ildə həmin məktəbin elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. ( 58 nömrəli kənd Göyçay şəhər notarial təsdiqi) Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçının 25.07.1983-cü ildən 31.08.1995-ci il tarixədək gəmi gövdə təmirçisi vəzifəsində, 05.10.1995-ci ildən 18.11.1997-ci il tarixədək MKX nasos xidməti üzrə çilingər vəzifəsində, 22.05.1998-ci ildən 01.05.2006-cı il tarixədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda 2-ci və 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işində işləmiş, göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XİV saylı bölməsinin 2150300a-18908 kod nömrəli güzəştli iş stajı verən təmirçi gəmi gövdəçiləri və XXXİİİ saylı bölməsinin 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 mart 2N1-ci il tarixli, 2-1(112)-664/2N1 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2N1-ci il tarixli, 2-1(112)-664/2N1 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.