Məhkəmə qərarları › İş №2-1(103)-1612/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1612/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1612/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 (sədrlik edən və məruzəçi), X9 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2007-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F99 – Əlavə dəqiqləşdirmə olmadan psixi pozğunluq, Diaqnozun mətni: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F99 – Əlavə dəqiqləşdirmə olmadan psixi pozğunluq, Diaqnozun mətni: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F 40-48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F44 – Disosiativ konvension pozğunluqlar => F 44.8 – Digər dissosiativ... Diaqnozun mətni: Dissosiativ (konvension) pozuntular, funksional tutmalarla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dissosiativ (konvension) pozuntular” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə elektron təyinatla baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F 40-48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F44 – Disosiativ konvension pozğunluqlar => F 44.8 – Digər dissosiativ... Diaqnozun mətni: Dissosiativ (konvension) pozuntular, funksional tutmalarla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dissosiativ (konvension) pozuntular” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli... Diaqnozun mətni: Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.25. etiologiyasəndan asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – cavabdeh) Tibbi-Sosial ekspert komissiyasının 27 may 2022-ci il tarixli, **********4 nömrəli Qərarında qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 14 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1977-ci ii təvəllüdlü İddiaçı (FİN:1 EJD7X1) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 732 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı travması, sağ disək oynağının odlu silahdan deşib keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, sağ dirsəkdə ehtimal olunan travmaya uyğun çapıq iziəri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəki məhdudiyyət və əzələ atrofiyası izlənilməmişdir. Yanaşı olaraq, Romberq vəziyyətində dayanaqsızlıq, səndəlləmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasiyon snaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2 PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simoto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatikserebrel araxnoiditi. Tez-tez bas verən paroksizmal tutmalar şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə” kimi təqdim edilmişdir. Hərbi qərarda KBT barədə məlumat qeyd olunmamış, nəticədə əliliik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barəda qərar qəbul edilmişdir.

8. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud psixopatabənzər davranış pozuntuları. Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması – Səbəb: Tam reabiltasiya olunması barədə qərar qəbul edilmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının 18 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-176/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü X8 (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS:**********7). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı olduğu üçün təkrar əyani müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 870 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının dəlib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin, MN reyesterində İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015ci il tarixli 732 nömrəli Qərar qeyd edilmişdir. Həmin qərarda “Mina partlayış travması. Sağ dirsək oynağının odlu silahdan delib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və həmin qərar qüvvədə olmuşdur. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, sağ dirsəkdə ehtimal olunan travmava uyğun çapıq izləri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəki məhdudiyyət və əzələ atrofivası izlənilməmişdir. Yanaşı olaraq Romberq vəziyyətində davanaqsızlıq, səndəlləmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasion sınaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X3 PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş bəyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar; şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə” kimi təqdim edilmişdir. Hərbi qərarda KBT barədə məlumat qeyd olunmamış, nəticədə əlillik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir” kimi qeyd olunmuş, 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmiş, sağ dirsəkdə çapıqlar və ~5-6 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətlər sərbəst olmuş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı və psixi statusunda aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. AR SN 2 Nömrəli X3 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları” kimi qeyd edilsə də, ekspertiza üçün əhəmiyyətli Kranial instrumental müayinə (KT, MRT) sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

10. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 870 nömrəli qərarından görünür ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1997-ci il tarixdə aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixdək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və yaralanma diaqnoz: “Mina parlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 400 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş N nömrəli hərbi hissə komandirinin 08.1997-ci il tarixli 740 nömrəli travma haqqında arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN MHHK-nın xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarı ləğv edilir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11814/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1(bir) aylıq müddət təyin edilmişdir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 19 dekabr 2023-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1-1267/2023). Vətəndaş məhkəmə qərardadına əsasən 3-17-4/1-41974/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxusuzluqdan, sağ dirsəyində hava soyuq olanda ağrılar olmasından şikayət etmişdir. Medikamentoz preparatlardan “Fenozepam”, “Karbomazepin” qəbul etdiyini bildirmişdir. Əsəbləşdiyi zaman özünə xəsarət yetirdiyini (şüşə ilə qollarını kəsdiyini) ifadə etmişdir. Müayinə zamanı sağ bazunun aşağı 1/3-də çapıq, sağ dirsək nahiyəsində 4-5 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuşdur. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, özünə xəsarət yetirdiyini qeyd etmiş, lakin müayinə zamanı kəsiklər məişət şəraitində iş zamanı aldığı travmalara bənzəmiş, emosional labil, intellektual mnestik funksiyaları, maraq dairəsi yaşına və təhsilinə uyğun olmuş, əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkarlanmamışdır. Vətəndaşın təqdim etdiyi sənədlər 2021-ci ildən sonrakı dövrlərə aid olmuş, travmanı təsdiq edəcək KT, MRT müayinələri nəticəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 2226 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki: İddiaçı Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli yaddaş və davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir

15. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-3-176/2023 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 3-cü dərəcəli əlilliyin təyin edilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən döyüş zonasında xx.xx.1997ci il tarixdə mina partlayışı nəticəsində “beyin silkələnməsi, sağ bazunun dəlib keçən qəlpə yaralanması, dirsək sinirinin zədələnməsi” xəsarətini almışdır. Mərkəzi Hərbi Hospitalda müalicə olunmuşdur. Azərbaycan Respubliksı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 732 saylı qərarı ilə onun xəstəliyi “Mina partlayışı travması, sağ dirsək oynağının odlu silahdan deşib keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu Dissosiativ (konversion) pozuntular, funksional tutmalarla müəyyən edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2016- cı il tarixə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçərək, eyni diaqnozla növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. 2022-ci ilin mart ayında müayinədən keçərkən mənə təyin edilmiş ikinci dərəcə müharibə əlilliyi ləğv edilmişdir. İddiaçı ümumi xəstəliklərdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2023-cü ilin yanvar ayından həmin əlillik dərəcəsi də ləğv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli, 870 nömrəli yeni Qərar verilmişdir. Həmin qərarda göstərilir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş Əİləzov Rauf Vaqif oğlu döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1997-ci il tarixdə aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və yaralanma - diaqnoz: “Mina partlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolisi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXŞDXnin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli arayışı. SQ Baş Klinik Hospitalından verilmiş N nömrəli hərbi hissəsi komandirinin 08.1997-ci il tarixli 740 nömrəli travma haqqında arayışı. MN MHHKnin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Hər dəfə, o cümlədən sonuncu dəfə xx.xx.2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız səbəblərlə imtina verilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası tamamilə əsassızdır.

17. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021ci il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS:**********7). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı olduğu üçün təkrar əyani müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29.11,2022-ci il tarixli 870 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayış travması. Beyin silkələnməsi. Saq dirsək oynağının delib- keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Saq dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin, MN reyesterində İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015ci il tarixli 732 nömrəli Qərar qeyd edilmişdir. Həmin qərarda “Mina partlayış travması. Saq dirsək oynağının odlu silahdan delib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və həmin qərar qüvvədə olmuşdur. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, saq dirsəkdə ehtimal olunan travmaya uyqun çapıq izləri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəki məhdudiyyət və əzələ atrofiyası izlənilməmişdir. Yanaşı olaraq Romberq vəziyyətində dayanaqsızlıq, səndəlləmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasion sınaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X3 PHŞ xx.xx.2021 -xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə" kimi təqdim edilmişdir. Hərbi qərarda KBT barədə məlumat qeyd olunmamış, nəticədə əlillik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir” kimi qeyd olunmuş, 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmiş, sağ dirsəkdə çapıqlar və ~5-6 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətlər sərbəst olmuş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı və psixi statusunda aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. AR SN 2 Nömrəli X3 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları” kimi qeyd edilsə də, ekspertiza üçün əhəmiyyətli Kranial instrumental müayinə (KT, MRT) sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıda müəyyən olunan xəstəlik iddiaçının 1997-ci ildə hərbi xidmətdə olduğu zaman mina partlaması nəticəsində huşunu itirməklə başından travma alması, tibbi şəhadətləndirilməsi, AR SN 2 nömrəli X4 xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, AR TƏBİB 43 nömrəli şəhər poliklinikasında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə poliklinikanın psixiatriya kabinetində 2006-cı ildən dispanser qeydiyyatında olması, həmçinin psixiatrik ekspertiza zamanı rəydə qeyd edilən iddiaçının bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez- tez baş verməsi, əsəbi gərginliklər zamanı özünə kəsmələrlə xəsarətlər yetirməsi, bəzən əlinə düşən hər hansı bir ev əşyasını götürərək yerə çırpması, sındırması, dərmansız ardıcıl olaraq yuxusuz qalması, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün dərman resepti yazılması, həmin dərmanları qəbul etməsi, lakin həmin dərmanların adlarını soruşduqda xatırlamaması, evdəkilərin həmin dərmanı ona verdiklərini bildirməsi və s.) kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir.

20. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, bindən, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymayaraqvə öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Qeyd edirik ki, vətəndaşın təqdim etdiyi sənədlər 2021-ci ildən sonrakı dövrlərə aid olmuş, travmanı təsdiq edəcək KT, MRT müayinələri nəticəsi aşkar edilməmişdir. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmamasıİddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və ReablitasiyaAgentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. 2 saylı X3 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5021/21 nömrəli Çıxarışında diaqnoz “Baş beyinin travmatik xəstəliyi. Tez-tez baş verən simpato-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebral araxnoidit. Teztez paroksizmal tutmalar. Şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozğunluqları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11104/23 nömrəli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxusuzluqdan, sağ dirsəyində hava soyuq olanda ağrılar olmasından şikayət etmişdir. Medikamentoz preparatlardan “Fenozepam”, “Karbomazepin” qəbul etdiyini bildirmişdir. Əsəbləşdiyi zaman özünə xəsarət yetirdiyini (şüşə ilə qollarını kəsdiyini) ifadə etmişdir. Müayinə zamanı sağ bazunun aşağı 1/3-də çapıq, sağ dirsək nahiyəsində 4-5 smölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst və tamhəcmdə olmuşdur. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, özünə xəsarət yetirdiyini qeyd etmiş, lakin müayinə zamanı kəsiklər məişət şəraitində iş zamanı aldığı travmalara bənzəmiş, emosional labil, intellektual mnestik funksiyaları, maraq dairəsi yaşına və təhsilinə uyğun olmuş, əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkarlanmamışdır. Vətəndaşın təqdimetdiyi sənədlər 2021-ci ildən sonrakı dövrlərə aid olmuş, travmanı təsdiq edəcək KT, MRT müayinələri nəticəsi aşkar edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.8-ci bəndinə əsasən digər polinevropatiyalar, 13.5.1-ci bəndinə isə boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosialekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlarəsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

30. “İnzibati icraat haqqında” Qanunun:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Əvvəla Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-3-176/2023 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 3-cü dərəcəli əlilliyin təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsindən ibarətdir.

40. İşin faktiki hallarından görünür ki, iddiaçıya 2007, 2014-cü illərdə baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2015, 2016-cı il tarixlərdə iddiaçıya dissosiativ (konversion) pozuntular, funksional tutmalarla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli növbəti əlillik təyinatı zamanı, eləcə də xx.xx.2022- ci il tarixli əyani müayinə nəticəsində iddiaçıya “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

41. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixli 870 nömrəli qərarı ilə iddiaçının xx.xx.1997-ci ildə aldığı xəsarəti “Mina partlayış travması, beyin silkələnməsi, sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması, oynaq kapsulunun və dirsək sinirinin xədələnməsi, sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət” diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində tibbi şəhadətləndirilmişdir. Həmin qərarla MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarı ləğv edilmişdir. 42.Bundan sonra iddiaçı əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə əlaqədar yenidən əyani müayinədə olmuş və xx.xx.2023-cü il tarixli qiymətləndirmə zamanı, eləcə də xx.xx.2023-cü il tarixli əyani müayinəsi zamanı iddiaçının tam reabilitasiya olunduğu barədə qərar qəbul edilərək əlillik dərəcəsi ləğv edilmişdir.

43. Kollegiya qeyd edir ki, iddiaçıya ilk dəfə əlillik 2007-ci ildə “ümumi xəstəlik”lə təyin edilmiş və 2016-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbli əlaqəsi ilə 5 illlik müddətində əlilliyi uzadılmış, 2021-ci ildə isə “ümumi xəstəlik”lə əlaqədar əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Həmin əlillik statusu isə xx.xx.2023-cü il tarixinədək mövcud olmuş cavabdeh orqan tərəfindən əlillik vəziyyətinə yenidən baxılaraq qeyd edilən tarixdə əlilliyi ləğv edilmişdir.

44. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsində onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, üçüncü dərəcə əlillik təyinatına əsas olan diaqnozun klinik olaraq öz təsdiqini tapmaması səbəbindən tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilməmişdir.

45. Bakı İnzibati Məhkəməsinin təşəbbüsü ilə keçirilmiş yenidən əyani müayinə zamanı cavabdeh xx.xx.2023-cü il tarixli qərarında da cavbadeh komissiya iddiaçının tibbi sənədlərinə baxaraq 2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11104/23 nömrəli Çıxarışında qeyd edilən diaqnozun “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” öz təsdiqini tapmadığını yalnız bir cümlə ilə ifadə edərək müvafiq tibbi əsaslanma təqdim etməmişdir. Komissiya iddiaçını əyani müayinə zamanı özünün də qeyd etdiyi zəruri olan KT, MRT müayinələrinə göndərməmiş və ya bu barədə iddiaçıdan müvafiq yoxlanış nəticəsi tələb etməyərək gəldiyi nəticəni hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin qiymətləndirməsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir.

46. Halbuki məhkəmə icraatı gedişində ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan X1nda kodu üzvi (travmatik mənşəli)nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli davranış və davranış pozuntuları ilə -F07.0 olaraq müəyyən edilmişdir.

47. Göründüyü kimi cavabdeh orqan iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin əsaslarını sübut edə bilməmişdir.

48. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); - təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti.

49. İddiaçıda müəyyən olunan xəstəlik iddiaçının 1997-ci ildə hərbi xidmətdə olduğu zaman mina partlaması nəticəsində huşunu itirməklə başından travma alması, tibbi şəhadətləndirilməsi, AR SN 2 nömrəli X4 xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, AR TƏBİB 43 nömrəli şəhər poliklinikasında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə poliklinikanın psixiatriya kabinetində 2006-cı ildən dispanser qeydiyyatında olması, həmçinin psixiatrik ekspertiza zamanı rəydə qeyd edilən iddiaçının bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez- tez baş verməsi, əsəbi gərginliklər zamanı özünə kəsmələrlə xəsarətlər yetirməsi, bəzən əlinə düşən hər hansı bir ev əşyasını götürərək yerə çırpması, sındırması, dərmansız ardıcıl olaraq yuxusuz qalması, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün dərman resepti yazılması, həmin dərmanları qəbul etməsi, lakin həmin dərmanların adlarını soruşduqda xatırlamaması, evdəkilərin həmin dərmanı ona verdiklərini bildirməsi və s.) kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir.

50. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2022-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

51. Göründüyü kimi, ümumi və xüsusi səbəblərdən irəli gələrək iddiaçının 10 ildən çox əlillik statusu olduğu, hətta sonuncu dəfə iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda, yalnız təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciətdən irəli gələrək heç bir əsaslandırma aparılmadan, hər hansı ixtisaslaşmış və instrumental müayinələr aparılmadan onun əlilliyinin ləğv edilməsi barədə qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir.

53. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur.

54. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir.

55. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

56. Həmçinin, cavabdeh əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının (xx.xx.2022) düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir.

57. Göstərilənlərlə bağlı Kollegiya qeyd edir ki, müddətsiz əlillik təyin edilmiş şəxslərin əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı inzibati orqana sənədlərin təqdim edilməsi həmin şəxslərin yenidən əyani müayinəyə dəvət edilməsinin (yoxlanmasının) hüququ əsası kimi qanunvericilikdə təsbit olunmamışdır.

58. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.

59. Göründüyü kimi, “Qaydalar”a əsasən iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin şəxslərin əlilliyinin səbəbinin dəyişidirilməsi ilə əlaqədar olaraq əyani müayinəyə dəvət olunaraq yenidən yoxlanılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

60. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə aidiyyəti olmamışdır. Qeyd edildiyi kimi, cavabdeh inzibati orqan “iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılmasına zərurət olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, məzmununa etimad göstərdiyi əlillik ilə bağlı inzibati aktı ləğv etmədən, onun “ “tam reabilitasiya olması” barədə qərarlar qəbul etmişdir.

61. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır.

62. Belə olan halda kollegiya hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır.

63. Eyni zamanda, TSEK-in xx.xx.2022-ci il tarixli qərarında ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul etmişdir.

64. İddiaçının iddia tələbinin ikinci hissəsi əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməsi ilə bağlıdır.

65. İş materialların əsasən iddiaçıya əvvəllər də 2015-2016-cı illərdə 1 il, 2016-2021-ci illərdə 5 il müddətinə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildiyi müəyyən olunur.

66. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2.1.5-ci bəndinə əsasən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi müəyyən edilir.

67. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

68. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 870 nömrəli qərarından görünür ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1997-ci il tarixdə aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixdək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və yaralanma - diaqnoz: “Mina parlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 400 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş N nömrəli hərbi hissə komandirinin 08.1997-ci il tarixli 740 nömrəli travma haqqında arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır”. MN MHHK-nın xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarı ləğv edilir.

69. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktiki hallara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri MN-nin ştatlı Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərar əsasında müəyyən olunduğundan, cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 700/2022 nömrəli və 2-1(102)- 2315/2022 nömrəli qərarları). Odur ki, cavabdeh formalaşmış məhkəmə təcrübəsinə uyğun davranmağa borcludur.

70. İş materiallarından göründüyü kimi, iddiaçının əlillik təyinatını ləğv edən qərar 18 yanvar 2023-cü il tarixindən olduğu üçün onun həmin tarixədək əlillik statusu olduğu müəyyən olunur. Odur ki, iddiaçıya xüsusi səbəbdən əlillik də həmin tarixdən, yəni əlillik statusu ləğv edildiyi 18 yanvar 2023-cü ildən təyin edilməlidir.

71. Həmçinin, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

72. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

73. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

74. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

75. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

76. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

77. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

78. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı “əlilliyin xx.xx.2023-cü il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar