Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1612/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********5438 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1817/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin **********1178 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən “topdan və pərakəndə satış” təsərrüfat subyektində (obyektində) pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir. Cavabdeh inzibati orqanın DVX seriyalı 000816 saylı xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı yanvar 2020 - 26 noyabr 2020-ci il dövründə nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş 3152 ədəd nəzarət-kassa aparatının çeki üzrə ümumi dəyəri 50 667 311,78 manat olan satışa elektron qaimə-fakturanın təqdim edilməmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5438 saylı 29 dekabr 2020-ci il tarixli Qərarına əsasən xx.xx.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktı əsas götürülərək iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 1 mart 2021ci il tarixli **********161800 nömrəli qərarına əsasən iddiaçının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli, **********5438 nömrəli Qərardan verdiyi şikayət təmin edilməmişdir. Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 25 iyun 2021-ci il tarixli 47 nömrəli qərarına əsasən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 1 mart 2021-ci il tarixli **********161800 nömrəli qərarından iddiaçının verdiyi şikayət təmin edilməmişdir. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin qəbul etdiyi qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5438 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********1178 saylı xx.xx.2020ci il tarixli qərarı ilə MMC-yə məxsus ünvan 3-də yerləşən “topdan və pərakəndə satış” təsərrüfat subyektində (obyektində) pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Həmin aktda MMC-nın təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı yanvar 2020 - 26 noyabr 2020-ci il dövründə nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş 3152 ədəd nəzarət-kassa aparatının çeki üzrə ümumi dəyəri 50 667 311,78 manat olan satışa elektron qaiməfakturanın təqdim edilmədiyi qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Görünür ki, vergi orqanı tərəfindən MMC-nin 2020-ci ilin yanvar - noyabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 50 667 311,78 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaiməfaktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 29 dekabr 2020-ci il tarixdə **********5438 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 5 066 731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan iddiaçı inzibati şikayət vermiş və DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 1 mart 2021-ci il tarixli **********161800 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. DVX-nin qərarından MMC tərəfindən 4 mart 2021-ci il tarixdə AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və 25 iyun 2021-ci il tarixli 47 nömrəli qərarla iddiaçının şikayəti təmin edilməmişdir. AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının sözügedən qərarı iddiaçıya 7 iyul 2021-ci il tarixli məktubla göndərilmişdir. Odur ki, qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. İddiaçı hesab edir ki, vergi orqanının operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt əsassız və qanunsuzdur. Belə ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır. Hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 29 dekabr 2020-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Operativ vergi nəzarəti tədbirinin nəticələrinin rəsmiləşdirilməsi zamanı kobud ganun pozuntusuna yol verilmişdir. Keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə 27 noyabr 2020-ci il tarixdə akt tərtib edilərək vergi orqanın əməkdaşları tərəfindən imzalansa da, iddiaçı tərtib edilmiş aktla razı olmadığı üçün həmin aktı imzalamaqdan və onun bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Vergi orqanı isə tərtib edilmiş aktı yalnız 1 dekabr 2020-ci il tarixində internet vergi idarəsi vasitəsilə iddiaçının elektron kabinetinə göndərmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi gaydada çatdırılmış sayılır. Belə olan təqdirdə, qeyd olunan normanın tələbinə uyğun olaraq vergi orqanı tərəfindən 27 noyabr 2020-ci il tarixində tərtib edilmiş akt 4 gün sonra, 1 dekabr 2020-ci il tarixində iddiaçıya göndərilsə də, həmin akt iddiaçıya 3 iş günü sonra, yəni 4 dekabr 2020ci il tarixində çatdırılmış sayılır. Belə olan halda, vergi orqanı tərəfindən operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli aktın iddiaçıya yuxarıda qeyd olunduğu kimi elektron kabinetinə göndərilməklə 4 dekabr 2020-ci il tarixində lazımi qaydada çatdırılmasını nəzərə alaraq akta dair münasibət bildiriməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin son günü 4 yanvar 2021-ci il tarixinə təsadüf edir. Lakin buna baxmayaraq, vergi orqanı qeyd olunan qanun normalarının tələblərini pozaraq aktın iddiaçıya təqdim ediliyi 4 dekabr 2020-ci il tarixindən 25 gün sonra, yəni 30 günlük müddəti gözləmədən 29 dekabr 2020-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Belə ki, iddiaçı onun barəsində aparılmış operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli akta dair öz etirazını təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin vergi orqanı qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı operativ vergi nəzarət tədbirinin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlilləri yoxlamamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, VM-nin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edib-edilməməsinə vergi nəzarət forması kimi təsbit etmişdir. Başga sözlə desək, vergi ganunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamaları başa düşülməlidir. Vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyalarını hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbig edə bilər. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 11 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 9 aylıq dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir. Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar - noyabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 50 667 311,78 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaiməfaktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. İddiaçı MMC uzun müddətdir ki, iri vergi ödəyicisi olaraq ölkə ərazisinə müxtəlif çeşiddə ərzaq malları idxal etməklə onların həm topdan, həm də ki pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. MMC-nin əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotunda qeydiyyata alınmışlar. Operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən MMC-nın yanvar - noyabr 2020-ci il dövrü ərzində olan satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə isə, görmək olur ki, elə günlər var ki, ümumiyyətlə nəzarət kassa aparatına çek vurulmayıb, elə gunlər var ki, bir və ya bir neçə dəfəyə satılmış malların dövriyyəsi bölünərək nəzarət kassa aparatına daxil edilibdir. Buna səbəb isə, satışların çox olması səbəbindən hər bir satış üzrə nəzarət kassa aparatına məbləği daxil etmək demək olar ki, mümkün olmaması olmuşdur. Belə olan təgdirdə, isə bir və yaxud bir necə gündə olan satışların həcmini vaxta gənaət etmək baxımından toplayarag həmin gündə bir və ya bir neçə dəfəyə nəzarət kassa aparatına daxil edilirdi. Lakin aydın məsələdir ki, bu halda heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq bütün satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergilər dövlət büdcəsinə ödənilmişdir. MMC tərəfindən törədilən yeganə pozuntu isə hər bir pərakəndə satış üzrə ayrı çekin nəzarət kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda VM-nin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Çeklərdə məbləğlərin böyük olması isə vergi orqanı tərəfindən iddia etdiyi kimi VM-nin 58.13-cü maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi huquqpozuntusu hadisəsi mövcud olmamışdır, çünki iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********1178 nömrəli Qərarına əsasən xx.xx.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən topdan və pərakəndə satış obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2020-ci ilin yanvar ayından xx.xx.2020-ci il tarixədək olan dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilmiş 3152 sayda çek üzrə ümumilikdə 50.667.311,78 manat dəyərində malların elektron qaiməfaktura tərtib edilmədən satışının aşkar olunduğu müəyyən edilərək, xx.xx.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsləsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Nəzarət tədbiri zamanı Cəmiyyətin baş mühasibi təqdim etdiyi izahatında Cəmiyyətin topdansatış fəaliyyəti ilə yanaşı pərakəndə satış fəaliyyəti də həyata keçirdiyini, pərakəndə satış zamanı daxil olmuş vəsaitləri nəzarət-kassa aparatına mədaxil etdiyini, bu zaman malların vergi uçotunda olmayan şəxslərə təqdim edildiyini, onlara elektron-qaimə faktura verilmədiyi bildirmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********5438 nömrəli Qərar qəbul olunaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən vergi ödəyicisinə 5.066.731,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixli aktın vergi ödəyicisinə çatdırılması tarixindən hesablanmaqla akta münasibət bildirilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin son gününün xx.xx.2021- ci il tarixə təsadüf etdiyini, lakin buna baxmayaraq vergi orqanı tərəfindən 25 gün sonra, 30 günlük müddəti gözləmədən xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edildiyini, vergi orqanının Cəmiyyətə akta dair öz etiraz və ya münasibətini bildirməsi və akta dair sübutların qanunla nəzərdə tutulmuş müddət ərzində təqdim edilməsi üçün şərait yaradılmadığını bildirmişdir. Bundan əlavə ümumilikdə 667.311,78 manat dəyərində malların elektron qaimə-faktura tərtib edilmədən 3152 sayda nəzarət-kassa aparatı çeki üzrə özlərini sadə vətəndaş kimi təqdim edən şəxslərə satıldığını bildirmişdir. Cəmiyyətin barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt Cəmiyyətə xx.xx.2020-ci il tarixli **********148300 nömrəli bildirişlə göndərilmiş, bildiriş elektron qutuda xx.xx.2020-ci il tarixdə oxunmuşdur. Cəmiyyət tərəfindən Baş İdarəyə operativ vergi nəzarətinin nəticələri barədə xx.xx.2020-ci il tarixdə rəsmi etiraz məktubu ünvanlanmış və Cəmiyyətin nümayəndəsi Vergi Məcəlləsinin 39.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində xx.xx.2020-ci il tarixdə Baş İdarədə “Zoom” proqramı vasitəsilə qəbul edilmiş və bundan sonra Cəmiyyət barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixdə **********5438 nömrəli Qərar qəbul edilərək maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə məxsus olan ünvan 3 ünvanda yerləşən “Topdan və pərakəndə satış” adlı obyektdə quraşdırılmış Mini-T61 markalı nəzarət-kassa aparatına yanvar 2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3152 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 50.667.311,78 manat vəsaitin daxil edildiyi (1 çek üzrə orta dəyər 50.667.311,78 : 3152 = 16.074,6 manat), o cümlədən xx.xx.2020-ci il tarixdə 15 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 365.817,66 manat (1 çek üzrə orta dəyər 365.817,66 : 15 = 24.387,85 manat), xx.xx.2020-ci il tarixdə 13 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 747.181,67 manat (1 çek üzrə orta dəyər 747.181,67 : 13 = 57.475,5 manat), xx.xx.2020-ci il tarixdə 14 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 378.893,34 manat (1 çek üzrə orta dəyər 378.893,34 : 14 = 27.063,8 manat), xx.xx.2020-ci il tarixdə 23 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 1.076.067,68 manat (1 çek üzrə orta dəyər 1.076.067,68 : 23 = 46.785,56 manat), xx.xx.2020-ci il tarixdə 31 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 950.239,82 manat (1 çek üzrə orta dəyər 950.239,82 : 31 = 30.652,9 manat), xx.xx.2020ci il tarixdə 23 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 601.244,81 manat (1 çek üzrə orta dəyər 601.244,81 : 23 = 26.141,1 manat), xx.xx.2020-ci il tarixdə 15 sayda nəzarətkassa aparatı qəbzləri üzrə 217.084,61 manat (1 çek üzrə orta dəyər 217.084,61 : 15 = 14.472,31 manat), xx.xx.2020-ci il tarixdə 15 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 376.752,07 manat (1 çek üzrə orta dəyər 376.752,07 : 15 = 25.116,8 manat), xx.xx.2020- ci il tarixdə 27 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 619.496,47 manat (1 çek üzrə orta dəyər 3619.496,47 : 27 = 22.944,32 manat), xx.xx.2020-ci il tarixdə 24 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 661.187,39 manat (1 çek üzrə orta dəyər 661.187,39 : 24 = 27.549,5 manat), xx.xx.2020-ci il tarixdə 75 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 1.487.810,55 manat (1 çek üzrə orta dəyər 1.487.810,55 : 75 = 19.837,5 manat), xx.xx.2020-ci il tarixdə 41 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 729.947,16 manat (1 çek üzrə orta dəyər 729.947,16 : 41 = 17.804,0 manat), xx.xx.2020ci il tarixdə 12 sayda nəzarət-kassa aparatı qəbzləri üzrə 258.545,07 manat (1 çek üzrə orta dəyər 258.545,07 : 12 = 21.545,4 manat), xx.xx.2020-ci il tarixdə 17 sayda nəzarətkassa aparatı qəbzləri üzrə 386.601,53 manat (1 çek üzrə orta dəyər 386.601,53 : 17 = 22.741,3 manat) və s. məbləğlərdə satışlar edilmiş və qeyd olunan məbləğlər nəzarətkassa aparatına mədaxil edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən nəzarət kassaaparatına bir çek üzrə orta dəyər 16.074,6 manat olmaqla, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitləri mədaxil olunmuşdur. Sözügedən hal faktiki olaraq topdansatış qaydasında satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1817/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5438 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə Qərarında ilkin olaraq qeyd edir ki, iddiaçıda operativ vetgi nəzarətinin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir. Göstərilən əsasla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixində təyin olunmuş qərarda 50-ci maddəyə uyğun olaraq həyata keçirilməsi, həmçinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda birbaşa əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi müəyyən edilmişdir. Beləliklə məhkəmənin şübhə altına almağa cəhd etdiyi yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar konkret olaraq mövcud olduğu halda, həmin əsasları olmamış kimi təqdim etmək və nəticədə yoxlamanın təyini əsaslarını sarsıtmaq ədalətsiz davranış olmaqla məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına almışdır. Məhkəmə inzibati mübahisə üzrə lazımi araşdırma aparmadığı üçün, iş materiallarında mövcud olan sənədləri araşdırmadığı üçün və işin hallarının araşdırması üzrə vəzifələrini icra etmədiyi üçün işin faktiki halları baxımından yanlış hallar müəyyən etmiş və haqlı olmayan nəticəyə gəlmişdir. Məhkəmə qərarında daha sonra, vergi orqanı tərəfindən operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilmiş 27 noyabr 2020-ci il tarixli akt iddiaçının elektron kabinetinə-1 dekabr 2020-ci ildə göndərilməklə 4 dekabr 2020-ci il tarixində çatdırıldıqda akta dair münasibət bildirilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin son günü 4 yanvar 2021-ci il tarixinə təsadüf edir ki, vergi orqanı da aktın iddiaçıya təqdim edildiyi 4 dekabr 2020-ci il tarixindən 25 gün sonra, yəni 30 günlük müddəti gözləmədən 29 dekabr 2020-ci il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir ki, bununla da əvvəl sadalanmış vergi qanunvericiliyinin normaları (AR VM- nin 39.5 və 39.6-cı maddələri) cavabdeh tərəfindən pozulmuşdur və məhkəmə hesab etmişdir ki, bu hal da mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasdır. Bununla əlaqədar bildirir ki, Cəmiyyətin barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli DVX seriyalı 000816 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt Cəmiyyətə xx.xx.2020-ci il tarixli **********148300 nömrəli bildirişlə göndərilmiş, bildiriş elektron qutuda xx.xx.2020-ci il tarixdə oxunmuşdur. Cəmiyyət tərəfindən Baş İdarəyə operativ vergi nəzarətinin nəticələri barədə xx.xx.2020-ci il tarixdə rəsmi etiraz məktubunun ünvanlandığı və Cəmiyyətin nümayəndəsinin Vergi Məcəlləsinin 39.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində xx.xx.2020-ci il tarixdə Baş İdarədə “Zoom” proqramı vasitəsilə qəbul edildiyi və bundan sonra Cəmiyyətin barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixdə **********5438 nömrəli Qərar qəbul edilərək maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinin hüquqları tam olaraq nəzərə alınmış və onun tərəfindən etirazın verilməsi və həmin etiraza baxılması təmin edilmişdir. Məhkəmə Qərarında daha sonra vergi orqanına vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarətinin keçirilməsi müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsində bu tədbirin keçirilməsi ilə bağlı müddət məhdudiyyəti vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan başqa, Məhkəmə Qərarında nə Vergi Məcəlləsində, nə də digər qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışının pərakəndə, hansı həddə və ya həcmdə satışının isə topdansatış kimi qəbul edilməsinin müəyyən edilməməsi nəticəsinə gəlinmişdir. Bununla əlaqədar bildirir ki, Cəmiyyətə məxsus olan ünvan 3 ünvanda yerləşən “Topdan və pərakəndə satış” adlı obyektdə quraşdırılmış Mini-T61 markalı nəzarət-kassa aparatına yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3152 sayda nəzarət-kassa aparatı müxtəlif məbləğlərdə satışlar edilmiş və qeyd olunan məbləğlər nəzarət-kassa aparatına mədaxil edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə orta dəyər 16.074,6 manat olmaqla, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitləri mədaxil olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində əhəmiyyətli səhvlərə yol vermiş, gəldiyi nəticə üçün həlledici əhəmiyyət kəsb edən bütün hüquqi və faktiki halları aydınlaşdırmadan qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Apellyasiya şikayətinə dair yazılı etırazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmiş, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh orqan apellyasiya şikayətində operativ vergi nəzarət tədbirinin keçirilməsinə əsas olan qərarda VM-də nəzarət tədbirinin başlanması üçün əsasların mövcud olmamasına dair qeyd etmişdir ki, sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ nəzarətin başlanma əsası kimi VM-nin 50.2.2-ci maddəsi göstərilmişdir. Yəni vergi orqanı hesab edir ki, nəzarətin başlanmasına əsas olan qərarda keçirilmə əsasları göstərilməyə bilər, həmin dəlillər yoxlama dair vahid məlumat reyestrinin çıxarışında göstərilmişdir. Cavabdeh vergi orqanın bu dəlilinə münasibət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1, 50.2, 50.3-cü maddələrinə uyğun, cavabdeh vergi orqanı apellyasiya şikayətində VM-nin 39.5-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin pozulmasını qəbul etmiş, lakin buna etirazın verildiyi, zoom proqramı ilə aktın nəticələri müzakirə oldunduğu və min cür başqa əsaslar gətirərək güya iddiaçının qanunla nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılmadığını bəyan etmişdir. Cavabdeh vergi orqanın bu dəlilinə münasibət Vergi Məcəlləsinin 50.6, 39.1, 39.2, 39.4, 70.2-1.3, 39.5, 39.6-cə və “İnzibati icraat haqqında” Azərbycan RespublikasıQanununun 2.0.8, 13.1, 13.2, 13.3-cü maddələrinə uyğun, cavabdeh vergi orqanı apellyasiya şikayətində operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının nəzarət tədbirinin keçirildiyi tarixdən əvvəlki dövrlərə görə maliyyə sanksiyasının tətbiq edilməsinə hüququn olmadığına dair VM-nin 50.1.13-cü maddəsinə istinad edərək VM-də bu tədbirinin keçirilməsi üçün müddət məhdudiyyətinin nəzərdə tutulmadığını göstərmişdir. Cavabdeh vergi orqanın bu dəlilinə münasibət: Vergi Məcəlləsinin 36.1, 36.3, 56.1, 83.3, 85.4, 50.1-ci maddələrinə uyğun, cavabdeh orqan apellyasiya şikayətində sonuncu dəlil kimi göstərmişdir ki, cəmiyyət tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə orta dəyər 16.074,6 manat olmaqla, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitləri mədaxil olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Cavabdeh vergi orqanın bu dəlilinə münasibət Vergi Məcəlləsinin 71-1.2, 36.2-ci maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi müəyyən olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı MMC tərəfindən dəfələrlə inzibati qaydada şikayət verilmiş və inzibati şikayətin təmin edilməməsi haqqında qərardan sonra iddiaçı vaxtında iddia qaldırmışdır. Odur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə iddiaçı tərəfindən əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5438 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1178 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1- ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1178 saylı xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2- ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1178 saylı xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 04 noyabr 2020-ci ildən 03 dekabr 2020-ci ilədək (xx.xx.2020-ci il tarix də daxil edilməklə) müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, yanvar 2020-ci il tarixdən 26 noyabr 2020-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmiş və bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan inzibati aktı qəbul etmişdir. Qeyd olunması zəruridir ki, operativ vergi nəzarəti tədbirinin mahiyyəti sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə görə, Cəmiyyət tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə orta dəyəri 16.074,6 manat olmaqla, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitləri mədaxil olunduğu üçün sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. İddiaçıya aid obyektdə fəaliyyət növü pərakəndə satışın həyata keçirilməsi olmuşdur. Yoxlama aparılan təsərrüfat obyekti pərakəndə satış növü ilə məşğul olmuş və belə fəaliyyətlə bağlı malın alıcıya satışı istehlak məqsədilə nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilmişdir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və ya müraciət daxil olması barədə məlumat olmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırki halda pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin dəlili əsassızdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin də mövqeyi qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-3327/2019 saylı xx.xx.2019-cu il tarixli, 2-1(102)-510/2018 saylı xx.xx.2018-ci il tarixli, 2-1(102)-1754/2018 saylı xx.xx.2018-ci il tarixli, 2-1(102)- 1947/2020 saylı xx.xx.2020-ci il tarixli, 2-1(102)-1076/2021 saylı xx.xx.2021-ci il tarixli, 2- 1(102)-740/2022 saylı xx.xx.2022-ci il, 2-1(102)-436/2022 saylı xx.xx.2022-ci il və 2- 1(102)-330/2022 saylı xx.xx.2022-ci il tarixli qərarları). Bununla da cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1817/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1817/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1612/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1612/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver