Məhkəmə qərarları › İş №2-1(103)-1614/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1614/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1614/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə1 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6045/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının pensiyaya çıxdığı tarixdən hazırki günə qədər pensiyaya çıxdığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…2020-ci ilin avqust ayından başlayaraq, cavabdeh tərəfindən ona hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya yəni, 338 manat məbləğində pensiya ödənilməsi barədə qərar verilib. Belə ki, 2020-ci ildə Mərkəzi Filial tərəfindən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələb edilib. Belə ki, iddia ərizəsində ümumilikdə, ona 14300.88 manat məbləğində artıq vəsait ödənildiyi göstərilərək, bu vəsaitin geri qaytarılmalı olduğu bildirilib. 2020-ci ilin avqust ayından başlayaraq, hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya yəni, 338 manat məbləğində pensiya alır. Lakin, bugünədək bunun səbəbləri haqqında DSMF ona hər hansı rəsmi məlumat verməyib. Hətta bunun səbəbləri haqqında DSMF-ə sorğu versə də, bu sorğusu da, bugünədək cavalandırılmayb. DSMF-nin ona qarşı olan iddiası üzrə aparılan məhkəmə işində appellyasiya şikayətindən məlum olub ki, ona hazırda 338 manat pensiya ödənilməsinin səbəbi odur ki, DSMF hesab edib ki, onun pensiyası 338 manat olmalıdır və yalnız bu məbləği ona ödəməyə başlayıb. Beləliklə, yuxarıda göstərilən hesablamalar əsasında cavabdeh 2020-ci ilin avqust ayından ona 442 manat məbləğində daha az pensiya ödəyir ki, hesab edir ki, bu hesablama yanlışdır və pensiyasını məbləği yenidən hesablanmalıdır və 2020-ci ilin avqust ayından hesablanmaqla ödənilməyən 442 manat pensiya məbləği ona ödənilməlidir...” Cavabdeh məhkəməyə təqdim etdiyi etirazıda iddianı qəbul etməmiş, rədd ollunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... 5 il 5 ay 19 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 645,00 manat, qulluq stajına görə əlavəsi 38,97 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 260,69 manat olmaqla, orta aylıq əmək haqqısı 979,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (664,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (979,66 manat) arasındakı fərq məbləğinin (314,89 manat) 18,06 faizi-56,87 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (281,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 338,26 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2019-xx.xx.2020-cı il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 781.28 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində İddiaçı 4873,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində İddiaçı 4873,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6045/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmənin arqumentləri tamamilə əsassızdır, heç bir hüquqi əsaslandırması mövcud deyil. İş üzrə materiallara, cavabdehin məktublarına və məhkəməyə təqdim etdiyi etrazdan da məlum olur ki, onun pensiya məbləğinin azaldılmasına səbəb “Əmək pensiyaları haqqında” qanunun 20.11.1-ci maddəsininin düzgün tətbiq edilməməsi olub. Cavabdeh heç bir sənədində pensiyaının azaldılmasına səbəbin qulluq stajımın az olması ilə əlaqədar olduğunu bildirməyib. Dövlət qulluqçusu kimi pensiyaya çıxdığı zaman 5 il qulluq stajının olması pensiya məbləğin 45% əlavənin əldə edilməsi üçün kifayət edib. Odur ki, 15 il qulluq stajımın olmaması heç bir halda əmək pensiyamın azaldılmasına səbəb ola bilməz. Üstəlik, məhkəmə 15 il qulluq stajımın pensiyamın azalmasınasəbəb olduğunu yazsa da, bunun əsaslandırmasını dayazmayıb. DSMF-in pensiyanın məbləğini müəyyən etmək üçün is?nad etdiyi qanunun 20-ci maddəsi pensiyanın özünü deyil, sadəcə qulluq stajına görə əlavənin məbləğini müəyyən edir. Bəli, qeyd edilən maddəyə əsasən, pensiyaya çıxdığım zaman əmək pensiyama əlavənin məbləği 269.49 manat təşkil edib. Bu əlavə məbləği isə mənə ödənilməli olan pensiya məbləğinin üzərinə gəlinməli idi. Əslində, DSMF tərəfindən də ilkin olaraq, ona 01 avqust 2016-cı il tarixdə 488.17 manat məbləğində pensiya təyin edib. Onun sığorta hissəsini təxmini hesabladığım rəqəmlə pensiya məbləğim 545.62 manat alındı. Buradan da göründüyü kimi, pensiyası DSMF-in ilkin olaraq təyin etdiyi 488.17 rəqəmindən az ola bilməzdi. 5 illik qulluq stajımagörə 45%-lik əlavə pensiyanıın baza və sığorta hissələrinin üzərinə gəlinməklə ona ödənilməli olduğu halda, DSMF qanunsuz olaraq yalnız mənə 45%-lik əlavədən ibarət pensiya təyin edib və məhkəmə də heç bir əsaslandırmaaparmadan DSMF-in mövqeyini haqlı hesab edib...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 və mütəxəssis nümayəndəsi R.Abdullayev apellyasiya şikayətinə etirazını və iddiaçının pensiyasının hesablanmasına dair tərtib edilmiş rəyi məhkəməyə təqdim edərək, iddiaçının əmək pensiyasının qanunvericiliyə uyğun qaydada hesablandığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçının 5 il 5 ay 19 gün dövlət qulluğu stajına malik olması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halları isə ondan ibarətdir ki, DSMF-nin Xəzər rayon şöbəsinin qərarı xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya dövlət qulluqçusu kimi xx.xx.2016-cı il tarixdən 488,17 manat məbləğində əmək pensiyası təyin edilmiş, ona, 1 sentyabr 1919cu il tarixdən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının vaxtilə şulluq keçdiyi 645 manat vəzifə maaşı, 38,97 manat qulluq stajına görə əlavə, ixtisas dərəcəsinə görə 35 manat 260,69 manat mükafat və müavinətlərə əlavə olmaqla, 969 manat məbləğində təşkil edən orta aylıq əmək haqqının 80 faizi hesabı ilə hər ay ödənilən 781 manat məbləğində əmək pensiyası - 1 sentyabr 2020-ci ilin avqust ayından etibarən 442 manat azaldılaraq 338 manata müəyyən edilmişdir. İşin apellyasiya qaydasında araşıdırılması zamanı cavabdeh orqanın mütəxəssis nümayndəsinin izahatına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya ödənilən 781 manat pensiya məbləğinin 338 manata qədər azalmasının səbəbi “Əmək pensiyaları haqqında” Qanunun 20.11; 20.11.1-ci maddəsinin tələbəlri qaydasında hesablanmaması təşkil etmişdir. Qanunun 20.11.1-ci maddəsinin iddiaçıya 2016-cı ildə dövlət qulluqçusu kimi pensiya təyin olunarkən qüvvədə olan redaksiyası aşağıdakıları nəzərdə tuturdu: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə, müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunun qeyd olunan müddəalarının təhlili onu göstərir ki, burada, “müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir” - sözləri 20.11.1 - 20.11.3-cü maddələrində təsbit olunan müddəaların hər birini tamamlayan cümlə sonluğudur. İddiaçının 5 illik dövlət qulluğu stajı nəzərə alınmaqla, ona münasibətdə tətbiq edilən norma Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi təşkil edir ki, həmin normanın tələbi baxımından, dövlət quluqçusu kimi iddiaçının pensypasına əlavə - onun dövlət qulluğu vəzifəsində 5 il qulluq stajına görə ona dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə hesablanıb ödənilməlidir. Məhkəməyə təqdim olunmuş mütəxəssisin rəyindən aydın olur ki, iddiaçının qanun qeyd olunan tələbi həmin qaydasında, 5 il 5 ay 19 cün qulluq stajına uyğun olaraq 1 avqust 2016-cı il tarixinə qədər vaxtilə tutduğu vəzifə maaşı 385, manat, qulluq stajına görə əlavəsi 23,26 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35 manat müükafat və müavinətlərə görə əlavəsi 155,60 manat olmaqla orta aylığı 598,86 manat və bunun da 45 faizi 269,49 manat təşkil etmiş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 saylı Fərmanı qulluq stajına görə əlavələrin hesablanması qaydasına müvafiq olaraq 1 mart 2018-ci il tarixədək hesablanmış 598,86 manat orta aylıq əmək haqqı, həmin tarixdən sonrakı 664,77 manat məbləğində arasındakı 65,91 həmin manat fərq məbləğinin 18,06 faizini təşkil edən 11,90 manat, onun həmin tarixədək hesablanmış 269,49 manat pensiya məbləğinin üzərinə əlavə olunmaqla, pensiyası 281 manat məbləğində müəyyən olunmuş, daha sonra, 1 sentyabr 1919-cu il tarixdən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar onun əmək pensiyasının Qanunun qeyd olunan 20.11.1-ci maddəsinin və sözügedən Fərmanın tələblərinə uyğun olaraq 664 manat məbləğində orta aylıq əmək haqqı ilə 1 mart 2018-ci il tarixdən sonrakı 979,66 manat orta aylıq əmək haqqı arasındakı 314,89 manat fərq məbləğinin 18,06 faizi, yəni 56,87 manat 1 mart 2018-ci il tarixdək hesablanmış 281,39 manat məbləğində pensiyasının üzərinə əlavə olunaraq, ödəniləcək əmək pensiyası məbləği 338,26 manat müyyənləşdirilmişdir. Daha sonra isə onun əmək penasiyasının tərkibinə - Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın daxil edilməsi və növbti dəfə 1 yanvar 2024-cü il tarixdən əmək pensiyasının indekslədirilməsi nəticəsində onun əmək pensiyası 474,58 manatməbəlğində müəyyən edilərək, iddiaçının kart hesabına ödənilməyə başlamışdır. Qeyd olunanlardan görünüdüyü kimi, cavabdeh tərəfindən iddiaçının «əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmışdır ki, belə olan halda da, onun hüquqları pozulmuş hesab edilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6045/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6045/2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar